Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün “Azərbaycan Respublikasının Konstitusiyası” dərsliyi



Yüklə 27,81 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü27,81 Kb.
#30853
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  9-cu sinifləri üçün “Azərbaycan Respublikasının 

Konstitusiyası” dərsliyi 

 

                           Müəlliflər:   İbrahim İsmayılov 

                                                       Mübariz Əmirov 

                                                       Habil Qurbanov 

 

  Cəfər Cəfərli 

                                                       Emin İmanov 

 

     

 

Bakı: Təhsil, 2010. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan

 

və açıq müzakirələrdə 

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

YEKUN RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:



 

1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi  baxımından 

 

Dərslik  134  səhifə  və  on  fəsildən  ibarətdir.  Dərsliyin  məzmunu  “Giriş”  də  daxil 



olmaqla,  30  mövzudan  və    “Azərbaycan  Respublikasının  Konstitusiyası”  fənninin 

proqramından  ibarət  olub,  Respublikanın  ümumtəhsil  məktəblərində  tətbiq  olunan 

proqram  əsasında  hazırlanmışdır.  Dərslik  struktur  baxımından  sovet  dövrünün  ənənəvi 

dərsliklərindən fərqlənmir. 

Dərslik məzmun baxımından digər fənlərdən tamamilə fərqlənməsinə baxmayaraq, 

dərsliyə bu barədə heç bir məlumat (“Giriş” nəzərdə tutulur) daxil edilməmişdir.  



Səhifə 7-11. Dərsliyin (rus dilində olan variantında: səh.7-10) “Giriş” adlanan 1-ci 

paraqrafında  fənnin  məqsəd  və  məzmunu,  onun  şagirdlər  tərəfindən  öyrənilməsi 

əhəmiyyəti  barədə  heç  bir  məlumat  verilmir.  Həmin  paraqrafda  Azərbaycanda 

Konstitusiya  yaradıcılığı  tarixi,  inkişafı  və  müstəqil  Azərbaycan  Respublikasının  ilk 

Konstitusiyası  haqqında  verilən  məlumatların  xronoloji  baxımdan  sistemləşdirilməsi 

məqsədəuyğundur. 



Səhifə 11. Mövzu ilə əlaqədar verilən suallar məzmunu tam əhatə etmir. 

Səhifə  12.  “Hakimiyyətin  mənbəyi”  yarımbaşlığında  (dərsliyin  rus  dilində  olan 

variantında:  səh.11)  xalqın  hakimiyyətin  mənbəyi  kimi  çıxış  etməsi  ideyasının 

yaranması tarixi ilə əlaqədar ABŞ-da 1776-cı il 4 iyul tarixli “İstiqlal bəyannaməsi” və 

Fransada  1789-cu  il  26  avqust  tarixli  “İnsan  və  vətəndaşların  hüquqları  bəyannaməsi” 

nümunə  kimi  verilmişdir.  Buraya  həmçinin  1918-ci  il  28  may  tarixdə  Milli  Şura 

tərəfindən  elan  edilmiş  “İstiqlal  bəyannaməsi”  haqqında  məlumatın  da  daxil  edilməsi 

məqsədəuyğundur. 

Səhifə  14.  5-ci  abzasda  (dərsliyin  rus  dilində  olan  variantında:  səhifə  13,  4-cü 

abzas) 1-ci cümlənin  “Azərbaycan Respublikasının Milli Məclisinin, yaxud Azərbaycan 




 

Respublikası Prezidentinin referendumu təyin etmək haqqında qərarı səsverməyə azı 60 



gün qalmış elan edilir kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 19-20. Unitar dövlət anlayışı ilə əlaqədar birinci abzasda verilən izahatın bir 

qədər sadə dildə verilməsi məsləhətdir. 



Səhifə  35.  “İnsan  və  vətəndaş  hüquqları  və  azadlıqlarının  əsas  prinsipləri” 

yarımbaşlığının  axırdan  2-ci  abzasında  fikir  dərsliyin  rus  dilində  olan  variantında 

(səh.34) fərqli verilmişdir. Həmin abzas aşağıdakı kimi redaktə olunmalıdır: “10 dekabr 

1948-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  qəbul  etdiyi  “İnsan  hüquqları  haqqında 

ümumi  bəyannaməsinin”  1-ci  maddəsində  göstərilir  ki,  bütün  insanlar  azad  və 

bərabərhüquqlu  doğulurlar.  Onların  şüur  və  vicdana  malik  olması  bir-birlərinə 

qardaşcasına münasibət bəsləmələrinə əsas verir”. Həmin abzasda verilmiş 2-ci cümlə 

isə dərsliyin rus dilində olan variantında yoxdur. 

Həmin  yarımbaşlığın  3-cü  abzası  məzmun  baxımından    dərsliyin  rus  dilində  olan 

variantından çox fərqli verilmişdir. 



Səhifə 47. “Sosial təminat hüququ” yarımbaşlığında yaşa görə əmək pensiyası ilə 

əlaqədar  qanunvericilikdə  edilən  dəyişikliklər  əlavə  edilməlidir:  “Əmək  pensiyaları 



haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  normalarına  uyğun  olaraq, 

Azərbaycanda kişilər 63 yaşına çatdıqda və ən azı 12 il sığorta stajı olduqda yaşa görə 

əmək pensiyası almaq hüququ var. Qadınlar isə 12 il əmək (sosial sığorta) stajına malik 

olmaq  şərtilə  pensiyaya  çıxma  yaşı  2016-cı  ilə  kimi  mərhələlərlə  57  yaşdan  60-a 

çatdırılacaqdır.

 

Qadınlar üçün isə bu yaş həddi 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 



yaş təşkil edir”.

  

Səhifə  85.  “Azərbaycan  Respublikası  Milli  Məclisi  çağırışının  səlahiyyət 



müddəti” yarımbaşlığının 2-ci abzasında “75 gün” əvəzinə “60 gün” yazılmalıdır. 

Ümumiyyətlə,  dərslikdə  Azərbaycan  Respublikasının  Konstitusiyasına  daxil  olan 

bütün  bölmə  və  maddələrin  ardıcıllığına  əməl  edilmişdir.  Lakin  gələcək  nəşrlərdə 

şagirdlərin hüquqi biliklərə daha asan yiyələnməsi, onlarda fənnə qarşı marağı artırmaq 

məqsədilə  mövzuların  cəmiyyətin  siyasi,  iqtisadi,  sosial,  mədəni  həyatına  uyğun 

qruplaşdırılması  və  bu  zaman  sadədən  mürəkkəbə  və  məntiqi  ardıcıllıq  prinsiplərinin 

gözlənilməsi məqsədəuyğun hesab edilir. 



 

 



2. Dil və yazı üslubu baxımından 

 

Dərsliyin  dil  baxımından  bir  qədər  sadələşdirilməsi,  fikirlərin  daha  aydın  ifadə 

olunması  vacibdir.  Dərsliyin  rus  dilində  olan  variantının  dili  daha  anlaşıqlı  və  elmi 

cəhətdən qənaətbəxşdir. 

Bəzi  söz  və  anlayışlarla  9-cu  sinif  şagirdlərinin  əvvəlki  illərdə  tanış  olmadığını, 

bəzi  yeni  siyasi,  iqtisadi  və  sosial  terminlərlə  ilk  dəfə  rastlaşdıqlarını  nəzərə  alınarsa, 

dərslikdə onların izahlı lüğətinin verilməsi məqsədəuyğun hesab edilir. 

Səhifə  47.  Aşağıdan  2-ci  abzasda  “doğub”  sözünün  “dünyaya  gətirib”  ifadəsi  ilə 

əvəz edilməsi məqsədəuyğundur. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyi  bədii  tərtibat  baxımından  qənaətbəxş  hesab  etmək  olar.  Mövzuları 

şagirdlərin  daha    tez  mənimsəməsi  və  uzun  müddət  yadda  saxlaması  üçün  müvafiq 

qrafik, cədvəl və sxemlərin əlavə edilməsi məqsədəuyğundur. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  verilmiş  sual  və  tapşırıqlar  mövzunun  möhkəmləndirilməsinə  yönəlmiş 

və  elmi-metodiki  baxımdan  məzmuna  uyğundur.  Burada,  düşündürücü  suallara, 

müqayisəli təhlil üzərində qurulmuş tapşırıqlara üstünlük verilmişdir.



 

 

Nəticə 

 

1. Dərslikdə tədris proqramındakı mövzular tam əhatə olunub. 

2. Dərslik fənn üzrə biliklərin formalaşdırılmasına əsasən imkan verir. 

3. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qeyri-dəqiq izahlara, habelə dərsliyin 



rus dilində olan variantı ilə uyğunsuzluq hallarına da rast gəlinir.

 

Yüklə 27,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə