Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifl əri üçün “Orta əsrlər tarixi” dərsliyi



Yüklə 170,07 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü170,07 Kb.
#31880
növüDərs


 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

  7-ci sinifl

əri üçün “Orta əsrlər tarixi” dərsliyi 

 

 



əlliflər: Yaqub Mahmudlu 

 

Rafiq X

əlilov 

 

Sabir Ağayev 

 

Əkbər Qocayev 

 

  S

əxavət Qəmbərov 

 

Şərqiyyə Məmmədova 

 

H

əcər Əlişova 

 

 Bab

ək Xubyarov 

 

 

Bakı: Aspoliqraf, 2011. 

 

 

D

ərsliklə bağlı TQDK-ya daxil olan

 

v

ə açıq müzakirələrdə 

bildirilmiş  qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

YEKUN RƏY 



 


 

Yekun r



əy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 

1. M

əzmun baxımından; 

2. Dil v

ə üslub baxımından; 

3. Dizayn v

ə bədii tərtibat baxımından. 

 

1. M

əzmun baxımından 

 

D



ərslik 304 səhifə, 3 bölmə, 34 paraqrafdan ibarət olmaqla, qüvvədə olan  tədris 

proqramına  uyğun  hazırlanıb.  Dərsliyin strukturu,  demək olar ki, sovet dövrünün 

d

ərsliklərində  olduğu  kimidir.  Dərslikdə  mövzular üç bölməyə  ayrılıb. Belə  bölgü 



əyyən qədər  mövzulardakı  fikirlər    arasında  rabitənin  qırılmasına  və  eyni 

zamanda, d

ərsliyin həcminin artmasına səbəb olub.  

Girişdə    dərsliyin  hansı  prinsip  əsasında  3  bölməyə  ayrılması  izah  olunmayıb. 

Feodalizmin dövrl

ər üzrə  bölgüsündə  Şərq ölkələri nəzərə  alınmayıb.  Yazılı 

m

ənbələri rəsmi və xüsusi sənədlərə bölməyə ehtiyac yoxdur.  



D

ərslikdə  göstərilir ki, Çində  III-IV  əsrlər, Hindistanda VII-XII  əsrlər, Qərbi 

Avropada is

ə  IX-X  əsrlər  feodallıqlara  parçalanma,  siyasi  dağınıqlıq  dövrüdür. 

G

irişdə  feodallıqlara  parçalanmanın  ümumi  səbəb və  nəticələrinin, eləcə  də 



feodallıqlara parçalanmış, siyasi dağınıqlığın hökm sürdüyü ölkələrdə hansı amillərin 

ölk


ənin siyasi cəhətdən birləşdirilməsini tələb etməsinin qeyd olunması  da  yaxşı 

olardı. 


Eyni zamanda,  g

irişdə feodalizm cəmiyyəti haqqında qısa məlumatın verilməsi 

v

ə onun quldarlıq cəmiyyətindən fərqli xüsusiyyətlərinin göstərilməsi məqsədəuyğun 



hesab edilir. 

1-ci  v


ə  2-ci  bölmələrdəki  bəzi materiallar  bölmənin  adına,  əhatə  etdiyi dövrə 

uyğun  deyil.  Bəzi  paraqrafların,  xüsusilə  1-ci  bölməyə  aid  mövzuların  həcmi  çox 

böyükdür. Mövzular 3 s

əhifədən başlayaraq, 13 səhifəyə qədər artır. Məsələn, “Çin” 

8, “Q

ərbi Hun imperatorluğu” 12, “Göytürk imperatorluğu” 10, “Qərbi Avropa (V-IX 



əsrlər)” 13 səhifədən ibarətdir.  Mövzuların  bu  həcmdə  verilməsi  şagirdlərin  yaş 

s

əviyyəsinə uyğun deyil. Bu yaşda şagirdlər üçün mövzu həcminin 3-4 səhifə olması 



daha m

əqsədəuyğun  olar.  Bəzi paraqraflarda  şəxs və  yer  adları  həddindən  artıqdır. 

D

ərsliyin ilk 10 paraqrafında 70-dən çox şəxs adı göstərilib. Təbii ki, bunları yadda 



saxlamaq şagirdlər üçün çətinlik törədir. 


 

B



əzi mövzularda dövlətin paytaxtı (9 və 14-cü paraqraflar) və süqut tarixi (2 və 

10-cu paraqraflar) göst

ərilməyib. 

S

əhifə 4. “Humanistlər”in kimliyi haqqında burada da məlumat verilməsi yaxşı 

olardı. Çünki bu, sonradan 8-ci sinif “Orta əsrlər tarixi” dərsliyində izah edilib. 



S

əhifə  7-14. 8 səhifəni əhatə edən “Çin” mövzusu çox  genişdir. Burada çoxlu 

yeni  anlayışlar  (“mükəlləfiyyət”, “güclü ailə”, “dövlət feodalizmi”, “töycü” və  s.) 

verilib, lakin izah edilm

əyib. İllüstrasiyalar yararsızdır. 17-ci paraqraf da Çinə aiddir 

v

ə  burada verilən məlumatların  çoxu  1-ci  paraqrafdakının  təkrarı  olduğuna  görə 



t

əkrar  materialların sadələşdirilərək birləşdirilməsi  və  ya çıxarılması  məqsədəuyğun 

hesab edilir. 

S

əhifə  7.  III-VI  əsrlər Çində  feodal  dağınıqlığı  dövrüdürsə, imperator 

hakimiyy


ətindən danışmaq düzgün deyil. 

S

əhifə  9.  Suy  imperiyasının  yenidən bərpa edilməsindən  danışılır.  Suy 

sülal


əsinə qədərki dövr mətndə dağınıqlıq dövrü kimi nəzərdən keçirilməlidir. 

S

əhifə 10. 1-ci sətirdə adı çəkilən, ölkənin cənubunda hökmranlıq etmiş sülalə 

Çin deyil, Çen sülal

əsidir. 

S

əhifə 13. “Türklər və Çin” yarımbaşlığına ehtiyac yoxdur. Oradakı məlumatlar 

sonrakı paraqraflarda bu və ya digər dərəcədə verilib. 



S

əhifə 15-21. Mövzuda Sasanilər dövlətinin süqut tarixi göstərilməyib. 

S

əhifə  16.  Ağ  hunların  bəzi vilayətlərinin 558-568-ci illərdə  işğal  edildiyi 

göst


ərilib.  30-cu səhifədə isə həmin dövlətin 567-ci ildə dağıldığı yazılıb. 

H

əmin səhifədə, 4-cü abzasda ilk 3 təbəqənin hansı vergiləri ödədiyi yazılmayıb. 



Öd

əmirdisə, qeyd olunmalıdır. 



S

əhifə  19.  “Mani təlimi. Məzdək hərəkatı”  yarımbaşlığındakı  materialların 

ixtisar olunmasına ehtiyac var. 



S

əhifə  21-25. Mətn mövzunun adını tam  əks etdirmir. Mövzunun adı “Qafqaz 

xalqları”  olsa  da,  yalnız  Cənubi Qafqazdan bəhs olunub,  Şimali  Qafqaza  yer 

verilm

əyib. Bu paraqrafın, xüsusilə də “Xristianlığın qəbul edilməsi” yarımbaşlığının 



yenid

ən  işlənməsi  məqsədəuyğun  hesab  edilir.  Mətndən belə  çıxır  ki,  Cənubi 

Qafqazda xristianlığı əsasən ermənilər qəbul edib, yayırdı. Belə olan təqdirdə tarixi 

Albaniya 

ərazisindəki çoxsaylı xristian abidələrinin hansı xalqın adına yazılacağı sual 

doğurur. Hər bir dövlətin hakim, aparıcı dini olur. İslama qədər Albaniyada belə bir 

din xristianlıq olub. Tariximizin bir hissəsi kimi buna diqqət yetirilməsi yaxşı olardı. 



 

S



əhifə 23. Hərbi əməliyyatlardan danışılmadığı halda, sülhdən bəhs olunub. 

S

əhifə  24.  Materiallar təqdim edilərkən  xronoloji  ardıcıllıq pozulub. VI əsrdə 

hökmranlıq  etmiş  Xosrovla  bağlı  abzasın  mətndən  çıxarılması  və  ya yerinin 

d

əyişdirilməsi məsləhətdir. Çünki növbəti abzasda V əsr hadisələrindən danışılır. 



S

əhifə  31-42.  12 səhifədən ibarət “Qərbi  Hun  imperatorluğu”  mövzusu  çoxlu 

yeni ad v

ə terminlərlə yüklənib. 7-ci sinif şagirdi bu mövzunu mənimsəyə bilmir. 

S

əhifə  36.  Yazılıb:  “Bizans  hunlara  700  librə  qızıl  verməli idi”. Dəqiq 

göst


ərilməlidir ki, bu pul birdəfəlik, yoxsa hər il verilməli idi. 447-ci il müqaviləsində 

t

əzminatın həm birdəfəlik, həm də illik ödəniş həcmi göstərilib. 



S

əhifə 39. Mənbə və tarixi ədəbiyyatın çoxunda yazılanlara görə, döyüş yerini 

Attila deyil, Aetsi seçib.  



S

əhifə  40.  Katalaun  döyüşündə  Aetsinin geri çəkilməsindən  danışılıb. Həm 

“Q

ədim dünya tarixi” dərsliyində, həm də bəzi tarixi ədəbiyyatda  isə Attilanın  geri 



ç

əkildiyi  yazılıb. Ümumiyyətlə, döyüşün  nəticəsi çox mübahisəli olduğundan, bunu 

d

ərslikdə əks etdirmək üçün maksimum diqqətli yanaşma lazımdır. 



S

əhifə  41.  Attilanın  və  Krum  xanın  (səh.  78)  burunlarından  qan  açılması 

n

əticəsində ölmələrinin verilməsinə lüzum yoxdur. 



S

əhifə 43. Mətndə İkinci Balkan yürüşündən bəhs olunub, lakin bu, paraqrafın 

sonundakı  xronologiyada  öz  əksini tapmayıb.  Birinci  Balkan  yürüşünün  ili  isə  heç 

yerd

ə göstərilməyib. 



S

əhifə  44-53.  “Göytürk  imperatorluğu”  ilə  bağlı  mövzunun həcmi  10 səhifə 

olmaqla 


yanaşı,  həm də  dili çox çətindir.  Çoxlu  sayda  yer  adları,  sərhədləri və 

işğalları  ifadə  edən  coğrafi  ərazi  adları  var.  Şagirdlər  üçün bu paraqrafda verilən 

hadis

ələri  mənimsəmək çox çətinlik törədir. Mümkün qədər bu mövzunun  yığcam 



yazılması,  ən vacib hökmdar, ərazi  və  döyüş  adlarının  sadə  və  oxunaqlı  şəkildə 

verilm


əsi yaxşı olardı. 

S

əhifə  44.  1-ci  abzasda  Bumın  xaqan  kimi  yox,  xan  kimi  yazılmalıdır. 

Mövzunun sonunda (s

əh.  54)  “Bunları  bilmək  maraqlıdır!” bölməsində  Bumın  xan 

kimi göst

ərilib. Nəzərə almaq lazımdır ki, 552-ci ilədək Bumın xan vassal, sonra isə 

dövl


ət yaradaraq xaqan olub. 

S

əhifə  55-59.  Bir cümlə  ilə  uyğurların  hal-hazırda  Çin  Xalq Respublikasında 

yaşadıqlarının göstərilməsi məsləhətdir. 




 

S



əhifə  56.  Səkkiz  oğuzlardan  söhbət  gedir.  Əvvəlki səhifədə  isə  “doqquz 

oğuz”un adı çəkilir.  Fikir çaşqınlığını aradan qaldırmaq lazımdır. 



S

əhifə 57. “Uyğur xaqanlığı gücləndikcə, (“genişləndikcə” olmalıdır) qəbilə və 

tayfa  başçılarının  mərkəzi hakimiyyətə  tabe olmamaq cəhdləri də  artırdı.” 

cüml

əsindəki fikir ziddiyyətlidir. 



S

əhifə  65. 2-ci sətirdə verilmiş fikirdə tarixi həqiqət təhrif olunub. İlk slavyan 

birliyi 839-cu ild

ə  qurulmayıb. Həmin ildə  “xaqan”  titulu  daşıyan  Kiyev  knyazları 

(baş vəzirləri yox!) barədə məlumat Qərb mənbələrində (Bretan annalları,  IX əsr) əks 

olunub.  Fredeqar salnam

əsinə  əsasən, ilk slavyan birliyinin əsası  Samo  adlı  şəxsin 

r

əhbərliyi ilə VII əsrdə qoyulub. 



S

əhifə 68-74. “Avar xaqanlığı” paraqrafında avarların jujan olduğu məlum olur. 

Lakin Az


ərbaycan tarixi kursunda avarların türksoylu olmasından danışılıb. Dərslikdə 

250 il


ə qədər Avropada hökmranlıq etmiş avarların sonrakı aqibəti barədə müəyyən 

t

əsəvvür yaradılsa, yaxşı olar. 



S

əhifə  69.  1-ci  abzasın  ilk  cümləsində  “sabirləri”  sözünü  “xəzərləri” sözü ilə 

əvəz etmək məqsədəuyğun olar. Xaqanlığın paytaxtı göstərilməyib. 



S

əhifə 74-79. Bu paraqrafla 24-cü paraqrafın sadələşdirilərək birləşdirilməsi və 

tamamil


ə  yenidən  işlənməsi məsləhətdir.  Bu  paraqrafda  şagirdlərə  aydın olmayan 

m

əqamlar çoxdur. Mövzu tədqiqat xarakteri daşıyır. 6 səhifəni əhatə edən paraqrafda 



20-d

ən artıq yeni adlar var ki, bu da şagirdlərin mövzunu mənimsəməsi üçün çətinlik 

tör

ədir. 


 S

əhifə  75.  4-cü  abzasın  sonuncu  cümləsi mübahisəlidir.  Müasir bolqarlar 

özl


ərini oğuz türkü saymırlar. 

S

əhifə  79.  Boqorisin  (Borisin)  xristianlığı  Şərqi  Frank  kralı  Lüdovikin  təsiri 

altında  qəbul etməsi fikri mübahisəlidir. Çünki elmi ədəbiyyatda serb, bolqar və 

rusların xristianlığı Bizansdan qəbul etdiyi birmənalı göstərilib. 

“Sual v


ə tapşırıqlar”da avar və bulqarların assimilyasiya səbəbləri haqqında da 

sual qoyulması yaxşı olardı. 



S

əhifə  80-84.  Mövzuda xüsusi adlar xeyli çoxdur.  Feodal  dağınıqlığının 

başlanması və onun səbəbləri ilə bağlı məsələlərə aydınlıq gətirilməyib. Hindistanda 

feodal  dağınıqlığı  Xarşa  dövlətinin  parçalanmasından  sonra  deyil, Qupta 

imperiyasının dağılmasından sonra başlayır. Məlumdur ki, VI əsrin ortalarında Qupta 




 

imperiyasının  dağılması  ilə  onun  ərazisində  70-dən  çox  knyazlıq  –  xırda  dövlət 



yaranıb. 

D

ərslikdə Hindistanla bağlı mövzu da iki paraqrafda (11,17) verilib. 11 və 17-ci 



paraqrafların sadələşdirilərək birləşdirilməsi məqsədəuyğun hesab edilir. 

S

əhifə  81.  Orta  əsrlərdəki  kastaların  qədim dövrdəki kastalardan fərqi 

göst


ərilməyib. Hindistanda heç bir kastaya daxil olmayan “toxunulmazlar” təbəqəsi 

d

ə  mövcud  olub. Ağsaqqallar  şurası  kastalara  deyil,  hər  bir  kastaya  ayrılıqda 



r

əhbərlik edib. 



S

əhifə  82. 5-ci abzasda yer adlarının sadələşdirilməsi məsləhətdir. 500-cü ildə 

ağ  hunların  şimal-qərbi Hindistanı  tutmasını  81-ci səhifədəki xəritədə  ştrixlərlə 

göst

ərmək yaxşı olardı. 



S

əhifə 83. 5-ci  abzasda Hindistanda feodal dağınıqlığının dövrü göstərilməyib.  

B

əzi paraqraflarda təkrarçılığa  rast  gəlinir. Xüsusilə  “Azərbaycan tarixi” 



d

ərsliyində  verilən məlumatların  yenidən bu dərslikdə  verilməsinə  bir o qədər  də 

ehtiyac yoxdur. M

əsələn, 26-cı  paraqrafda  Xürrəmilər  hərəkatı,  31-ci paraqrafda 

“Kitabi-D

ədə Qorqud” dastanı haqqında verilən məlumatları bir cümlə ilə xatırlatmaq 

v

ə yaxud sual və tapşırıq şəklində vermək olardı. 



Ərəblərlə bağlı mövzu 4 paraqrafa (§ 12, 13, 25 və 26) bölünüb. Həmçinin, ərəb 

dövl


əti,  onun  işğalları,  islam  dini  və  onun  yayılması,  Xilafətə  qarşı  üsyanlar, 

xalq-


azadlıq  hərəkatları,  vergi,  torpaq  mülkiyyət  formaları,  idarəetmə  sistemi  və  s. 

m

əsələlər 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində  də  verilib. Ona görə  də  bu 



d

ərslikdə ərəblərlə bağlı məlumatları dörd paraqrafa səpələmək məqsədəuyğun deyil. 

H

əmin məlumatları yığcam şəkildə bir və ya iki paraqrafda vermək olar. Bu zaman 



h

əm də  7-ci sinif “Azərbaycan tarixi” dərsliyində  əksini tapmayan məsələlərin 

verilm

əsinə diqqət yetirilməlidir. 



Ərəb dövlətinin yaranma tarixinə və ərəb dövlətinin Xilafətə çevrilməsi tarixinə, 

onun mahiyy

ətinə aydınlıq gətirmək yaxşı olardı. Burada verilən bir sıra terminlərin 

m

ənasını açmaq lazımdır. 



S

əhifə  95-107. “Qərbi Avropa (V-IX əsrlər)” adlı 14-cü  paraqrafın  həcmi çox 

genişdir.  Mövzunun məzmunu sovet dövründə  istifadə  olunan dərslikdəki müvafiq 

mövzu il

ə eynilik təşkil edir.  



S

əhifə 101. Frank imperiyasının paytaxtı Axen şəhəri xəritədə göstərilib, lakin 

m

ətndə adı çəkilməyib. 




 

S



əhifə  103-104.  Paraqrafda mükəlləfiyyət, biyar və  töycünün  izahı  ziddiyyətli 

şərh olunub. Burada əvvəlcə mükəlləfiyyətin məcburi iş olduğu göstərilib. Biyar və 

töycü d

ə mükəlləfiyyət hesab edilib. Sonra kəndlilərin feodal təsərrüfatında gördüyü 



bütün işlər biyar, feodala məhsulla verdikləri ödənişlər isə töycü adlandırılıb. 

S

əhifə  108-109.  İmperator  hakimiyyətinin  mahiyyətini və  güclü  olmasının 

s

əbəblərini göstərmək yaxşı olardı. 



S

əhifə  110.  Yustinianın  işğal  etdiyi  ərazilər  arasında  Vestqot  krallığının 

c

ənubunu da qeyd etmək lazımdır. 



S

əhifə  119-125.  Feodal  dağınıqlığı  və  onun xüsusiyyətləri  haqqında  məlumat 

verilm


əyib. III-VI əsrlərdə Çində bir-biri ilə  vuruşan çoxlu  feodal dövlətlər var idi. 

Çinin bu dövrünün deyil, vahid imperator hakimiyy

ətinin (Tan və  Sun sülalələri) 

mövcud  olduğu  dövrün  feodal  dağınıqlığı  dövrü  kimi  göstərilməsi  yanlışdır. 

D

ərsliyin 1 və 17-ci paraqraflarında Çin mövzusu iki yerə ayrılmışdır. 1-ci paraqrafda 



Tan dövründ

ə  Çinin sosial-iqtisadi həyatı  ətraflı  verilib. 17-ci paraqrafda isə  Tan 

sülal

əsinə qarşı yönələn Xuan Çao üsyanından danışılıb. Bəzi təkrarlara yol verilib, 



lakin Xuan Çao üsyanının Tan sülaləsinə qarşı yönəldiyi vurğulanmayıb. 

Hindistan mövzusu burada 

yaxşı  işlənsə  də, müəyyən redaktəyə  ehtiyac var. 

Bölm


ə  IX-XI  əsrlərə  aid olsa da, burada əsasən VIII əsr hadisələrindən (ərəb 

yürüşlərindən) bəhs olunub. Burada Şimali Hindistanın Qəznəvi dövlətinə qatılması 

yarımbaşlığı  “Qəznəvi dövləti” mövzusu ilə  (23-cü paraqraf) üst-üstə  düşür  və 

t

əkrarlanır.  



S

əhifə  119.  İlk  iki  abzas  1-ci paraqrafda  verilmiş  məlumatların  mahiyyətcə 

t

əkrarıdır. 



S

əhifə 121. 1-ci yarımbaşlıqda dağınıqlığın dövrünü göstərmək, sonra isə səbəb 

v

ə nəticələrini açmaq lazımdır. Çjurçjen tayfaları haqqında qısa izahata ehtiyac var. 



8-ci sinif üçün “Orta 

əsrlər tarixi” dərsliyində (səh. 136) onların mancur adlandıqları 

qeyd olunub. 

S

əhifə  126-129.  Yer  adları  qəliz və  çətin  yadda  qaldığı  üçün  sadələşdirilməsi 

m

əsləhətdir.  Şimali  Qafqaza  çox  az  yer  verilib.  Paraqrafın  sonunda verilən  əlavə 



materialda xüsusi qeyd olunur: “Oğuzların V-VII əsrlərdə Qafqazda məskunlaşmaları 

artıq  tarixi  bir  həqiqətdir”. Azərbaycan türkləri də  oğuz  türkləri  sırasına  daxildir. 

V-VI 

əsrlərədək Azərbaycanda  hansı  türk  etnoslarının  yaşaması  haqqında  məlumat 



verilm

əyib. 



 

S



əhifə 131-137. “Oğuz dövləti” paraqrafının da yenidən işlənməsi məsləhətdir. 

Paraqrafda  30-dan çox  

yeni  anlayış,  termin  var  (“yabqu”,  “gülərgin”,  “subaşı”, 

“yınal”, “təhsildar” və s.). Mətndə 70-dən çox, əlavə oxu materialında isə 30-a yaxın 

–  c

əmi 100-dən  çox  şəxs, tayfa və  xalq, ölkə,  dağ  və  çay  adları  var ki, 7-ci sinif 



şagirdinin bunları yadda saxlaması real deyil. 

Oğuzlara  (tayfalara),  onların  ilkin  yaşayış  məskənlərinə, məhz bu adda dövlət 

yaratm

alarına  aydınlıq  gətirilməli, digər  oğuz  dövlətlərindən fərqi izah edilməlidir. 



Bu  paraqrafda  olduğu  kimi,  digər  türk  xalqlarının  hansı  müasir  xalqların  və 

dövl


ətlərin yaranmasında iştirak etməsi göstərilməyib. 

S

əhifə  136.  Türklərin yerdəyişməsi, köçü məsələsinin  2  variantı  da  (şərqdən 

q

ərbə, yoxsa qərbdən şərqə) göstərilsə, yaxşı olar. Oğuzların Azərbaycana gəlməsini 



türkün öz v

ətəninə dönüşü kimi vermək lazımdır.  



S

əhifə  139-143.  “Samanilər dövləti”  paraqrafında  dehqanlar iri feodal 

adlandırılıb.  “İran”  mövzusunda isə  dehqan  varlı  kəndlilərə  deyilir.  “Dehqan” 

sözünün  işlənməsi haqqında dəqiqlik  olmalı,  ziddiyyətə  aydınlıq  gətirilməlidir. 

Saman Xu


datın islamı nə vaxt qəbul etdiyi göstərilməyib. Bu isə “Qaraxanlı dövləti” 

paraqrafında verilən məlumatlarla ziddiyyət təşkil edir. 



S

əhifə  143.  999-cu ildə  Qaraxanlıların  Samanilər dövlətinin  varlığına  son 

qoyması  yazılıb. Səhifə  150-də  yazılanlardan  isə  bu dövlətin Qəznəvilər tərəfindən 

süquta uğradıldığı təsəvvürü yaranır. 

S

əhifə 152. Mahmud Qəznəvinin Hindistandan ələ keçirdiyi qənimətin miqdarı 

m

ənbələrdə  verilənlərə  uyğun  deyil.  Mənbələrdə  20 milyon (min yox!) dirhəm 



d

əyərində pul və daş-qaş, 57 min əsir, 350 fil (döyüş fili yox!) ələ keçirdiyi göstərilib. 



S

əhifə 154. 1187-ci ildə Xosrov Məlikin hansı qüvvələr tərəfindən əsir alındığı 

göst


ərilməyib. 

S

əhifə  155-158.  Xarəzmşahlar  dövlətinin ikinci qolu haqqında  məlumat 

verilm


əyib,  lakin  Qaraxanlı  dövlətinin  varlığına  son  qoyması  və  sonrakı  dərslərdə 

monqollar t

ərəfindən  süquta  uğradılması  barədə  danışılıb.  Dövlətin yaranma tarixi 

göst


ərilməyib. Sonuncu abzasdakı cümlələr dəqiq işlənməlidir. Xarəzm müstəqilliyini 

itirdiyi vaxt h

ələ  Səlcuq  sultanlığı  yaranmamışdı.  Paraqrafın  məzmunu  bölməyə 

uyğun deyil. 



S

əhifə  163-170. Bu paraqrafda islama qədərki dövrün hadisələrini qabartmağa 

lüzum yoxdur. 

Ərəblər  işğalçı  deyil,  xilaskar  kimi  təqdim olunub. Bu səbəbdən 



 

Xilaf



ətə daxil olan xalqların ərəblərə qarşı çoxsaylı üsyanlarının səbəbini anlamaqda 

şagirdlər çətinlik çəkirlər. Paraqrafın məzmunu bölməyə uyğun deyil. 



S

əhifə  166.  3-cü abzasda verilənlər 167-ci səhifənin 1-ci  abzasında  da 

t

əkrarlanır. 



S

əhifə  167.  Əsas  torpaq  mülkiyyəti  forması  kimi  təqdim olunan xəlifə 

mülkl


ərinə  7-ci sinif “Azərbaycan tarixi” dərsliyində  rast gəlinmir. Burada əsas 

torpaq mülkiyy

əti formasının divan torpaqları olduğu göstərilib. Mətndə “bağışlanan 

iqta”nın sadalanan torpaq mülkiyyəti formaları sırasında adı çəkilməyib. 



S

əhifə 168. Dövlətdən təqaüd alanlardan bəhs edilib, lakin o təqaüdün kimlərə 

v

ə nə üçün verildiyi açıqlanmayıb. 



S

əhifə 173. Afşin ad deyil, tituldur. Həmin sərkərdənin adı mənbələrdə Heydər 

ibn Kavusdur. 



S

əhifə 177-183. “Frank imperiyasının parçalanması” mövzusunda göstərilib ki, 

Q

ərbi Avropada IX-XI əsrlər  feodal dağınıqlığı dövrüdür.  Amma “Qərbi Avropada 



yeni dövl

ətlərin  yaranması”  (səh.  185-189)  mövzusunda  yazılıb  ki, “Bir  sıra  Qərbi 

Avropa ölk

ələrindən fərqli olaraq, Almaniya bu dövrdə vahid dövlət idi”. 



S

əhifə 178. Verden müqaviləsinin nəticəsində Lotara düşən ərazinin Lotaringiya 

adlanması xəritədə var, ancaq mətndə yoxdur. 



S

əhifə  179.  1-ci cümlə  tarixi həqiqətə  uyğun  deyil.  IX-XI  əsrlərdə  Qərbi 

Avropada feodal qaydaları bərqərar olub. Feodal dağınıqlığı dövrü isə əsasən IX-XIII 

əsrləri  əhatə  edib. XIV əsrdən etibarən Qərbi Avropada mərkəzləşmiş  dövlətlərin 

yaranması başlanıb. 



S

əhifə  185.  2-ci abzasda Kapetinqlər sülaləsinin idarə  etdiyi  mülkün  adını 

yazmaq lazımdır. 



S

əhifə  189.  Qalın  şriftlə  verilmiş  fikir  aydın  deyil.  Məlumdur  ki, feodal 

p

ərakəndəliyi  öz  pulu,  ordusu,  bayrağı,  sərhədləri, xəzinəsi olan və  mərkəzi 



hakimiyy

ətə  tabe  olmayan  feodalların  idarə  etdiyi dövlətlərin  yaranmasıdır.  Feodal 

dağınıqlığı  elə  ölkənin  siyasi  parçalanması  deməkdir. Bu səbəbdən  “İtaliyadakı 

dağınıqlıq,  sadəcə  feodal  dağınıqlığı  deyil,  həm də  siyasi  dağınıqlıq  idi:  o,  həm də 

müst

əqil dövlətlərə parçalanmışdı” fikri anlaşılmazdır. 



S

əhifə  190-250.  Ayrı-ayrı  ölkələrin mədəniyyəti ilə  bağlı  xüsusi  paraqraflara 

ehtiyac yoxdur. H

əmin  paraqraflarda verilən  məlumatlar  çox  yığcam  şəkildə,  ən 

əhəmiyyətli hissələr  hər bir ölkə, dövlət  haqqında  bəhs edilən  müvafiq  paraqrafda 




10 

 

verils



ə,  daha  yaxşı  olar.  Yəni mədəniyyət məsələlərini  ayrıca  bir  bölmədə  vermək 

m

əqsədəuyğun deyil, o həm də dərsliyin həcmini artırır. Ümumiyyətlə, bu bölmə çox 



mür

əkkəbdir və yenidən işlənməsinə ehtiyac var. 



S

əhifə  227.  Çində  kağız  istehsalının  tarixi  6-cı  sinif  “Qədim dünya tarixi” 

d

ərsliyindəki faktla ziddiyyət təşkil edir. 



S

əhifə  231.  1-ci abzasın redaktəyə ehtiyacı  var. Ellinizm elə bütün  yunanların 

ümumi m


ədəniyyəti olduğundan, cümlədə “... ellinizm və Roma ənənələri imperiyada 

yaşayan bir çox başqa xalqların ...” şəklində düzəliş etmək məqsədəuyğundur. 

M

ədəniyyət bölməsində  verilən bütün mövzular həcm  baxımından  çox 



böyükdür. H

ər mövzu 9-12 səhifədən ibarətdir. Mövzular, xüsusilə ədəbiyyatla bağlı 

hiss

ələr ixtisar edilsə və hər bir dövlətin sonunda ona aid mədəniyyətlə bağlı material 



verils

ə, mövzunun mənimsənilməsi asanlaşar. 

D

ərsliyin  sonundakı  əlavələrin,  onların  aid  olduqları  mövzuların  sonuna 



g

ətirilməsi mövzunun daha asan mənimsənilməsinə kömək edər. 

Proqramda n

əzərdə tutulduğuna baxmayaraq, “Avropa xalqlarının mədəniyyəti” 

paraqrafında “Roland haqqında nəğmə” barədə heç bir məlumat verilməyib. 

D

ərsliyin Azərbaycan və  rus dillərində  olan  variantları  arasında  xeyli 



uyğunsuzluqlar  var.  Rusca olan variant  da  («История  средних  веков»  -  7,  Баку: 

Хезер, 2012) 3 bölmədən ibarət olduğu halda, mündəricatda 2 bölmə göstərilib. 

Aşağıda qalın şriftlərlə verilmiş səhifə nömrələnmələri dərsliyin rus dilində olan 

variantına aiddir. 



S

əhifə  3.  Azərbaycan dilində  olan variantdan fərqli olaraq, tərcümədə  476-cı 

ild


ə  Qərbi  Roma  imperiyasının  deyil,  Roma  imperiyasının  dağılması  yazılıb.  Bu 

qeyri-d


əqiqlik 31-32, 97, 175, 180 və 229-cu səhifələrdə də təkrar olunub.  

S

əhifə  12.  Azərbaycan dilində  olan variantda Çindən gətirilən ipəyin  miqdarı 

100 min top (s

əh. 13) göstərildiyi halda, tərcümədə 10 min top yazılıb. 

S

əhifə 14. Azərbaycan dilində olan variantda, paraqrafın ikinci cümləsində Fars 

vilay


ətinin  hakimi  Ərdəşirin  yalnız  Parfiyanın  şimalına  doğru  hərəkətindən bəhs 

edildiyi halda (s

əh. 15), tərcümədə əlavə olaraq, onun İsfahan, Kirman və Xuzistanı 

tabe etm


əsi də göstərilib. 

S

əhifə  15.  Azərbaycan dilində  olan variantda, 3-cü  abzasın  4-cü cümləsində 

Bizansın  xəzərlərin köməyilə  Sasanilərə  zərbə  endirməsi  yazılsa  da  (səh.  16), 

t

ərcümədə bundan bəhs edilməyib. 




11 

 

S



əhifə  17.  4-сü  abzası  əks etdirən hissə  Azərbaycan dilində  olan variantda 

ümumiyy


ətlə  mövcud deyil.  Bu qüsur bir neçə  yerdə təkrar edilib  (səh. 20-də 3-cü 

abzas, s


əh. 21-də 5-ci abzas və s.). 

S

əhifə  20.  Azərbaycan dilində  olan variantda, xronologiyada Məzdəkilər 

h

ərəkatının  481-529-cu illəri  əhatə  etdiyi (səh.  20) göstərildiyi halda, tərcümədə 



491-529-cu ill

ər kimi verilib. Mətndə Sasani-Bizans müharibəsinin 603-628-ci illəri 

əhatə etdiyi göstərilib, xronologiyada isə 609-628-ci illər verilib. 

S

əhifə 23. 2-ci abzasın ilk cümləsi Azərbaycan dilində olan variantda yoxdur. 

4-cü abzasda Sasanil

ərlə  Bizans  arasında  bağlanmış  sülhün  tarixi  591-ci il 

göst


ərilib, lakin sərbəst sütunda göy rənglə yazılmış 2-ci sualda 592-ci il kimi verilib. 

Sülhün tarixi Az

ərbaycan dilində olan variantda da (səh. 24) 591-ci il kimi verilib. 

Tarixl


ərin dəqiqləşdirilməsi məsləhətdir. 

S

əhifə  25.  Dərsliyin Azərbaycan dilində  olan  variantına  əsasən  (səh.  26),  Ağ 

Hun imperatorluğunun ərazisi şimal-qərbi Hindistanı da əhatə etdiyi halda, rusca olan 

variantda şimal-şərqi Hindistan ərazisi verilib. 

S

əhifə  26.  Azərbaycan dilində  olan  variantda  “Sasani  hökmdarı”  (səh.  27) 

ifad


əsi yazılsa da, tərcümədə “fars hökmdarı” kimi verilib. 

S

əhifə  27.  Azərbaycan dilində  olan variantda xəritənin  adı  “Ağ  Hun 

imperatorluğu  VI  əsrin  əvvəlində” (səh.  29)  olduğu  halda,  tərcümədə  “Ağ  Hunlar 

döyüşdə” kimi verilib. 

S

əhifə  40. Beşinci abzasdakı “Buxara” dövlətinin adı Azərbaycan dilində olan 

m

ətnə uyğun olaraq (səh. 41), “Bulqar” olmalıdır. 



S

əhifə  42. Azərbaycan dilində olan variantda (səh. 35, 43) Ruanın ölüm tarixi 

434-cü il göst

ərildiyi halda, paraqrafdan sonra verilmiş əlavə oxu materialında 433-cü 

il yazılıb. 



S

əhifə 43. Paraqrafın adı “Göytürk imperiyası” kimi verilib. Azərbaycan dilində 

olan variantda is

ə “Göytürk imperatorluğu” (səh. 44) yazılıb. 

S

əhifə  46.  Azərbaycan dilində  olan variantda Göytürk dövlətinin  şimal 

s

ərhədləri  İdil  və  Yenisey  çaylarının  aşağı  axarları  kimi  verilsə  də  (səh.  47), 



t

ərcümədə şimal sərhədlərinin Şimal dənizinə çatdığı göstərilib. 



S

əhifə  48.  Azərbaycan dilində  olan  variantda  İltəris  xaqanın  silahlı  atlı 

d

əstələrin  sayını  artırması  yazılsa  da  (səh.  48), tərcümədə  “atlı”  sözü  (“конных”) 



verilm

əyib. 



12 

 

S



əhifə 52. Azərbaycan dilində olan variantda, xronologiyada verilmiş 588-ci il 

hadis


ələri (səh. 53) tərcümədə öz əksini tapmayıb. 

S

əhifə  54.  Azərbaycan dilində  olan  variantda  uyğur  hökmdarı  Moyon  Çurun 

hakimiyy


ət illəri verilsə də (səh. 55), tərcümədə öz əksini tapmayıb. 

S

əhifə  70. Azərbaycan dilində olan  variantdakı “Sasani” sözü (səh. 71) “fars” 

kimi t


ərcümə olunub. 

H

əmin səhifədə,  son  abzasın  3-cü cümləsi Azərbaycan dilində  olan variantda 



verilm

əyib. 


S

əhifə  73.  Azərbaycan dilində  olan variantda,  xronologiyada Frank-Avar 

müharib


ələrinin tarixi 788-803-cü illər göstərilsə də (səh. 74), tərcümədə 783-803-cü 

ill


ər göstərilib. 

Az

ərbaycan dilində olan variantda, 10-cu paraqrafın birinci cümləsində “şərqə” 



sözü (s

əh. 74) “qərbə” kimi tərcümə olunub. 



S

əhifə  81.  Azərbaycan dilində  olan variantda, 5-ci  abzasda  “Şimal-Qərbi” 

sözl


əri (səh. 82) “Şimal-Şərqi” kimi tərcümə olunub. 

S

əhifə  82. Azərbaycan dilində olan  variantda, “Xarşa dövləti”  yarımbaşlığının 

ilk cüml


əsində göstərilən tarix (səh. 82) IV əsrin sonlarına aid olduğu halda, “V əsrin 

əvvəllərində” kimi tərcümə edilib. 

H

əmin səhifədə  Xarşanın  yaratdığı  feodal  dövlətin yaranma tarixi (606-cı  il) 



Az

ərbaycan dilində olan variantdan fərqli olaraq (səh. 83), verilməyib. 



S

əhifə 111. Azərbaycan dilində olan variantda , xronologiyada verilmiş VII əsr 

hadis


əsi (səh. 113) tərcümədə öz əksini tapmayıb. 

S

əhifə  120.  Azərbaycan dilində  olan variantda ərəblərin Hindistana qərbdən 

hücum etdikl

əri  yazıldığı  halda  (səh.  122), tərcümədə  şərqdən hücum etdikləri 

göst


ərilib. 

Az

ərbaycan dilində olan variantda  Hindistandakı  feodal dağınıqlığının VII-XII 



əsrləri əhatə etdiyi (səh. 122) göstərilsə də, tərcümədə VI-XII əsrlər verilib. 

S

əhifə 122. Sonuncu yarımbaşlıq Azərbaycan dilində olan variantda verilməyib. 

S

əhifə  123.  Azərbaycan dilində  olan variantda Mahmud Qəznəvinin Kəşmir, 

P

əncab və  Qucarat vilayətlərini  işğal  etdiyi  qeyd olunsa da (səh.  125), tərcümədə 



P

əncab və Sind vilayətlərinin adları göstərilib. 



S

əhifə  127.  Azərbaycan dilində  olan variantda, xronologiyada Gürcüstanda 

müst


əqil dövlətlərin  yaranması  tarixi  VIII  əsrin sonu  -  IX  əsrlər göstərilsə  də 


13 

 

(s



əh. 130), tərcümədə VII əsrin sonu – IX əsrlər verilib. Xronologiyadakı 2-ci faktın 

t

ərcüməsində Tiflis əmirliyinin müsəlman əmirliyi olması qeyd olunmayıb. 



S

əhifə 129. 3-cü abzasın 2 və 3-cü cümlələri Azərbaycan dilində olan variantda 

verilm


əyib. 

S

əhifə  132.  Sonuncu abzasın  4  və  5-ci cümlələri Azərbaycan dilində  olan 

variantda verilm

əyib. 

S

əhifə 133. Sonuncu abzasın ilk cümləsində Cənubi Qafqazın Zaqafqaziya kimi 

t

ərcümə edilməsi dəqiq deyil. Çünki cənubdan baxdıqda “Zaqafqaziya” coğrafi ərazi 



kimi 

Şimali Qafqaza da aid edilə bilər. 



S

əhifə  147.  Sərbəst sütunda göy rənglə  verilmiş  “qulam”  sözünün  izahı 

Az

ərbaycan dilində olan variantda verilməyib. 



S

əhifə  148.  Azərbaycan dilində  olan variantda Qəznəvi dövlətinin tərkibinə 

qatılan  keçmiş  Samani  torpaqlarının  Amudərya  çayının  cənub və  qərb  torpaqlarını 

əhatə  etdiyi göstərilsə  də  (səh.  151), tərcümədə  Amudərya  çayının  cənub və  şərq 

torpaqları verilib.  



S

əhifə  150.  Azərbaycan dilində  olan  variantda  verilmiş  “qazi”  sözünün  izahı 

(s

əh. 153) tərcümədə öz əksini tapmayıb. 



S

əhifə  156.  Sual və  tapşırıqlardan  axırıncısında  Qaraxanlı  və  Qəznəvi 

dövl


ətlərinin adları “Караханидов” və “Казневидов” şəklində verilməlidir. 

S

əhifə 165. “İqta” və “xərac” sözlərinin Azərbaycan dilində olan varianta uyğun 

olaraq, qalın şriftlərlə fərqləndirilməsi məsləhətdir. 



S

əhifə  166.  Azərbaycan dilində  olan  variantda  “Şəhərə  yalnız  4  qala 

darvazasından girmək olardı.” cümləsi (səh. 168) tərcümə edilməyib. 



S

əhifə 172. Azərbaycan dilində olan variantda səlcuqların ərəb mülklərinin xeyli 

hiss


əsini XI əsrdə tutduqları (səh. 175) yazılsa da, tərcümədə IX əsr verilib. 

S

əhifə  173.  Ərəblərin hərbi  uğurlarının  1-ci səbəbi kimi verilən  cümlənin 

t

ərcüməsində “их” sözü artıqdır. 



S

əhifə  174.  Azərbaycan dilində  olan  variantda,  paraqrafın  ilk  cümləsində  “və 

buna gör


ə  də  çox yaşamadı” (və  ya buna bənzər ifadə)  ifadəsi (səh.  174)  olmadığı 

halda, t


ərcümədə “и поэтому просуществовало недолго” ifadəsi işlənib. 

S

əhifə 175. Azərbaycan dilində olan variantda Verden müqaviləsinə görə, Daz 

Karla  düşən  torpaqlar  arasında  Şelda  çayından  qərbdəki torpaqlar göstərilib 

(s

əh. 178), lakin tərcümədə şərqdəki torpaqların verildiyi yazılıb. 




14 

 

S



əhifə 187. Azərbaycan dilində olan variantda paraqrafın adı “Türk xalqlarının 

m

ədəniyyəti” (səh.  190) kimi verildiyi halda, “mədəniyyəti” sözü dəqiq 



çevrilm

əyərək, “просвещение и наука” sözləri işlənib. 



S

əhifə 194. Başbalıq şəhərinin adı “Başbanıq” kimi verilib. 

S

əhifə  196.  Azərbaycan dilində  olan variantda, sərbəst sütunda göy rənglə 

verilmiş  sualda  “uyğur  rəssamları”  (səh.  198) ifadəsi, tərcümədə  “türk rəssamları” 

kimi verilib. 

S

əhifə  227.  “Paqoda”  sözünün  izahı  Azərbaycan dilində  olan variantda 

verilm


əyib. 

S

əhifə  302.  26-cı  paraqraf  168-ci səhifədən  başladığı  halda,  mündəricatda 

182-ci s


əhifəyə aid edilib. 

 

2. Dil v



ə üslub baxımından 

 

D

ərsliyin  dili  olduqca  ağırdır.  Bu  və  ya digər fikri təkrar  edən çoxlu sayda 



cüml

ələr var ki, onlar 20-30 sözdən ibarətdir. Belə cümlələri 7-ci sinif şagirdi çətin 

qavrayır.  Cümlələrin  sadələşdirilməsi məsləhətdir.  Türk dövlətləri ilə  bağlı 

mövzuların bir qədər sadələşdirilməsi məsləhətdir. Çünki şagirdlər bu mövzuları çox 

ç

ətin başa düşürlər. 



B

əzi istilah və anlayışların izah edilməsi yaxşı olardı. Məsələn, bir neçə yerdə 

jujanların adı çəkilir. Lakin jujanların kim olması, hansı millətin əcdadları olması və 

yaxud indiki v

əziyyətləri barədə məlumat verilməyib.  

    B


əzi məlumatlar şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Məsələn, “Ağ 

Hun  imperatorluğu”  mövzusunda  Ağ  Hun  hökmdarı  Ağsuvar  xanın  Sasani  şahı 

Firuzu 

əsgərlərin gözü önündə təhqir etməsi 7-ci sinif şagirdlərinin  yaş səviyyəsinə 



uyğun deyil. Firuz şahın öhdəsinə götürdüyü şərti yerinə yetirməməsinin Ağsuvar xan 

t

ərəfindən bu dərəcədə cəzalandırılmasının açıq şəkildə verilməsi psixoloji baxımdan 



düzgün hesab edilmir.  Bu  tipli  m

əlumatların  bir qədər  yumşaq  formada  verilməsi 

yaxşı olardı. 

S

əhifə 5. Sonuncu abzasdakı cümlədə “danışa bilər” əvəzinə “danışır” yazılması 

üslub baxımından daha məqbuldur. 



S

əhifə 28. “Çənbəri” sözünü “mühasirəni” sözü ilə əvəz etmək yaxşı olardı. 


15 

 

S



əhifə  39. “Aetsi”  (mənbələrdə: Aetius) adının  dilimizdəki  qarşılığının  “Eti” 

şəklində  verilməsi  daha  doğrudur.  Çünki  latın  dilində  “ae” birləşməsi “e” kimi 

oxunur v

ə  əksər dillərə  çevrilərkən o  cür də  yazılır  (Caesar  –  Sezar,  archaelogia  – 

arxeologiya,  encyclopaedia – ensiklopediya v

ə s.). Latın dilindəki xüsusi adlarda isə 

bir qayda olaraq, “-

us”  sonluğu  düşür  (Brutus  -  Brut, Augustus  -  Avqust, Aetius  - 

Eti). 

S

əhifə 40-41. Roma Papasının adı gah III Leo, gah da III Leon kimi yazılıb. 

S

əhifə  42.  2-ci  abzasın  sonuncu  cümləsində  “yeri” sözü əvəzinə  “yerə” 

ya

zılmalıdır. 



S

əhifə 43. Xronologiyada “Balkan” sözü “Balcan” kimi verilib. 

S

əhifə 51. “Doğuz oğuz” əvəzinə “doqquz oğuz” yazılması məqsədəuyğundur. 

S

əhifə  55.  2-ci  abzasdakı  cümlədən belə  nəticəyə  gəlmək olar ki, dövləti 19 

adam yaratmışdır. “Tayfa” sözünü işlətmək lazımdır. 



S

əhifə 62. “Tarxan” sözünün izahının  verilməsi yaxşı olardı. 

S

əhifə  67.  İlk  abzasda  4-cü cümlənin  “Şimali  Qafqaza  çəkilən xəzərlər indiki 

qaraçay türkl

ərinin əcdadlarıdır.” kimi verilməsi daha məqsədəuyğundur. 

S

əhifə 122. “Knyazlıq” ifadələrinin əvəzinə “feodallıq”, “racəlik”, “maharaclıq” 

ifad


ələrindən istifadə edilməsi daha məqsədəuyğundur. 

S

əhifə 132. İlk sətirdəki cümlənin sonluğu “... ittifaqı da var idi.” şəklində olsa, 

m

əqsədəuyğun olar. 



H

əmin səhifədə  Oğuz  ordusunun  quruluşunu  əks etdirən sxemdə  bəzi sözlərin 

(“buxtarma”, “ökc

ə”, “yeravul”) izahını vermək məsləhətdir. 



S

əhifə  149.  Qəznəvi dövlətinin  yarandığı  tarixi  dəqiq  -  962-ci il göstərmək 

qeyri-mü


əyyənliyi aradan qaldırar. 

S

əhifə  163.  “Xəlifə”  sözünün  izahını  dəqiqləşdirmək lazımdır.  “Xəlifə”  sözü 

ərəbcədən həm də “davamçı, ardıcıl” mənalarını verir. 

 

3. B

ədii tərtibat baxımından 

 

 

2, 3, 11 v

ə  15-ci paraqraflarda hər  hansı  şəkil verilməyib. Halbuki bu 

mövzularla 

əlaqəli kifayət qədər zəngin illüstrasiya seçimi mümkündür. 

B

əzi  xəritələrin  adlarında  müvafiq  dövlətlərin  hansı  dövrdə  mövcud  olduqları 



göst

ərilməyib. 




16 

 

S



əhifə 7-14. 1-ci paraqrafda çox iri ölçüdə cəmi 3 illüstrativ material verilib. 1 

v

ə  2-ci  şəkil  anlaşılmır.  Böyük  İpək yolunun bir hissəsini  əks etdirən xəritədə  isə 



ya

xşı  olardı  ki,  bu  yolun  Qafqazdan,  o  cümlədən Azərbaycandan keçməsi də 

göst

ərilsin. 



S

əhifə  11.  İllüstrasiya  mətnə  uyğun  deyil.  İpəkqurdunun bəslənməsi ilə  bağlı 

şəkildə söyüd ağacı təsvir edilib. 



S

əhifə 15. Xəritədə Sasani imperiyasının adı yazılmayıb. Sasanilərdən asılı olan 

ərazilər də imperiyanın tərkib hissəsi kimi verilib. Xəritənin hansı dövrü əks etdirdiyi 

qeyd edilm

əyib. 


S

əhifə 23. Xəritədə İberiya-Kartli ərazisinin cənub sərhədləri Dəclə çayına çatır. 

X

əritədə şərti işarələrdə yaşıl rəngin izahı verilməyib. 



S

əhifə  29.  Xəritədə  Kabil  şəhərinin paytaxt kimi verilməsi  yanlış  faktdır.  Ağ 

Hun  imperatorluğunda  Badian  (Qunduz,  Əfqanıstan),  Baktra  (Bəlx,  Əfqanıstan)  və 

Sakala (Sialkot, Pakistan) 

şəhərləri paytaxt olub.  

M

ərv  şəhərinin  koordinatları  da  səhifə  46-dakı  xəritədə  təsvir  olunmuş  eyni 



şəhərin koordinatları ilə uyğunluq təşkil etmir. Bu cür hallara xəritələrin bir çoxunda 

rast g


əlinir.  

S

əhifə  31-32.  “Xalqların  böyük  köçü”  ilə  bağlı  Böyük  Hun  imperatorluğu 

x

əritədə əks olunmayıb. Köçün istiqamətləri xəritələrdə öz əksini tapmayıb. 



S

əhifə  33. Xəritədə Dnepr çayının adı göstərilməyib. Azərbaycan da asılı ölkə 

kimi verilib. 



S

əhifə 39. İllüstrasiyada təsvir uğurlu alınmayıb. Attila sanki göydə uçur. 

S

əhifə 40. Roma Papası sanki ikonaların əhatəsindədir. 

S

əhifə  45. Göytürklərin bayrağının rəngləri 49-cu səhifədəki təsvirlə uyğunluq 

t

əşkil etmir. 



S

əhifə  46.  Xəritəni böyütməklə  şəhərlərin  adlarını  oraya  əlavə  etmək olar. 

Mövzuda Amud

ərya  çayının  adı  çəkilir, amma xəritədə  bu çay Ceyhun kimi 

göst


ərilib. 

S

əhifə  75.  Böyük  Bulqar  xaqanlığının  xəritəsinin verilməsi  və    paytaxtının 

göst


ərilməsi təklif olunur. 

S

əhifə 77. İllüstrasiyalarda tərəflərin bir-biri ilə fərqi aydın seçilmir.  

S

əhifə 78. İllüstrasiyadakı təsvir qələbə təsvirinə bənzəmir. 


17 

 

S



əhifə  88.  İllüstrasiyalarda təsvir  olunmuş  dəvələr daha çox lamaya bənzəyir. 

Sağdakı illüstrasiyada isə karvan bələdçisi qadına bənzər şəkildə təsvir edilib.  



S

əhifə 90. İllüstrasiya o dövrə uyğun deyil. 

S

əhifə  116.  Sənətkarlıq  məhsullarının  əvəzinə  slavyan dövlətlərinin kiçik 

x

əritəsini vermək daha məqsədəuyğun  olardı.  Həmin xəritədə  Böyük Moraviya 



dövl

ətini, macar yürüşlərini isə oxlarla göstərmək  117-ci səhifədəki fikirləri açmağa 

yardımçı olardı. 

S

əhifə  124.  Xəritədə  Xarşa  dövlətinin süqutu 647-ci ilə  aid edilib. Mətndə  və 

xronologiyada is

ə 648-ci il verilib. Eyni xəritədə Eftalitlər dövlətinin də süqut tarixi 

(565) m


ətndəki ilə (567) uyğunsuzluq təşkil edir. 

S

əhifə  135.  Sığnaq  şəhərindən  başqa  oğuzların  digər  iri  şəhərlərinin  adları 

x

əritədə  əks olunmayıb.  Oğuz  yürüşləri  və  oğuz  dövləti ilə  bağlı  tematik  xəritənin 



verilm

əsi məsləhətdir. 

132-ci s

əhifədə, 2-ci  abzasda  Oğuz  dövlətinin qərbdə  Xəzər dənizi ilə 

h

əmsərhəd olduğu, 3-cü abzasda isə İstəxriyə görə, İdil çayına qədər uzandığı qeyd 



olunub. Lakin h

əmin xəritədə ərazi başqa cür göstərilib. 



S

əhifə 140. Samanilər dövlətinin xəritəsi əhatəli işlənib. Lakin “sənət və ticarət 

m

ərkəzləri”, həmçinin “vassal asılılığında olan ərazilər”in şərti işarələrində yanlışlıq 



var. 

Şərti işarələrdə ticarət yolları və oğuz dövlətinin sərhədləri həddindən artıq oxşar 

nöqt

ələrlə  verildiyi üçün onları  fərqləndirmək çətinlik törədir.  Xəritəni dəyişmək, 



müxt

əlif rəng və şriftlərdən istifadə etmək məsləhətdir. 



S

əhifə  142.  İsmayıl  Samaninin  Buxaradakı  məqbərəsinin dövrünü vermək 

m

əqsədəuyğun hesab edilir. 



S

əhifə  145.  Xəritədə  Buxara, Səmərqənd  Qaraxanlının  ərazisində  göstərilib. 

140-


cı  səhifədə  isə  bu  ərazilər Samanilər dövlətinin  hüdudları  kimi  verilib. 

Samanil


ərin süqutu 999-cu ilə  təsadüf  edir.  Qaraxanlı  dövlətinin  yarandığı  ərazini 

x

əritədə göstərmək lazımdır. İşğal etdiyi əraziləri isə oxlarla dairədə xüsusi xətlərlə 



göst

ərmək mümkündür. 

H

əmin xəritədə  dövlətin  paytaxt  şəhərləri xüsusi olaraq göstərilməyib.  Yaxşı 



olar ki, d

ərslikdə  göstərilməyən  şəhərlərin  əvəzinə  xəritədə  Ürgənc, Termez kimi 

şəhərlərin adı qeyd olunsun. 

S

əhifə 151. Xəritədə Xarəzmin adı Xorəzm kimi yazılıb. Səbuktəkinin dövründə 

tutulan 


ərazilər xəritədə göstərilməyib. 


18 

 

S



əhifə  156.  2-ci abzasda Buxara, Səmərqənd, Bəlx  şəhərləri Xarəzm  şəhərləri 

kimi t


əsvir  edilib.  Əvvəlki “Qəznəvilər dövləti” və  “Qaraxanlı  dövləti” (hər ikisi, 

dem


ək olar ki, eyni vaxtda mövcud olub) adlı paraqraflarda verilmiş xəritələrdə isə 

bu şəhərlər həmin dövlətlərin hüdudlarında göstərilir. 



S

əhifə 157. Ərəblərin Xarəzmi işğal etməsi xəritədə öz əksini tapmayıb. 

S

əhifə 160. Xəritə çox bəsitdir. Bulqar şəhərinin paytaxt olması göstərilməyib. 

S

əhifə  163-170.  “Ərəb Xilafəti və  işğallar”  mövzusu  VII-VIII  əsrlərdən bəhs 

etdiyin


ə görə I bölməyə salınmalıdır. 

S

əhifə  233-235.  3 səhifədə  Müqəddəs Sofiya məbədinə  aid 3  müxtəlif  şəkil 

verilmişdir.  Məbədin ölçüləri və  zahiri  görünüşünün  təsvirinə  ehtiyac yoxdur. 

Sad

əcə, illüstrasiyalardan birini vermək və  ona müvafiq ölçüləri  əlavə  etmək 



kifay

ətdir. 


 

 

N



əticə 

 

D

ərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət 



Himni  haqqında”  1992-ci il 27 may tarixli Qanununun tələblərinə  uyğun  çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Həmçinin forzas 

s

əhifəsində  Dövlət Gerbinin rəngli təsviri “Dövlət   Gerbi   haqqında   Əsasnamə”nin 



t

əsdiq edilməsi barəsində  Azərbaycan  Respublikasının    1993-cü il 23 fevral tarixli 

Qanununun t

ələblərinə  uyğun  çap  olunmayıb.  Bundan  əlavə, dərslikdə  Azərbaycan 

Respublikasının dövlət rəmzlərinin təsvirlərinin  Azərbaycan Respublikasının dövlət 

r

əmzləri haqqında  Azərbaycan Respublikasının  Konstitusiyasının 23-cü maddəsində 



veril

ən  ardıcıllıqla  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı, Azərbaycan 

Respublikasının  Dövlət gerbi və  Azərbaycan  Respublikasının  Dövlət himni) çap 

olunması daha məqsədəuyğun olardı. 



Yüklə 170,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə