349
asılıdır. Bütün bu xüsusiyyətlərə baxmayaraq, məhsul buraxılışı və hazırlanması
üzrə məsrəflər istehsalın növləri (əsas və köməkçi) üzrə, xərclərin əmələgəlmə
yerləri üzrə (fazalar və mərhələlər), məhsulun maya dəyəri kalkulyasiyasının
obyektləri (məhsulun növləri, sifarişlər, bircinsli məhsul növləri, qrupları və b.) üzrə
xərclərin kalkulyasiya maddələrinin nümunəvi nomenklaturası çərçivəsində
qruplaşdırılmalıdır.
Təşkilatda məsrəflərin yuxarıda qeyd olunduğu kimi ümumiləşdirilməsi və
qruplaşdırılması üçün mühasibat uçotunun hesablar planının bir neçə hesabları
tətbiq olunur. Məsələn, məsrəflərin qruplaşdınimasmm birinci növü - istehsalın
növləri 202 saylı “İstehsalat məsrəfləri” və 202 saylı hesabın 9-cu subhesabında əks
olunur. Sonra istehsal məsrəflərinin aydınlaşdırılması əmələgəlmə yerləri üzrə
həyata keçirilir. Məhsulun istehsalına müstəqim xərclər yuxarıda əks olunan
istehsalın kalkulyasiya hesablannda əks olunur, qeyri-müstəqim xərclər isə -
müvafiq olaraq top- layıcı-bölüşdürücü olan 202 saylı hesabın 8-ci “Ümumistehsalat
xərcləri” subhesabında, 721 saylı “İnzibati xərcləri” və b. hesablarda əks olunur.
Ay ərzində mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq yuxarıda
sadalanan sintetik hesablarda, hesabların daxilində isə məsrəfləri, xərclərin
müəyyən edilmiş maddələri üzrə əks etdirirlər.
202 saylı hesabın 9-cu “Köməkçi istehsalat” subhesabında uçota alman
məsrəfləri, ay qurtardıqdan sonra bölüşdürürlər. Təşkilatda müəyyən olunmuş
metodikaya müvafiq olaraq bu məsrəfləri təyinatı üzrə əsas istehsalat,
ümumistehsalat və b. hesablara aid edirlər. Sonra əvvəlcədən toplayıcı-bölüşdürücü
hesablarda toplanmış xərclər, bir tərəfdən əmtəəlik məhsul və bitməmiş istehsalatın
qalıqları arasında bölüşdürülür. İkinci bölüşdürmə təkcə kompleks xərclərə deyil
həm də müstəqim xərclərə aiddir. Bu yolla istehsal prosesinin bütün mərhələlərində
istehsal edilən bütün məhsulların maya dəyərini və bitməmiş istehsalatın maya
dəyərini müəyyən edirlər.
Məsrəflərin uçot metodologiyası və məmulatın maya dəyərinin müəyyən
edilməsi üsullan, təşkilatın uçot siyasəti adlanan sənəddə əks olunur, bu da hesabat
ili ərzində, bir qayda olaraq dəyişdirilməməlidir.
İstehsal edilən məhsulların uçotunun məmulatlar üzrə hansı maya dəyərinin,
yəni tam və ya məhdud (kəsik) maya dəyərinin hesablanması mühüm əhəmiyyətə
malikdir. İkinci birincidən onunla fərqlənir ki, məhdud maya dəyəri prinsipi üzrə
məsrəflərin uçotu zamanı təşkilatın idarə edilməsi üzrə ümumi xərcləri (adətən sabit
həcmə malik olan) məsrəf uçotu hesablarına aid etmirlər, bilavasitə 721 saylı
“İnzibati xərclər” aktiv hesabın kreditindən 601 saylı “Satış” hesabının debetinə
silirlər.
350
7.3.
İstehsalata məsrəflərin uçotunun təşkilinin
ümumi prinsipləri
İstehsalata məsrəflər haqqında ilk hesabat dövrü hesab olunan ay ərzində
mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq sintetik hesablarda əks
etdirirlər. Bu hesabların daxilində məsrəfləri, xərclərin müəyyən edilmiş maddələri
üzrə əks etdirirlər. Məsələn, 202 saylı “İstehsalat məsrəfləri” hesabında təşkilatda
bilavasitə, bir qayda olaraq, özünün əsas istehsalının məhsul istehsalı üzrə
müstəqim məsrəfləri belə maddələr, yəni “İstehsalatda istifadə olunmuş əsas
xammal”, “İstehsalatda istifadə olunmuş əsas materiallar”, “Əsas istehsalatla
məşğul olan işçi heyətinə məsrəflər” və b. üzrə uçota alınır.
İstehsalat uçotunun belə təşkili, müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş
ilkin sənədlərin, məmulatların qruplaşdırılması və işlənməsi nəticəsində əldə edilən
cədvəllərdə və digər uçot registrlərində olan məlumatlar əsasında həyata keçirilir.
Materialların sərf edilməsi üzrə və istehsalat fəhlələrinin əmək -haqqının
istifadə edilməsi üzrə əməliyyatlar əks etdirilən ilkin sənədlərdə onların hansı
məhsulun və ya bircinsli məhsul növləri qrupunun istehsalına ayrıldığı və sərf
edildiyi göstərilir. Əgər obyektlər bir yerə düşmürsə, bu müəyyən növ məhsul
istehsalına (kalkulyasiya obyektinə) onun istehsalının müəyyən mərhələsinə
(məsrəflərin uçot obyektinə) aid olan və ya əgər obyektlər bir yerə düşürsə, uçotun
obyektinə və kalkulyasiya obyektinə eyni zamanda aid olan məsrəfləri
qruplaşdırmağa imkan verir. Məlumdur ki, istehsal məsrəflərinin bu cür
qruplaşdırılması ancaq məhsulun maya dəyərinə müstəqim yolla aid edilə bilən əsas
xərclər üzrə ola bilər.
Bu cür məsrəflərin analitik uçotunu, adətən, kalkulyasiya obyektləri, uçot
obyektləri, xərclərin baş verdiyi yerlər üzrə və xərclərin kalkulyasiya maddələri
üzrə qruplaşma və yığım cədvəllərində aparırlar. Göstərilən registrlərdə məsrəfləri
ayrı-ayrı təyinatlar üzrə toplayırlar. Bu zaman materiallann sərf olunması natural
və pul ifadəsində ilkin məsrəf sənədlərində qeyd olunan möhkəm uçot qiymətləri ilə
göstərilir. Eyni zamanda hesablaşma cədvəlləri əsasında sərf edilmiş xammal və
materialların uçot qiymətlərinin faktiki maya dəyərindən kənarlaşmasını əks
etdirirlər. Əvvəlcədən qeyd edək ki, müstəqim məsrəflərin analitik uçotu və
məhsulun maya dəyərinin kalkulyasiyasmm təşkilatda tətbiq olunan metod-
Dostları ilə paylaş: |