Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə14/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   10   11   12   13   14   15   16   17   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

*

 



eyni  zamanda  milyonlarla  insanı  öz  vətənlərindən,  həyat 

tərzlərindən ayıraraq zorla Amerikaya gətirdikləri azmış kimi, 

*

 

həm  də  Afrika  xalqlarının  mədəniyyətlərinə,  ənənələrinə, 



sosial həyatlarına tolerant yanaşmadılar. 

-

 



Multikulturalizmin “Amerika” modelinin uğura gedən yolu 

yerli xalqların kütləvi şəkildə qırğını, irqi ayrı-seçkilik kimi çətin 

sınaqlardan keçmişdir. 

-

 



Avropalıların  ələ  keçirdikləri  ərazilərdə  yerli  əhalinin 

çoxluq təşkil etdiyi ölkələrdə multikultural dəyərlərin dialoqu ilə 

deyil, toqquşması ilə rastlaşırıq. 

-

 



Cənubi Afrika Respublikasına nəzər salaq: 

*

 



sayca  üstünlük  təşkil  etməyən  qərblilər  bu  ölkəyə  Qərb 

dəyərlərini zorla sırıya bilmədilər; 

*

 

təsadüfi  deyil  ki,  XX  əsr  boyunca  bu  ölkə  dünyada  irqi 



ayrı-seçkiliyin  təcəssüm  olunduğu  ölkə  kimi  yaddaşlarda 

qalmışdır. 

-

 

“Köhnə  qitə”dən  kənar  ölkələrdə  Qərbə  məxsus 



multikulturalizm modeli bu gün nə qədər uğurlu hesab edilsə belə 

aborigen  xalqlara  münasibətdə  bu  ideologiya  özünü  doğrulda 

bilməmişdir. 

-

 



Multikulturalizm,  siyasi  və  iqtisadi  bərabərsizlik 

məsələlərini  qəbul  etməsək  onda  mətbəxdəki,  qiyafətlərdəki  və 

musiqidəki  müxtəliflikləri  necə  dəyərləndirərik  -bu  paradoksa 

necə yanaşanq. 

-

 

"Amerika modeli "nin təəssübkeşləri: 



*

 

Artur  Şlezinqer  -  fərdi  liberalizmin  Amerikadakı 

liderlərindən biridir. Onun fikrincə, Sovet İttifaqının da təsiri ilə 

1933-cu  ildən  etibarən  Amerika  fərdi  liberalizmin  mahiyyətini 

dərindən  anlayaraq  bu  istiqamətdə  inkişaf  etməyə  başlamışdır. 

Demokratiya,  daxili  əxlaqi  gücün  dağıdılması  və  fanatiklik 

deyildir.  Bu  mənada  plüralizm  doqmatiqliyi  darmadağın  edər. 

Multikulturalizm sahəsində ən məşhur əsəri isə 1991-ci ildə nəşr 

olunan “Disuniting of America” adlı əsərdir. 

41 



Yaşar Əhmədov Azər Hətəmov 

*

 



Maykl Lind - amerikalı yazıçı və hüquqşünasdır, Amerika 

siyasətinə,  tarixinə  dair  kitablar  yazmışdır.  Multikulturalizm 

kontekstində Amerikanın xarici siyaasətini təhlil edir. Lində görə 

1960-cı illərə qədər Amerika orta şərq siyasətini. Sovet İttifaqının 

ABŞ-ın  Avropadakı  müttəfiqlərinə  göz  dağı  verməsinə  mane 

olmaq üçün inkişaf etdirirdi. Məhz Amerika İsrail lobbiisi ilə Orta 

Şərqdəki  nef  siyasətini  birgə  həyata  keçirirdi.  Sovet  ittifaqının 

çökməsi ilə ABŞ körfəz ölkələrinə. Orta Asiyaya yerləşdi. İsrail 

lobbisi amerikan siyasətini Orta Şərqdə müəyyən edir. 

*

 



Natan  Qlazer  -  Amerikan  sosioloqudur,  Kalifgomiya 

universitetində  dərs  keçir.  Natan  Qlazer  və  Daniel  Moynihan 

tərəfindən  etnik  qrup  məfhumu  ciddi  təhlil  olunmuşdur.  Onlara 

görə irq termininə müqabil etnik məfhumu daha genişdir. Ümumi 

olaraq etnik məfhumu məlum olan, öz kimliyinin şüurunda olan 

ancaq  beynəlxalq  münasibətlər  səviyyəsində  hakim  siyasi  bir 

bütünlük  olaraq  tanınmayan  tarixi  məzmun  və  müştərəkliyə 

istinad edən qrup olaraq tərif olunur. 

*

 

Riçard  Bernşteyn  -  amerikalı  filosofdur,  sosial  fəlsəfə, 



hermenevtika  və  s.  mövzularla  məşğuldur,  multikulturalizmə, 

mən və başqası fenomenlərinə fikirlərini ifadə edir. “Radikal şər” 

məfhumunu ortaya atan Kant ilə bərabər, Hegel və Şelling kimi 

fılosoflan  analiz  edir.  Freyd  ve  Nitşenin  əxlaq  psixologiyası 

üzərindəki  düşüncələrini  tədqiq  edir.  Bu  kontekstdə  yəhudi 

soyqınmım Levinas, Hans Jonas, Hannah Arendt-ə istinad edərək 

dəyərləndirir. 

Multikulturalizmin Kanada modeli 

-

 



Multikulturalizm  siyasəti  keçən  əsrin  70-ci  illərində 

əhalisinin  yarısı  fransız,  yarısı  isə  ingilis  olan  Kanadada  tətbiq 

olunmağa  başlamışdır  -  Kanadada  multikultural  cəmiyyətin 

formalaşması epoxası başlandı. 

-

 

Kanada  dövləti  iki  etnik  qrupdan  heç  birinə  üstünlük 



veməməyi, ümumiyyətlə cəmiyyət daxili mədəni münasibətlərə 

42 


Muitikulturalizm - fəlsəfi lüğət 

qanşmamağı və “Kanada dövlətçiliyi” adlanan vahid çətir altında 

sosial qruplara öz mədəni seçimlərində azadlıq verdi. 

-

 



Ən vacib məsələ dövlətin hüquq institutlannın obyektivliyi 

və möhkəmliyidir: 

*

 

yəni fərdlər mədəni mənsubiyyətinə görə deyil



*

 

qanunla  təsbit  edilmiş  konkret  hüquq  pozuntusuna  görə 



müəyyən edilmiş məsuliyyətə cəlb olunmalıdır. 

-

 



Kanada  hökuməti  əhalinin  irqi,  etnik  və  konfessional 

müxtəlifliyini qəbul edirdi - bu da Kanada cəmiyyətinin əsas milli 

xüsusiyyətinə çevrilmişdir. 

-

 



Bu  o  deməkdir  ki,  muitikulturalizm  kanadalılann  ən 

mühüm milli xüsusiyyətlərindən biridir. 

-

 

Kanadada  muitikulturalizm  Azadlıq  və  Hüquqlar  Kanada 



Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur. 

-

 



ABŞ  və  Avstraliyadan  fərqli  olaraq  Kanadada  etnik 

azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya 

siyasəti yeridilmir. 

-

 



Kanadada  hər  bir  etnik  qrupun  üzvləri  öz  ana  dilini  azad 

şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq 

hüququna malikdirlər. 

-

 



Bu  vacib  durum  Kanadada  yaşayan  etnik  azlıqların  öz 

mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır. 

-

 

Multikulturalizmlə  bağlı  əsas  dilemma  birgəyaşayış 



praktikalarının  çoxluğu  haqqında  müddəanın  nə  qədər  doğru 

olmasında deyil, birliyin əsasında duran fərqlərin nə qədər dərin 

olmasındadır. 

-

 



Multikulturalizmin mahiyyətini daha aydın göstərmək üçün 

onun  daha  çox  xas  olduğu  bir  ölkə  kimi,  əsasən,  Kanadanı 

nümunə  göstərərək,  onu  bütün  mədəniyyətləri  vahid  bir  axına 

salmaq üçün “əridən qazan”a malik Amerika ilə qarşılaşdınr- lar. 



43 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə