Республиканская Олимпиада по Информатике



Yüklə 30,3 Kb.
tarix25.06.2018
ölçüsü30,3 Kb.
#51361
növüYazı

Məktəblilər arasında İnformatika üzrə Respublika Olimpiadasının məsələləri

( 17 mart 2008-ci il)


Məsələ A. Yuvarlaq ədədlər
Əgər ədədin yazılışında yalnız 0 və 5 rəqəmləri olarsa, həmin ədədi yuvarlaq ədəd adlandıracağıq.
Artan sıra ilə yuvarlaq ədədlər ardıcıllığı tərtib edək: 0, 5, 50, 55, 500, 505 və sair. Belə yuvarlaq ədədlər ardıcıllığında K-cı yerdə duran ədədi tapmaq üçün numbers proqramını tərtib edin.

Giriş verilənləri: K(0 < K < 500) natural ədədi yuvarlaq ədədlər ardıcıllığında ədədin durduğu yerin nömrəsi.

Çıxış verilənləri: Tələb olunan yuvarlaq ədədi ekrana çıxarın.


numbers.in

numbers.out

2

5

6

505
Giriş və çıxış verilənlərə nümunələr:


Məsələ B. İki kseroks
Bu gün səhər münsiflər heyəti olimpiada məsələlərinə daha bir variantı əlavə etməyi qərara aldı. Təşkilat Komitəsinin məsul katibi onun şərtlərini bir nüsxədə çap etdi və o, olimpiadanın başlanmasınadək daha N nüsxə çıxarmalı idi. Onun sərəncamında biri bir vərəqi x saniyədə, digəri isə y saniyədə çıxaran iki kseroks (üzçıxaran aparat) var (Kserokslardan həm tək-tək, həm də eyni anda birlikdə istifadə etməyə icazə verilir. Təkcə orijinaldan deyil, həm də kopiyadan da üz çıxarmaq olar). Bunun üçün tələb olunan ən az vaxtı hesablayan xerox proqramını tərtib edin.

Giriş verilənlərı: Giriş faylında bir-birindən boşluq (probel) işarəsi ilə ayrılmış üç natural

ədəd – N, x, y yazılır (1 ≤ N ≤ 2*108, 1 ≤ x, y ≤ 10).



Çıxış verilənləri: Çıxışa bir ədəd - N sayda kopiyanı almaq üçün lazım olan minimum vaxt (saniyə ilə verilir).

Giriş və çıxış verilənlərə nümunələr:


xerox.in

xerox.out

4 1 1

3

5 1 2

4


Məsələ C. Yanacaq doldurma məntəqələri
«AzOil» firması Bakı-Lənkəran magistral yolunda N sayda yanacaq doldurma məntəqəsi tikmişdir. Hər məntəqənin öz nömrəsi var və tikildiyi vaxtdan 1-dən başlayaq nömrələnmişlər. Bundan başqa hər məntəqə yolun müəyyən kilometrində yerləşir. Yolda kilometrlər 0-dan başlayaraq (Bakıdan başlayaraq) nömrələnib. Sonradan məlum olub ki, iqtisadi cəhətdən sərfəli olmadığından məntəqələrdən birini ləğv etmək lazımdır. Sürücülərə rahatlıq üçün elə yanacaq doldurma məntəqəsini bağlamaq lazımdır ki, həmin məntəqənin magistral yol boyunca qonşu məntəqə ilə arasındakı məsafə ən az (minimum) olsun.
Bağlanacaq yanacaq doldurma məntəqəsini müəyyənləşdirmək üçün avto proqramını tərtib etmək tələb olunur.

Giriş verilənləri: Birinci sətirdə yanacaq doldurma məntəqələrinin N (2 ≤ N ≤ 105) sayı , ikinci sətirdə isə i (1 ≤ iN) nömrəli məntəqənin yerləşdiyi kilometri ifadə edən N sayda xi (0 ≤ xi ≤ 109) tam ədədləri verilir. Sətirdəki ədədlər boşluq (probel) işarəsi ilə ayrılır.

Çıxış verilənləri: Bağlanacaq məntəqənin nömrəsi çıxışa verilməlidir. Cavablar bir neçə olduqda onlardan ixtiyari birini verin.


avto.in

avto.out

5

10 3 7 2 5



2
Giriş və çıxış verilənlərə nümunələr:
Məsələ D. Artıq yük

Tural həyatında ikinci dəfə idi ki, proqramlaşdırma üzrə dünya olimpiadasına uçurdu. Hava limanında aydın oldu ki, birinci dəfədə olduğu kimi, onun çantasının çəkisi icazə verilən normadan artıqdır.

Turalın çantasında hər birinin Wi kiloqram çəkisi və Ai manat qiyməti olan N sayda əşya var. İstənilən əşya üçün aşağıdakı bərabərsizlik ödənilir:

W1 + W2 + … + Wi-1 Wi

Turala məlumat verildi ki, cəmi çəkisi M-dən az olmamaqla hansısa əşyaları hava limanında qoymalıdır. Tural minimum itki vermək istəyirdi. Ona görə də qoyacağı əşyaların mümkün qiymətləri ən az olmalı idi.

Saxlanılan əşyaların mümkün qiymətlərinin minimumunu hesablamaq üçün baggage proqramını yazmaq tələb olunur.

Giriş verilənlərinin formatı:

Birinci sətirdə çantadakı əşyaların miqdarı N (1 ≤ N ≤ 30) və artıq yük M (1 ≤ M ≤ 1018) kiloqramla verilir.

İkinci sətirdə N sayda mənfi olmayan tam ədədlər – bütün əşyaların Wi çəkisi verilir və bu ədədlərin cəmi 1018-i aşmamalıdır.

Üçüncü sətirdə N sayda mənfi olmayan tam ədədlər – bütün əşyaların Ai qiymətləri verilir və bütün ədədlər 109-u aşmamalıdır.



Çıxış verilənlərinin formatı:

Çıxış faylında Turalın məcburi olaraq hava limanında qoyacağı əşyaların qiymətlərinin minimum cəmini vermək tələb olunur.




baggage.in

baggage.out

4 15

5 10 15 30

1 5 3 6


3

3 2

1 2 4


7 6 5

5
Giriş və çıxış verilənlərə nümunələr:

Məsələ E. Daşınma

Onestreet şəhərinin bir düz küçəsi var. Şəhərdə malların daşınması ilə bir kompaniya məşğul olur. Sadəlik üçün daşıma ünvanları kompaniyanın ofisindən olan məsafəni göstərən ədəd şəklində verilir. Müsbət ədədlər bir istiqaməti, mənfi ədədlər isə əks istiqaməti göstərir. Kompaniya tərəfindən daşınma sifarişləri verildikləri sıra ilə ardıcıl yerinə yetirilir.

Kompaniyada iki kuryer işləyir. Günün əvvəlində sifarişlər onlar arasında bölüşdürülür və onların hər biri öz marşrutu ilə yola düşür. Kompaniya sifarişləri bölüşdürməyi elə planlaşdırmalıdır ki, axırıncı sifarişi yerinə yetirəndən sonra kuryerlərin getdikləri məsafələrin cəmi minimum olsun.

Tapşırıq: Kuryerlərin ofisdən daşıma ünvanlarınadək getdikləri məsafələrin cəminin ən az olmasını tapmaq üçün order proqramını yazın.

Giriş verilənləri: order.in faylının birinci sətrində sifarişlərin sayı N (1≤N≤10000), sonrakı N sətirin hər birində bir tam ədəd- ofisdən daşıma ünvanlarınadək olan məsafə verilir. Əgər məsafə müsbətdirsə daşıma ünvanı kompaniyanın ofisindən şəhərin bir istiqamətində, mənfidirsə - əks istiqamətindədir. Məsafələrin mütləq qiyməti 108 –i aşmır.

Çıxış verilənləri: order.out çıxış faylının yeganə sətrində bir tam ədəd -kompaniya işçilərinin hər ikisinin cəmi getdikləri mümkün minimum məsafə verilir.
Giriş və çıxış verilənlərə nümunələr:


order.in

order.out

5

1

-1



2

-2

3



5

Yüklə 30,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə