Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə1/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
  1   2   3   4   5   6   7   8   9   ...   167


 

 

 




Rəy verənlər: 

f.e.d. prof. Ş.M.Məmmədov 

f.e.n. dos. E.S.Kərimov 

f.e.n. dos. S.İ.QuIiyeva 

Redaktor. 

f.e.d. prof Ə.M.Tağıyev 

Yaşar Paşa oğlu Əhmədov. Ölüm də bir fəlsəfədir. 

Bakı, 2009. 



Ölüm  və  ölməzlik,  axirət  dünyasının  varlığı  problemi  hamını  düşündürür. 

Çoxları elə düşünür ki,bədənin fiziki ölümü ilə həyat başa çatır. Bu doğrudanmı 

belədir?  Ruhun  ölməzliyini,axirət  dünyasının  varlığını  necə  sübut  etmək  olar? 

Ümumiyyətlə  birbaşa  dəlifsübut  lazımdır?  Bütün  dünya  bir  bütöv,tamdır,orada 

təsadüfi  heç  nə yoxdur. Bunu  heç  vaxt  unutmayın  və “Ulu  tanrının  sizi əllərinin 

üstündə aparmasına mane olmayın”. Ölümün öyrənilməsinin psixi prosesləri dərk 

etmək  üçün  böyük  əhəmiyyəti  var.  Ölüm  həyəcanı  və  ölüm  prosesi  ilə  yaxından 

tanış  olmadan  dini,  mistikanı,  şamanizmi,mifologiyanı  başa  düşmək  çətindir. 

Müxtəlif  mistik  baxışlara  görə  ölüm  həyəcanı  və  ya  ölüm  təhlükəsi  yaşayan  və 

həyata  qayıdan  adamları  iki  dəfə  doğulanlar  adlandırırlar.  Ölümə  toxunma-  bu 

simvolik c‘ • o'a bilər və ya həqiqətən də baş verə bilər; məsələn, bədbəxt hadisə 

nəticəsində  adam  klinik  ölüm  yaşaya  bilər-ona  olan  münasibəti  dəyişir.  Beləcə 

insanın ölümqabağı keçirdiyi həyəcan,ölüm anı və ölümdən sonrakı taleyi ilə bağlı 

kitabda  faktlara  əsasən  deyilən  fikirlər  oxucular  üçün  maraqlıdır.  Ölüm 

naməlumluq  qorxusundan  xilas  ola  bilməyənlər  onları  narahat  edən  bir  çox 

suallara cavab tapa biləcəklər. 

Kitab ölümün sirlərini açmaq istəyənlər,bu fenomi dərk etməyə cəhd edənlər 

üçün nəzərdə tutulmuşdur. 

ISBN 978-9952-440-32-9 

© Yaşar Əhmədov,2009 



ON SOZ 

Həyat və ölüm insan varlığının əsasını təşkil edən anlayışlardır. 

Onlar  həyatı  yalnız  iki  nöqtə  ilə  -  başlanğıc  və  son  - 

məhdudlaşdırmır,  həm  də  ona  hansısa  dramatik  məna  verir.  İnsan 

üçün ayrılan bir neçə onilliklər ərzində o qədər işlər görmək lazım 

gəlir  ki,onu  fikirləşəndə  adam  yerindəcə  donub  qalır.  Ancaq  heç 

təsadüfi deyil ki,parapsixoloqlar, ok- kultistlər,həm də sadəcə olaraq 

möminlər,inananların hamısı belə güman edirlər ki,həyatın başlıca 

yekunu ölümə çatmaq olmalıdır. Bu nə deməkdir? Uşaq vaxtından 

qocalana qədər adamlar özlərini “ölməz” hiss edirlər.Doğrudan da 

heç kəs özünün ölüm vəziyyətini,xüsusilə də canvermə həyacanını 

təsəvvür edə bilməz. Nə yuxu,nə narkoz,nə də keflilik bunun üçün 

kifayət  edəcək  nümunə  ola  bilməz.  Əgər  siz  möhkəm  iradəli 

materialistsinizsə, onda buna etiraz edə bilərsiniz.: ’’Ölümdən sonra 

heç nə yoxdur və ola bilməz.” Bu cür baxışla mübahisə etmək çətin 

olsa da, “bu yazılanlar sizin üçün deyil, onu kənara qoyun” demək 

olar. Ölümdən sonra ruhun yaşamağına inananlara isə inamla deyə 

bilərik ki,ölümdən sonra həyat var və bizim hər birimiz nə vaxtsa bu 

həddə daxil olacağıq. Ölüm də həyat kimi universaldır-o hər yerdə 

var.  Hər  bir  hadisə,hər  bir  predmet,hər  bir  varlıq  özündə  ölümün 

rüşeymini  gəzdirir.  Beşikdə  uzanmış  körpə  artıq  ölümə  məhkum 

olunan  varlıqdır.  Ölüm  yatağında  olan  qoca  özündə  həyatın  bir 

hissəsini  sax-  layır-əksliklər  beləcə  mübarizə  aparırlar,işıq  və 

qaranlığın oyunundan bütöv dünya beləcə yaranır. 

İnsana  səhv  etmək,yanılmaq  xasdır.  Çoxları  elə  güman 

edirlər  ki,həyat  haqqında  hər  şey  bilməsələr  də,hər  halda  çox  şey 

bilirlər.  Bu  səhvdir!  Əslində  həyat  insana  öz  mahiyyətinin  yüzdə 

birini  göstərir.  O  universaldır,ona  görə  də  bütün  yaradıl- 

mışlara-bakteriyadan tutmuş  biosferaya  qədər  hamısına  daxil  olur. 

Həyat öz axrı ilə sanki insana tez ötüb keçməsini sübut 




edir. Lakin həyatda elə şeylər var ki,bu onu tamamlayınbu inam və 

ümiddir. Dini inam məsələsi -hər bir adamın şəxsi məsələsidir. Bir 

çox dinlər bədənin ölümünə xüsusi münasibətləri ilə fərqlənirlər-bu 

Yer  həyatının  sonu  və  axirət  dünyasının  başlanğıcıdır.İnsanın  Yer 

həyatındakı  yolu  onun  axirətdəki  vəziyyətini  müəyyənləşdirir. 

Ölməzliyə  olan  ümid-insanın  həyatını  həqiqi  mənada  dərk 

edilmiş,başa  düşülmüş  edir.  Bəs  biz  ən  əsas  olanı  xatırlayırıqmı? 

Ölməzlik  mövcud  olmaq  deyil,insana  Allahın  bəxş  etdiyi 

hədiyyədir. Bizim hər birimiz bütün həyatımız boyu bu hədiyyənin 

sizlərə  lazım  olub-  olmamasını  qərarlaşdırırıq.  Biz  burada  elmin 

müxtəlif  sahələrinə-bir  tərəfdən  parapsixologiyaya,  spirtizmə, 

psixometriyaya,  digər  tərəfdən,  reanimatologiyaya,  psixologiya, 

reabitologiya,  valeologiyaya,  üçüncü  tərəfdən  ekzegetikaya, 

doqmatikaya, qiletikaya ... -aid olan məsələlərə toxunuruq. Müxtəlif 

insani  və  fövqəlhissi  idrak  sahələrinə  aid  olan  bu  nəhəng  elm 

körpüsü insanın həyat və ölümlə barışdıracaq xeyirxah bir məqsədə 

xidmət edir. 

Ölüm və ölməzlik məsələsi hər kəsi,xüsusi ilə də yetkinlik 

və  ahıl  yaşlarında  olanları  narahat  edir.  Çoxları,  demək  olar  ki, 

əksəriyyət  belə  hesab  edir  ki,fiziki  bədənin  ölümü  ilə  həyat  başa 

çatır.  Daha  çox  savadlı  adamlar  çaşırlar,  belə  Ki,  onlar  mübariz 

materializm əsasında təhsil almışlar. Onlar üçün görünməyən ,hiss 

edilməyən,toxunulması  mümkün  olmayan  ,ölçülməyən  heç  nə 

yoxdur. 


Təəssüf 

ki,vəzifələrinə 

ətraf 

aləmin 


obyektiv 

qanunauyğunluğunu dərk etmək daxil olan akademiklər də məhdud 

mühakimə yürüdürlər. Onların adları və titulları ilə başqaları alimin 

nüfuzuna isnad edərək Öz savadsızlıqlarını ört basdır edirlər. Bütün 

dünya tam,vahiddir, o vahid fikir,plan əsasında yaradılmış və vahid 

qanunla  idarə  olunur.  Orada  təsadüfi  heç  nə  yoxdur.  Orada  hər 

şeyin,fildən  tutmuş  virusa  qədər  öz  vəzifəsi  var  və  vahid  zəncirin 

mühüm  həlqələridirlər.  Ruhun  ölməzliyini  və  axirət  dünyasının 

varlığını necə sübut etmək olar? Onların birbaşa sübutu yoxdur,belə 

ki, o dünyadan hələ 




Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə