Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

qəbul edilənədək, həmin qərara dair fikir bildirməməlidir.” Əgər hakimlər istər dövlət ittihamçısının,

istərsə də zərərcəkmiş şəxs və ya onun qanuni nümayəndəsinin vəsatəti ilə təqsirləndirilən şəxsə

daha ağır ittihamın irəli sürülməsi barədə vəsatətlərini təmin edirsə, deməli, o, üstüörtülü şəkildə

olsa da təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsinin zəruriliyi ilə razılaşmış olur ki,

bu  da  işin  mümkün  nəticəsi  barədə  onun  fikrinin  açıqlaması  hesab  olunmalıdır. Yaranmış

vəziyyətdən çıxış yolu isə aşağıdakı kimi görünür. Bu halda, əgər təqsirləndirilən şəxsə qarşı daha

ağır yeni, yenilənmiş və ya əlavə ittiham irəli sürülərsə, məhkəmə artıq həmin tərkibdə işə baxmağa

səlahiyyətli  olmayacaq  və  işə  baxılması  başqa    hakimə  və  ya  məhkəmə  tərkibinə  tapşırılmalıdır.

Digər  yol  isə, dövlət  ittihamçısı,  zərərəçəkmiş  şəxs, onun  qanuni  nümayəndəsi  (nümayəndəsi)

tərəfindən təqsirləndirilən şəxsə ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün vəsatət

qaldırmaq hüququ ilə yanaşı, qanunverici məhkəmənin də bunu öz təşəbbüsü ilə həyata keçiriməsi

hüququnu tanımalıdır. Lakin burada Ali Məhkəmə və Konstitusiya Məhkəməsi məhkəmələrin bu

hüququnun tanınmasına qarşı vahid cəbhə yaratmaları vəziyyəti daha da çıxılmaz edir. Belə halda

məhkəmə baxışı qanunun tələblərinə əsaslanmaq əvəzinə, daha çox subyektiv təşəbbüslərə yol açır

ki,  bu  da  məhkəmələrin  pozulmuş  hüquqların  bərpasına  etinasız  münasibət  göstərməsi,

fəaliyyətsizliyi görüntüsü yaradır.

Məlumdur ki, Konstitusiyanın 127‐ci maddəsinin VII hissəsinə və CPM‐in 32.1‐ci maddəsinə müvafiq

olaraq Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi

əsasında həyata keçirilir. Yəni məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli, tərəflərə

öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə etmək üçün bərabər imkanlar

yaratmalıdır.

Konstitusiya Məhkəməsi isə bu prinsiplə bağlı öz mövqeyini belə ortaya qoyur ki,  çəkişmə yalnız

bitərəf məhkəmənin mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual

funksiyalarını  (ittiham, yaxud  müdafiə)  öz  üzərinə  götürməsi  yolverilməzdir.  (bax:  Konstitusiya

Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul

2011‐ci  il  tarixli  qərarının  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına

uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012‐ci il tarixli Qərarı).

Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐Prosessual

Məcəlləsinin 409‐cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002‐ci il tarixli Qərarında bir qədər

də  irəli  gedərək  qeyd  etmişdir  ki,  məhkəmə  məhkəmə  baxışının  təyin  edilməsi  barədə  qərarda

müəyyən  edilmiş  ittihamın  hədlərindən  kənara  çıxa  bilməz.  Məhkəmə  baxışı  zamanı  ittihamın

ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan

məhkəmənin  öz  təşəbbüsü  ilə  məhkəmə  baxışını  dayandıraraq  işi  və  ya  materialları  ibtidai

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham

irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya

digər,  xüsusilə  də,  ittiham  yönümlü  qərar  qəbul  etmək  səlahiyyəti  (hüququ)  qanunvericilikdə

nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin

43.1.1,  314.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  “dövlət  ittihamçısı  və  xüsusi  ittihamçı  cinayət

təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008‐ci il tarixli Qərarında

əks etdirdiyi hüquqi mövqeyinə görə çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə

hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual

səlahiyyətlərini  öz  üzərinə  götürərək  onlardan  hər  hansı  birinin  tərəfində  dayanmamalı,  yaxud

onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

Biz isə bu fikirdəyik ki, çəkişmə prinsipi güləşmə prinsipi kimi qəbul edilməməli, hakim isə idman

arbitri  rolunu  oynamamalıdır. Əgər  məhkəmədə  ədalət  mühakiməsi  yalnız  cəkişən  tərəflərin

mübarizəsinin nəticəsi kimi qiymətləndiriləcəksə, onda daha məhkəməyə (arbitrə) nə ehtiyac vardır.

Elə bu nəticəni cinayət prosesini həyata keçirən istintaq və təhqiqat orqanı da fiksə edə bilərdi. Digər

tərəfdən,məhkəmə əgər təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla mütləq bağlıdırsa,onda

çəkişmə prinsipi də boş ibarədən başqa bir şey deyildir.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  16 ­




­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Çünki  Azərbaycan  Respublikası  Konstitusiyasının  125‐ci  maddəsinin  (Məhkəmə  hakimiyyətinin

həyata  keçirilməsi)  VII  bəndinə  əsasən  məhkəmə  icraatı  həqiqətin  müəyyən  edilməsini  təmin

etməlidir. Habelə CPM‐nin 25.2‐ci maddəsinə əsasən “Hakimlər cinayət prosesini həyata keçirən

orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.”

CPM‐nin 8‐ci maddəsinə əsasən  cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq,

cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri

ifşa  və  cinayət  məsuliyyətinə  cəlb  etmək;  cinayət  törətməkdə  ittiham  olunan  şəxslərin  təqsirini

müəyyən  edərək  onları  cəzalandırmaq  və  təqsirsiz  şəxslərə  bəraət  vermək  məqsədi  ilə  ədalət

mühakiməsini həyata keçirməkdən və s. ibarətdir.

Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında

yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında,

qərəzsiz və ədalətlə baxmalıdırlar. (CPM 28.1 m.)

Cinayət  prosesində  heç  bir  sübutun  və  digər  materialın  qabaqcadan  müəyyən  edilmiş  qüvvəsi

yoxdur. (CPM m. 33.3 m.)

Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur

daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az

əhəmiyyət verilməsi yolverilməzdir. (CPM 33.4 m.)

Bu halda məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna  ittihamın həlli üçün

onların  kifayət  etməsinə  əsasən  qiymət  verməli,  hakim  qanunu  və  vicdanını  rəhbər  tutaraq

sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına

görə qiymətləndirməlidir. CPM‐nin 25.3.‐cü mad. əsasən “Hakimlər cinayət işlərini və ya cinayət

təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri

sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.”

Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki,

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 29 noyabr 1985‐ci il tarixli qətnaməsi ilə təsdiq

edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT‐nin Əsas prinsipləri”nə müvafiq olaraq

məhkəmə  orqanlarının  müstəqilliyi  prinsipi  məhkəmə  orqanlarına  hüquq  verməklə  yanaşı,

onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının

təmin edilməsini də tələb edir.

“Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik

prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından,

qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır.

“İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Konvensiyanın  6‐cı  maddəsi  ilə

təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur.

Mövqeyimizin doğruluğunu təsdiq edən saydıqlarımızdan savayi, kifayət qədər hüquq normaları

mövcuddur.

Daha  sonra CPM‐nin  318.3‐cü  maddəsinə  əsasən  cinayətin  tövsifinin  dəyişməsi  nəticəsində

məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə

işin  baxılmasına  xitam  verilir  və  iş  ümumi  qaydada  aidiyyəti  üzrə  baxılmaq  üçün  müvafiq

məhkəməyə göndərilir. Daha bir məntiqi sual: istintaq orqanı cinayət işinin icraatına xitam verərsə

məhkəmə nə etməlidir? Yəqin ki,istintaq orqanının müvafiq qərarına əsasən məhkəmə baxışına

xitam verməlidir.İcraat dayandırıldıqda isə məhkəmə baxışı da dayandırılmış vəziyyətdə qalır.

Qeyd  etdiklərimizlə  bağlı,bəzi  hakimlərin  CPM‐nin  318  və  391.8‐1‐ci  maddələrinin  Məcəllədən

çıxarılması  barədə  fikirlərinin  tam  əsassız  olması  qənaətinə  gələrək,bunun  cinayət‐prosessual

qanunvericiliyinin prinsip və şərtlərinə daban‐dabana zidd olduğunu bildirir və CPM‐nin 318‐ci

maddəsinin aşağıdakı mətndə verilməsini məqsədəmüvafiq hesab edirik:

Maddə 318. Məhkəmə araşdırmasının hədləri

318.1.  Məhkəmə  araşdırması  yalnız  təqsirləndirilən  şəxsə  münasibətdə  və  ancaq  ona  qarşı  irəli

sürülmüş ittiham üzrə aparılır.

318.2. Əgər məhkəmə araşdırması zamanı  (nəticəsində)  kifayət  qədər  əsaslar  olarsa,  məhkəmə



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə