Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Musiqi” fənni üzrə müəllim üçün metodik vəsait



Yüklə 278,43 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü278,43 Kb.
#77300


 

Respublikanın ümumtəhsil məktəblərinin 

1-ci  sinifləri üçün “Musiqi” fənni üzrə müəllim  

üçün metodik vəsait 

 

Müəlliflər: Nərgiz Rəcəbova 

                 Şəhla Quliyeva 

                Zemfira Əliyeva  

 

 

Bakı: Şərq-Qərb, 2012. 

  

 

Müəllim üçün metodik vəsaitlə bağlı TQDK-ya daxil olan 

qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

 

 

 

YEKUN  RƏY 

 

 

 

 

 



 

 



 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



 

1. Proqrama uyğunluq baxımından; 

2. Struktur baxımından; 

3. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri  və  elmi-pedaqoji baxımdan; 

4. Dizayn və bədii tərtibat baxımından.  

  

1. Proqrama uyğunluq baxımından 

 

Musiqi  təhsil  sisteminin  qurulması  sahəsində  ibtidai  siniflər  üçün  yazılan 



dərsliklər uşaqların musiqiyə olan tələbatını nəinki təmin edir, həm  də bu tələblərin 

inkişafı,  yüksəlməsi,  musiqi  qabiliyyətinin  formalaşması  sahəsində  mühüm  rol 

oynayır. 

 Dərsliklərdə    nəzərdə  tutulan  musiqi  aləminə  səyahət,  musiqi  dinləyişi,  mahnı  

oxumaqla bərabər musiqi savadına da yiyələnməsi, onların musiqi-estetik tərbiyəsi və 

inkişafının uğurlu nəticələrindən  xəbər verir. 

1-ci  sinif  üçün  “Musiqi”  dərsliyi    müəllim  üçün  metodik  vəsait  kimi  nəzərdə 

tutulmuşdur.  Burada  musiqi  aləminə  43  mövzu,  emosional  dəyərləndirməyə  32 

mövzu,  musiqi  fəaliyyətinə  41  mövzu  həsr  edilmişdir  ki,  bu  da  orta  ümumtəhsil 

məktəblərinin  1-ci  sinifləri  üçün  nəzərdə  tutulan  məzmun  standartlarına  uyğundur, 

fənnin tədrisinin əsas məsələlərini əhatə edir və qarşıya qoyulan məqsədə nail olur.  

Dərs    prosesinin  təşkili,  fənnin  hər  bir  bölməsinin  məqsədi,  məzmunu, 

təlim-tədris  fəaliyyəti  sinif  üzrə  təlim  nəticələri  və  məzmun  standartları  əsasında 

qurulmuşdur.    Məzmun  standartları  və  fənlərarası  inteqrasiya  cədvəlində  tədris 

vahidi,  dərsin  mövzusu,  musiqinin    “Azərbaycan  dili”,  “Həyat  bilgisi”,  “Təsviri 

incəsənət”, “Riyaziyyat” və “Fiziki tərbiyə” ilə inteqrasiyası əks olunmuşdur. Tədris 

proqramının  illik  planlaşdırma  cədvəlində    tədris  vahidi,  dərsin  mövzusu  ilə  birgə 

musiqi repertuarı tərtib olunmuşdur. 



 

2. Struktur baxımından 

 

Səhifə 8-də kiçik summativ qiymətləndirmənin aparılması üçün tərtib olunmuş 



test    tapşırıqları  şəkillər  əsasında  yerinə  yetirilir.  Verilmiş  test  tapşırıqlarında  3.1 


 

bölməsinin 3-cü sualında” “Azərbaycan” xalq rəqsinin ritmik müşayiəti üçün aid olan 



aləti seçin” sualına 2 cavab təqdim olunub:  

A)

 



Nağara    B) Susəpən. 

Burada ya sual dəyişilməlidir, məsələn, “verilmiş şəkillər arasında musiqi alətini 

seçin”,  və  ya  cavablardan  susəpən  başqa  bir  musiqi  aləti,  məsələn  tütək  ilə  əvəz 

olunmalıdır. 

Səhifə  9-da  tədqiqat  sualında  verilmiş  şəklə  uyğun  musiqi  nümunələrini  yada 

salıb onun xarakterini bir cümlə ilə ifadə etmək tələb olunur. Doğrudur, bu sual T.n.y 

qrupundakı  uşaqlara  verilir,  amma  6  yaşlı  uşağın  şəklə  baxıb  (məsələn  “Döyüş 

səhnəsi”  şəklinə)  müəyyən  bir    musiqi  nümunəsini  yada  salmağı  nə  dərəcədə 

mümkündür? 

Səhifə  10-da  1-ci    mövzuda    “Birinci  zəng”  mahnısının  16-cı  xanəsində  “do” 

notunun  əvvəlində  bekar  işarəsi  yersizdir  .  “F  dur”  tonallığında    “do”  notu  heç  bir 

alterasiyaya uğramayıb ki , onun qarşısında bekar işarəsi qoyulsun. 

Səhifə 14-də “Azərbaycan” xalq rəqsinin not nümunəsində 6/8 və 3/4 ölçülərinin 

dəyişməsi göstərilir. Lakin burada heç bir xanə 3/4 ölçüsündə qruplaşdırılmayıb. 

Səhifə 16-da “Birincilərik biz” mahnısında volta işarəsi yersizdir. Məlum olduğu 

kimi  musiqi  parçasının  təkrarı  zamanı  sonluqlar  uyğun  gəlmirsə,  onda  volta  işarəsi 

qoyulur. I volta I sonluğu, II volta isə musiqi parçasının yenidən təkrarından sonra II 

sonluğu  göstərir.  Mahnıda  isə  həm  I,  həm    də  II  voltada  sonluqlar  eynidir.  Burada 

yalnız repriza işarəsi kifayət idi. Mahnıda 2 dəfə bu texniki  qüsura  yol verilmişdir. 

Eyni  hal səhifə 37 və səhifə 44-də  də müşahidə olunur. 

Səhifə  19-da  M.  Maqomayevin  “Radio  marşı”  nümunəsində  notların 

qruplaşdırılması və yazılışında səhv var. 

Səhifə  21-də  “Tədqiqatın  aparılması”  mərhələsində  T.n.y.  olan  şagird  qrupuna 

mahnının  xarakteri  ilə  məzmunu  arasındakı  əlaqəni  araşdırmaq  tapşırılır.  Mahnının 

xarakteri deyiləndə həm  musiqi, həm  məzmun nəzərdə tutulur. Ona görə də burada 

“xarakter” sözü “musiqi” sözü ilə əvəz olunsa daha yaxşı olar. 

Səhifə  26-da  “Dağ  çiçəyi”  xalq  rəqsində  III  sətirdə  rəqsin  birinci  hissəsi 

bitməmiş II hissəyə keçid alınır. 

Səhifə  30-31-də  1.  “Əlifba  bayramı”  mahnısında  vokal  musiqidə  notların 

qruplaşdırılmasında    səhvlər  var.  2.  Uşaqlar  üçün  ikisəsli  vokal  musiqi  çox  çətin 

olduğundan II səsi çıxarmaq tövsiyə olunur. 



 

Səhifə 34-də “Nəlbəki” rəqsinin  not nümunəsində I cümlənin dörd dəfə təkrarı 



artıqdır.  (4,  5,  6-cı  xanələr).  Sonuncu  sətrin  I  və  IV  xanələrində  qruplaşdırılma 

düzgün deyil. Pauza vasitəsilə iki sinkopalı xanənin ardıcıl səslənməsi uyğun gəlmir. 

Həmin xanələrdə pauza atılmalı, vurğu xanənin qüvvəli hissəsinə düşməlidir. 

Səhifə 37-də “Nağıl nəğmə”nin not nümunəsinin sonuncu sətrinin II xanəsində 

sol notunun qarşısında bekar işarəsi qoyulmalıdır. 

Səhifə 44-də “Qonaqlıq” mahnısının I cümləsində volta işarəsi əvəzinə repriza 

qoyulmalıdır.  

 

3. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-



pedaqoji baxımdan 

 

Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi pedaqoji baxımdan tapşırıq və 

çalışmalarda yenilik və yaradıcılıq uşaqların yaş səviyyəsinə, psixologiyasına uyğun 

verilmişdir.  Hər  bir  şagird  üçün  onun  yaş  səviyyəsinə  uyğun  tapşırıq  verilir.  Sinfin 

təlim  nəticələri  yüksək olan,  təlim  nəticələri zəif  olan, sağlamlıq  imkanları  məhdud 

olan  qruplara  bölünməsi  bütün  şagirdlərin  dərs  prosesində  fəal  iştirakını  təmin  edir, 

heç  bir  şagirdin  dərsdən  yayınmasına  imkan  vermir.  Musiqi  dinləyişi  uşaqlarda 

emosional  təəssürat    oyadaraq  onlarda  hərəkətverici  reaksiyalara  səbəb  olur.  Dərs  

prosesində  şən  musiqi,  rəngarəng  əyani  vəsaitlər,  uşaq  musiqi  alətləri,  mahnıların 

öyrənilməsi  üçün  istifadə  olunan  oyuncaqlar  (top,  şar  və  s.)  uşaqların  yaş 

psixologiyasına uyğun olaraq onlarda sevinc hissi, hərəkət etmək arzusu, bir sözlə bu 

fənnə məhəbbət hissi oyadır. 1-ci sinif musiqi dərsliyinin dil və yazı üslubundan bəhs 

edərkən  dərsliyin  yalnız  müəllim  üçün  metodik  vəsait  olduğunu  nəzərə  alsaq 

dilimizin  zəngin  lüğət  tərkibi,  alınma  sözlər,  elmi-metodoloji  baxımdan  müxtəlif 

terminlər dərslikdə öz əksini tapmışdır. 

 

4. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin üz qabığının dizayn tərtibatında həm şərq, həm də qərb musiqisinə xas 



olan atributlar – öndə milli alətlərimiz, arxada isə Avropa alətləri təsvir olunmuşdur. 

Bu  da  milli  musiqimizə verilən  yüksək qiymətdən irəli gəlir. Dərsliyin  iç səhifələri 




 

çox  sadə  tərtibatda  verilmişdir.  Dərslik  müəllim  üçün  nəzərdə  tutulduğundan 



tərtibatda əlavə olaraq yalnız yaşıl rəngdən istifadə olunmuşdur. 

 

 



Nəticə 

 

1.  MMV-nin  forzas  səhifəsində  Dövlət  Himni  “Azərbaycan  Respublikasının 



Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Himnin  musiqisinin 

müəllifinin  soyadı  (Hacıbəyov)  redaktə  ilə  (Hacıbəyli)  verilib.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  Dövlət   Gerbi   haqqında   Əsasnamənin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının    1993-cü  il  23  fevral  tarixli 

Qanununun tələblərinə uyğun çap olunmayıb. 

2. Ümumilikdə, ümumtəhsil məktəblərin 1-ci sinifləri üçün “Musiqi” fənni üzrə 

müəllim üçün metodik vəsait məzmun standartlarını reallaşdırmağa imkan verir. 



3.  Struktur  baxımından  15  irad  bildirilib  və  onlardan  10-u  müəlliflər 

tərəfindən qəbul olunub. 

 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 278,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə