"Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"



Yüklə 103,63 Kb.
tarix11.03.2018
ölçüsü103,63 Kb.

"Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
Bildiyimiz kimi gündən günə İKT.nin həyatımızda olan rolu artır. Belə olan halda elektron hökümətin  yaradılması günümüzdə inkişafı və fəaliyyətinin daha da genişləndirilməsi vacib olan məsələlərdəndir.“Elektron hökümət” portalı ( www.e-gov.az ) dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompeks şəkildə özündə cəmləşdirir. Elektron hökümet dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Bu portali yaratmaqda dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi esas meqsedler sayilirdi. Rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov növbəti illər üçün respublikamızın inkişafını müəyyənləşdirən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gələcək iqtisadi yüksəliş xəttinin elm, təhsil və texnologiyaların vəhdəti üzərində bərqərar olduğunu xüsusi vurğulamışdır.                                    

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə 2013-cü il ölkəmizdə “İnformasiya texnologiyaları ili” elan edilmiş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. İnformasiya-kommunikasiya texnologiyaları ilə bağlı Dövlət Proqramı qəbul edilmiş, dövlət başçısı tərəfindən “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərman imzalanmışdır. Qeyd edək ki, hələ bu əhatəli qərarlardan əvvəl də bir sıra mühüm dövlət sənədləri imzalanmış, nəzərdə tutulan fəaliyyət üzrə müəyyən işlər  görülmüşdür. Göründüyü kimi, İKT-nin daha geniş miqyasda yayılaraq inkişaf etdirilməsi dövlətin marağındadır ki, bu da təsadüfi deyildir. Çünki son illərdə Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafı üzrə dünyanın aparıcı dövlətləri ilə rəqabətə girmək iqtidarındadır. Bunu ölkə üzrə əldə edilmiş iqtisadi yüksəliş tempi, əhali gəlirlərinin sürətli artımı, neft, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı sübuta yetirir. Qazanılan nailiyyətlər, əldə edilən uğurlar dünyanın aparıcı tədqiqat və araşdırıcı təsisatlarının icmal, təhlil, hesabat və araşdırmalarında özünə əhəmiyyətli yer tutur. Azərbaycan iqtisadiyyatının sürətli inkişafına görə bir sıra dünya ölkələrini üstələmiş, o cümlədən iqtisadi artım tempinə görə keçmiş postsovet məkanında, Cənubi Qafqazda ön sıralarda qərar tutmuşdur. 



  Elektron hökumətin yaradılması dövlət orqanlarının fəaliyyətlərində müasir texnologiyanın tətbiqini genişləndirir. Onlayn müraciət forması artıq ölkənin hansı nöqtəsində olmaqdan asılı olmayaraq vətəndaşların dövlət orqanlarının xidmətlərindən istifadəsinə şərait yaradır. Bunun nəticəsində dövlət qurumlarının fəaliyyətinin keyfiyyəti, səmərəliliyi artaraq zaman və maliyyə sərfiyyatı minimuma endirilə bilir və əldə edilmiş sənədlərin həqiqiliyinə, etibarlılığına heç bir şübhə olmur. Bütün dövlət qurumlarının xidmətlərinin vahid  portalda yığılması hər bir qurumun təhlükəsizliyinin təmin edilməsi və xərclərinin aradan qaldırılmasına gətirib çıxarır. “Elektron hökumət” portalı vasitəsilə Dövlət büdcəsinə ödənilən vergi və rüsumların internet üzərindən, nağdsız şəkildə həyata keçirilməsi nağdsız ödənişlərin həcminin artırılmasında əvəzedilməz rola malikdir. Əhalinin nağdsız ödənişlərə adaptasiyası və məlumatların vahid sistemdə toplanması bank sektorunun inkişafına xüsusi təkan verir. “Elektron hökumət” xidməti vətəndaşlarla dövlət qulluqçuları arasındakı əlaqələri sadələşdirərək, daha rahat, vaxta və xərclərə qənaət olunan hala gətirmişdir. Artıq olduğunuz yeri tərk etmədən sizə lazım olan əməliyyatları vahid portal vasitəsilə internet üzərindən sürətli şəkildə həyata keçirə və hökumətin gördüyü işlərlə bağlı məlumat ala bilərsiniz. “Elektron hökumət” portalı xidmətlərini onlayn şəkildə göstərərək bürokratiyanı aradan qaldırır və dövlət qulluqçuları tərəfindən göstərilən ximətin keyfiyyətini artırır. Rabitə ve İnformasiya Texnologiyaları nazirinin acıqlamasına gorə "Elektron xidmətlərin geniş tətbiqi şikayətlərinin azalmasına səbəb olub, Son 6 ayda "Elektron hökumət" portalına 260 mindən çox müraciət edilib. Vətəndaşlarda həmin elektron xidmətlərdən Lazımi səviyyədə yararlanıblar. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çoxmüsbət təsir edir".

Portalda 30 dövlət qurumu tərəfindən 179 elektron xidmət istifadəçilərə təqdim edilmişdir. Yaxın müddətdə bu xidmətlərin və qurumların sayının artırılması və portalın daha da təkmilləşdirilməsi əldə edilən nailiyyətlərin artmasina stimul yaradacaqdir. Bununla belə bir sıra təkliflər də irəli sürmək olar. E-imza alma proseduru sadələşdirildiyi kimi qeydiyyatdan keçmək də biraz sadələşdirilə bilər ki, buda istifadəçi üçün daha asan olar. Portalda qeydiyyatsız xidmətlər bölməsi vardir ki, bu bölmənin istifadə imkanlarını daha da genişləndirmək, burada olan xidmətləri daha da artırmaq mümkündür. Avqust ayına olan Elektron hökümət bülletenində olan məlumatlara əsasən burada fəaliyyət göstərən qurumların və onların göstərdiyi xidmətlər və öz portallarında olan xidmətlərin statistikasi göstərilmişdir. Orada olan rəqəmlərə baxanda elektron hökümət portalında olan xidmətlərin sayının artırılmasının mümkünlüyünü aydın səkildə görürük. Türkiyənin elektron hökümətinə nəzər yetirib, orada olan bəzi xidmətləri portalımıza əlavə edə bilərik. Bunlardan biri istifadəçinin hərbi xidmətə hara yollanacağını öyrənə bilməyi,  istifadəçinin adına olan mobil operatorlar haqqında məlumatlar, ana səhifəyə axtarış sistemi, bələdiyyələr haqqında məlumatlar və onların göstərdikləri xidmətlər və s. kimi bölmələri Türkiyə təcrübəsindən istifadə edib portalımıza yerləşdirə bilərik.
: Upload -> MeqaleFiles
MeqaleFiles -> "İkt ili" çərçivəsində "Respublikada "Elektron Hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
MeqaleFiles -> "İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
MeqaleFiles -> İnternet və Elektron Hökumət
MeqaleFiles -> Elektron hökumət – asan, maneəsiz, sürətli virtual xidmət
MeqaleFiles -> Elektron Hökumət və Biz
MeqaleFiles -> Elektron Hökümətin qurulması zəruriliyi
MeqaleFiles -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles -> Xülasə Tədqiqatın məqsədi Vergi sisteminin elektron hökümət layihəsinə inteqrasiyasının əhəmiyyətinin tədqiqi
MeqaleFiles -> Yeni İdarəetmə erasi – elektron hökuməT. İlyasov Ramin Adgözəl oğlu
MeqaleFiles -> Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə