Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   10   ...   32

maddəsindən  “yüngül  sanksiyalı”  maddəsinə    tövsif  etmək... şəklində  yazmaqla  mübahisəyə  son

qoya bilər. Təqsirləndirilən şəxsin əməli heç vaxt cinayət əməlinə tövsif olunmur, əksinə, cinayət

əməli  CM‐nin  müvafiq  maddəsinə  tövsif  oluna  bilər.  Məhkəmə  baxışı  gedişində  ittihamın

yüngülləşdirilə  biləcəyi  hal  aşkar  edildikdə  məhkəmə  cinayət  prosesi  tərəflərinin  fikrini  də

öyrənməli və ittihamın yüngülləşdirilməsi üçün kifayət qədər əsaslar olduqda ittihamı dəyişərək

təqsirləndirilən şəxsə yeni ittiham elan etməli və yüngülləşdirilmiş ittiham üzrə məhkəmə baxışını

davam etdirməlidir.

2‐ci  istisna  halı  isə  Azərbaycan  Respublikası  CPM‐nin  318.2‐ci  maddəsində  öz əksini  tapmış  və

kifayət  qədər  məchul  olmaqla  mübahisəlidir.  Bunun  bir  səbəbi  isə  “Normativ  hüquqi  aktlar

haqqında” Konstitusiya Qanununda normativ hüquqi aktlar və onların struktur bölmələrindən ən

əsası olan maddələrlə bağlı tələblərə riayət olunmamasədər. CPM‐nin 318.2‐ci maddəsində deyilir:

“Məhkəmə  baxışı???  zamanı  təqsirləndirilən  şəxsin  hərəkətlərində???  daha  ağır  cinayətin

əlamətlərinin  mövcudluğu  müəyyən  edildikdə,  dövlət  ittihamçısının  vəsatəti  əsasında  məhkəmə

irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır.” Burada qanunverici təqsirləndirilən

şəxsin  “hərəkətlərində”  ağır  cinayətin  əlamətlərinin  mövcudluğunu əsas  götürmüşdür  ki,bu  da

düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM‐nin 14.1‐ci maddəsinə əsasən “Bu

Məcəllə  ilə  cəza  təhdidi  altında  qadağan  olunmuş  ictimai  təhlükəli  əməlin  (hərəkət  və  ya

hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.” Yəni cinayətin törədilməsi həm hərəkət,

həm də hərəkətsizlikdə ifadə olunur.

Qanunvericiliyə əsasən daha ağır cinayət (ittiham) dedikdə təqsirləndirilən şəxsin törətmiş olduğu

cinayət əməlinin CM‐nin xüsusi hissəsinin sanksiyasında daha ağır cəza nəzərdə tutan maddəsinə

tövsifi, ona yeni cinayət epizodu‐cinayət hadisələri üzrə ittihamın elan edilməsi, ittihama CM‐nin

61‐ci  maddəsində  nəzərdə  tutulmuş  cəzanı  ağırlaşdıran  halların  daxil  edilməsi,  habelə  ittihamın

başqa formada ağırlaşması (məsələn: ziyanın məbləğinin artması,iştirakçılıqla törədilmiş cinayətdə

şəxsin  rolunun  artması,cinayətə  hazırlığın  cəhdlə  əvəz  edilməsi  və  s.)  başa  düşülür. XİQŞ

materiallarına baxıldıqda isə xüsusi ittihamçının vəsatəti ilə məhkəmə təqsirləndirilən şəxsə qarşı

irəli  sürülmüş  ittihamı  ya  CM‐nin  147‐ci  maddəsindən  148‐ci  maddəsinə,  yaxud  165.1‐ci

maddəsindən 166.1‐ci maddəsinə və ya əksinə dəyişə bilər.

Sözsüz  ki,  CPM‐nin  318.2‐ci  maddəsində  söhbət  Cİ  və  MSİ    materiallarından  gedir. Çünki  XİQŞ

materialları üzrə məhkəmə baxışında dövlət ittihamçısı olmur və ittiham fiziki şəxslər tərəfindən

irəli sürülür. Maddənin bu göstərişi hakimlərin müstəqilliyi haqqında qanunların tələblərinə ziddir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127‐ci maddəsinin birinci hissəsinə uyğun olaraq

hakimlər  müstəqildirlər  və  yalnız Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına

tabedirlər.  Məhkəmə  qərarları  hakimlərin  sərbəst  daxili  inamına  və  məhkəmə  araşdırmasının

nəticələrinə əsaslanmalıdır.

Bu, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100‐cü, CPM‐nin 25.1‐ci

maddəsində,  habelə  digər  qanunvericilik  aktlarında  da  təsbit  olunmusdur. Ona  görə  də  dövlət

ittihamçısının vəsatətinin məhkəmələr üçün imperativ xarakter daşıyan prosessual hərəkət olması

barədə qanunvericinin mövqeyi, anlaşılan subyektiv istəyə söykənən qanunsuz ibarədən başqa bir

şey deyildir. CPM‐nin 91.5.38‐ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət

prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən

həll edilən məsələlər üzrə öz fikrini bildirmək hüququna malikdir. Əgər dövlət ittihamçısının vəsatəti

məhkəmə ücün məcburi imperativ xarakter daşıyırsa, onda daha təqsirləndirilən şəxsin və ya onun

müdafiəçisinin fikrini dinləməyə nə ehtiyac vardır?

Həmçinin burada CPM‐nin 318‐ci  maddəsinin müvafiq müddəsı ilə ziddiyyət təşkil edən 391.8‐1‐ci

maddə  də  səpkili  şəkildə AİM‐də  ittihamın  həddi  ilə  bağlı  prokurorluğun  mövqeyini əks  etdirir.

Hərçənd burada birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdən verilmiş protestdən

söhbət  getsə  də  ittihamın  həddi  ilə  bağlıdır.  Belə  ki,  qeyd  olunan  maddəyə  əsasən  “Apellyasiya

instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsində  dövlət  ittihamçısı  tərəfindən  müdafiə

edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli  sürülməsinə  dair  Azərbaycan



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  12 ­




­  13 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan

Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya

protestinə  baxılmasına  xitam  verilməsi  və  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraat

materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.” Göründüyü

kimi  dövlət  ittihamçısının  ittihamın  həddi  ilə  bağlı  mövqeyi  (vəsatəti)  məhkəmə  üçün  məcburi

olduğu halda, Baş prokurorun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan

Muxtar Respublikasının prokurorunun mövqeyi (protesti) isə belə qüvvəyə malik deyildir. Bu isə

absurddur.

Digər tərəfdən, bu halda məhkəmənin CPM‐nin 318.2‐ci maddəsinə əsasən “müvafiq olaraq Cİ və

ya MSİ materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi

məsələsinə  baxmaq  üçün  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora

göndərilməsi  barədə  əsaslandırılmış  qərar  çıxarması”  barədə  göstərişi  isə  məhkəmə  və  ibtidai

araşdırma təcrübəsinə uyğun gəlməyən müddəadır. Məhkəmənin bu qərarından təqsirləndirilən

şəxsin və ya zərərçəkmişin şikayət vermək hüququ isə qanunla nəzərdə tutulmamışdır. Bununla

da tərəflərin hüququ əsaslı surətdə pozulmuş olur. Halbuki CPM‐nin 91.5.31‐ci maddəsinə əsasən

təqsirləndirilən şəxs hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya

əlavə  kassasiya  qaydasında  şikayət  vermək  və  həmin  qərarların  surətlərini  almaq  hüququna

malikdir. Göründüyü  kimi  qanunverici  burada  “məhkəmənin  digər  yekun  qərarlarını”

yox,ümumiyyətlə “qərarlarını” nəzərdə tutmuşdur. CPM‐nin 384‐cü maddəsində isə məhkəmənin

CPM‐nin 318.2‐ci maddəsində adı cəkilən qərarlarından müstəqil surətdə şikayət verilməsi nəzərdə

tutulmamışdır. CPM‐nin 384.5‐cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti

vermək  hüququna  malik  olan  şəxslər  məhkəmə  baxışı  zamanı  birinci  instansiya  məhkəməsi

tərəfindən  qəbul  edilmiş  digər  qərarlardan  narazı  olduqlarını  cinayət  işi  üzrə  yekun  məhkəmə

qərarından  verdikləri müvafiq  olaraq  apellyasiya  şikayətində  və  ya  apellyasiya  protestində

əsaslandırmaq hüququna malikdirlər. Ziddiyyət göz qabağındadır.

Qeyd etmək yerinə düşərdi ki, CPM‐nin 91.1‐ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya

məhkəmənin  təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə  barədə  qərar  çıxardığı  fiziki  şəxs

təqsirləndirilən şəxs kimi tanınır və bu qərarın çıxarılmasi ona qarşı ittihamın irəli sürülməsi hesab

olunur. CPM‐nin 297.0.2.‐ci maddəsinə əsasən isə MSİ materialları üzrə  toplanılmış sübutlar və

təhqiqat zamanı araşdırılmış hallar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı

ittihamın irəli sürülməsinə imkan verdikdə, prosessual rəhbərliyi həyata keçirən prokuror böyük

ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə

dair  təhqiqatçı  tərəfindən  tərtib  edilmiş  yekun  protokolunda  ittihamın  irəli  sürülməsini  təsdiq

etmək və bütün materialları məhkəməyə göndərmək hüququna malikdir. Yəni prosessual rəhbərliyi

həyata  keçirən  prokuror  yekun  protokolunu  təsdiq  etdikdən  sonra  cinayət  qanunu  ilə  nəzərdə

tutlmuş əməli törədən şəxs “təqsirləndirilən şəxs” hesab olunur. Burada işlədilən “başqa ittiham”

anlayışı  isə  maddənin  məntiqi  anlayışına  heç  uyğun  deyildir.  Belə  ki, Cİ  və  MSİ  materiallarında

təqsirləndirilən şəxsə qarşı başqa ittiham məhkəmə iclasında məhkəmə tərəfindən ancaq yüngül

sanksiyalı maddələrlə irəli sürülə bilər.İstintaq orqanı isə məhkəmənin təqsirləndirilən şəxsə qarşı

daha  ağır  ittihamın  irəli  sürülməsi  məsələsinə  baxmaq  üçün  cinayət  işini, MSİ  materiallarını

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarsa

da istintaq orqanı təqsirləndirilən şəxsə qarşı yalnız həm ağır sanksiyalı yeni ittiham, həm əlavə

ittiham,  yüngül  sanksiyalı  yeni  ittiham,  yaxud  ittihama  cəzanı  ağırlaşdıran  hallar  daxil  edərək

yenilənmiş ittiham irəli sürə bilər, işin icraatına xitam verə, icraatı dayandıra bilər və s.

Qanunverici 10 gün müddəti qəti olaraq müəyyən etmişdir. Belə çıxır ki, bu müddətin ötürülməsi,

ona riayət edilməməsi ibtidai araşdırma müddətinin ötürülməsi hesab olunur. Onun ötürülməsindən

sonra həyata keçirilən prosessual hərəkətlərin etibarsız hesab edilərərk ləğv  olunmasına səbəb

olacaqdır.

Lakin istər Cİ, istərsə də MSİ materialları üzrə 10 gün müddətində təqsirləndirilən şəxsə qarşı daha

ağır ittihamın irəli sürülməsi (işin prokurorluğa qaytarılması, orada yenidən icraata qəbul olunması,



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə