Respublikada



Yüklə 35,36 Kb.
tarix21.04.2018
ölçüsü35,36 Kb.
#39643

RESPUBLIKADA “ELEKTRON HÖKUMƏT”:MÖVCUD VƏZIYYƏT,PROBLEMLƏR,PRESPEKTIV VƏ GÖZLƏNTILƏR”

Respublikada “Elektron hökumət”:mövcud vəziyyət,problemlər,prespektiv və gözləntilər” 


Azərbaycanda 2013-cü ilin ölkə prezidenti tərəfindən” İnformasiya –Kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı sərəncamdan sonra respublikada demokratiyanın inkişafının daha da sürətləndirilməsi və sərəncamla bağlı hazırlanmış tədbirlər planının Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi istiqamətində görülən işlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 
Tədbirlər planından irəli gələn məsələlər içərisində”İKT ili”ilə bağlı müxtəlif 
layihələrin,müsabiqə və yarışların həyata keçirilməsi,”az”domenindən istifadənin genişləndirilməsi,” görülən işlərin KİV-də mütəmadi işıqlandırilması və s.ilə yanaşı”E-xidmət”, ”E-hökumət “layihələrinin gerçəkləşdirilməsi də öz həllini tapmaqdadır. Bu sahədə atılan addımlar içərisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməyi göz qabağındadır və danılmazdır.Nazirliyin”İnformasiya-Kommunikasiya Texnologiyaları ili”çəçivəsində həyata keçirdiyi müxtəlif müsabiqələr,onlayn bilik yarışması(www.azerbaycanliyam.az) İKT-dən istifdənin genişləndirilməsi ilə yanaşı,milli-mədəni irsimizin təbliği,bu sahədə marağın və bilikərin artırılması,vətənpərvərlik hissinin gücləndirilməsi məqsədini daşıyır.
RITN-nin AzDataCom,XDMX-nin StateNet,Delta və Aztelekom şirkətinin yüksək sürətli məlumatların ötürülməsi şəbəkələri bu gün ölkə ərazisini tam olaraq əhatə edir ,əhali və dövlət orqanları arasında e-məlumat mübadiləsinin təşkilinə geniş imkan yaradır. 
Rabitə və Texnologiyaları Nazirliyinin əlaqələndiricisi olduğu “Elektron hökumət” dövlət orqanları ilə sıx fəaliyyət göstərir,dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılmasını həyata keçirir.
“E-hökumət” - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır . Onun fəaliyyəti üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ aktlarla hüquqi baza yaradılmışdır.
”E-hökumət” –vətəndaşlarla dövlət məmurları arasında ünsiyyəti azaldır,süründürməçiliklərin,korrupsiyanın aradan qaldırılmasına əvəzsiz kömək edir.
Azәrbaycan Prezidenti İlham Əliyev Nazirlәr Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına vә qarşıda duran vәzifәlәrә hәsr olunmuş iclasındakı yekun nitqindә də bunu xüsusilə qeyd edib:
"... Biz korrupsiya, rüşvәtxorluq üçün mövcud olan meydanı maksimum dәrәcәdә daraltmalıyıq. “Elektron xidmәt”, "Elektron hökumәt” layihәlәri bu istiqamәtdә atılan çox önәmli addımlardır.Mәmur-vәtәndaş ünsiyyәti bu istiqamәtdә minimuma endirilmәlidir. Yenә dә inkişaf etmiş ölkәlәrin tәcrübәsini biz maksimum dәrәcәdә tәtbiq etmәliyik. Buna görә dә Azәrbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqәt göstәrilmәlidir vә göstəriləcəkdir.”
“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Xidmətdən istifadə üçün: www.e-gov.az saytına daxil olmaq lazımdır.
E-hökumətdə yaradılan yeni imkanların əsas məqsədi aşağıdakılardır:
● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəltmək və onlardan istifadə imkanlarını sadələşdirmək;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyini artırmaq və təqdim olunan elektron xidmətlərin keyfiyyətini yüksəltmək;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətləri optimallaşdırmaq və yerinə yetrilmə prosedurlarını sadələşdirmək;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyini, tamlığını, etibarlılığını və sərbəst əldə olunmasını təmin etmək;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılması və əldə edilməsinə sərf olunan vaxtı maksimum azaltmaq;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə etmək.
.
Dövlət orqanları tərəfindən vətəndaşlara keyfiyyətli elektron xidmətlərin çatdırılması, onlardan rahat,anlaşıqlı və tam şəkildə istifadənin geniş tətbiqi, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədlərə çatmağın vasitələridir.Bu məqsədlə e-hökumət müvafiq infrastrukturun yaradılması üzrə aşağıdakı əsas fəaliyyət prinsiplərini həyata keçirir:

● Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;


● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü 
Yaxın zamanlara qədər bir çox sənədləri elektron şəkildə hazırlayarkən imza problemi ilə üzləşirdik.Artıq bu məsələ də öz həllini tapıb.Azərbaycanda elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb. Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. 
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. 
Yaxın zamanda vergi ödəyicilərinə "Asan imza" xidməti də təqdim ediləcək.Hazırda "Asan xidmət" və Azərbaycan Vergilər Nazirliyi ilə birgə "Asan imza"nı ilk növbədə vergi ödəyicilərinə verilməsinə hazırlıq görülür. Növbəti mərhələdə isə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim ediləcək.
Ölkəmizdə elektron imzanın tətbiqi ilə yanaşı dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuş və “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir.
“Elektron-hökumət”portalında da Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında xidmət təşkil olunur və dövlət orqanlarının göstərdiyi elektron xidmətlər cəmləşdirilir.
Bütün dövlət qurumlarının portaldan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilmələri üçün şərait yaradılır. Portalda təqdim olunan məlumatların keyfiyyətinə,tamlıgına və düzgünlüyünə əlaqədar qurumlar cavabdehdirlər. 
Portalda vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər. Son məlumatlara əsasən portalda e-xidmətlər göstəricisi aşağıdakı kimidir:

Təsdiq olunmuş xidmətlərin sayı


417
Bunlardan portala inteqrasiya olunmuşlar
146
Dövlət saytlarında olan xidmətlər
407
Portalda olan xidmətlərin sayı
236
Onu da qeyd etmək lazımdır ki, Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.Portalda qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanı təqdim edilir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin edilir.“Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü nəzərdə tutulur.
“ Elektron Hökumət" portalı nəinki ölkə daxilində yaşayan vətəndaşlar, hüquqi və fiziki şəxslər,hətta Azərbaycan Respublikasının ərazisində xarici ölkələrdən olan istifadəçilər üçün də böyük maraq doğurub. Hazırda portalın istifadəçi auditoriyası daha da genişlənməkdədir. 
Cari ilin yanvar-iyul ayları ərzində "Elektron Hökumət" portalına müraciət etmiş istifadəçilərin ölkələr üzrə dislokasiyası da bunu əyani təsdiqləyir.Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ,Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala müraciət coğrafiyası da portalda əks olunub. Buna əsasən qeyd edə bilərik ki, portal Dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.Hazırda hər bir azərbaycanlını maraqlandıran məlumatların bu portaldan əldə olunması imkanlarının yaradılması üzərində işlər aparılır.
Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir.
Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi t ərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Vətəndaşlar bu qurum tərəfindən təqdim olunan istənilən e-xidmətə daxil olub lazım olan məlumatları əldə edə bilirlər. Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçi üçün səhv sorğu şərtlərini düzəltmək imkanını yaradır. Alınan nəticəni isə vətəndaş öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər.
“Elektron hökumət”portalının rəsmi“Facebook”səhifəsi(www.facebook.com/egov.az)günbəgün fəaliyyətini genişləndirir,səhifə istifadəçilərinin sayı dayanmadan artır.Hazırda səhifə iştirakçılarının sayı 66 mini ötüb.”Elektron hökumət”in “Facebook”səhifəsi vasitəsilə vətəndaşlarımızla operativ şəkildə dialoq yaranır,onlar yeni elektron xidmətlər haqqında maarifləndirilir,irəli sürülən təklif və rəylər müzakirə edilir.
Bütün bunları nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov “Facebook”sosial şəbəkəsində elektron xidmətlərin geniş tətbiqinin vətəndaşların şikayətlərinin azalmasına səbəb olması məsələsinə münasibət bildirib:

"Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük.Bu gün artıq elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb. Son 6 ayda "Elektron hökumət" portalına 260 mindən çox müraciət edilib. Vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir".


Sevindirici haldır ki,Azərbaycanın e-idarəçilik sahəsindəki nailiyyəti bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu, Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır.Elə bu yaxınlarda da Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurların sorağı Böyük Britaniyadan gəlib. 
Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib MəmmədovBöyük Britaniyada keçirilən Kembric konfransında BMT-ninQlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatında bu barədə iştirakçılara ətraflı məlumat verib: "Azərbaycan bir neçə ay bundan əvvəl süni peyki olan ölkələr sırasına da daxil olub. Azərbaycanın vahid elektron kartoqrafiya bazası mövcuddur.Ölkənin inkişaf strategiyasında bu sahə mühüm əhəmiyyət kəsb edir. İnformasiya cəmiyyətinə keçid, səmərəli və şəffaf dövlət idarəçiliyini həyata keçirməyə imkan verən elektron idarəetmə sisteminə çox böyük maraq var". Konfransda Azərbaycanın dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və ölkədə "Elektron hökumət"in formalaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
Ölkəmizdə müasir tələblərə cavab verən idarəetmənin təşkil edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması üçün “elektron hökumət”in inkişafı, təkmilləşdirilməsi və elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir. 
Bu məqsədlə Azәrbaycan Respublikasının Rabitә vә İnformasiya Texnologiyaları Nazirliyi vә Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinin tәrәfindәn "2013-2015-ci illәrdә "Elektron hökumәt"in inkişafı Dövlәt Proqramı" layihәsi hazırlanır.
Bu proqram "Azәrbaycan Respublikasında rabitә vә informasiya texnologiyalarının inkişafı üzrә 2010-2012-ci illәr üçün Dövlәt Proqramı"nın davamıdır.Yeni proqram respublikada "Elektron hökumәt"in formalaşdırılması vә bunun üçün dövlәt orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tәtbiqi yolu ilә idarәetmәnin metod vә mexanizmlәrinin tәkmillәşdirilmәsi, elektron xidmәtlәrin göstәrilmәsi, hәmçinin әhali vә tәşkilatların bu xidmәtlәrә asan vә sәrbәst çıxışı üçün kompleks tәdbirlәrin görülmәsini nəzərdə tutur .
• “Elektron hökumət”in inkişafi məqsədilə elektron xidmətlərin əhatə dairəsinin və onlardan vətəndaşların istifadəsinin genişləndirilməsi həyata keçiriləcəkdir.
• Dövlət orqanlarında kağız daşıyıcılarda mövcud olan məlumatların elektronlaşdırılması, onların müvafiq elektron informasiya ehtiyatlarında toplanılması bu işlərə əsas yaradacaqdır. 
• Dövlət orqanlarında informasiya sistemlərinin istifadəsinin hərtərəfliliyi və elektron xidmətlərin "elektron hökumət" portalına tam inteqrasiyası təmin ediləcəkdir. 
• Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli informasiya mübadiləsinin təmin edilməsi üçün informasiya ehtiyatlarında fərdi identifikasiya nömrələrindən (FİN) istifadə təmin ediləcək, informasiya mübadiləsi"elektron hökumət" portalı vasitəsilə aparılacaq və eyni məlumatların müxtəlif mənbələrdə formalaşdırılması halları aradan qaldırılacaqdır.
• İnformasiya ehtiyatlarından ünvanlı istifadənin və fərdi məlumatların mühafizəsinin təmin edilməsi üçün autentifikasiya mexanizmləri gücləndiriləcək, elektron imza texnologiyaları tətbiq ediləcək və "elektron hökumət" portalının təqdim etdiyi vasitələrindən geniş istifadə olunacaqdır. 
Dövlət qulluqçularının elektron xidmətlərin təşkili,vətəndaşların isə onlardan istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təşviqat, stimullaşdırılma tədbirləri genişləndiriləcəkdir. 
Məqalə ilə bağlı apardığım araşdırma zamanı “Elektron hökumət”portalının bülletenlərindən istifadə etməklə yanaşı “Elektron hökumət”lə bağlı KİV-də yayılmış xəbərlərə də istinad etmişəm. İctnews-un 07.08.2013-cü il tarixində verdiyi informasiyaya əsasən “Elektron hökumət”portalına maraqlar artan dinamika üzrə inkişaf edir.Statistikaya gəlincə,iyul ayı üzrə aparılan monitorinqlər portala 25094 nəfərin daxil olduğunu göstərir.Belə ki,ay ərzində bu istifadəçilər tərəfindən 37478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib.Səhifələrə baxışların ümumi sayı isə 142917 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə təşkil edib.
2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib.Eyni zamanda daxilomaların sayı 288853,istifadə edilmiş xidmətlərin sayı isə 341306 ədəd,səhifələrə baxış sayı 986813 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 4 dəqiqə 30 saniyə təşkil edib.
Elektron xidmətlərdən istifadə coğrafiyası üzrə statistika da maraqlıdır.”Elektron hökumət”portalının fəaliyyəti yalnız ölkəmizdə,o cümlədən Xankəndində(iyul ayında 205 dəfə,7 ay ərzində isə 1978 dəfə)deyil,həmçinin xaricdə də maraq doğurur.
Avqust ayının 1-nə təqdim edilmiş elektron imza sertifikatlarının sayı 15000 ədəddən çox ədəddən çox sadələşdirilmiş kod parol alanların sayı isə 17 000-i keçib.Statistika da təsdiqləyir ki,ümumilikdə portalın əhatəsi və populyarlığı artmaqdadır.Portalda artıq 236 xidmət təqdim edilir və bu gün”Elektron hökumət”in “Facebook” səhifəsini bəyənənlərin sayı 63901-ə çatıb.
Bir təhsil işçisi kimi qürür hissi ilə bildiriəm ki, “ Elektron hökumət”in formalaşdırılması,təkmilləşdirilməsi məqsədi ilə nəzərdə tutulan bu tədbirlərin həyata keçirilməsində “Elektron Azərbaycan”adlı bir ölkənin ayrılmaz hissəsi olan “e-təhsil”in də rolu az olmayacaqdır.Çünki artıq bir neçə ildir ki,respublikada keçirilən”Elektron təhsil müsabiqəsi”,müəllimlər tərəfindən ustalıqla hazırlanan e-dərslər,çalışdığımız təhsil ocaqlarının elektronlaşdırılması,yazı taxtalarının elektron lövhə ilə əvəz olunması,İKT ilə təminantlı elektron sinif otaqları “elektron hökumət”in bir parçasına çevrilmişdir.Bugünün müəllim və şagird kollektivi böyük həvəslə müxtəlif layihələrdə,müsabiqələrdə iştirak edir,beynəlxalq video konfransların iştirakçısına çevrilirlər.Mən də “İKT ili”çərçivəsində görülən işləri yüksək qiymətləndirən və 2013-cü ildə keçirilən “1 şagird:1komputer” (www.musabiqe.edu.az)müsabiqəsinin qalibi olan “e-məktəb”müəllimi kimi ,bundan sonra da “e-hokumət”in inkişafı üçün var-qüvvəmlə çalışacaq, vətəndaşların e-xidmətlərdən istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilməsində yaxından iştirak edəcəyəm.
Abdullayeva Bahar
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.(Müsabiqə üçün) 
 “respublikada “elektron hökumət”:mövcud vəziyyət,problemlər,prespektiv və gözləntilər”
Yüklə 35,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə