Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə10/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

OSiVIOR 
ƏLIYEVA
 
bu todbirbrin xarici ticarot olaqolorino mohdudlaşdıncı tosirini minimuma 
cndinnok  üçün  texniki,  ekoloji,  sohiyyo  siyasəti,  norma  vo  qaydaları 
sahəsində  tədbirlərin  tətbiq  olunması  haqqında,  bu  sahədə  milli 
qanunvericiliklərin  qarşılıqlı  şəkildə  tanınması  haqqında  çoxtərəfli 
razılaşmalar bağlamaqda maraqlıdırlar. 
Onu da qeyd edək ki, müasir dövrdə beynəlxalq təcmbədə qey-. ri-tarif 
tədbirlərinin 600-dək növü mövcuddur. Həmin tədbirlər Ü'l'T tərəfindən 7, 
Ümumdünya  Bankı  tərəfindən  8,  YIJNKTAD  tərəfindən  9  qrupda 
qruplaşdırılmışdır. 
hikrimizcə,  nisbətən  daha  dolğun  və  əhatəli  bölgü  YUNKTAD 
tərəfindən  aparılan  bölgüdür.  Adı  çəkilən  təşkilatın  rəhbərliyi  altında 
ticarətə  nəzarət tədbirlərinin  kodlaşdırılması sistemi  (Co-  ding  System  of 
Trade  Control  Measurcs)  yaradılmışdır.  Bu  sistem  özündə  100-ə  yaxın 
qeyri-tarif  metodlarını  birləşdirir  və  mövcud  olan  sxemlər  içərisində  ən 
mükəmməli hesab edilir. Qeyd edək ki, təşkilatın katibliyi vaxtaşırı olaraq 
bu  sxemdə  dəyişikliklər  edir.  Həmin  sxem  istər  ölkələrə  münasibətdə, 
isüərsə  də  ayrı-ayrı  mallara  münasibətdə  xarici  ticarət  əlaqələri  barədə 
analitik fəaliyyətlə məşğul olmaq imkanı verir. 
YUNKTAD-ın  vaxtaşırı  dəyişən  sənədləri  belə  bir  nəticəyə  gəlməyə 
əsas  verir  ki,  son  15  ildə  qeyri-tarif  metodlarının  tətbiqi  əhəmiyyətli 
dərəcədə  artmışdır.  Belə  ki,  son  dövrlərdə  xarici  ticarət  əlaqələrinin  tarif 
metodları  vasitəsilə  tənzimlənməsi  öz  yerini  qeyri-  tarif  metodlarına 
verməkdədir. Əksər inkişaf etməkdə olan dövlətlər idxal-ixrac rüsumlarının 
əvəzinə texniki maneələrin və digər qey- rı-tarif metodlarının daha səmərəli 
olduğu qənaətindədirlər. Belə ki, YlJNKl'AD-ın 2005-ci ildə dərc olunan 
1994-2004-cü illər arasında dünya iqtisadiyyatında qeyri-tarif metodlarının 
tendensiyasını əks 
32 


OSMƏR
 ƏLIYEVA
 
etdirən  cədvəlinə  görə  gömrük  rəsmiləşdirilməsi  zamanı  tətbiq  olunan 
texniki maneələr 1994-cü ildə 31,9% təşkil edirdisə, 2004-cü ildə isə bu 58,5 
% olmuşdur.' 
Gömmk fəaliyyətinin tənzimlənməsində iqtisadi və inzibati tədbirlərin 
qarşılıqlı əlaqəsinə gəlincə göstənnək lazımdır kı, iqtisadi vasitələr qarşıya 
qoyulmuş məqsədə çatmaq üçün tətbiq olunan bazar iqtisadiyyatı üsullarını 
özündə  birləşdirən  bir  mexanizm  hesab  olunur.  İqtisadi  vasitələr  dedikdə 
qeyri-iqtisadi  tədbirlərə-  qadağalara,  məhdudiyyətlərə,  embarqoya  və  s. 
əsaslanan  metodlar  başa  düşülür.  Beləliklə,  iqtisadi  metodların  tətbiqində 
əsas  meyar  bazar  münasibətləridir  və  bu  metodlar  qiymət  mexanizmi 
vasitəsilə rəqabət məsələrinə təsir edə bilir. 
Dövlətlərarası iqtisadi  münasibətlərin  müasir  mərhələsində  subyektlər 
ticarət  əlaqələrini  tənzimləmək  üçün  artıq  inzibati  metodlardan  get-gedə 
daha az istifadə etməyə çalışırlar. Daxili bazan qorumaq və stimullaşdırmaq 
üçün  isə  xarici  ticarət  əlaqələrində  iqtisadi  metodlardan-ixraca  qoyulan 
gömrük  rüsumlarının  dərəcələrinin  artırılması  metodundan  geniş  istifadə 
olunur.  İnzibati  metodlara  iqtisadi  vasitələrin  köməyilə  qarşıya  qoyulmuş 
məqsədə  nail  olmaq  qeyri-mümkün  olduqda  müraciət  olunur.  Bəzi 
dövlətlərdə isə bu metodlar olduqca müstəsna hallarda-yalnız dövlətin mili 
təhlükəsizliyinə təhlükə yarandıqda tətbiq olunur. 
Şübhəsiz  ki,  bu  filad  bimıənah  olaraq  bütün  dövlətlər  haqqında 
söyləmək  olmaz.  ÜTT-nın  çoxsaylı  sənədlərində  inzibati  metodlardan 
mümkün qədər az istifadə olunması tövsiyə olunmasına baxmayaraq, bəzi 
dövlətlər  hələ  də  xarici  ticarət  əlaqələrinin  tənzimlənməsində  həmin 
metodlardan geniş istifadə edirlər. 
'  Дюмулен  И.И.  Международная  торговля.  Тарифное  и  нетарифное 
регулирование: Учебник. М.: ВЛВТ, 2009, с. 339 
33 


ƏSıMvOR ƏLİYEVA 
Ümumiyyollo, xarici ticarət əlaqələrinin tənzimlənməsində iqtisadi və 
inzibati  tədbirlərin  qarşılıqlı  təhlili  aşağıdakı  nəticələrə  gəlməyə  imkan 
verir: 
1.
 
İqtisadi tədbirlərin tətbiqi sərt qanunvericilik və beynəlxalq- hüquqi 
tənzimləməni nəzərdə tutursa, inzibati tədbirlərin tətbiqi nisbətən daha sadə 
qaydada  aparılır.  Belə  ki,  əksər  hallarda  bu  vasitələr  icra  hakimiyyəti 
orqanının qəbul etdiyi qanun qüvvəli aktlar əsasında tətbiq edilir. İnzibati 
tədbirlər  çox  vaxt  müvəqqəti  xarakter  daşıdığı  üçün  onun  tətbiqi  üçün 
beynəlxalq ticarət razılaşması və s. də tələb olunmur. 
2.
 
İqtisadi vasitələrin tətbiqi heç də həmişə qarşıya qoyulmuş məqsədə 
çatmağa  kömək  edə  bilmir,  bu  metodların  səmərəliliyi  tələb  və  təklif, 
qiymətlərin  dinamikası,  valyuta  kurslarının  dəyişməsi  kimi  bazar 
qanunlarından asılı olur. 
3.
 
İqtisadi tədbirlərin qeyri- bərabər maliyyə resurslarına malik kiçik və 
ya  iri  şirkətlərə  təsiri  eyni  deyildir  ki,  bu  da  ədalətsizliyə  gətirib  çıxarır. 
İnzibati tədbirlərin tətbiqində bu problem nisbətən tarazlanır. 
4.
 
İnzibati tədbirlər idxal və ixracın məhdudlaşdırılmasmı, xarici siyasət 
tədbirlərinin realizə olunmasım nisbətən daha operativ edir. 
ilər  bir  halda  ticarət  əlaqələrinin  tənzimlənməsində  hansı  vasitələrə 
üstünlük verilməsi hər bir dövlətin özünün suveren hüququ kimi çıxış edir. 
Həmin  tədbirlərin  hansının  daha  effektiv  olmasına  gəlincə,  bu  barədə  nə 
təcrübədə,  nə  də  nəzəriyyəçilər  arasında  vahid  fikir  formalaşmamışdır. 
Doğmdur,  əksər  dövlətlər  öz  xarici  siyasətlərində  iqtisadi  tədbirlərin 
inzibati  vasitələr  üzərində  prioriteti  prinsipini  rəhbər  tuturlar,  lakin  bu, 
sonuncudan tamamilə imtina edilməsi kimi başa düşülməməlidir. 
Qeyn-tarif  tədbirlərindən  ən  geniş  yayılanı  və  fıkrimizcə,  ən 
əhəmiyyətlisi paratarif və ya kvazitarif tədbirləridir. 
34 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə