Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   ...   32

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

Müsahibələr və mövqelər

İkram Şirinov

Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim

CİNAYƏT  PROSESSUAL QANUNVERİCİLİYİN

AKTUAL MƏSƏLƏLƏRİ (II YAZI)

RESİDİVƏ GÖRƏ  CƏZA TƏYİN

EDİLMƏSİ  BARƏDƏ

Bundan  əvvəlki yazımızda    cinayət mühakimə icraatı zamanı  məhkəmə baxışının  hədlərini

tənzimləyən  AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual

məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik.

Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı tez­tez qarşılaşdığımız və eyni dərəcədə də

aktual  olan  bir  məsələyə  ‐  cinayətlərin  residivi  və  residivə görə  cəza  təyin  edilməsi  ilə bağlı

məsələlərə münasibət bildirmək istərdik.

Məlum olduğu  kimi,  əvvəlki  qanunvericilikdən  fərqli  olaraq  yeni  Cinayət  Məcəlləsində  cinayətin

residivinə münasibətdə mühüm irəliləyiş edilmiş və ayrıca normada residivin anlayışı verilmiş və

onun növləri müəyyən olunmuşdur.  (Azərbaycan Respublikası  Cinayət  Məcəlləsi.  Maddə  18.

Cinayətlərin residivi və onun növləri).

Yeni cinayət qanunu həm də, əvvəlki qanundan fərqli olaraq residivə görə cəza təyin edilməsinin

də xüsusi qadasını müəyyən etmişdir.  (Azərbaycan Respublikası  Cinayət  Məcəlləsi.  Maddə  65.

Residivə görə cəzanın təyin edilməsi)

Yeri gəlmişkən  qeyd  etmək lazımdır  ki,  eyni hüquq məkanına  daxil  olan  və  bizim  Cinayət

Məcəlləmizlə demək olar ki, əksərən eyniyyət təşkil edən və 1996‐cı ildə qəbul olunmuş Rusiya

Federasiyasının Cinayət Məcəlləsində də cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi

ilə bağlı oxşar institutlar mövcuddur.

(Óãîëîâíûé  Êîäåêñ  Ðîññèéñêîé  Ôåäåðàöèè.  Ñòàòüÿ  18.  Ðåöèäèâ  ïðåñòóïëåíèé.  Ñòàòüÿ  68.

Íàçíà÷åíèå íàêàçàíèÿ ïðè ðåöèäèâå ïðåñòóïëåíèé.)

Elə yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, qeyd olunan cinayət qanunları arasında əksər

məsələlərin tənzimlənməsində mahiyyət və prinsiplər baxımından oxşarlıqların olması ilə yanaşı,

müəyyən  fərqli  məqamlar  da mövcuddur.  Məsələn,  bizim hazırkı yazımızın mövzusu  olan

cinayətlərin residivi və ona görə cəza təyin edilməsi məsələsində qanunvericilik normalarının tam

oxşarlığı zəmnində, bir sıra fərqlər də mövcuddur.

Belə ki, bizim qüvvədə olan cinayət qanunumuzda (AR CM Maddə 18) nəzərdə tutulandan fərqli

olaraq, qonşu ölkənin  cinayət  qanununda  (RF  CM  Maddə  18)  residivin növlərinin müəyyən

edilməsində, habelə cinayətlərin residivi zamanı qəsdən törədilmiş olsa belə, böyük ictimai təhlükə

törətməyən cinayətə görə məhkumluğun nəzərə alınmaması təsbit edilmişdir.

Bundan başqa, residivə görə cəza təyin edilməsi zamanı bizim qanunvericiliyə əsasən (AR CM Maddə

65.) residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq

maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə

görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.



­  3 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Lakin RF CM‐nin residivə görə cəza təyin edilməsini tənzimləyən anoloji normasında  (RF CM Maddə

68) fərqli qayda, yəni residivin növlərindən – sadə, təhlükəli və ya xüsusi təhlükəli olmasından asılı

olmayaraq  cinayət  qanununun xüsusi  hissəsnin  maddəsində  nəzərdə tutulmuş  daha  ciddi  cəza

növünün yuxarı həddinin üçdə birindən az olmayan cəzanın təyin edilməsini nəzərdə tutur.

Göründüyü kimi, bizim qanunvericilikdə residivin növlərinin müəyyən olunması, residivin özünün

müəyyən edilməsi zamanı nəzərə alınmamalı hallara münasibətdə, eləcə də residivə görə cəza təyin

edilməsində çox sərt qaydalar müəyyən edilmişdir ki, bu da, fikrimizcə, ən azından təqsirə görə

məsuliyyət  (Maddə7.),  ədalət  prinsipi(Maddə  8.)  və  humanizim  prinsipini  (Maddə  9.) müəyyən

edən cinayət qanununun fundamental prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına uyğun

gəlmir və hesab edirik ki, qanunvericilik qaydasında cinayət qanununun istinad olunan (Azərbaycan

Respublikası Cinayət Məcəlləsi. Maddə 18; Məddə 65.) normalarının «yumşaldılma»sına ehtiyac

vardır.

Bununla yanaşı,  residivə görə  cəza  təyin  edilməsini  tənzimləyən  Azərbaycan Respublikasının



Cinayət Məcəlləsin 65‐ci maddəsinin özünün praktiki tətbiqi ilə bağlı da  məhkəmə təcrübəsində

fərqli yanaşmalar mövcuddur ki, bizim yazımız da əslində məhz bu məsələyə həsr olunmuşdur.

Birinci yazımızda olduğu  kimi,  bu yazımızda  da,  onun  daha anlaşılan olması üçün,  fikirlərimizi

məhkəmə praktikasından konkret cinayət işinə müraciət etməklə diqqətə çatdırmaq istərdik.

Belə ki, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2010‐cu il tarixli, 1(006)‐360/2010 saylı hökmü

ilə Abdullayev Fərhad Rufik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132‐ci maddəsi ilə

təqsirli bilinmiş və barəsində cinayətin residivi nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 65.3‐cü maddəsi tətbiq edilməklə, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir)

il müddətinə islah işləri cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1‐ci

maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2009‐cu il tarixli, 1(006)‐319/2009 saylı

hökmü ilə Abdullayev Fərhad Rafik oğluna təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsi

sonuncu hökm ilə ona təyin olunmuş islah işləri cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq

qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə islah işləri cəzası təyin

edilmişdir.

Nəsimi Rayon Məhkəməsinin həmin hökümdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti

verilmişdir.

Dövlət ittihamçısı tərəfindən verilmiş həmin protestdən aydın olur ki, ittiham tərəfi həmin hökmlə

təqsirləndirilən şəxs  F.Abdullayev  tərəfindən törədilmiş  əməlin hüquqi tövsifi,  həmin  cinayət

əməlinin baş verməsi faktını, həmin cinayət əməlinin məhz F.Abduldlayev tərəfindən törədilməsini,

əməlin sübut olunub­olunmamasını, həmçinin də hökmlə ona təyin olunmuş cəzanın təqsirləndirilən

şəxsin şəxsiyyətinə  və  onun  islah olunması üçün cəzanın  məqsədini  təmin  edib‐etməməsini  və

nəhayət təyin olunmuş cəzanın ədalətliyi məsələsini mübahisələndirməmiş, başqa sözlə, hökmün

bu məziyyətləri ilə tam razılaşmışdır.

Protestdə yalnız F.Abdullayev barasində olan hökmün nəticə hissəsində Azərbaycan Respublikası

Cinayət  Məcəlləsinin  62‐ci  maddəsinə  istinad  edilməməsinin düzgün olmadığı göstərilmiş  və

apelyasiya instansiyası məhkəməsindən «protestin əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə

alınmaqla» hökmün dəyişdirilməsi xahiş olunmuşdur.

Dövlət ittihamsının  protestində əks olunmuş hüquqi mövqeyi  ondan ibarətdir ki, məhkəmənin

hökmü ilə t/ş F.Abdullayevə AR CM‐nin 65.3‐cü maddəsi tətbiq edilməklə cinayətin rensidivi nəzərə

alınmadan  cəza  təyin  edildiyindən, hökmün  nəticə  hissəsində  həm  də  CM‐nin  62‐ci  maddəsinə

istnad edilməli olduğu halda, məhkəmə bu tələbə  əməl etməmiş və bununla da  qanun pozuntuzuna

yol vermişdir.

Dövlət ittihamçısı  protestin əsaslandırıcı  hissəsində  isə yalnız  Azərbaycan Respublikası  Ali

Məhkəməsinin 25.06.2003‐cü il tarixli Plenum Qərarına istinad etmiş, başqa hər hansı maddi hüquq

normasına – normativ hüquqi akta istinad etməmişdir.

Fikrimizcə, dövlət ittihamçısının həmin hökümdən vermiş olduğu protestində əks olunmuş, eləcə

də   məhkəmə praktikasında  da  tez­tez  rast  olunan  bu mövqeyi hüquqi baxımdan açıq­aşkar



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə