Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   ...   32

Etiraf  etmək lazımdır  ki,  cinayət işlərinə  baxan  məhkəmələr üçün  cəza  təyini  məsələsi  əvvəlki

qanunvericiliyin qüvvədə olduğu vaxt ən mürəkkəb və  ən problematik məsələlərdən biri olduğu

kimi,  yeni qanunların  qəbulundan  sonra  da  bu  məsələ  eyni  dərəcədə mürəkkəb  və  problematik

olaraq qalmaqdadır.

Yeni qanunların  qəbulundan sonrakı    Ali  Məhkəmənin  Plenumu  tərəfindən  ilk  qəbul olunmuş

qərarlardan  birinin  də  məhz  bu  məsələ‐  cəza  təyini  məsələsi  ilə bağlı olması  da  cəza  təyini

məsələsinin nə dərəcədə aktual və əhəmiyyətli olduğunu göstərir.

Qərarın özünə  gəldikdə  isə,  qeyd  etmək lazımdır  ki,  həmin Qərarın  cəza  təyini  ilə bağlı bütün

məsələləri əhatə etməsi, nəzərdə tutulmuş izahların konkret, əhatəli  və dolğun olması və praktiki

əhəmiyyəti baxımından məhkəmələr üçün olduqca zəruri olan və gündəlik iş fəaliyyətlərində  istifadə

edilən ən vacib qərarlardan biridir.

Həmin qərarda cəza təyininin bir çox başqa məsələləri ilə yanaşı, CM‐nini 62‐ci maddəsinin (cinayətə

görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi), eləcə də CM‐nin 65‐ci maddəsinin

(residivə görə cəzanın təyin edilməsi) tətbiqi ilə bağlı olan məsələlərə dair də vacib və zəruri izahlar

verilmişdir.

Bizim hazırkı yazımız residivə görə cəza təyini məsələsi ilə bağlı olduğundan və  cinayətin residivi

zamanı  residivi  nəzərə  almadan  cəza  təyin  edilərkən hökümdə  həm  də  CM‐nin  62‐ci  maddəsinə

istinad edilməsinin zəruri olduğunu iddia edənlərin də mövqeylərini əsasladırarkən məhz Plenumun

həmin qərarına istinad etdiklərindən, qeyd edilən qərarın cinayətlərin residivi zamanı cəza təyini

məsələri ilə bağlı olan hissəsinin daha diqqətlə nəzərdən keçirilməsini əhəmiyyətli hesab edirik.

Həmin Qərardan görünür ki, qərarın 11 və 12‐ci hissələri cinayətlərin residivi zamanı cəza təyini,

habelə residivi nəzərə almadan cəza təyini məsələlərinə izahı ilə bağlıdır. Qərarın 11‐ci hissəsinin

2­ci abzasında isə konkret olaraq CM‐nin 65.3‐cü maddəsində nəzərdə tutulmuş qaydalarına uyğun,

yəni cinayətin residivi nəzərə alınmadan cəza təyini məsələsindən bəhs edir.

Cinayətlərin residivi halında residivi nəzərə almadan cəzanın  təyin edilməsi şərtlərini­qaydasını

tənzimləyən CM‐nin 65.3‐cü maddəsinini izahını verən həmin hissəni diqqətlə nəzərdən keçirdikdə

müəyyən olunur ki, Plenum həmin qərarında bəzi həmkarlarımızın mövqeyini, yəni CM‐nin 65.3‐cü

maddəsinin tətbiqi(cinayətin residivi zamanı residivi nəzərə almadan cəza təyini) zamanı hökümün

nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməli olmasını əsaslandıra biləcək hər

hansı göstəriş nəzərdə tutulmamışdır.

Plenum qərarının 11‐ci hissəsindən görünür ki, həqiqətən də orada hökümün nəticə hissəsinədə

CM‐nin 62‐ci maddəsinə istinad edilməsinə dair göstəriş nəzərdə tutulmuşdur, lakin həmin abzası

daha diqqətlə öyrənərkən açıq ­ aşkar aydın olur ki, bu göstəriş heç də CM‐nin 65.3‐cü maddəsinin

deyil, yalnız CM‐nin 65.2‐ci maddəsinin tətbiqi ilə əlaqələndirilmişdir.

Bununla bağlı iki vacib məsələnin qeyd olunmasını zəruri hesab edirik.

Birincisi, cinayətlərin residivi zamanı AR CM­nin 65.3­cü maddəsinə əsasən residivi nəzərə almadan

cəza təyin edərkən hökümün nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə istinad eldilməsi

ilə bağlı mövqeyin  cinayət  qanunvericiliyinin  tələbləri baxımından əsassız olduğu  kimi,  Ali

Məhkəmənin Plenumunun 25.07.2004‐cü il tarixli 4¹­li Qərarı baxımından da əsassız odmasının

müəyyən edilməsi ilə bağlıdır.

İkincisi,  Plenumun  həmin qərarının  istinad  olunan  11‐ci  hissəsinin,  daha doğrusu  onun  2­ci

abzasının mətni ilə bağlıdır.

Belə ki, hazırkı yazımızda müzakirə olunan məsələnin araşdırılması zamanı diqqət çəkən maraqlı

bir məqam da otaya çıxmışdır.  Məlum olmuşdur ki, bəzi həmkarlarımızın müzakirə olunan məsələdə

fərqli mövqeydə olmaları bir tərfdən həmin qərarın tam təhlil edilmədən öyrənilməsi ilə bağlı olsa

da, digər tərəfdən isə həm də həmin qərarın 11‐ci hisəsinin 2‐ci abzasının mətni ilə bağlıdır.

Həmin abzası diqqətlə təhlil etdikdə məlum olur ki, həmin abzasın mətni işlənərkən orada AR CM­nin

65.2, 65.3 və 62‐ci maddələrinin yazılışının ardıcıllığında, çox güman ki, texniki səbəbdən yanlışlığa

yol verilmişdir ki, bu da öz növbəsində həmin abzasda nəzərdə tutulmuş göstərişlə bağlı müəyyən

sualların yaranmasına səbəb olmuşdur.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  8 ­




­  9 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Cinayətin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı qanunvericiliyinin tətbiqi zamanı

prakikada ortaya çıxan bəzi problemli məsələlərə dair hazırkı yazımızı tamamlayaraq, sonda bu

problemlərin  həllinə  xidmət  edə  biləcəyi  qənatində olduğumuz  bəzi  təkliflərimizi  də bölüşmək

istərdim.

Birincisi:  fikrimizcə Ali Məhkəmənin Plenumunun 25.07.2004‐cü il tarixli 4¹­li Qərarının 11­ci

hissəsinin 2‐ci abzasındakı yanlışlıq aradan qaldırılmaqla, onun düzəldilməsi və  həmin abzasın

yenidən işlənməsinə ehtiyac vardır.

İkincisi isə qanunvericilik qaydasında  Cinayət Məcəlləsinin cinayətlərinin residivi və onun növlərini

tənzimləyən 18‐ci və residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65‐ci maddələrində onların

bir qədər  «yumşaldılması» istiqamətində müvafiq dəyişiklik edilməsini zəruri hesab edirik.

Cinayət Məcəlləsinin 18‐ci maddəsində təsbit edilmiş residivin müəyyən olunması zamanı nəzərə

alınmayan hallarn dairəsinə CM‐nin 15‐ci maddəsinin təsnifatına əsasən

böyük ictimai təhlükə

törətməyən cinayətlərə görə məhkulluqlaın da daxil edilməsini, eləcə də CM‐nin 65.2‐ci maddəsində

təsbit edilmiş residivə görə daha ciddi cəza növünün son həddinin yarısından, üçdə birinə, təhlükəli

residivə görə  nəzərdə tutulmuş üçdə  ikidən, xüsusilə təhlükəli  residivə görə    nəzərdə tutulmuş

dörddə üçdən isə daha ciddi cəza növünün son həddinin yarısından az olmayan həddə edirilməsini

məqsədəmüvafiq hesab edirik.

Fikrimmizcə, cinayətin residivini və onun növlərini, eləcə də  residivə görə cəzanın təyin edilməsini

tənzimləyən  normalara  təklif  edilən dəyişikliklər  (yuxarıda  da  qeyd edilmişdir  ki,  Rusiya

Federasiyasının  CM müvafiq  (Maddə  18  və  68) normalarında  da  bu  məsələ  məhz  təklif  olunan

qaydada təsbit olunmuşdur) cinayət qanunun əsas prinsiplərini müəyyən edən CM‐nin 8‐ci (Maddə

8. Ədalət prinsipi) və 9‐cu (Maddə 9. Ədalət prinsipi)  maddələrinin tələbləri baxımından zəruri

olmaqla yanaşı,  həm  də  residivə görə  cəza  təyin  edilməsi zamanı  cinayət  əməlinin törədilməsi

şəraiti, tərəflərin münasibəti (həm cinayət hadisəsinə qədər, həm də ondan sonrakı) təqsirləndirilən

şəxsin şəxsiyyətini  səciyyələndirən  hallar,  o cümlədən  onun  ailə  vəziyyəti,  təhsili, yaşı,  təhsilni

davam  etdirməsi, işləyib­işləməməsi, zərərçəkmiş şəxsin  cinayət  hadisəsinin baş  verməsindəki

«rolu», təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışı  və sair bu kimi hər bir cinayət işi

üçün fərdi xarakter daşıyan xüsusiyyətlərin  nəzərə alınması və nəticə etibarı ilə qanuni və əsaslı

olmaqla yanaşı, həm də  konkret işə  baxan məhkəmənin mülahizə sərbəstliyinə, başqa sözlə isə

məhkəmənin həm də «görünən» ədalətli qərar qəbul etməsinə əlavə təminat vermiş olardı.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə