Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   ...   32

əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual

Məcəlləsində cinayət mühakimə icraatı zamanı tətbiq edilə bilən qanunvericiliyin mənbələri konkret

olaraq müəyyən edilmişdir.

Belə  ki,  Azərbaycan Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  2.1.1‐2.4‐cü  maddələrində

konkret  olaraq göstərilmişdir  ki,  Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  qanunvericiliyinə

Azərbaycan Respublikasının Konstitusiyası,  həmin  Məcəllə,  Azərbaycan Respublikasının  digər

qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəxalq müqavilələr daxildir.

Azərbaycan Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  10.1‐ci  maddəsinə  (Maddə10.

Qanunçuluq)  əsasən  məhkəmələr  və  cinayət  prosesinin iştirakçıları  Azərbaycan Respublikası

Konstitusiyasının,  bu  Məcəllənin,  Azərbaycan Respublikasının  digər qanunlarının,  habelə

Azərbaycan Respublikasının  tərəfdar çıxdığı  beynəlxalq müqavilələrin müddəalarına  ciddi  əməl

etməlidirlər.

Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan

və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində

məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə

və  digər  prosessual  məcburiyyət  tədbirlərinə  məruz qalması,  habelə  məhkum  edilməsinə,

cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

Azərbaycan Respublikası Konstitusiyasının  və  digər qanunlarının  təfsiri  cinayət  prosesi

iştirakçılarına  o  halda  məcburidir  ki,  bu  təfsir  Azərbaycan Respublikasının  Konstitusiya

Məhkəməsinin qərarında verilmiş olsun.

Həmin  normada birmənalı şəkildə  təsbit edilmişdir  ki,  Azərbaycan Respublikası  Ali  Məhkəməsi

Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən

orqanlar üçün tövsiyə xarakteri daşıyır.

Həmin  Məcəllənin  10.5‐ci  maddəsinin  tələbinə görə  isə  Qanunun  bu  maddəsində göstərilən

tələblərin pozulması  ilə aparılan  prosessual  hərəkətlərin  və  qəbul olunmuş qərarların hüquqi

qüvvəsi yoxdur.

Göründüyü kimi, qüvvədə olan cinayət prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı

tətbiq edilməsi zəruri olan qanunvericilik aktlarının dairəsini konkret müəyyənləşdirmiş və cinayət

prosesini həyata keçirən orqanlar(şəxslər) üçün qərarlar qəbul edilərkən yalnız cinayət prosessual

qanunvericiliyin  həmin  Məcəllədə  nəzərdə  tutulan  mənbələrinə  istinad  edilməsinin  imperativ

olduğunu göstərmişdir.

Elə həmin normada Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə

dair məsələlər üzrə izahlarının  cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli

olması birbaşa göstərilmişdir.

Qanunun mənasından da görünür ki, məhkəmə təcrübəsinə dair izahlar tövsiyə xarakterli olmaqla,

yalnız  qanunvericilikdə birbaşa  təsbit  olunmayan  məsələlər  və  ya  bu  və  ya  digər normanın

məhkəmələr tərəfindən  tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticəsi kimi qanunauyğun vahid

məhkəmə praktikasının formalaşması  ilə bağlıdır.

Yuxarıda da qeyd edildiyi kimi dövlət ittihamçısının protestində məhkəmə tərəfindən F.Abdullayev

barəsində hökm çıxararkən cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş  mənbələrindən

hər hansı birinin pozulması və ya düzgün tətbiq edilməməsi deyil, yalnız məhkəmə təcrübəsinin

ümumiləşdirilməsi  ilə bağlı  Azərbaycan Respublikası  Ali  Məhkəməsi  Plenumunun  məhkəmə

təcrübəsinə dair, izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli qərarına

istinad edilmişdir ki, bu da heç bir halda prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə

bilməz.

Bundan başqa, həmin hökmdən protest verən dövlət ittihamçısı nəzərə almamışdır ki, Azərbaycan



Respublikası Cinayət Məcəlləsində residivə görə cəzanın təyin edilməsini tənzimləyən xüsusi norma

mövcuddur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi.

Maddə 65. Residivə görə cəzanın təyin edilməsi.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  4 ­




­  5 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

… 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin

müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli

residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

Göründüyü  kimi,  qanunverici  residivə  görə  cəza  təyin  edilməsini  digər,  yəni  residiv  olmayan

cinayətlərdən fərqləndirmiş və Məcəllənin 65.2‐ci maddəsində isə onun ümumi qaydasını müəyyən

etmişdir.

Eyni zamanda, qanunverici  residivə görə cəza təyin edilməsinin ümumi qaydaları ilə yanaşı, həm

də  (həm də çox haqlı və əsaslı olaraq) ondan istisna da nəzərdə tutan xüsusi norma da  müəyyən

etmişdir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3‐cü maddəsində nəzərdə tutulmuşdur

ki, cinayət törətmiş şəxsin məhkumluğu həmin Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici

əlamət kimi göstərildikdə, habelə həmin Məcəllənin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna

hallar  olduqda,  residivə,  təhlükəli  residivə  və  ya  xüsusi  təhlükəli  residivə  görə  cəza,  həmin

Məcəllənin 65.2‐ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.

Qanunun birmənalı, həm də açıq‐aşkar olan mənasından da aydın olur ki, cinayətin residivi (residiv,

təhlükəli residiv və ya xüsusi təhlükəli residiv olmasından asılı olmayaraq) zamanı məhkəmə hökm

çıxararkən,  əgər  Cinayət  Məcəlləsinin  62‐ci  maddəsində  nəzərdə  tutulmuş  müstəsna  halları

müəyyən edərsə, cəzanı residivə görə cəza təyin edilməsini müəyyən edən həmin Məcəllənin 65.2‐ci

maddəsində  nəzərdə  tutulmuş  qaydaları  nəzərə  almadan  təyin  etməlidir.  (Həm  də  nəzərdən

qaçırmaq olmaz ki, bu tələb imperativ xarakter daşıyır) Başqa sözlə, Cinayət Məcəlləsinin 65.3‐cü

maddəsi tələb edir ki, qanunda nəzərdə tutulmuş müstəsna hallar olduqda, məhkəmə residivi nəzərə

almadan, yəni ümumi qaydalar üzrə cəza təyin edilməlidir.

Sözsüz ki, bu vaxt söhbət yalnız təqsirləndirilən şəxsin təqsirli bilindiyi sonuncu cinayət əməlinə

görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı istənilən cəzanın və həm də  onun

həddində cəzanın təyin olunmasından gedir.

 Dövlət ittihamçısının həmin protestində istinad etdiyi AR Cinayət Məcəlləsinin 62‐ci maddəsinə

gəldikdə isə nəzərə almaq lazımdır ki, həmin norma ümumi cəza təyin edilməsindən fərqli olaraq,

Məcəllənin Xüsusi hisəsinin  müvafiq maddəsində müəyyən edilmiş həddən də az cəza və ya həmin

maddədə nəzərdə tutulandan – müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin, yaxud

təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsinin mümkünlüyünü nəzərdə tutur və

məhz bu məsələni tənzimləyir.

Göründüyü  kimi,  məhkəmə  təqsirləndirilən  şəxs  barəsində  ittiham  hökmü  çıxararkən  Cinayət

Məcəlləsinin  62‐ci  maddəsinə  istinad  etməsi  üçün  mütləq  qaydada,  həmin  normada  nəzərdə

tutulduğu kimi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini nəzərdə tutan Məcəllənin

Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş:

1) ‐ya aşağı həddən də az cəza təyin etməli,

2) ‐ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməli, 3)‐yaxud da təyin

olunması məcburi olan əlavə cəzanı təyin etməməlidir.

 Başqa sözlə, məhkəmə yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin konkret maddəsində müəyyən

edilmiş aşağı həddən də daha az cəza təyin etdikdə və ya maddədə müəyyən ediləndən daha yüngül

cəza  növü  təyin  etdikdə  və  nəhayət  təyin  olunması  məcburi  olan  əlavə  cəzanı  təyin  etmədikdə

Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməlidir.

Nəsimi Rayon Məhkəməsinin F.Abdullayev barəsində olan 24 avqust 2010‐cu il tarixli hökmdən də

görünür ki, Məhkəmə, həmin hökmlə F.Abdullayev Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi

ilə təqsirli bilmiş, eyni zamanda Nəsimi Rayon Məhkəməsinin 31.07.2009‐cu il tarixli hökmü ilə

Azərbaycan Respublikası CM‐nin 322.1‐ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20

faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzasını çəkib qurtarmadığından və həmin cəzanı çəkdiyi

dövrdə  Azərbaycan  Respublikası  CM‐nin  132‐ci  maddəsində  nəzərdə  tutulan  cinayət  əməlini

törətdiyindən  və  onun  törətdiyi  hər  iki  cinayət  qəsdən  törədilən  cinayətlər  kateqoriyasına  aid

olduğundan, onun sonuncu cinayətinin cinayətin residivini yaratması məhkəmə tərəfindən müəyyən



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə