Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə20/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

OSMOR OUYKVA 
sislcmi, rüsum totbiq olunması üçün idxal olunan malın gömrük doyorinin 
vo monşo ölkosinin müəyyon olunması qaydasıdır. 
İnkişaf  etmiş  dövlətlərin  gömrük  tarifinin  təşkil  olunması  prinsipləri, 
malların təsnifatı, gömrük  rəsmiləşdirməsinin qaydaları, ayrı-ayrı mallara 
tətbiq edilən gömrük rüsumlarının dərəeələri milli qanunverieilik vasitəsilə 
müəyyən edilir. 
Gömılik  tariflərinin  strukturu  beynəlxalq  təerübədə  tətbiq  olunan 
gömrük eskalasiyası prinsipinə əsasən tərtib edilir. Gömılik eskala- siyas! 
isə,  gömrük  ödəmələrinin  malın  işlənməsi  səviyyəsindən  asılı  olaraq 
artmasını  nəzərdə  tutur.  Müəyyən  qrup  ölkələrdə,  məsələn.  Polşa, 
Maeanstan və s. bu prinsipin xüsusi forması mövcuddur: ya- rımfabrikatlar 
vo  hazır  məhsullar  arasında  eskalasiya,  xani  məhsul  və  yarımfabrikatlara 
münasibətdə dccskalasiya prinsipi. 
Beləliklə, 
beynəlxalq 
hüquqi 
aktların 
vo 
milli 
gömmk 
qanunvericiliyinin  təhlili  əsasında  gömrük  tarifinə  aşağıdakı  kimi  anlayış 
vermək olar: «Gömrük tarifi dedikdə, ölkə sərhədindən keçən mallara tətbiq 
olunan vo həmin ölkənin Omtəə Nomenklaturasma əsasən sistemləşdirilən 
gömrük ödəmələrinin dərəcələri və həddi başa düşülür». Gömrük tarifinin 
üç  əsas  tipi  mövcuddur:  ikiqat  gömrük  tanfi-hər  mala  görə  gömrük 
rüsumlarının  maksimal  və  minimal  dərəcələrindən  ibarət  tarifdir.  Bu 
dərəcələr  konkret  dövlətlə  iqtisadi-siyasi  münasibətlərdən  asılı  olaraq 
seçilir; qadağanedici tarif-daxili bazarı müəyyon mallardan qorumaq üçün 
ən yüksək dərəcədə tətbiq edilən gömrük tarifi; differensial gömrük tarifi 
(seçmə  tarif)-  müəyyən  mallara  üstünlük  verməyə  imkan  verən  və  ya 
hansısa ölkədə istehsal olunduğundan onların ölkəyə buraxılmasına mane 
olan tarifdir.  Eyni  adlı  mallara  bir  neçə  gömrük  rüsumu  dərəcələri  tətbiq 
olunur. 
62 


II
 FƏSIL
 
GÖiMRÜK ÖDƏMƏLƏRİNİN MALİYYƏ-HÜQUQİ 
TƏNZİMİ VƏ DÖVLƏTİN XARİCİ TİCARƏT 
FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ ROLU 
2.1.
 
Gömrük ödəmələrinin anlayışı, növləri və prinsipləri 
Gömrük hüquq  nəzəriyyəsində gömrük ödəmələrinin yeri və təsnifatı 
haqqında  məsələ  bu  günədək  mübahisə  predmeti  olaraq  qalır.  Gömrük 
ödəmələri institutunun hansı hüquq sahəsi çərçivəsində öyrənilməsi, yəni 
gömrük  ödəmələrinin  tətbiqi,  yığılması  ilə  bağlı  münasibətlərin  hansı 
hüquq  sahəsi  (maliyyə  hüququ,  vergi  hüququ,  büdcə  hüququ,  gömrük 
hüququ  və  ya  kompleks  hüquq  institutunun),  yaxud  hüquq  institutunun 
tərkibinə daxil olması barədə vahid fikir formalaşmamışdır. Bu isə həmin 
münasibətlərin  mürəkkəb  xarakterli  olması  və  sahəvi  mənsubiyyətinin 
müəyyən olunmaması ilə əlaqədardır. 
Gömrük  ödənişlərinin  dövlət  büdcəsində  payı  az  olduğu  üçün  onun 
fiskal  əhəmiyyəti  dövlət  üçün  o  qədər  də  çox  deyil.  Bununla  əlaqədar 
ədəbiyyatlarda  müxtəlif  yanaşmalar  vardır.  Belə  ki,  bəzi  müəlliflərin 
fikrincə,  inkişaf  etmiş  dövlətlərdə  gömrük-tarif  tənzimləmnəsinin  fiskal 
funksiyası  müəyyən  dərəcədə  öz  əhəmiyyətini  itirmişdir.  Dövlət 
büdcəsində gömi'ük ödəmələrinin payı 5-8 % təşkil edir və belə ödəməlrin 
payı QATT çərçivəsində 
63 


ƏSMƏR
 ƏLIYEVA
 
3İdo  edilmiş  razdaşmalarla  davam  edir.'  Başqa  müəlliflər  isə  göstərir  ki, 
gömılik-tarif  tənzimlənməsində  gömrük  ödəmələrinin  fiskal  rolu  aktiv 
görünür.Qeyd etmək lazımdır ki, dövlət hər zaman gömılik ödəmələrinə çox 
diqqətlə yanaşır. Bunun səbəbi ondadır ki, gömıdik ödəmələrinin həcmi və 
dairəsi  dövlətin  xarici  ticarət  siyasətindən,  iqtisadi  maraqlarından  çox 
asılıdır. Məsələn, dövlət daxili istehsalını artırmaq üçün xaricdən gətirilən 
müəyyən mallara əlavə rüsumlar və ya yüksək dərəcəli vergilər tətbiq edə 
bilər.  Bu  vergi  və  rüsumlar  sonradan  malların  qiymətlərinin  üzərinə 
qoyulduğu  üçün,  idxal  olunan  eyni  adlı  malların  ölkədə  istehsal  olunan 
mallara  münasibətdə  baha  qiymətə  başa  gəlməsinə  və  beləliklə  də, 
sahibkarlar üçün sərfəli olmamasına gətirib çıxarır və dövlət bu yolla həmin 
malların  rəqabətə  dözməyib  daxili  bazarlardan  sıxışdırılıb  çıxarılmasına 
nail olur. Bundan başqa, dövlət öz daxili bazarını konkret dövlətdən gələn 
mallardan  qorumaq  üçün  də  əlavə  gömrük  ödənişləri  tətbiq  edə  bilər. 
Göründüyü  kimi,  gömrük  ödənişləri  dövlətin  daxili  və  xarici  ticarət 
fəaliyyətinin həyata keçirilməsindən vacib alət rolunu oynayır və dövlət hər 
zaman bu alətdən çox səmərəli istifadə edir. Gömrük ödəmələrinin dövlət 
iqtisadiyyatında rolu da məhz bundan ibarətdir. 
Dövlətin  gömrük  ödənişləri  vasitəsilə  iqtisadiyyatı  tənzimləməsini 
konkret  misallarla  göstərə  bilərik.  «Azərbaycan  Respublikasının  Vergi 
Məcəlləsinə  əlavə  və  dəyişikliklər  edilməsi  barədə»  Azərbaycan 
Respublikasının  15  dekabr  2006-cı  il  tarixli  qanunu  ilə  aksiz  vergisinin 
vergitutma obyektlərinin siyahısı artırılaraq idxal zamanı mi- 
'  Удонсико  С.П.  Таможенный  тариф  п  регулироцании  внешней  торговли: 
:
1
арубсжный  опыт  и  российское  практика.  М.:  Синтез-Полиграф,  2000,  с.  1.34; 
Валябанов И.Т., Балабанов Р.И. Внешнеэкономические связи: Учебное пособие. 
]М.: Финансы и статистика, 1998, с. ПО 
'■  Свинухов  В.Г.  Таможенно-тарифное  регулирование  внешнеэкономической 
деятельности: Учебное пособие. М.: Экономисть, 2004, с. 368 
64 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə