Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

OSMƏR ƏUYEVA 
münasibotdo  totbiq  edilir.  İqtisadi  cohotdon  inkişaf  etmiş  dövlotlor 
tərəfindən bu rüsum dərəcələrinin tətbiq edilməsində məqsəd qapalı iqtisadi 
zonaların, assosiasiya rejimlərinin və s. yaradılmasıdır. Ikı zaman gömrük 
dərəcələrinin faizləri ya çox aşağı olur, ya da sıfra bərabər olur. 
Güzəştli  gömrük  rüsumları  XX  əsrin  ikinci  yarısında  geniş  tətbiq 
edilməyə  başlamışdır.  1932-ci  ildə  Böyük  Britaniya  öz  müstəmləkə 
dövlətlərindən gələn mallara münasibətdə güzəştli gömrük rüsumları tətbiq 
etməyə başladı. Bu sistem Britaniya ilə həmin dövlətlər arasında, həmçinin o 
dövlətlərin öz aralarında bağlanan müqavilələr əsasında rəsmiləşdirildi və 
onun adı ticarət tarixində məşhur Ottava sistemi kimi qaldı. 
XX əsrin 60-cı illərində beynəlxalq aləmdə prcfcrensial sazişlərə maraq 
yenidən artmağa başlamışdı. Buna səbəb inkişaf etməkdə olan dövlətlərin 
inkişaf  etmiş  dövlətlərə  mal  ixrac  etməsi  zamanı  güzəşt  olması  istəyi  ilə 
əlaqədar  müraciətləri  olmuşdur.  Bu  məsələ  1964-cü  il  YlJNKTAD-ın  I 
Konfransında  və  1968-ci  il  11  Konfransında  müzakirə  olunaraq  inkişaf 
etmiş dövlətlərə tövsiyə olundu ki, inkişaf etməkdə olan dövlətlərin xeyrinə, 
lakin  ayrı-seçkilik  nəzərdə  tutmayan  güzəştli  gömrük  rüsumları  qaydaları 
işləyib hazırlasınlar. 
XX  əsrin  60-70-ci  illərində  güzəştli  gömrük  rejimləri  əksər  inkişaf 
etməkdə olan dövlətlərə təqdim olundu. Bu rejimdə gömıük m- sumları adi 
rüsumlardan  2-2,5  dəfə  aşağı  olurdu.  Məlumdur  ki,  Ü'IT  çərçivəsində 
prcfcrensial sistem hələ də fəaliyyət göstərir. Lakin nəzərə almaq lazımdır 
ki,  həmin  gömrük  dərəcələri  birtərəfli  qaydada  onu  tətbiq  edən  dövlət 
tərəfindən istənilən zaman dəyişdirilə bilər. 
Ötən  əsrin  70-ci  illərində  BMT-nin  Baş  Assambleyası  ən  az  inkişaf 
etmiş dövlətlərə münasibətdə 0 dərəcə ilə gömrük rüsumları tətbiq edilməsi 
barədə qərar qəbul etdi. Belə ki, 1979-cu ildə 
59 


ƏSMƏR ƏLİYEVA 
«Ümumi icazəvcrici maddə» adı ilə tanınan sənəd qəbul olundu və bu sənəd 
inkişaf etməkdə olan ölkələrə münasibətdə diferensiasiya tətbiq edilməsini 
müəyyən  etdi.  Həmin  sənəd  ÜTT  üzvlərinə  demək  olar  ki,  bütün  kənd 
təsərrüfatı və sənaye mallarına münasibətdə diferensiasiya olunmuş və ya 0 
dərəcə ilə gömrük rüsumları tətbiq etmək səlahiyyəti verirdi.' 
Ümumiyyətlə,  preferensiyaların  tətbiq  olunmasını  hər  bir  dövlət 
birtərəni  qaydada  müəyyən  edir.  İnkişaf  etmiş  dövlətlərin  hər  biri  ayrıca 
olaraq  preferensiyamn  tətbiq  ediləcəyi  dövlətlərin  və  malların  siyahısını 
müəyyən edir. Lakin hər bir halda preferensiyamn tətbiq olunması zamanı 
iki ümumi şərtə əməl olunmalıdır: birincisi, güzəşt tətbiq ediləcək əmtəə, 
birbaşa olaraq güzəşt hüququ olan dövlətdən ixrac olunmalıdır, ikincisi, bu 
mal  bilavasitə  güzəşt  hüququ  olan  dövlətdə  istehsal  olunmalı  və  yaxud 
əsaslı təmirə məruz qalmalıdır. 
Mürəkkəb gömıdik tarifi - inkişaf etmiş sənaye ölkələri üçün xarakterik 
olan müasir tarif tipidir. Bu tarif tipi sadə tariflərdən fərqli olaraq, dünya 
bazarında rəqabətə daha davamlıdır. İnkişaf etmiş dövlətlər müəyyən qrup 
dövlətlərə yuxarı dərəcələr tətbiq etməklə, onlara təzyiq etdiyi halda, digər 
dövlətlərə güzəştlər tətbiq etməklə onları öz bazarından asılı vəziyyətə salır. 
Hər bir halda gömrük tarifinin bu tipi «super dövlət»lərə dünya bazarında öz 
siyasətini diktə etmək üçün daha yaxşı şərait yaradır. 
İqtisadi  və  hüquq  ədəbiyyatlarında  gömrük  tarifinin  aşağıdakı 
məqsədləri göstərilir: 
-
 
Ölkəyə gətirilən malların əmtəə strukturunun rasionallaşdırıl- ması; 
-
 
Ölkəyə idxal və ölkədən ixrac olunan malların, valyuta sərvətlərinin 
rasional balanslaşdırılmasmın qorunması; 
'  /tiOMyjıCH  И.И.  Междупародная  тор
1
'Овля.  Тарифное  и  нетарифное 
регулиронанис: Учебник. М.: ВЛВ'Г, 2009, с. 207 
60 


ƏSMƏR
 ƏLIYEVA
 
-
 
ölkə iqtisadiyyatının xarici malların haqsız roqabotindon mühafizəsi
-
 
Ölkənin  dünya  iqtisadiyyatına  səmərəli  şəkildə  inteqrasiyası 
şərtlərinin və şəraitinin təmin olunması; 
-
 
Malların  istehsal  və  istehlak  strukturunun  proqressiv  dəyişikliyi 
şərtlərinin yaradılması.' 
Hüquq ədəbiyyatında gömrük tarifinin üç tipi fərqləndirilir: 
1.
 
İkiqat gömrük tarifi - hər mala görə gömrük rüsumlarının maksimal 
və  minimal  dərəcələrindən  ibarət  tarifdir.  Bu  dərəcələr  konla'et  dövlətlə 
iqtisadi-siyasi münasibətlərdən asılı olaraq seçilir. 
2.
 
Qadağanedici tarif - daxili bazarı müəyyən mallardan qommaq üçün 
ən yüksək dərəcədə tətbiq edilən gömrük tarifi. 
3.
 
Differensial gömrük tarifi (seçmə tarif) - müəyyən mallara üstünlük 
verməyə imkan verən və ya hansısa ölkədə istehsal olunduğundan onların 
ölkəyə buraxılmasına mane olan tarifdir. Eyni adlı mallara bir neçə gömrük 
msumu dərəeələri tətbiq olunur.^ 
İstənilən  dövlətin  gömılik  tarifi  gömrük  nəzarəti  zamanı  göımiik 
rüsumları  tətbiq  edilən  malların  sistemləşdirilmiş  siyahısını  nəzərdə  tutan 
qanunvericilik aktı kimi başa düşülür. Bu mallar ya mənşəyinə görə (sənaye, 
bitki,  mineral  mənşəli),  ya  da  malın  işlənmə  dərəcəsinə  görə  (xammal, 
yarımfabrikat, bazır məhsul) qruplaşdırılır. Hər bir mala görə tətbiq ediləcək 
göıımik rüsumunun dərəcəsi müəyyən olunur. 
Müasir  gömrük  tarifi  -  mürəkkəb  ticarət  aləti,  eyni  zamanda  siyasi 
alətdir. Onun hazırlanmasında bir neçə əsas istiqamət vardır. Bunlar gömrük 
rüsumlarının növləri, tarifin struktnru, tarif təsnifatının 
'  Молчанова  O.В.,  Коган  M.В.  Таможенное  дело:  Учебное  пособие.  Ростов  н/Д: 
Феникс, 2007, с. 88-89 
- Mirzoyeva Л. Q. Azərbaycan Respublikasının vergi hüququ: Dərslik. Bakı: Di- gesta, 
2007, s. 283-285 
61 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə