Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Ərəb dili” dərsliyi



Yüklə 244,27 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü244,27 Kb.
#57848
növüDərs


Respublikanın ümumtəhsil məktəblərinin  

  1-ci sinifləri üçün “Ərəb dili” dərsliyi 

 

 

 

Müəlliflər: Vasim Məmmədəliyev 

        Nailə Cəlilova 

 

 

Bakı: Kövsər, 2008. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və 

təkliflər əsasında hazırlanmış 

 

 



YEKUN RƏY 

 

 


 

 

 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



 

1. Dərsliyin məzmunu baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından; 

4. Çalışmaların məzmuna uyğunluğu baxımından; 

5. “Müəllim üçün metodiki vəsait” in (MMV) məzmunu baxımından. 

 

1. Dərsliyin məzmunu baxımından 

 

Dərslikdə  təlim  materiallarının  dəqiqliyi  müəyyən  mənada  gözlənilib.  Tapşırıq 



və  çalışmalarda  yaradıcılıq  və  rəngarənglik  gözlənilsə  də,  bəziləri  1-ci  sinif 

səviyyəsinə  uyğun  deyil.  Məsələn,  səhifə  20-də  şəhər  şəkillərinin  bayraqlarla 

əlaqələndirilməsi tapşırığında 1-ci sinif şagirdləri ABŞ, Fransa, Misir paytaxtlarını və 

bu ölkələrin bayraqlarını tanıyıb əlaqələndirə bilməzlər.  

Materialların  sadədən  mürəkkəbə    doğru  ardıcıllığı  gözlənilib.  Yalnız  11-ci 

səhifədəki    “Məktəbim”  şeirinin  sonrakı  dərslərdə  keçirilməsi  daha  məqsədəuyğun 

olardı. Ümumiyyətlə, dərslikdə yeddi şeir verilib və bütün  bu şeirlərin öyrənilməsi 1-

ci  sinif    şagirdləri  üçün  müəyyən  çətinlik  törədir.  Səhifə  27–dəki  şeir  isə 

ümumiyyətlə, 1-ci sinif şagirdləri üçün çətindir. Fəndaxili və  fənlərarası inteqrasiya 

gözlənilib.    Dərslikdə  ilkin  tələffüz  bacarıqlarına  yiyələnmə,  dinləyib-anlama, 

danışma,  sözləri  və  sadə  cümlələri  təkrar  edib  yadda  saxlamaq  üçün  materiallar 

verilmişdir.      Gender,  irq,  etnik  və  din  məsələlərinə  həssas  yanaşma  təmin  olunub. 

Dərslikdə  ictimai  və  milli-mənəvi  dəyərlər  təbliğ    olunub.  İnteraktiv  təlimə  imkan 

yaradılıb.  Nəzəri  məlumatlarla  praktik  tapşırıqlar  arasında  mütənasiblik  gözlənilib. 

Lakin  dərslik  komplektində  audio  disk  verilmədiyindən  dinləyib-anlama  məzmun 

xətti üzrə standartlar tam reallaşmamışdır. 



 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  dil  qaydalarına  əməl  olunub.  Üslub  cəhətdən  şagirdlərin  yaş 



səviyyəsinə  uyğundur.  Söz  ehtiyatı  və  nitq  inkişafı  nəzərə  alınıb.  Lakin  ərəb  dilinin 

xüsusiyyətlərinə  görə  bəzi  sözlərdə  hərəkə  səhvləri  olub.  Məsələn:  4-cü  səhifədə 

"

ملاًّ سلا



 "

 sözü   


"

ملاَّسلا


"

 , 5-ci səhifədə  

 

"

 َناَجْيَبر  َِذآ



"

sözü 


  

"

 َناَجْيَب ْرَذآ



"

 yazılmalı idi. 36, 38 




 

və  43-cü  səhifələrdə  əlifin  üzərindəki  “damma”  işarələri  ümumiyyətlə  səhv  yazılıb. 



Səhifə  45-də 

"

  ةَه كَف



"

  sözündə  “ha”  hərfi  deyil  “hə”  hərfi  yazılmalı  idi. 48-ci  səhifədə 

"

فؤرح


 "

 sözündə “vav” hərfinin üzərində “həmzə “ işarəsi səhvən yazılıb. Səhifə 44-

də 

"

  رَوُص



"

əvəzinə 


"

  رَوُص


 "

  yazılmalı  idi.  Səhifə  34  və  36-dakı  2-ci  çalışmada   

"

ةرابع


"

 

sözünün  bir  dəfə  artikllı,  ikinci  dəfə  artiklsız  verilməsi,  həmçinin 



"

ةملاع


  "

sözünün 


əvvəl tənvinsiz, sonra isə tənvinli verilməsi düzgün deyil. 

 

3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından 

 

Rəsm və illüsrasiyaların mətnə uyğunluğu, ifadəliliyi və aydınlığı gözlənilsə də, 



səhifə  25-dəki    “Peşələr”  mövzusunda  inəklərə  yem  verən  şəxsin  geyimi  və  peşəsi 

məlum deyil. Səhifə 21-dəki “Ərəb atalar sözləri” dərsində verilmiş şəkillər mövzuya 

uyğun deyil.  28-ci səhifədəki rəsmlərin daha cəlbedici və şagirdlərdə maraq oyadan 

şəkillərlə  əvəz  edilməsi  daha  məqsədəuyğun  olardı.  Səhifə  32-də  “uzun-qısa” 

sözlərinin  müqayisəsi  üçün  oturan  kişi  ilə  ayaq  üstə  duran  oğlanın  müqayisəsi  

düzgün  verilməyib.  Həmin  səhifədə  “yeni-köhnə”  sözlərinə  görə  verilmiş  kitab 

şəkilləri  bir-birindən  fərqlənmir.  Dərsliyin  üz  və  arxa  qabığının  tərtibatı  sadədir. 

Daha cəlbedici və orijinal verilməlidir.  



4. Çalışmaların məzmuna uyğunluğu baxımından 

 

Dərslikdəki  bütün  tapşırıqlar  məzmuna  uyğundur.    Yalnız  səhifə  17-dəki  5-ci 



çalışmanın şərti “Cümləni tamamla” deyil, “Bu nədir?” kimi verilməli idi. 

 

 



5. “Müəllim üçün metodiki vəsait” in (MMV) məzmunu 

baxımından 

 

Metodik vəsaitdə təlim məqsədləri standartlara uyğundur, məqsədlərdə əlaqəlilik 



və  mərhələlilik  gözlənilib.  Təlim  texnologiyaları  idrak  taksonomiyasının 

mərhələlərinə  uyğundur.  İllik  və  gündəlik  planlaşdırmaya  dair  nümunələr  verilib.  

Təlim materialları üzrə işin texnologiyası şərh olunub və daha çox diqqət yetirilməli 

məsələlər  qeyd  olunub.  Qiymətləndirmənin  müxtəlif  növlərinə  aid  vasitələr  verilib. 

Mənbələrin və resursların təqdimolunma səviyyəsi kifayət qədər yüksəkdir.  

 

 




 

Nəticə 



 

1.  Dərsliyin  forzas  səhifəsində  Dövlət  Himni  “Azərbaycan  Respublikasının 

Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  Dövlət   Gerbi   haqqında   Əsasnamənin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının    1993-cü  il  23  fevral  tarixli 

Qanununun tələblərinə uyğun çap olunmayıb. 

2.  Dərslik  komplekti  fənn  üzrə  məzmun  standartlarının  reallaşmasına  imkan 

verir.  Yuxarıdakı  çatışmazlıqlar  aradan  qaldırılmaq  şərtilə  dərslik  yararlı  və 

qənaətbəxş  hesab  olunur.  Bəzi  dərslərdə  mürəkkəblik  təşkil  edən  materialların 

sadələşdirilərək təkmilləşdirilməsinə ehtiyac duyulur. 

3. Dərsliyin məzmunu baxımından  dərsliyə 4 irad bildirilib və onlardan 1-i 

müəlliflər tərəfindən qəbul olunub. 



4. Dil və yazı üslubu baxımından dərsliyə 10 irad bildirilib və onlardan 2-si 

müəlliflər tərəfindən qəbul olunub. 



5. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından dərsliyə 6 irad bildirilib və 

onlardan 3-ü müəlliflər tərəfindən qəbul olunub. 



6. Çalışmaların məzmuna uyğunluğu baxımından dərsliyə 1 irad bildirilib və 

müəlliflər tərəfindən qəbul olunub. 



 

 

 



 

Yüklə 244,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə