Respublika oliMPİadasinin yekun məRHƏLƏSİ N.Ə. Abışov H.Ə.Əliyev adına Müasir Təhsil Kompleksi, k e. n. X.Ə.Əsədov



Yüklə 220,05 Kb.
səhifə1/3
tarix27.02.2018
ölçüsü220,05 Kb.
#28522
  1   2   3

Kimya məktəbdə




RESPUBLİKA OLİMPİADASININ YEKUN MƏRHƏLƏSİ
N.Ə.Abışov

H.Ə.Əliyev adına Müasir Təhsil Kompleksi, k.e.n.

X.Ə.Əsədov

Bakı Dövlət Universiteti, böyük elmi işçi

S.M.Abbaszadə

AMEA Neft Kimya Prosesləri İnstitutu, doktorant
IX sinif

Məsələ 1 (8 bal).

Texniki tərəzidə 0,01 q dəqiqliklə çəkilmiş 0,4 qram ağ rəngli kristal maddə arqonla doldurulmuş 100 sm3 həcmli qaba yerləşdirilir. Bu qabda işərisində 10 qram fosfor (V) oksid olan çini kasa da var. Sonra qab hermetik bağlanılır və 2100С temperaturda 1 saat ərzində ehtiyatla qızdırılır. Qızdırılmadan sonra qab otaq temperaturuna qədər soyudulur. Qabın içərisindəki təzyiq 2,12 dəfə artır. Alınmış qaz qarışığının havaya görə nisbi sıxlığı 1,45-dir. Qızdırılmadan sonra bərk qalıq qalmır.

Naməlum maddəni müəyyən edin.
Həlli:

Qızdırılmadan sonra bərk qalıq qalmır, deməli madddə qaz halında olan məhsullara tam parçalanır. Üzvi maddələr oksidləşdiricilərin iştirakı olmadan belə parçalanmırlar. Qeyri-üzvi maddələrdən ammonium duzları bərk qalıqsız parçalanırlar (P2O5 bu zaman mümkün olan məhsulları - ammonyak və suyu udur).

Əvvəlcə parçalanma zamanı hansı qazın və hansı miqdarda alındığnı müəyyən edək. Verilən şəratdə təzyiq 2,12 dəfə artır. Qabda 0.1/22.4 = 4.46∙10-3 mol qaz var idi, 2.12 ∙ 4.46∙10-3 = 9.46∙10-3 mol qaz oldu. Deməli, 9.46∙10-3 - 4.46∙10-3 = 5∙10-3 mol qaz əmələ gəlib. Qazın molyar kütləsini X qəbul edək. Onda:

(40 ∙ 4.46∙10-3 + X ∙ 5∙10-3 ) / (29 ∙ 9.46∙10-3 ) = 1.45.



X = 44 (q/mol). Belə molekul kütləli qazlar: CO2, N2O, C3H8

Bunlardan propan uyğun gəlmir.

Mümkün reaksiya tənliklərinə baxaq:

NH4HCO3 = NH3 + H2O + CO2 (NH4)2CO3 = 2NH3 + H2O + CO2

a г __________ 5∙10-3 мол b г _________ 5∙10-3 мол

79 г _______ 1 моль 96 г ________ 1 мол

a = 0.395 ≈ 0.4 г. b = 0.48 г.

NH4NO3 = N2O + 2H2O

c г _____5∙10-3 мол

80 г ___ 1 мол

c = 0.4 г.

Beləliklə, ammonium-hidrokarbonat (NH4HCO3) və ammonium-nitrat (NH4NO3) uyğun gəlir.



Məsələ 2 (10 bal).

Tutumu 100 ml olan temperatura qarşı davamlı kimyəvi stəkana A metalının 10 qram karbonatı yerləşdirilir və üzərinə ehtiyatla 20 ml qatı xlorid turşusu əlavə edilir. Bu zaman 3,027 litr (n.ş.) qaz ayrılır. Qalan qarışıq həcminin yarısına qədər buxarlandırılır və içərisində buz olan kasada soyudulur. Çökmüş B kristalları bulanıq məhluldan dekantasiya ilə, sonra isə vakuumlu filtirləmə ilə ayrılır və eksikatorda kalsium-xlorid üzərində sabit çəkiyə qədər qurudulur. B kristallarının kütləsi 14,28 qram olur. Bütün reaksiyaların 100% çıxımla getdiyini ehtimal edin.



1. A metalını müəyyən edin.

2. B kristalının tərkibini müəyyən edin.

3. Xlorid turşusunun sıxlığının 1,198 q/ml olduğunu bilərək, buxarlanırmaya qədər məhluldakı duzların kütlə qatılığını təyin edin.
Həlli:

  1. Reaksiya tənliyini ümumi şəkildə yazaq: M2(CO3)n + 2HCl → 2MCln + H2O + nCO2

Burada М –А metalıdır.

Reaksiyaya əsasən::

10 г M2(CO3)n 3.027 л CO2

(2Аr + 60n)г/мол_________22.4n л/мол

Аr = 7n.

Cədvəl quraq:

n 1 2 3

Ar 7 14 21



Металл Литиum Азот, amma –

mетал deyil

Deməli, А metalı– litiumdur.


  1. Tənliyə əsasən,

Li2CO3 + 2HCl → 2LiCl + H2O + CO2

10 q (Li2CO3) m (LiCl)

74 q/mol 2•42.5 q/mol

LiCl-in kütləsi m (LiCl) = 11.486 г.

Ayrılan B kristallarının kütləsi 14.28 q-dır.

B kristallarının tərkibini müəyyən edək

11.486q -------- 42.5 q/mol-a uyğun gəlir.

14.28 q-------Mr ( B kristalı)-a uyğundur

Buradan, Мr (kristal) = 52.84 q/mol

B kristallarının molekul kütləsi litium-xloridin molekul kütləsindən 10.34q/mol çoxdur. Ona görə də, belə hesab etmək olar ki, B kristallarının tərkibində 1 mol LiCl-ə 0.57 mol su molekulu düşür. Beləliklə, B kristalının tərkibi belədir: B - LiCl• 0.57H2O.



  1. Son məhlulun kütləsini tapaq:

m(məhlul) = m(Li2CO3) + m(HCl) - m(CO2)

m(HCl) = ρV = 1.19820 = 23.96q.

m(CO2) = (V(CO2) Mr(CO2)) / Vm = (3.02744) / 22.4 = 5.946 q.

m(məhlul) = 10.00 + 23.96 – 5.946 = 28.014 q.

ω(LiCl) =( m (LiCl) / m(məhlul)) 100% = (11.486 / 28.014)100% = 41%.
Məsələ 3 (12 bal).

Aşağıda bəzi qeyri-üzvi birləşmələrin çevrilmələri verilmişdir.



A(bərk) + B(qaz) → C (450С-də) D + NaOH → ... + ... + ... + ...

A(bərk) + B(qaz) → D (-700С-də) CA + B

C + CsCl → E DC + B

D + CsCl → F A + CsClO3 + HCl → F + B + H

C + H2O → A + G +... G + H2O → H2 + I (elektroliz)

CD eyni keyfiyyət tərkibinə malikdir.

E –nin tərkibində Cs kütlə payı 40,2%, F –in tərkibində isə 33,1% təşkil edir

  1. AI maddələrini təyin edir.

  2. Reaksiya tənliklərini yazın.

Həlli:

A–J2; B–Cl2; C–JCl; D–JCl3; E–CsJCl2; F–CsJCl4; G–HJO3; H–H2O; I–HJO4.

J2(bərk) + Cl2(qaz) → 2JCl ( 450C)

J2(bərk) + 3Cl2(qaz) → 2JCl3 ( -700C)

JCl + CsCl → CsJCl2

JCl3 + CsCl → CsJCl4

5JCl + 3H2O → 2J2 + HJO3 + 5HCl

3JCl3 + 12NaOH → NaJ + 2NaJO3 + 9NaCl + 6H2O

2JCl → J2 + Cl2

2JCl3 → 2JCl + 2Cl2

J2 + 2CsClO3 + 12HCl → 2CsJCl4 + 3Cl2 + 6H2O

HJO3 + H2O → H2 + HJO4
Məsələ 4 (10 bal).

I, II, III, IV birləşmələri A və B elementlərindən ibarətdir.


Maddə

ω (А), %

Rəngi, aqreqat halı (n.ş.)


tər., ° С

tпл., ºC


I

81,61

Sarı-narıncı qaz

-121

II

52,59

Sarı-qonur qaz

-59

III

42,51

Qırmızı maye

+3,5

IV

38,80

Rəngsiz maye

-90

Aşağıda I-IV birləşmələrinin alınma üsulları göstərilmişdir.

HgB + А2 → Hg2BA2 + I



А2 + AgAB3II + AgA + В2 (90°С)

II + В3III

НАВ4IV + Н2В205, -30 °С)



III maddəsi dimerləşməyə yüksək meyillidir.

Suallar:


  1. A, B-ni və I-IV birləşmələrini müəyyən edin.

  2. Sxemdəki reaksiyaların tənliklərini yazın və əmsallaşdrın

  3. I, II, III, IV maddələrinin su ilə qarşılıqlı təsir reaksiyalarının tənliklərini yazın və reaksiya məhsullarını adlandırın.

  4. III maddəsinin dimerinin mümkün quruluşlarını yazın. III birləşməsinin ərimə temperaturunun digərlərindən fərqli olmasını izah edin.


Həlli:

1. Təklif olunan sxemlərdən göründüyü kimi A və B elementləri ikiatomlu А2В2 molekulları əmələ gətirirlər. Ona görə də buradan belə bir nəticəyə gəlmək olar ki, onlardan hər biri halogenlər, О2 və ya N2 ola bilər. В üçatomlu Вз molekulu əmələ gətirdiyindən bu element oksigen ola bilər - oksigen, Вз - оzon). А elementini I-dəki kütlə payına görə hesablamaq olar. Tənlik quraq:

0,8161 = 2 ∙ M (A)/(2 ∙ M (A) + 16 ∙ n), burada n – А-nin valentliyidir.

Buradan М(А) = 35,5п

Əgər n = 1, onda М(А) = 35,5 => А-Cl => I-С12O



п = 2, то М(А) = 71 => belə element yoxdur

п = 3, то М(А) = 106,5 => Pd (ikiatomlu molekul əmələ gətirmir ).

Analoji olaraq II-IV birləşmələrində də yoxlasaq, alarıq:



А - Cl II - ClO2 В – О III – ClOз I - С12O IV- CI2O7

  1. I-IV birləşmələrinin alınma reaksiyaları

2HgO + 2С12 → Hg2OCl2 + С12O

С12 + 2AgC1O3 → 2ClO2 + 2AgCl + O2 (90 °С)

С1O2 + O3 → ClO3 + O2

2НClO4 → С1207 + Н2O (Р205, -30 °С)



  1. Xlor oksidlərinin su ilə reaksiyasından turşular əmələ gəlir:

С12O + Н2O → 2НС1O 2С1O2 + Н2O → НС1O2 + НСO3

2ClO3 + Н2O → НClO4 + НClOз (partlayış) С12O7 + Н2O → 2НClO4

Turşuların adları: НClO – hipoxlorit, НClO2 – хlorit, НClO3 – xlorat, НClO4 –hipoxlorat


  1. СlO3 –ün yüksək ərimə temperaturu onda qismən ion tipli rabitənin olması ilə əlaqədardır. Yüksək dimerləşmə dərəcəsi və rabitəninionluğu verilən dimer üçün belə bir quruluş təklif etməyə imkan verir - [C1O2]+[C1O4]-.

Məsələ 5 (10 bal).

X möhtəşəm qızıl parıltısına görə çox vaxt qızılla səhv salınan (buna görə bu mineralı həmçinin pişik qızılı və yə axmaq qızılı adlandırırlar) ən geniş yayılmış sulfid mineralıdır. Mineral iki elementdən ibarətdir və tərkibində kükürdün kütlə payı 53,3 %-dir. X-in yandırılması zamanı bərk maddənin kütləsi ilkin kütlənin 1/3–i qədər azalır. Qaz halında alınan məhsulların kütləsi isə bərk qalığın kütləsindən 60% çoxdur.

1. Mineralın kimyəvi formulunu müəyyən edin. O necə adlanır? Mineralın hansı başqa adlarını və növlərini tanıyırsınız?

2. Bir mol X-i yandırmaq üçün tərkibində həcmcə 20% oksigen olan hansı həcmdə (n.ş.) hava lazımdır. Alınan qaz qarışığının tərkibini (həcm faizi ilə) və həcmini (n.ş.) hesablayın.

3. Bir mol X-in yanması zamanı 828 kC istilik ayrılır. X-in yanması zamanı alınan qaz və bərk halda olan məhsulların əmələgəlmə istiliyinin uyğun olaraq 297 və 824 kC/mol olduğunu bilərək X-in əmələgəlmə istiliyini hesablayın.
Həlli:

Mineralın formulu МxSy, M-in molekul kütləsi isə M olsun. Onda kükürdün kütlə payı belə olar: ω(S) = 32y / (32y + Мx) = 0,533, buradan M = 28y/x.



х = 1 və у = 2 qəbul etsək, М = 56 alarıq. Deməli, mineralın formulu FeS2. Mineralın adı piritdir. Yunancadan «pyrites lithos» - «daş, высекающий огонь». Digər adı: dəmir və ya kükürd kolçedanı, markazit, bravoit.

Piritin yanması zamanı bərk və qaz halında məhsul alınır. Bərk məhsul- dəmir oksidlərindən biri: FeO, Fе2Oз və ya Fе3O4. Məsələnin şərtində göstərildiyi kimi yanma zamanı bərk maddənin kütləsi üç dəfə azalır. Sadalanan üç oksidin əmələ gəlməsi zamanı bərk maddələrin kütlə nisbəti belə olar :

M(FeO) / M(FeS2) = 72/ 120 = 0,6

M(Fe2O3)/ 2M(FeS2) = 160/ 240 = 2/3

M(Fe2O3)/ 3M(FeS2) = 232/360 = 0,644

Deməli, yanmanın bərk məhsulu – Fе2Oз.

Qaz halında olan məhsul kükürdün oksidlərindən biridir SO2 və ya SO3. Məsələnin şərtinə görə, qaz məhsulların kütləsi bərk qalığın kütləsindən (Fe2O3) 60 % (yəni 1,6 dəfə) çoxdur.

Stexiometrik əmsalları nəzərə alsaq, (2 dəmir atomina 4 kükürd atomu düşür) qaz halında olan məhsulun molyar kütləsi belə olar

(M(Fe203) •1,6)/4 = (160 • 1,6)/4 = 64 q/mol.

Deməli, qaz məhsulu - SO2.

Piritin yanma reaksiyasının tənliyi:

4 FeS2(b.) + 11 О2(q.) = 2 Fe2O3(b) + 8 SO2(b.)

1 mol piritin yanmasına 11/4 = 2,75 mol О2 düşür.

Oksigenin həcmi (n.ş) 2,75 / 0,2 • 22,4 = 308 l.

Orada 308 • 0,8 = 246,4 litr N2 var.

Yanma zamanı 8/4 ∙ 22,4 = 44,8 litr SО2 alınır.

Alınan qazın ümumi həcmi (n.ş.) 246,4 + 44,8 = 291,2 litr.

Qaz qarışığındakı komponentlərin həcm payı:

φ(S02) = 44,8 / 291,2 = 15,4 % φ (N2) = 246,4 /291,2 = 84,6 %.


  1. Hess qanununa görə

2 Qəmələgəlmə(Fe2O3) + 8 Qəmələgəlmə (SO2) - 4 Qəmələgəlmə (FeS2) = 4 • 828,

Və ya 2 • 824 + 8 • 297 – 4Qəmələgəlmə (FeS2) = 4 • 828,

Buradan Qəmələgəlmə (FeS2) =178 кC/мо.
X sinif
Məsələ 1 (10 bal).

Aşağıda bəzi qeyri-üzvi birləşmələrin çevrilmələri verilmişdir.



A(bərk) + B(qaz) → C (450С-də) D + NaOH → ... + ... + ... + ...

A(bərk) + B(qaz) → D (-700С-də) CA + B

C + CsCl → E DC + B

D + CsCl → F A + CsClO3 + HCl → F + B + H

C + H2O → A + G +... G + H2O → H2 + I (elektroliz)

CD eyni keyfiyyət tərkibinə malikdir.

E –nin tərkibində Cs kütlə payı 40,2%, F –in tərkibində isə 33,1% təşkil edir

  1. AI maddələrini təyin edir.

  2. Reaksiya tənliklərini yazın.

Həlli:

A – J2; B – Cl2; C – JCl; D – JCl3; E – CsJCl2; F – CsJCl4; G – HJO3; H – H2O; I – HJO4.

J2(тв) + Cl2(газ) → 2JCl (450С)

J2(тв) + 3Cl2(газ) → 2JCl3 -700С)

JCl + CsCl → CsJCl2

JCl3 + CsCl → CsJCl4

5JCl + 3H2O → 2J2 + HJO3 + 5HCl

3JCl3 + 12NaOH → NaJ + 2NaJO3 + 9NaCl + 6H2O

2JCl → J2 + Cl2

2JCl3 → 2JCl + 2Cl2

J2 + 2CsClO3 + 12HCl → 2CsJCl4 + 3Cl2 + 6H2O

HJO3 + H2O → H2 + HJO4
Məsələ 2 (10 bal).

Cədvəldə eyni vəsfi tərkibə malik dörd binar birləşmə verilmişdir.




Birləşmənin

tərkibi


ω(А), %

ω(В), %

I

93,10

6,90

II

87,08

12,92

III

83,49

16,51

IV

81,80

18,20




  1. Birləşmələrin (А, В) vəsfi tərkibini təyin edin.

  2. I - IV birləşmələrinin tərkibini (formullarını)təyin edin.

  3. I birləşməsinin alınma üsulunu göstərin (reaksiya tənliyini).

  4. I maddəsinin üzərinə qatı kalium-yodid məhlulu əlavə etdikdə baş verən reaksiyanın tənliyini yazın.

  5. I - IV maddələrinin qızdırılması zamanı getməsi mümkün olan reaksiyaların tənliklərini yazın.


Həlli:
I üsul


Birləşmənin

tərkibi


соединение



ω(A), %

ω(В), %

ω(А)/ω(В)

m(ABm)


AnBm


I

!:

93,10

6,90

13,4928

1

A2B

II

87,08

12,92

6,7399

2

AB

III

83,49

16,51

5,0539

2,67

A3B4

IV

81,80

18,20

4,4945

3

A2B3

A və B-nin atom kütlə nisbətləri 87,08: 12,92 = 6,74


Onda


В

Be

В

С

N

О

F

Na

Mg

A1

Si

P

S

A(A)

60,7

72,9

80,9

94,4



107,8

128

155

163,8

181,9

188,7

208,9

215,7



A

-

-

-

-

Ag

-

-

-

-

-

-

-


Yüklə 220,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə