Respublika”. 015. mart. N 54. S ; 11 mart. N 55. S “erməNİ MƏSƏLƏSİ” necə yarandi? Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü



Yüklə 202,72 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü202,72 Kb.
#67826


Respublika”.-2015.-8 mart.-N 54.-S.6.; 11 mart.-N 55.-S.6. 

 “ERMƏNİ MƏSƏLƏSİ” NECƏ YARANDI? 

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq 

niyyəti  ilə  köçürülürdü.  Bu  çirkin  siyasətin  həyata  keçirilməsində  Rusiya  ordusunda  xidmət  edən 

erməni  zabitləri  fəal  iştirak  edirdilər.  Erməni  generalları  öz  məqsədlərini  açıq  bəyan  etməkdən 

çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən rus polkovniki 

Lazaryan  (Lazarev)  İrandan  Şimali  Azərbaycana  köçürülən  ermənilərə  müraciətlə  deyirdi:  “... 

Orada (yəni Şimali Azərbaycanda) siz yeni  vətən əldə edəcəksiniz...”. Daim köçəri həyat sürməyə 

adət  etmiş  ermənilərə  təlqin  edilirdi  ki,  “İran  çörəyi  yeməkdənsə  rus  otu  yemək  daha  yaxşıdır” 

(bax: İrəvan xanlığı. Elmi redaktor AMEA-nın müxbir üzvü, prof. Y.Mahmudov. B., 2010, səh. 23-

24). 

 

Tarixin  amansız  zərbələrinə  məruz  qalmış  və  yadelli  işğalçılara  qarşı  mərdi-mərdanə  mübarizə 



aparmış doğma Azərbaycanımızın başına min bir fəlakət gətirilmiş, faciəli hadisələr törədilmişdir. Qanlı 

və  faciəli  tariximizin  ən  ağrılı  dövrü  məhz  XIX  yüzilliyin  əvvəllərinə  düşür.  Tarixi  ədalətsizlik 

nəticəsində  Azərbaycan  torpaqlarının  iki  yerə  parçalanmasını  reallaşdıran  Gülüstan  və  Türkmənçay 

müqavilələri son nəticədə böyük faciələrə səbəb oldu. Bir tərəfdən böyük dövlətçilik təcrübəsinə malik 

olan  Azərbaycan  dövlətinin  müstəqilliyi  əlindən  alındı,  digər  tərəfdən  Türkmənçay  müqaviləsinin  15-ci 

maddəsinə  uyğun  olaraq  xaricdə  yaşayan  ermənilərin  Qafqaza,  xüsusilə  Azərbaycan  torpaqlarına 

köçürülməsi işinə başlanıldı. 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni 

Zaqafqaziyaya  köçürüldü.  Köçürülən  ermənilər  isə  yerli  azərbaycanlı  əhalini  getdikcə  sıxışdırmağa 

başladılar.  Ermənilərin  köçürülməsi  işi  və  Azərbaycan  torpaqlarında  yerləşdirilməsi  fasiləsiz  davam 

etdirilirdi. Rusiya imperatoru I Nikolay (1825-1855) ermənilərin köçürülməsinə nəinki şərait yaratdı, həm 

də onlar üçün “erməni vilayəti” təşkil etdi. Bu, tarix boyu erməni siyasətçilərinin ən böyük arzusu idi. I 

Nikolay 1828-ci il martın 21-də “Erməni vilayəti”nin yaradılması haqqında fərman verdi. Həmin fərmana 

görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, qədimdən Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan 

xanlıqları  və  Ordubad  dairəsi  hesabına  “Erməni  vilayəti”  yaradıldı.  Ümummilli  lider  Heydər  Əliyevin 

imzaladığı  Prezident  fərmanında  deyildiyi  kimi,  ermənilər  öz  havadarlarının  himayəsi  altında  “erməni 

vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular ki, belə süni ərazi bölgüsü ilə, əslində 

azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.  

Ermənilərə belə himayədarlıq edən çarizm onlardan bir əlverişli vasitə və dayaq nöqtəsi kimi istifadə 

etməyə,    nəticədə  Qafqazın  sərvətlərinə  sahib  olmağa  və  ermənilərin  əli  ilə  Şərqə  doğru  ekspansiya 

siyasətini  genişləndirməyə  çalışırdı.  Özünün  coğrafi-strateji  əhəmiyyətinə  görə  Azərbaycan  o  zaman 

Rusiya imperiyasının xarici siyasət diplomatiyasında əsas yer tuturdu. XIX əsrin əvvəllərində Rusiyanın 

xarici  siyasət  xəttinin  hazırlanmasında  və  formalaşmasında  qatı  şovinist  olan  I  Pyotrun  “üç  istiqamət 

planı” əsas götürülürdü və bu təcavüzkar plana görə Rusiyanın Şərq siyasətində Azərbaycan torpaqlarını 

zor gücünə işğal etmək və bu zaman ermənilərdən bir vasitə kimi istifadə etmək nəzərdə tutulurdu. Belə 

bir zamanda Şərqin məzlum xalqlarını əsarət altına almaq üçün meydan sulayan Avropanın müstəmləkəçi 

dövlətləri “parçala və hökmranlıq et” taktikasından geniş istifadə edirdilər. Əslində Şərq siyasəti deyilən 

bu  siyasətin  banisi  sayılan  Rusiya  imperatoru  I  Pyotr  imperiya  dövlətinin  gələcək  işğalçılıq  planlarının 

əsas proqramını hazırlamışdır. Üç istiqamət adlandırılan Şərq siyasətinin başlıca məzmunu təxminən belə 

idi: 

 

1. Azov - Qara dəniz, Bosfor və Dardanel boğazlarından keçib Aralıq dənizinə çıxmaq; 



 

2. Azərbaycan - İran-Fars körfəzi yolu ilə Hind okeanına (I Pyotrun dili ilə İsti okeana) yol açmaq; 

 

3. Orta Asiyanı işğal edəndən sonra Əfqanıstandan keçib Hindistana soxulmaq (bax: M.Muradov. Çar 



Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə siyasəti. B., 1999, səh.12). 

 

I  Pyotrun  xarici  siyasət  diplomatiyasında  Qafqazı,  xüsusilə  Azərbaycanı  işğal  etmək,  buranın 



sərvətlərinə  yiyələnmək  ön  planda  idi.  I  Pyotr  Bakı  nefti  ilə  ciddi  maraqlanır  və  buranı  ələ  keçirməyə 

çalışırdı. I Pyotrun işğalçılıq planlarının reallaşmasında yerli ermənilər satqınlıq edərək, rus qoşunlarının 

müxtəlif  yollarla  irəliləməsinə  bələdçilik  edirdilər.  I  Pyotr  Bakını  işğal  edən  general  Matyuşkinə 

“Bakıdan  ağ  neft  göndərmək”  sərəncamını  vermişdi.  I  Pyotr  işğal  edilmiş  Azərbaycan  torpaqlarında 




xristiranlaşdırma  siyasəti  aparırdı.  Matyuşkinə  yazırdı:  “Gilanda  və  Mazandaranda  olan  erməniləri  və 

başqa  xristianları  orada  yerləşdirməyə  çalışın”.  (Bax:  bax:  M.Muradov.  Çar  Rusiyasının  Azərbaycanda 

işğalçılıq və köçürmə siyasəti. B., 1999, səh.11). 

Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəllərində Şərq siyasəti istər Rusiya 

imperiyasının və istərsə də Avropa dövlətlərinin xarici siyasət proqramında mərkəzi yerdə dayanırdı. Bu 

strategiyanı həyata keçirmək üçün Avropanın iri dövlətləri öz aralarında ciddi siyasi gedişlər edir, hərb və 

ya sülh danışıqlarından istifadə edərək üstünlüyü ələ keçirməyə çalışırdılar. 

“Şərq  məsələsi”nin  ən  dəhşətli  qolu  -  “erməni  məsələsi”  adlanan  məsələ  tarix  səhnəsində 

arasıkəsilməz  faciələr  mənbəyinə  çevildi.  Tarixi  hadisələrə  bələd  olan  hər  kəsə  yaxşı  məlumdur  ki,  bu 

məsələ  Osmanlı  imperiyasını  zəiflətmək  və  son  nəticədə  Şərqin  siyasi  xəritəsinin  dünyanın  iri 

dövlətlərinin  mənafeyinə  uyğun  şəkildə  formalaşmasını  təmin  etmək  məqsədi  ilə  yeridilən  siyasətin 

mühüm  tərkib  hissəsidir.  Erməni  xalqının  öz  müqəddəratını  özü  təyin  etməsi  pərdəsi  altında  dünya 

siyasətinə daxil olan bu məsələ əslində xarici kapital ilə sıx bağlı olan erməni millətçilərinin mənafeyinə 

uyğun olaraq Türkiyə və Azərbaycan torpaqları hesabına “dənizdən dənizə böyük Ermənistan” imperiyası 

yaradılması haqqında tarixdə oxşarı olmayan avantürist, hiyləgər və məkrli bir siyasətdir. 

“Erməni  məsələsi”  Rusiya  və  İngiltərə  tərəfindən  ortaya  atılan  bir  məkrli  siyasətdir  ki,  onu  bəhanə 

edib  orta  əsrlərin  qüdrətli  dövləti  olan  Osmanlı  dövlətini  zəiflətsinlər,  torpaqlarını  ələ  keçirsinlər. 

V.F.Mayevskinin təbirincə desək, ermənilər “... hər halda başqa dövlətlərin Türkiyənin işlərinə qarışması 

üçün  bəhanə  olsun  deyə  ağlasığmaz,  təsəvvürəgəlməz  anarxiya  yaratmaqdan  ötrü  əllərindən  gələn  hər 

şeyri  etmişlər...”.  (Bax:  Rusiyanın  Van  və  Ərzurumdakı  Baş  konsulu  Mayevskinin  xatirələri.  B.,  1994, 

səh.39). 

Şərq  tarixini  bilən  hər  kəsə  yaxşı  məlumdur  ki,  XIX  yüzilliyin  ortalarında  baş  verən  Krım 

müharibəsində  Osmanlı  dövlətinin  tarixi  qələbəsi  həm  Şərqdə  və  həm  də  Avropada  qüvvələr  nisbətini 

Türkiyənin xeyrinə xeyli dəyişdi və Vyana konqresindən sonra dövlətlər arasında yaranmış balansa ciddi 

təsir  göstərdi.  Bu  nisbət  Rusiyanın  xarici  siyasət  nüfuzuna  ağır  zərbə  vurdu  və  hərbi  qüdrətini  xeyli 

zəiflətdi.  Nəticədə  Rusiyanın  beynəlxalq  nüfuzu  aşağı  düşdü,  Avropada  rolu  zəiflədi,  Qara  dəniz  və 

boğazlar  məsələsində  yaxına  buraxılmadı.  Bundan  başqa  Krım  müharibəsində  acı  məğlubiyyət  dadan 

Rusiya  Balkanlarda  üstün  hüquqlardan  mərhum  edildi.  Rusiyanın  yeni  hakim  dairələri  bu  vəziyyətlə 

barışmaq istəmir və ölkəsinin təklənməsi vəziyyətindən çıxış yolları axtarırdılar. Bunun üçün yeni xarici 

siyasət proqramı hazırlandı və bu strategiyanı həyata keçirmək üçün Avropa dövlətləri ilə və Türkiyə ilə 

intensiv danışıqlar, beynəlxalq görüşlər və konfranslar aparmağa başladılar. Nəticədə XIX yüzilliyin 60-

70-ci  illərində  həm  Rusiya  dövlətinin  və  həm  də  Avropa  dövlətlərinin  marağında  olan  Şərq  böhranı 

yarandı,  getdikcə  mürəkkəbləşdi  və  Qordi  düyününə  çevrildi.  Avropa  ölkələri  isə  Şərq  məsələsində  və 

Şərq  böhranında  daha  çox  Rusiyanı  qızışdırır  və  onu  daha  ciddi  tədbirlər  həyata  keçirməyə  təhrik 

edirdilər. 

Beləliklə,  müharibəyə  ciddi  hazırlaşan  Rusiya  1877-ci  il  aprelin  12-də  (24-də)  Türkiyəyə  müharibə 

elan etdi. Bu müharibə 1878-ci il fevralın 19-da (martın 3-də) San-Stefano sülh müqaviləsi ilə başa çatdı. 

San-Stefano müqaviləsinin şərtləri ilə razılaşmayan Avropa dövlətləri yenidən bu məsələni müzakirə etdi 

və özlərinin xeyrinə dəyişdirmək üçün Berlin konqresinə toplaşdılar. Bismarkın sədrliyi ilə keçirilən bu 

konqres  1878-ci  il  iyunun  1-dən  iyulun  1-dək  çəkdi.  San-Stefano  müqaviləsinin  16-cı  maddəsində 

deyilirdi:  “Türkiyə  ermənilər  yaşayan  vilayətlərdə  tezliklə  həyat  şəraitini  yaxşılaşdırmaq  və  yerli 

əhəmiyyətə malik islahatları həyata keçirmək öhdəliyini götürür və ermənilərin təhlükəsizliyini kürd və 

çərkəzlərdən qoruyacağına zəmanət verir”. 

San-Stefano  sülh  müqaviləsinin  bu  16-cı  maddəsi  az  sonra  Berlin  konqresinin  61-ci  maddəsi  ilə 

yenidən  formalaşdırıldı  və  “erməni  məsələsi”nin  həllində  erməniləri  tam  razı  sala  biləcək  sənədlə 

yekunlaşdı.  61-ci  maddədə  deyilirdi:  “Sultan  hökuməti  ermənilərin  yaşadıqları  vilayətlərdə  yerli 

ehtiyacların zəruri etdiyi islahatları gecikdirmədən həyata keçirməyi və onların asayişini, təhlükəsizliyini 

kürdlərlə  çərkəzlərdən  qorumağı  öhdəsinə  götürür.  Bu  sahədə  görüləcək  tədbirlər  böyük  dövlətlərə 

bildiriləcəkdir. Və onlar da tədbirlərin həyata keçirilməsinə nəzarət edəcəklər”. (bax: İ.Musayev. Böyük 

dövlətlər və “erməni məsələsi”, B. 2003, səh.111). Beləliklə, beynəlxalq münasibətlərin diqqətində olan 

“erməni məsələsi” nəinki erməniləri razı saldı, eyni zamanda Osmanlı dövlətinin daxili işlərinə qarışmaq 

və ona nəzarət etmək mexanizminin rolunu açıq şəkildə böyük Avropa dövlətlərinin ixtiyarına verdi. 

Beləliklə,  ermənilər  ilk  dəfə  beynəlxalq  sənəddə  belə  xatırlanırlar...  Məlum  olduğu  kimi,  Berlin 

konqresi  San-Stefano  müqaviləsinin  həmin  16-cı  maddəsini  ləğv  etdi,  çünki  konqres  iştirakçısı  olan 

böyük  dövlətlər  bəyan  etdilər  ki,  Anadolunun  heç  bir  hissəsində  erməni  əhalisi  çoxluq  təşkil 

etmədiyindən  erməni  xalqının  muxtariyyəti  haqqında  söhbət  belə  gedə  bilməz.  Türkiyə  ermənilərinin 

keçmiş patriarxı Xrimyanın başçılıq etdiyi nümayəndə heyəti vətənə demək olar ki, əliboş qayıtdı. 



Beləliklə,  “erməni  məsələsi”  XIX-XX  yüzilliklər  boyu  böyük  dövlətlərin  əlində  bir  vasitə  olmuş  və 

sözün əsl mənasında Osmanlı Türkiyəsinə qarşı çevrilmişdir. Türkiyə alimləri haqlı olaraq göstərirlər ki, 

“erməni  məsələsi”  əslində  ermənilərin  deyil,  türk  torpaqları  üzərində  mənafeləri  toqquşan  böyük 

dövlətlərin - Çar Rusiyası ilə İngiltərənin məsələsi kimi siyasi həyata atılmışdır. Tarixi hadisələrin gedişi 

göstərir ki, bütün XX əsr boyu azərbaycanlılar üçün əsl tarixi fəlakətə çevrilmiş olan “erməni məsələsi”, 

sonralar  isə  uydurma  Qarabağ  problemi  zəngin  sərvətə  malik  olan  Qafqazda  öz  nüfuzunu  itirmək 

istəməyən Rusiya imperiyasında siyasi hadisələrin gedişi ilə bilavasitə bağlı olmuşdur.   

 

“Erməni  məsələsi”  Rusiyanın  xarici  siyasətinin  gündəliyində  həmişə  olmuşdur.  İmkan  tapdıqca  bu 



məsələnin həyata keçirilməsi, ya da ondan Osmanlı dövlətinə qarşı istifadə etməyin yolları  araşdırılırdı. 

1799-cu  ildə  Peterburqda  “erməni  məsələsi”  müzakirə  edilərək  “isti  dənizə  doğru”  siyasətini  həyata 

keçirməsi vasitələrinin tapılmasına çalışılırdı (bax: H.Sadıqov. Erməni məsələsi. B., 2012, səh.162). 

Avropa dövlətləri tərəfindən Şərq məsələsinin tərkib hissəsi kimi yaradılan “erməni məsələsi” onların 

əlində oyuncaq bir vasitəyə və getdikcə mürəkkəbləşən beynəlxalq bir problemə çevrilmişdir. V.Qurko-

Kryajin  Böyük  Sovet  Ensiklopediyası  üçün  yazdığı  “Erməni  məsələsi”  məqaləsində  erməni  məsələsini 

Şərq  məsələsinin  bir  hissəsi  adlandırmaqla,  onun  həm  zahiri  və  həm  də  daxili  mahiyyətini  belə 

fərqləndirir:  Zahiri  mahiyyət:  böyük  dövlətlər  Türkiyəni  daha  asanlıqla  istismar  etməkdən  ötrü  onun 

mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırlar. Daxili mahiyyət: öz 

burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda mübarizə 

aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. 

Qərbi  Avropa  ölkələri  və  Rusiya  xarici  siyasət  strategiyasında  üstünlüyü  ələ  keçirmək  və  özlərinin 

işğalçılıq planlarını daha asanlıqla reallaşdırmaq üçün XIX yüzilliyin sonu  - XX yüzilliyin əvvəllərində 

“erməni məsələsi”ndən istifadə edərək ona həm də böyük ümidlərlə yanaşırdılar. Öz növbəsində Rusiya 

hakim dairələri Balkanlarda və Şərqdə möhkəmlənmək və üstünlüyü ələ almaq üçün bu avantürist kartdan 

istifadə  edir  və  hətta  Türkiyə  torpaqlarında  “Türkiyə  Ermənistanı”  yaratmağı  vəd  edirdilər.  Bu  vəddən 

həvəsə düşən ermənilər Türkiyə vilayətlərində qanlı aksiyalar həyata keçirməyə başladılar. Milli zəmində 

baş verən bu dəhşətli qırğınlarda on minlərlə türk öldürüldü. Samsunda, İstanbulda, Vanda dinc türklər 

amansızcasına məhv edilməyə başlandı. Bu qırğınları həyata keçirən ermənilər sürətlə bu işi gördülər ki, 

həmin  ərazilərdə  türklərin  kökü  kəsilsin  və  türksüz,  Türkiyə  torpaqları  hesabına  “Erməni  dövləti” 

yaratsınlar.  Ermənilər  əslində  türklərə  qarşı  əsl  soyqırımı  həyata  keçirdilər  (bax:  Rusiyanın  Van  və 

Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri. B., 1994). Belə bir vaxtda, Rusiya dövləti ermənilərə 

kömək  etmək  üçün  edilən  xahişlərə  və  yalvarışlara  biganə  qalmadı.  1912-ci  ildə  erməni  kilsəsinin 

katalikosu Rusiya hökumətinə Türkiyə ermənilərini müdafiə etmək üçün xahişlə müraciət etdi. Rusiya öz 

növbəsində Türkiyə Ermənistanında geniş islahatlar proqramını irəli sürsə də Almaniya buna etiraz etdi. 

Hətta  iş  o  yerə  çatdı  ki,  Antanta  dövlətləri  1914-cü  il  yanvarın  26-da  erməni  vilayətlərində  islahat 

keçirmək  barədə  müqavilə  imzaladı.  Əgər  nəzərə  alsaq  ki,  bu  zaman  Türkiyənin  beynəlxalq  və  daxili 

siyasi vəziyyəti xeyli mürəkkəb idi, onda çox şey aydınlaşar. Türkiyə Balkan və Trablis müharibələrində 

xeyli itki vermişdi, üstəlik yeni dünya müharibəsinin alovları yaxınlaşmaqda idi. Vəziyyətin belə ağır və 

mürəkkəb  olmasına  baxmayaraq,  Türkiyə  hökuməti  qəti  addım  atdı  və  islahatların  keçiril-məsindən 

imtina etdi. Türkiyə hökumətinin qəti və prinsipial mövqeyi doğru idi. Ona görə ki, Türkiyə ərazisində və 

vilayətlərin heç birində ermənilər çoxluq təşkil etmirdilər və necə ola bilərdi ki, qədimdən türk yurdu və 

türk torpaqları olan bir dövlətdə yeni bir bufer dövləti olacaq “Türkiyə Ermənistanı” deyilən qondarma və 

uydurma bir dövlət yaradılsın? 

Birinci Dünya müharibəsi başlanan kimi ermənilər öz murdar planlarını həyata keçirmək üçün Türkiyə 

vilayətlərində  qanlı  qırğınlar  törətdilər.  Ermənilər  sürətlə  silahlanır  və  türk  kəndlərini  amansızcasına 

yandırırdılar. Türkiyənin belə ağır zamanında düşmən orduları hücuma keçdilər, yunan qoşunları hücumla 

bir çox türk şəhərlərini ələ keçirdilər. 1915-ci ilin martında Vanda erməni üsyanı başlandı. Ermənilər 3 

min nəfərdən çox türkün üstünə benzin tökərək yandırdılar. Van vilayəti ermənilərin əlinə keçdi. 1916-cı 

ilin  aprelinə  qədər  rusların  və  ermənilərin  birləşmiş  ordusu  Şərqi  Anadolunun  böyük  bir  hissəsini  - 

Trabzonu,  Ərzurumu,  Muşu,  Bitlisi,  Vanı  ələ  keçirmişdilər.  İngilislər  Qarsı  işğal  etmiş,  fransızlar  isə 

Adananı və Kilikiyanı tutmuşdular. Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da Mudros sülh müqaviləsini 

imzalayaraq Birinci Cahan müharibəsindən çıxdı. Acı məğlubiyyət nəticəsində Osmanlı dövləti özünün 

faciəli  tarixini  yaşayırdı.  Mudros  müqaviləsi  Türkiyə  üçün  ağır  şərtlər  irəli  sürürdü.  Müqavilənin 

şərtlərinə  görə  Türkiyə  parçalanır,  qədim  Anadolu  torpaqları  düşmən  əlinə  keçirdi.  Hətta  düşmən 

donanması İstanbulda lövbər salmışdı. Vəziyyətin ağırlığı bir də ondan ibarət idi ki, Türkiyə torpaqları 

hesabına “Türkiyə Ermənistanı” yaradılması nəzərdə tutulmuşdu. Türkiyənin ağır vəziyyətə düşməsindən 

istifadə edən düşmən orduları bir-birinin ardınca Türkiyə şəhərlərini və türk vilayətlərini işğal edirdilər. 

Belə  ağır  bir  vəziyyətdə  ikən  sultan  hökuməti  biabırçı  Sevr  müqaviləsini  (10  avqust  1920-ci  il) 



imzaladılar. Sevr müqaviləsinin şərtləri Türkiyə üçün olduqca ağır və həqarətli idi. Bu müqaviləyə görə 

Sultan  Türkiyəsi  öz  ordusunu  buraxmalı,  hərbi  donanmasını  əslində  ləğv  etməli,  Suriya,  Fələstin, 

Ərəbistan  yarımadası,  Transiordaniya  və  Mesopotamiyadakı  torpaqlarından  məhrum  edilməli,  İzmir 

şəhəri Yunanıstana verilməli idi. Müqaviləyə görə Ermənistana müstəqillik verilməli və yeni yaradılacaq 

Ermənistanın  ərazisi  Ərzurum,  Van,  Trapezund  və  Bitlis  əyalətlərinə  qədər  genişləndirilməli  idi.  Bu, 

ayrıca maddə kimi qəbul edilmişdi. Osmanlı Türkiyəsi bax belə parçalandı və çox ağır vəziyyətə düşdü. 

Ağır və acı taleyini yaşayan Türkiyə bir dövlət olaraq tarixdən silinmək təhlükəsi ilə üz-üzə qaldı. 

Beləliklə,  avropalıların  “xəstə  adam”  adlandırdıqları  Sultan  Türkiyəsinin  yaraları  yenidən  qövr 

eləməyə başladı. Türkiyənin belə ağır durumunda “Ya istiqlal, ya ölüm” şüarını irəli atan Mustafa Kamal 

Paşa ilk baxışda mümkün  olmayan bir şəraitdə bütün türk xalqını ayağa qaldırdı, düşmənə qarşı ölüm-

dirim savaşına girdi, milli mübarizədə milli birliyi təmin edən əvəzsiz bir lider, müharibə meydanlarında 

əfsanəvi bir komandan, qüdrətli dövlət yaradan böyük siyasi xadim, millətin simasını dəyişdirən qorxmaz 

bir  inqilabçı  oldu.  Ağlın  və  elmin  rəhbərliyini,  sağlam  düşüncəni  qəbul  edən  Atatürk  girişdiyi 

mübarizənin əvvəlindən sonuna qədər türk millətinin yüksək keyfiyyətlərinə güvənmiş, qazandığı hər bir 

qələbənin  dahiliklə  millətin  olduğunu  söyləmişdir.  Sanki  uca Tanrı  onu parçalanmış,  qəlbi  viran  olmuş, 

düşmən tapdağı altında inildəyən türk torpaqlarının, türk yurdunun qurtuluşu üçün, bir xilaskar kimi türk 

millətinə bəxş etdi. Türkiyəyə qarşı haqsız torpaq iddiaları Atatürkü çox üzürdü. Məhz bu səbəbdən aslan 

kimi meydana atılan dahi öndər Atatürk böyük və parlaq zəfərlər qazanaraq türk torpaqlarını düşməndən 

azad etdi və türk xalqının qəlbində müqəddəs bir heykəl ucaltdı (bax: U.Qocatürk. Atatürk. B., 1991). 

Atatürkün rəhbərliyi ilə türk xalqının milli azadlıq mübarizəsi, ölüm-dirim savaşı 1922-ci il oktyabrın 

11-də Antanta dövlətləri ilə imzalanan Mudaniya  müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə Ədirnə də 

daxil olmaqla Şərqi Trakiya yunanlardan azad edildi, İstanbul və boğazlar Türkiyəyə qaytarıldı. Bundan 

sonra Türkiyə bir dövlət olaraq ayağa qalxmağa başladı. 

Ancaq  belə  bir  vaxtda  ermənilər  dinc  durmur,  böyük  dövlətlərin  qılığına  girməkdən  əl  çəkmirdilər. 

Mudaniya  müqaviləsinin  şərtləri  ermənilərin  “Türkiyə  Ermənistanı”  yaratmaq  ümidlərini  qırdı.  Lakin 

erməni  millətçiləri  öz  təbliğatından  qalmır,  Antanta  dövlətləri  və  digər  böyük  dövlətlərlə  yaltaqcasına 

danışıqlar  aparırdılar.  Bundan  sonra  ermənilər  qarşıdakı  Lozanna  konfransına  ciddi  hazırlaşmağa 

başladılar.  Başlıca  məqsədləri  nəyin  bahasına  olursa-olsun  “böyük  Ermənistan”  dövləti  yaratmaq, 

dənizlərə çıxışı ələ keçirmək idi. 

Hətta  ermənilər  konfrans  iştirakçılarına  özlərinin  həyasız  memorandumunu  təqdim  etdilər.  Həmin 

memorandumla “erməni məsələsi”nin həllinin 3 variantını göstərmişdilər: 

1. Ermənilər üçün ərazi ayrılması; 

2.  Ermənistan  ərazilərinin  ona  Şərqi  Anadolu  torpaqlarını  birləşdirmək  yolu  ilə  genişləndirilərək 

dənizə çıxışını təmin etmək; 

3.  Bu  ərazilərə  Sevr  müqaviləsi  əsasında  Suriya,  sonra  isə  Ankara  müqaviləsinə  əsasən  Türkiyə 

Kilikiyasına verilmiş hissələri birləşdirmək. 

Nəhayət, Lozanna konfransı 1922-ci il noyabrın 20-də toplandı və aylarla öz işini davam etdirdi. Çətin 

və mürəkkəb şəraitdə aparılan danışıqlardan sonra nəhayət, 1923-cü il iyulun 24-də müqavilə imzalandı. 

Lozanna  müqaviləsinə  görə  yeni  Türkiyə  dövlətinin  istiqlaliyyəti  bütün  dünya  tərəfindən  təsdiq  edildi, 

Türkiyənin  milli  sərhədləri  müəyyənləşdirildi,  sosial-iqtisadi,  siyasi  və  diplomatiya  sahəsində  Türkiyə 

üçün əhəmiyyətli və tarixi qərarlar qəbul edildi. 

Lozanna  konfransı  tarix  salnaməsinə  türk  xalqının  qəhrəmanlıq  mübarizəsinin  məntiqi  nəticəsi  kimi 

daxil  oldu  və  Osmanlı  dövlətinin  tarixində  Atatürkün  rəhbərliyi  və  başçılığı  ilə  misli  görünməmiş  bir 

siyasi  zəfər  oldu.  Türkiyə  dövlət  istiqlaliyyəti  qazandı,  ölkə  daxilində  əcnəbilərin  hökmranlığının  bütün 

əsasları  məhv  edildi,  yabançı  buxovlar  sındırıldı.  Ən  mühümü  o  idi  ki,  ermənilərə  aid  heç  bir  maddə 

nəzərdə  tutulmamışdı,  erməni  daşnaklarının  bütün  ümidləri  dəfn  edildi.  Ancaq  konfransın  37-44-cü 

maddələrində  dini  azlıqlara  aid  müəyyən  fikirlər  var  idi  ki,  Türkiyə  ərazisində  bir  dini  azlıq  kimi  onu 

ermənilərə  də  aid  etmək  olardı.  Lakin  sonralar  ermənilər  Türkiyədə  milli  azlıq  kimi  tanınmalarından 

imtina  etdilər,  onlar  adi  Türkiyə  vətəndaşı  kimi  yaşamağa  üstünlük  verdilər.  Bu  barədə  erməni  daşnak 

lideri  O.Kaçaznuni  yazırdı:  “Artıq  Türkiyə  Ermənistanı  yoxdur.  Avropanın  böyük  dövlətləri  bizim 

məsələni  dəfn  etdilər”.  Daha  sonra  o,  “Daşnaksütyun”  partiyasının  rəhbəri  kimi  partiyanın  fəaliyyətinə 

yekun vuraraq “Daşnaksütyun”a artıq heç nə qalmır, partiya özünün qərarı ilə şüurlu və qətiyyətli surətdə 

öz  mövcudluğuna  son  qoymalıdır”  qərarını  vermişdi  (bax:  O.Kaçaznuni  (Ermənistanın  ilk  Başbakanı). 

Daşnak partisinin yapacağı bir şey yok. İstanbul, 2006). Lakin daşnaklar öz liderlərinin məsləhətinə əməl 

etmədilər, onların cinayətkar fəaliyyəti və qanlı əməlləri o vaxtdan bu günə qədər davam etməkdədir. 

Beləliklə,  “Erməni  məsələsi”nin  yaranma  tarixi,  avantürist  fəaliyyəti,  qanlı  əməlləri  və  cinayətkar 

hərəkətlərinin  tarixçəsi  belə  olmuşdur.  Son  olaraq  qeyd  etmək  istəyirik  ki,  tarixdə  yaranmış  “erməni 



məsələsi” uydurulmuş bir mif, çürük ağacı xatırladan bir müqəvva, heç bir sosial əsası və bazası olmayan 

yalançı  nəzəriyyədən  başqa  bir  şey  deyildir.  Lakin  belə  bir  çürük  “erməni  məsələsi”nin  uydurulması 

dünyanın böyük dövlətlərinə öz işğalçılıq planlarını həyata keçirmək üçün lazım imiş. Kim bilir, “erməni 

məsələsi”  olmasaydı  belə  Avropanın  böyük  dövlətləri  onun  kimi  nəsə  uyduracaqdı  və  nəhəng  Osmanlı 

dövlətinin ixtiyarında olan torpaqları onun əlindən almaq üçün daha hansı kəşf edəcəkdilər? Lakin tarix 

ondan  ibrət  dərsi  götürməyənləri  cəzalandırır.  Erməni  daşnakları  və  təbliğatçıları  dəfn  edilmiş  “erməni 

məsələsi”ni  iyirminci  yüzilliyin  80-ci  illərinin  ortalarında  başqa  bir  adla  -  “Qarabağ  problemi”  adı  ilə 

yenidən meydana atdılar. 

“Qarabağ  problemi”nin  ortaya  atılmasında  imperiya  mərkəzinin  də  xüsusi  maraq  dairəsi  olmuşdur. 

SSRİ  rəhbərliyi  tərəfindən  qızışdırılan  “Qarabağ  problemi”  on  minlərlə  günahsız  adamların  kütləvi 

şəkildə  məhvinə,  yüz  minlərlə  insanın  məcburi  qaçqına,  köçkünə  və  didərginə  çevrilməsinə,  minlərlə 

şəhər və kəndin məhvinə, milyardlarla maddi ziyanlara, insan zəkasına sığmayan və təfəkkürə gətiriləsi 

mümkün  olmayan  ağır  mənəvi  sarsıntılara  səbəb  olmuşdur.  Əvvəl  “Şərq  məsələsi”ni,  sonra  “erməni 

məsələsi”ni,  daha  sonra  isə  “Qarabağ  problemi”ni  ortaya  atanlar  bu  gün  tarix  qarşısında  cavab 

verməlidirlər, bütün dünya dövlətləri tarixi həqiqətlərdən və canlı tarixin özündən ibrət dərsi almalıdırlar. 

Beləliklə, tarixi araşdırmalar və tədqiqatlar nəticəsində bir obyektiv həqiqət meydana çıxır ki, Rusiya 

və  xarici  dövlətlərin  köməyi  olmasaydı,  ermənilər  heç  vaxt  bugünkü  süni  dövlətlərini  əldə  edə  və 

Azərbaycan torpaqlarını işğal edə bilməzdilər. 



 

  

 



Nuru MƏMMƏDOV, 

 

professor 

Yüklə 202,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə