Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 76,71 Kb.

səhifə1/59
tarix14.09.2018
ölçüsü76,71 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   59


 


Elmi redaktor: 
Rəyçilər: 
Qasımov Alış Məmiş oğlu 
hüquq elmləri doktoru, professor 
Əliyev Mayis Nəbi oğlu 
hüquq elmləri doktoru, professor 
Cəfərov Zahid İsa oğlu 
hüquq elmləri doktoru, professor 
Mirzəyeva Afət Qədir qızı 
hüquq üzrə fəlsəfə doktoru, dosent 
Hüseynova Nazənin Şahin qızı 
hüquq üzrə fəlsəfə doktoru, dosent 
Əliyeva  Ə.Ə.  Gömi'ülc-tarif  tənzimlənməsi:  maliyyə-hüquqi  aspektlər. 
Monoqrafiya. Bakı: Qanun Nəşriyyatı, 2013, 196 səh. 
Monoqrafiyada  gömrük-tarif  tənzimlənməsinin  anlayışı,  gömrük 
ödəmələrinin  maliyyə-hüquqi  tənzimlənməsi,  habelə  Azərbaycan 
Respublikasının  gömrük-tarif  siyasətinin  əsas  istiqamətlərinin  hüquqi 
tənzimlənməsinin  nəzəri  və  təcrübi  məsələləri  ətraflı  şəkildə  tədqiq 
olunmuşdur. 
Monoqrafiyadan hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlar, 
magistrantlar,  doktorant  və  dissertantlar,  habelə  maliyyə  hüququ  ilə 
maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilərlər. 
,0601010000 
■ AB022051 
© Əliyeva Ə.Ə., 2013 © 
Qanun Noşriyyatı, 2013 


MUNDƏRICAT 
GIRIŞ
 ............................................................................................. 5 
I
 
FƏSİL. Dövlətin gömrük-tarif tənzimlənməsinin anlayışı 
və əhəmiyyəti ................................................................................. 7 
1.1.
 
Gömrük-tarif tənzimlənməsinin inkişaf tarixi ......................... 7 
1.2.
 
Tarif və qeyri-tarif tədbirləri gömrük tənzimlənməsinin 
metodları kimi ......................................................................... 25 
1.3.
 
Gömrük tarifinin anlayışı, əhəmiyyəti və növləri .................. 50 
II
 
FƏSİL. Gömrük ödəmələrinin maliyyə-hüquqi 
tənzimi və dövlətin xarici ticarət fəaliyyətinin həyata 
keçirilməsində rolu ..................................................................... 63 
2.1.
 
Gömıük ödəmələrinin anlayışı, növləri və prinsipləri........... 63 
2.2.
 
Gömrük rüsumları gömıük ödəmələrinin bir növü kimi ....... 90 
2.3.
 
Gömrük ödəmələrinin digər növləri .................................... 100 
III
 
FƏSİL. Azərbaycan Respublikasının gömrük-tarif 
siyasətinin əsas istiqamətlərinin hüquqi tənzimlənməsi ....... 122 
3.1.
 
Dövlətin gömrük-tarif fəaliyyəti üzərində nəzarətinin 
gücləndirilməsi üsulları ......................................................... 122 
3.2.
 
Gömrük fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq və 
onun hüquqi tənzimlənməsi .................................................. 134 
3.3.
 
Müasir dövrdə Azərbaycan Respublikasının gömıük 
qanunvericiyinin sistemi və təkmlləşdirilməsi istiqamətləri 
1
 .............................................................. 153 
NƏTİCƏ .................................................................................... 173 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT ..................................... 182 


ƏSMƏR
 ƏLIYEVA
 
GİRİŞ 
Özünü hüquqi vo demokratik dövlət kimi elan etmiş respublikamızda 
həyata keçirilən irimiqyaslı islahatlar nətieəsində cəmiyyət həyatının bütün 
sahələrində  əsaslı  uğurlar  əldə  edilməkdədir.  Ona  görə  ki,  Azərbaycan 
xalqının  ümummilli  lideri,  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 
respublikamızın  ictimai  və  siyasi  həyatının  bütün  sahələrində  başlanmış 
islahatlar  hazırda  möhtərəm  prezidentimiz  İlham  Əliyev  cənabları 
tərəfindən uğurla davam etdirilir. 
Müasir dövrdə həyata keçirilən ən mühüm islahatlardan biri olan hüquqi 
islahatlar  nəticəsində  cəmiyyətdə  mövcud  olan  ictimai  münasibətləri 
tənzimləyən 
və 
respublikamız 
tərəfindən 
ratifikasiya 
edilmiş 
beynəlxalq-hüquqi  aktlara  uyğun  olaraq  yeni  qanunvericilik  aktları  qəbul 
edilmiş, o cümlədən mövcud qanunvericilik aktları beynəlxalq standartlara 
uyğun  olaraq  təkmilləşdirilmişdir.  Bütün  bunlar  təbii  ki,  respublikamızda 
hüquqi  dövlət  quruculuğunun  müvəffəqiyyətlə  davam  etdirildiyini  sübut 
edir. Göründüyü kimi aparılan hüquqi islahatlar cəmiyyətdə mövcud ictimai 
münasibətləri  tənzimləyən  normativ-hüquqi  bazanın,  o  cümlədən 
gömrük-tarif qanunvericiliyinin təkmilləşdirilməsinə təsir göstərmişdir. 
Hazırkı inkişaf dövründə hüquqi islahatların uğurla həyata keçirilməsi 
ilk növbədə cəmiyyətdə mövcud olan müxtəlif münasibətlər üzrə, əsasən də 
gömrük-tarif münasibətlərinin tənzimlənməsi üzrə ən aktual və konseptual 
xarakter  daşıyan  problemlərin  elmi  cəhətdən  kompleks  şəkildə  tədqiq 
edilməsi zərurətini yaradır. Ona 


ƏSMƏR
 ƏLIYEVA
 
göro  ki,  respublikamızın  iqtisadi  sistemindo  gömrük-tarif  müna-  sibotlori 
mühüm yer tutmaqla milli iqtisadiyyatın inkişafında osas vasitəlordon biri 
kimi çıxış edir. Milli iqtisadiyyatın inkişafı iso göm- mk münasibətlərinin 
mühüm  yer tutduğu xarici iqtisadi fəaliyyətlə bilavasitə bağlıdır. Gömrük 
fəaliyyəti dövlətin elə bir fəaliyyət sahəsidir ki, onun tənzimlənməsi zamanı 
xarici  dövlətlərin  gömrük.  qanunvericiliyi,  gömrük  sahəsində  beynəlxalq 
hüquqi  aktlar,  bütövlükdə  gömrük  siyasətinin  inkişaf  meylləri  nəzərə 
alınmalıdır. Ona görə ki, dövlətin gömrük fəaliyyəti istər onun xarici ticarət 
əlaqələrinin,  istərsə  də  daxili  iqtisadiyyatının  tənzimlənməsində  ən 
əhəmiyyətli təsir vasitələrindən biridir. Odur ki, gömrük siyasətinin düzgün 
qurulması,  dövlətin  gömrük-tarif  fəaliyyətinin  hüquqi  və  siyasi  mənada 
düzgün  tənzimlənməsi  istənilən  dövlət  üçün  xarakterik  olan  mühüm 
məsələdir. Bu baxımdan müstəqil dövlətimiz öz gömrük qanunvericiliyini 
yaradarkən  bu  kimi  amilləri,  o  cümlədən  dövlətin  və  yerli  istehsalçıların 
maraqlarını  nəzərə  almaqla  beynəlxalq  səviyyədə  ümumqəbul  olunmuş 
qaydaları  da  diqqətdən  qaçınnamalı-  dır.  Müasir  dövrdə  artıq  mürəldcəb 
təsisat  olan  gömrük  münasibətləri  həm  iqtisadi  münasibətlərin  elementi, 
həm 
də 
beynəlxalq 
iqtisadi 
münasibətlərin 
inkişafında 
və 
əlaqələndirilməsində mühüm vasitə kimi çıxış edir. 
Hüquqi  dövlət  quruculuğunun  inamla  həyata  keçirildiyi  və  yüksək 
iqtisadi inkişafın təmin edildiyi müasir dövr gömrük-tarif tənzimlənməsinin 
maliyyə-hüquqi  aspektləri  ilə  bağlı  konseptual  xarakterli  ayrı-ayrı 
problemlərinin tədqiq edilməsi zərurətini yaradır və hazırda maliyyə hüquq 
elmində bu məsələ üzrə kompleks xarak- terli tədqiqatlar mühüm əhəmiyyət 
kəsb edir. 
Bütövlükdə, 
Azərbaycan 
Respublikasında 
gömrük-tarif 
tənzimlənməsinin maliyyə-hüquqi aspektlərinin təhlili və hüquq ədəbiy 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə