F.Köçərli adına
Respublika Uşaq Kitabxanası
2018-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ
GÜNLƏR TƏQVİMİ
Bakı – 2018
2
Tərtibçidən
Ötən əsrin yetmişinci illərində F. Köçərli adına Respublika Uşaq
Kitabxanasında elmi-metodik fəaliyyəti kitabxanaşünaslıq fikrinin son nailiyyətləri
zəminində təşkil etmək məqsədilə zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda
uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik-təcrübi nailiyyətlərini və
qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanılıb. Hazırda buradan yalnız
kitabxananın öz işçiləri deyil, həmçinin respublikada fəaliyyət göstərən uşaq
kitabxanalarının əməkdaşları da geniş istifadə edirlər. Elmi metodika şöbəsinin tərtib
etdiyi metodik məktub və tövsiyələrdən respublikamızın uşaq kitabxanaları və uşaq
mütaliəsinə rəhbərlik edənlər bəhrələnirlər.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası bir çox dünya kitabxanaları ilə
əlaqə yaradıb və onların iş təcrübələrindən istifadə etməklə, bu sahədə ən müasir metod
və formaları tətbiq edib.
Elmi metodika şöbəsi son illər metodiki vəsaitlərlə yanaşı, əlamətdar və tarixi
günlər təqvimi də hazırlayır. İllər ötdükcə təqvim daha da təkmilləşir, həcmi genişlənir,
mövzu üzrə bölmələrinin sayı artır və geniş məlumat mənbəyi kimi formalaşır. Təqvim
mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və daha çox kitabxana
işçiləri üçün nəzərdə tutulub. Təqvimi hazırlamaqda əsas məqsəd geniş oxucu
kütləsinə və mütəxəssislərə respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni, elmi
həyatında baş verən ən mühüm hadisələri, kitabxana işi haqqında və başqa
dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır. Təqvimə milli və dünya ədəbiyyatı,
incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri, eləcə
də tarixi hadisələr haqqında məlumatlar daxil edilir. Ümid edirik ki, yubilyarlar,
əlamətdar və tarixi günlər haqqında təqvimdə verilən materiallar kütləvi tədbirlərin
keçirilməsində kitabxanaçılar üçün gərəkli olacaq.
İstifadəçilərdən xahiş edirik ki, təqvimlə bağlı rəy və təkliflərini kitabxanamızın elmi-
metodika şöbəsinə çatdırsınlar.
3
Yanvar
Əlamətdar və tarixi günlər
1 Yanvar – Yeni il
15 Yanvar – Vikipediya gününün yaranması, (1999)
16 Yanvar – Ümumdünya Bitlz Günü, (2001)
17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü
20 Yanvar – Ümumxalq Hüzn Günü, (1990)
21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986)
23 Yanvar – Əl Yazısı (xətt) Günü
29 Yanvar – Gömrük İşçiləri Günü, (1992)
Yanvar ayının bazar günlərindən birində – Ümumdünya Qar Günü. Beynəlxalq Qış
İdman Növləri Günü, (2012)
Yubilyar yazıçı və şairlər
Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (01.01.1883-06.01.1936)
Yazıçı, Nüşabə Məmmədlinin, 65 illiyi, (06.01.1953)
Şair Soltan Abbasın 85 illiyi, (07.01.1933)
Ədəbiyyatşünas Gülrux Əlibəylinin 90 illiyi, (12.01.1928-15.02.2016)
Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (19.01.1953)
Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə Məmmədquluzadənin
145 illiyi, (19.01.1873-06.02.1955)
Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun 90 illiyi, (20.01.1928)
Şair Eldar İbrahimin 65 illiyi, (23.01.1953)
Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi,
(26.01.1863-21.06.1920)
Xarici yazıçılar
Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (10.01.1883-23.02.1945)
İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (22.01.1788-24.04.1824)
Fransız yazıçısı Anri Stendalın 235 illiyi, (23.01.1783-23.03.1842)
İncəsənət
Xalq artisti Tofiq Kazımovun 95 illiyi, (14.01.1923-02.08.1980)
Milli Qəhrəmanlar Zirvəsi
Əhmədov Mübariz Əlizadə oğlunun 55 illiyi, (01.01.1963-24.09.1992)
Qasımov Muxtar Cahid oğlunun 60 illiyi, (10.01.1958-16.06.1992)
Məmmədov Eldar Harun oğlunun 50 illiyi, (10.01.1968-24.02.1993)
4
Əlamətdar tarixi günlər, bayramlar
1 Yanvar – Yeni il
“
Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni
ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı
olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək
taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü
vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu edirəm ki, bizim bütün
balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər
böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın
təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır”.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Yeni il Yer kürəsinin bütün guşələrində, dini
etiqadlarından asılı olmayaraq, müxtəlif xalqlar
tərəfindən geniş qeyd olunan bayramlardandır.
Yeni ilin yanvarın 1-dən hesab olunması
xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə,
xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın
24-də anadan olmuşdur. Ona görə də xristianlar bu
günü İsa peyğəmbərin doğulması şərəfinə Milad
bayramı kimi qeyd edirlər. Verilən mənbələrə görə
bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim
istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il
yanvarın 1-dən başlanır. Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi
bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi
fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Bu bayramın
yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə
qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer,
Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi
heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçilərin fikrincə,
məhz həmin dövrdə ərazilərdə bu bayram edilib. Martın axırında Dəclə və Fərat
çaylarında suyun səviyyəsi yüksələndə əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin
gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam
edərmiş. Beləcə, bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində
qələbəsini, həm də Milad gününü özündə birləşdirmişdir. Yeni il bayramını al-əlvan,
bərli-bəzəkli küknar ağacsız təsəvvür etmək çətindir. Əlbəttə, bu, təbii küknar
ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq
naminə süni küknarla da keçinmək olar.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |