Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

ƏSMƏR
 ƏLIYEVA
 
Paratarif  tədbirləri  dedikdə  idxal-ixrac  rüsumlarından  başqa  mallar 
ölkəyə gətirilərkən alman ödəmələr başa düşülür. Bunların içərisində ƏDV 
və aksizlər şübhəsiz mühüm yer tutur. 
Məm ƏDV və aksiz, həm də digər paratarif tədbirləri ilə yanaşı olaraq, 
milli  istehsalçıların  maraqlarının  qorunması  və  ölkə  daxilində  istehsal 
olunan malların rəqabətə davamlılığının stimul- laşdınlması məqsədilə tarif 
tədbirləri  də  paralel  olaraq  tətbiq  olunur.  Həmin  ödəmələr  idxal  olunan 
malların qiymətlərinə təsir edir və ölkə daxilində istehsal olunan eyni adlı 
malların istehsalçılarının maraqlarının müdafiəsinə yönəlir. 
Paratarif vasitələri müxtəlif ölkələrdə spesifik formalarda özünü biruzə 
verir. Məsələn, Avstriyada ixracın inkişafı fonduna yığımlar, Danimarkada 
ətraf  mühitin  mühafizəsi  üçün  yığımlar,  İtaliyada  plastik  konteynerlərdə 
malların  ölkə  ərazisinə  idxalı  zamanı  alınan  yığımlar,  İsveçdə  bitkilərin 
mühafizəsi  üzrə  vergilər,  Finlandiyada  tullantılarla  mübarizə  ilə  bağlı 
yığımlar mövcuddur.' 
Müəlliflərin fılaincə, paratarif metodları gömrük rüsumları kimi xarici 
ticarət əlaqələrinə birbaşa deyil, dolayı yolla təsir etsə də, bu təsir bir qayda 
olaraq hiss edilən və əhəmiyyətli olur.^ 
Qiymət  üzərində  nəzarəti  isə  antidempinq  və  kompensasiya  tədbirləri 
kimi xarakterizə etmək olar. Antidempinq tədbirləri - ölkə ərazisinə idxal 
olunan  malların  qiymətlərinin  süni  şəkildə  aşağı  salınması  ilə  aparılan 
mübarizə  tədbirləridir.  Kompensasiya  tədbirləri  isə,  xarici  hökumətlər 
tərəfindən milli ixracatçı-şirkətlərə ayrılan ixrac subsidiyaları ilə mübarizə 
üçün tətbiq olunur. 
' Международные экономические отношения: 
Учебник / Под ред. 
Б.М.Смитиенко. М.: ИНФРА-М, 2009, с. 124 
^  Дюмулен  И.И.  Международная  торговля.  Тарифное  и  нетарифное 
регулирование: Учебник. М.: ВАВТ, 2009, с. 330-340; Трошкина Т.Н. Таможенные 
платежи: Учебно-практическое пособие. М.: Городец, 2007, с. 20-21 
35 


OSMOU
 ƏLIYEVA
 
Holo XIX əsrin ikinci yarısında dünya bazarları uğnında mübarizədə 
qalib gəlmək məqsədilə bəzi ölkələr tərəfindən yol verilən müəyyən malları 
öz maya dəyərindən aşağı qiymətə satmaq cəhdi çoxaldı. Bu qaydada mal 
satışını  dempinq  kimi  qiymətləndirirdilər.  İngilis  dilində  dempinq 
(damping)  sözü  «zibilləmək»,  «tullantıları  tökmək»  kimi  göstərilir  və  bu 
termin mal bazarım, rəqibləri aradan çıxarmaq üçün aşağı qiymətə iri mal 
partiyalarını  satışa  çıxaran  sahibkarların  fəaliyyətini  adlandırmaq  üçün 
istifadə olunmağa başlandı. Dcmpinqlə mübarizədə daxili bazarı qorumaq 
məqsədilə  dövlətlər  tərəfindən  tətbiq  olunmağa  başlanılan  gömrük 
rüsumlarına isə antidempinq rüsumları deyilməyə başlandı.' 
Dünya  praktikasında  uzun  müddət  dempinqin  vahid  defınisiya-  sı 
mövcud  olmamışdır.  Bu  da  şübhəsiz  ki,  xarici  ticarət  əlaqələrinin 
tənzimlənməsində çətinliklər yaranmasına gətirib çıxarırdı. 
Antidempinq  Məcəlləsi  adlanan  QATI-ın  VI  maddəsi  beynəlxalq 
səviyyədə dövlətlər tərəfindən antidempinq və kompensasiya rüsumlarının 
tətbiq  edilməsini  tənzimləyən  ilk  sənəddir.  Hazırda  onun  qüvvədə  olan 
mətni isə 1994-cü ildə əlavə və dəyişikliklər edilmiş variantıdır. 
Beynəlxalq səviyyədə antidempinq məsələlərinə baxılmasına ilk dəfə 
keçən əsrin 20-ei illərinin ikinci yarısında Millətlər Liqasının rəhbərliyi ilə, 
30-cu illərin əvvəllərində isə Ümumdünya İqtisadi Konfransında müzakirə 
edilir. 
1947-ci ildə QATT-m növbəti raundu çərçivəsində keçirilən danışıqlar 
zamanı ABŞ nümayəndələrinin təklifi ilə dempinq üzrə xüsusi müddəalar 
QATl-m  sənədinə  əlavə  olundu.  Lakin  bu  müddəalar  çox  səthi  və  bəsit 
olduğu üçün tamamlanmağa və təkmilləşdirilməyə ehtiyacı var idi. 1967-ci 
ildə QATl-ın «Kennedi danışıqları» 
' Əliyev A.Ə. Gömrük işi vo dünya iqtisadiyyatının inkişafı. Bakı: Çaşıoğlu, 
2003, s. 175-177 
36 


OSMƏR ƏI.IYKVA 
çorçivQsindo  antidcmpinq  mosolobrini  tonzimbyon  müddoalara  yenidon 
baxıldı.  1979-cu  ildo  yeni  anlaşma  imzalandı  və  Anlidem-  pinq 
Məcəlləsinin  mətnində  növbəti  dəyişikliklər  edildi.  Bu  zaman  məcəllənin 
müddəaları  Avropa  İqtisadi  Birliyinin  iştirakçılarının  mənafeləri  üçün 
yenidən  nəzərdən  keçirildi.  Aparimış  danışıqlar  nəticəsində  Antidcmpinq 
Məcəlləsi qəbul edildi və 1980-ci il yanvarın 1-dən qüvvəyə mindi. Qeyd 
edək  ki,  bu  mərhələdə  digər  bir  qeyri-tarif  tədbiri,  kompensasiya 
rüsumlarının  tətbiqini  tənzimləyən  Subsidiya  və  kompensasiya  üzrə 
rüsumlar Məcəlləsi də qəbul edildi.' Lakin bu da Antidcmpinq Məcəlləsinin 
mətnində son dəyişiklik deyildi. 
1994-cü  il  15  apreldə  QATT-ın  VI  maddəsinin  sayca  üçüncü  və 
indiyədək  qüvvədə  olan  şərhi  (1994-cü  il  Antidcmpinq  Məcəlləsi) 
imzalandı.  Sənəd  rəsmi  olaraq,  «QAlT-ın  VI  maddəsinin  şərhi  haqqında 
1994-cü  il  Sazişi»  adlanır.  Məcəllənin  birinci  maddəsində  deyilir: 
«Antidcmpinq  tədbiri  yalnız  QAfT-ın  VI  maddəsində  nəzərdə  tutulmuş 
hallarda  və  hazırkı  məcəllənin  müddəalarına  uyğun  olaraq  başlanılan  və 
aparılan təhqiqatlar nəticəsində tətbiq edilir». 
3 fəsil və 18 maddədən ibarət olan Antidcmpinq Məcəlləsi 1967- ci il və 
1979-cu il mətnlərindən fərqli olaraq burada dempinqin tərifi, antidcmpinq 
təhqiqatlarının  açılması  və  keçirilməsi  prosedurları,  antidcmpinq 
tədbirlərinin  tətbiqi  və  qüvvədə  olma  müddətlərinə  aid  daha  mükəmməl 
qaydalar  nəzərdə  tutulur.  Lakin  tədqiqatçılar  bu  variantı  da  ideal  qəbul 
etmirlər. Belə hesab olunur ki, ziyanla bağlı məsələlər məcəllənin mətnində 
kifayət qədər yaxşı əks olunmamışdır.^ 
' Sadıqov Ə.İ. Beynəlxalq iqtisadi hüquq: Dərslik / Bakı: Bakı Universiteti nəşriyyatı, 
2008, s. 132 
-  Əliyev  A.Ə.  Gömrük  işi  və  dünya  iqtisadiyyatının  inkişafı.  Bakı:  Çaşıoğlu,  2003,  s. 
208-211 
37 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə