Respublikanın təlim rus dilində olan ümumtəhsil m əktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili”



Yüklə 135,38 Kb.
Pdf görüntüsü
tarix22.10.2018
ölçüsü135,38 Kb.
#75458


Respublikanın təlim rus dilində olan ümumtəhsil  

m

əktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili” 

d

ərsliyi 

 



əllif: Həvva Abdullayeva 

          

İradə Əfəndiyeva 

             M

əlahət Ələsgərova 

 

 

Bakı: Kövsər, 2012. 

 

 

D

ərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və 

t

əkliflər əsasında hazırlanmış 

 

 

YEKUN  RƏY 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

Yekun r



əy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 

1. M

əzmun baxımından; 

2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji  baxımdan; 

3. Dizayn v

ə bədii tərtibat baxımından. 

4. “Mü

əllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından. 

 

1. M

əzmun baxımından 

 

D



ərslik komplekti təlim rus dilində olan ümumtəhsil məktəblərinin 5-ci sinifləri 

üçün n


əzərdə tutulmuşdur. Dərslik  elmi-pedaqoji və  məzmun baxımından bir sıra üstün 

keyfiyy


ətlərə  malikdir.  Məzmun xətləri üzrə  standartlarda nəzərdə  tutulmuş  təlim 

n

əticələrinə nail olmaq üçün müəllim və şagirdləri zəruri resurslarla təmin edən dərslik 



komplekti  şagirdlərdə  Azərbaycan dilinə  məhəbbət oyatmaq, dili həm nəzəri,  həm də 

praktik c

əhətdən öyrənmək  məqsədi ilə tərtib olunmuş, dərslikdə şagirdlərin marağına 

s

əbəb olacaq müxtəlif məzmunlu mətnlərlə yanaşı, dil qaydaları barədə də məlumatlar 



verilmişdir. 

Varislik prinsipi n

əzərə  alınmaqla  tərtib  edilmiş  dərslikdə  və  metodik vəsaitdə 

standartlara, dem

ək olar ki, əməl  olunmuş,  metodik  vəsaitdə  hər dərsin  ayrıca  icmalı 

verilmiş, metodik vəsaitə uğurla seçilmiş imla mətnləri də əlavə olunmuşdur. 

D

ərslik komplektinin, xüsusilə dərsliyin dili çox sadə və anlaşıqlıdır. Həm nəzəri, 



h

əm də  praktik mətnlərdə, demək olar ki, çətin  anlaşılan  cümlə  konstruksiyaları  və 

dolaşıq fikirlərə rast gəlinmir. 

D

ərslikdə milli ruhda hazırlanmış mətnlərin demək olar ki, hamısı (səhifə 107-də 



veril

ən  çox  uyğun  “Yazın  hədiyyəsi”(M. Kirpiçnikova) mətni istisna olmaqla) ya 

doğma folklorumuzdan, ya da müəllifləri  göstərilməklə milli ədəbiyyatımızdandır.   

D

ərslik    komplekti  standartlara  uyğun  şəkildə  hazırlanmış  milli  ruhlu  dərslik 



komplektidir. 

Lakin  bununla  yanaşı,  dərslikdə  müəyyən qüsurlar var. Bunlar 

aşağıdakılardır: 

D

ərslikdəki materiallar bölmələr (tədris vahidləri) üzrə qruplaşdırılmalı idi. 



Özünüzü yoxlayın” başlığında əksini tapan sual və tapşırıqlar qiymətləndirmə 

standartının  tələblərinə  uyğunlaşdırılsa  və  onların  hər birinin önündə  də  kodlar 

yazılsa, bu daha səmərəli olardı (məsələn, 1.2.1.Q1 və ya 3.1.2.Q4 və s.). 




 

D



ərslikdə  təqdim olunan nəzəri məlumatlar  (isim, sifət, say və  əvəzlik) 

standartların tələbindən irəli gəlmir və onlara uyğun deyil. Bu zaman daha çox 4.1.3. 

alt-

standartının tələblərinə əməl olunmalı, nəzəri məlumatlar həmin vəzifənin yerinə 



yetirilm

əsinə, uyğun bacarıqların formalaşdırılmasına istiqamətləndirilməli idi. 

Vacib bilin

ən bir sıra alt-standartların reallaşdırılması üçün dərslikdə tapşırıqlar 

tam 

əks  olunmamışdır.  Onlara 2.1.1., 3.1.2., 4.1.1., 4.1.2., 4.1.3., 4.1.4.  alt-



standartlarını göstərmək olar. Bu çatışmazlıq aradan qaldırılmalıdır. 

S

əhifə  6.  4-cü  tapşırıq  anlaşılmır.  Tapşırığın  şərti 5-ci sinif  şagirdinə  heç nə 



vermir. Bir d

ərs üçün 13 tapşırıq çoxdur. Nəzərə alınsa ki, bu dərslik təlim rus dilində 

olan m

əktəblərin  şagirdləri  üçündür,  onda  bu  tapşırıqların  bir  dərsdə  yerinə 



yetirilm

əsi və nəticənin əldə edilməsi mümkün deyil. 

D

ərsliyin mövzuları əsasən “dostluğa” aiddir. 



S

əhifə  10.  "Söz  ehtiyatı"  bölməsindəki "miz" sözünün tərcüməsi düzgün 

verilm

əyib. “Miz”- stul deyil, stoldur. 



S

əhifə  15. Dil və  yazı  üslubu  pozulmuşdur.  9-cu  tapşırıqda  "təccüblü" gedib, 



t

əəccüblü olmalıdır

S

əhifə  17. 18-ci  tapşırıqdakı  mətnin  başlığının  ifadə  forması  düzgün  deyil. 



"

Görüş  ədəbi"  əvəzinə  Salamlaşmaq  mədəniyyəti,  Salamlaşmaq  qaydası,  yaxud 

Görüşmək mədəniyyəti və s.... olmalıdır. 

Şair və yazıçıların həyatı, uşaqlığı ilə bağlı xatirələr uğurlu deyil (§2, 4). 

 

2. 

Şagirdlərin yaş,  fizioloji xüsusiyyətləri  və  elmi-

pedaqoji baxımdan 

 

 

N

əzəri anlayışlar sait və samitlərin düzgün tələffüz edilmə, nitq prosesində jest 



v

ə mimikadan istifadə, mətndəki sözlərin orfoepik qaydalara uyğun oxunması, sait və 

samitl

ərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda  və dialoqlarda 



dur

ğu  işarələrinin  işlənmə  qaydalarına  və  onların  əməl  olunması  bacarıqlarının 

formalaşdırılmasına dair olmalı idi. Nitq hissələrinə dair veriləcək məlumatlarda da 

bu m


əsələ qabardılmalı idi. 

 D

ərslikdə lətifələrdən çox istifadə olunmuşdur. Digər mövzulara  da müraciət 



etm

ək olardı. 

S

əhifə 16. “Gülək və düşünək” bölməsində “Yaxşı tanımaq olur” lətifəsi verilir. 



14-

cü  tapşırığın  şərtinə  görə  şagirdlər  axırıncı  cümlədəki fikrə  görə  debat təşkil 




 

etm



əlidirlər.    Axırıncı  cümlə  isə  belədir:  Dostları  əli  aşağı  olanda  yaxşı  tanımaq 

olur.  Bel

ə  lətifələri ön plana çəkmək və  debata  çıxarmaq  5-ci  sinif  şagirdi  üçün 

düzgün pedaqoji yanaşma deyil. 

D

ərslikdə  vətənpərvərlik  materialları  azlıq  təşkil  edir.  Burada Koroğlu,  Xocalı 



Soyqırımı,  Azərbaycanın  silahlı  qüvvələri  ilə  bağlı  mətnlərə, həmçinin onlarla 

s

əsləşən bayatılara, əfsanələrə və s.  yer verilməsinə ehtiyac vardır. 



 

                   

3. Dizayn v

ə bədii tərtibat baxımından 

 

D



ərslikdə əks olunan bir sıra şəkillər mövzuya və məzmuna uyğun gəlmir. Üz 

qabığı cəlbedici və parlaq deyil. Dərsliyin səhifələrindəki şəkillər şagirdlərin yaradıcı 

t

əxəyyülünə yol tapmır, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına xidmət etmir.  



S

əhifələrdə  illüstrasiyalar  çox  azdır,  nəzəri və  praktiki materiallarla səsləşmir. 

M

ətnlərə çəkilmiş bəzi rəsmlər uğursuzdur, cizgi filmlərini xatırladır (səhifə 4, 8, 23, 



57,60, 62, 77, ).   

D

ərslikdəki bütün səhifələrdə  oğlan  şəkillərində  yanaqlar  “qırmızı”  təqdim 



olunmuşdur. Bu cür qırmızıyanaqlı oğlan şəkillərinin verilməsi reallığı əks etdirmir. 

Onların yanaqları adi halda, reallığa uyğun verilməlidir  (səhifə 18, 23, 51, 62, 65, 97, 

112). 

B

əzi səhifələrdə mətnlərin şəkillərin üzərində çap olunması ( səhifə 28, 47, 51, 



60, 77, 112) m

əqsədəmüvafiq hesab edilmir. 

S

əhifə  13.  “Əsl  həqiqət” mövzusundakı  şəkildə  sinif  otağı  və  partanın  təsviri 



real t

əsəvvür yaratmır. Heç vaxt sinif otağında cəmi iki parta olmur. 

S

əhifə 60. Təqdim olunan şəkil əsərin (buradakı təmsilin) məzmunu ilə üst-üstə 



düşmür. Əslində hər iki “vəhşi” taqətsiz halda uzanmış vəziyyətdə olmalı idi ki, tülkü 

d

ə ovu götürüb getsin.  



S

əhifə  81.  “Şəhidlər  xiyabanı”  şeiri  olan  səhifədə  ona  uyğun  şəklin 

yerl

əşdirilməsinə ehtiyac vardır. 



S

əhifə 97. Leylək yuvasının təsviri də əsərin məzmununa uyğun gəlmir. Əsərdə 

yuvanın  ağacın  başında  olduğu  qeyd  olunur,  şəkildə  isə  ağacın  budağında  olduğu 

görünür. 

S

əhifə 138. “Muzeylər” mövzusuna aid heç bir şəkil göstərilməmişdir. 



S

əhifə  8,  13, 18, 28, 43, 51, 60, 65, 76, 77, 97, 112, 143 verilən  şəkillərin 

görünüşü dizayn  cəhətdən qüsurludur. 

  



 

4. “Mü



əllim üçün metodik vəsait” in (MMV-nin) 

m

əzmunu baxımından 

 

Metodik v



əsait müəllimi lazım olan bütün bilgi və metodlarla təmin etmək üçün 

yararlıdır. Buna baxmayaraq MMV-də bəzi qüsurlar var. Bunlar aşağıdakılardır: 

S

əhifə  20.  İllik tematik plan    natamam  şəkildə  təqdim  olunmuşdur.  Burada 



inteqrasiya v

ə  digər bölmələr  (resurslar, təlim  strategiyaları, iş  formaları)  öz  əksini 

d

əqiq şəkildə tapmalıdır. 



V

əsaitdə  hər bir dərsin  əvvəlində  təqdim  olunmuş  cədvəldəki  sütunda  əks 

olunan "Gözl

ənilən şagird nailiyyətləri" əvəzinə “Təlim nəticələri” verilməlidir. Əgər 

c

ədvəldə  "Təlim nəticələri"  qeyd olunursa, onda "dərsin məqsədləri"  başlığını 



yazmağa ehtiyac yoxdur. 

T

əqdim  olunmuş  dərs nümunələrinin  əksəriyyətində  tədqiqatın  aparılması 



m

ərhələsində qrup tapşırıqlarının sayını 4 etmək məqsədəuyğundur. 

Qiym

ətləndirmə  cədvəlləri  (səh.151-157)  qüsurludur.  Artıq  onlardan  istifadə 



olunmur.  Hazırda  formativ  qiymətləndirmə  cədvəlləri hər bir keçilən mövzunun 

sonunda, meyarlar 

əsasında  dəqiq  şəkildə  tərtib  olunmalıdır.  Çünki həmin 

qiym


ətləndirmənin nəticəsi “Formativ qiymətləndirmə” jurnalında sözlə yazılır. 

S

əhifə  14.  Holistik və  analitik qiymətləndirmə  sxemləri  artıq  məktəb 



t

əcrübəsində  istifadə  olunmur. Ona görə  də  həmin məlumatlar vəsaitdən 

çıxarılmalıdır. 

S

əhifə  15.  Müəllimlər üçün  kiçik summativ qiymətləndirmə  nümunələrinin 



hazırlanmasına dair dəqiq göstəriş və təlimat verilməlidir. Müəllim bilməlidir ki, hər 

bir  sualın  üzərində  onun məzmun və  qiymətləndirmə  standartı,  səviyyəsi qeyd 

olunmalıdır (məsələn, 1.2.1.Q1 və ya 2.1.2.Q3 və s.). Eyni zamanda, summativlərdə 

yekun qiym

ətlərin verilməsi qaydası  və düsturları öz əksini tapmalıdır (“5”, “4”, “3” 

v

ə s. qiymətlərinin verilməsi qaydası nəzərdə tutulur). 



 

N

əticə 

 

1. D



ərsliyin forzas səhifəsində  Dövlət Himni “Azərbaycan Respublikasının 

Dövl


ət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Himnin  musiqisinin 

əllifinin  soyadı  (Hacıbəyov) redaktə  ilə  (Hacıbəyli) verilib. Həmçinin forzas 




 

s



əhifəsində  Dövlət Gerbinin rəngli təsviri  “Dövlət   Gerbi   haqqında   Əsasnamə”nin 

t

əsdiq edilməsi barəsində  Azərbaycan  Respublikasının    1993-cü il 23 fevral tarixli 



Qanununun t

ələblərinə uyğun çap olunmayıb. 

2.  D

ərslik komplekti fənn üzrə  məzmun  standartlarını  reallaşdırmağa  imkan 



verir. 

3.  D


ərslik komplektinə  göstərilən iradlara müəlliflər tərəfindən münasibət 

bildirilmişdir.



 

 

 



Yüklə 135,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə