Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə27/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

ƏSMƏR
 ƏLIYEVA
 
-
 
gömrük rüsumlarının münyyən olunmuş soviyyoyo qodor azaldılması; 
-
 
gömrük rüsumlarının mövcud saviyyodon yuxarıya qaldırılma- ması; 
-
 
gömrük  rüsumlarının  müoyyon  olunmuş  səviyyədən  yuxarıya 
qaldırılmaması. 
Daha  əlverişli  dövlət  (millət)  prinsipi  (most  favorcd  nation  cla-  usc) 
beynəlxalq  iqtisadi  hüquqda  daha  çox  istifadə  olunan  prinsipdir.  1978-ci 
ildə  BMT-nin  Beynəlxalq  hüquq  Komissiyası  tərəfindən  bu  prinsipin 
hüquqi  əsaslan  haqqında  sənəd  hazırlanmışdır.  Həmin  sənədin  5-ci 
maddəsində  göstərilir  ki,  daha  əlverişli  rejim  beynəlxalq  müqavilə 
qaydasına müvafiq olaraq bir dövlət tərəfindən digər dövlətə həmin dövlətlə 
müəyyən  əlaqədə  olan  şəxslərə  və  əşyalara  hər  hansı  üçüncü  dövlətə  və 
onunla  eyni  əlaqədə  olan  şəxslərə  və  əşyalara  təqdim  edilən  rejimdən  az 
əlverişli olmayan rejimin verilməsidir. ' 
Bu  prinsipin  mahiyyətini  qısaea  olaraq  belə  izah  etmək  olar;  daha 
əlverişli dövlət prinsipində dövlətlər bir-birinə bundan əvvəl və ya bundan 
sonra  hər  hansı  dövlətə  yaratdıqları  və  ya  yaradacaqları  bütün  şəraiti 
yaratmalıdırlar. 
Gömrük  sahəsində  daha  əlverişli  dövlət  rejimi  prinsipi  faktiki  olaraq 
GATT-ın  1-ci  sənədində  hüquqi  baxımdan  təsbit  olunmuşdur.  Həmin 
sənəddə göstərilir ki, istənilən növ gömmk rüsumları və yığımları - idxal və 
ixrac  və  ya  tranzit  və  ya  onlarla  əlaqəli  digər  ödəmələrə  münasibətdə, 
həmçinin bu cür ödəmələrin yığılması metodlarına idxal və ixracla əlaqəli 
bütün  fonnällıq  və  qaydaların  hüquqi  tənzimlənməsi  məsələlərinə 
münasibətdə hər hansı bir dövlətə. 
‘ Sadıqov Ə.İ. Beynolxalq iqtisadi hüquq: Dərslik / Bakı: Bakı Universiteti nəşriyyatı, 
2008, s. 98 
83 


ƏSMƏR
 ƏLIYEVA
 
hor  hansı  növ  malın  idxalına  göstorilon  istonilon  üstünlük  vo  imtiyazlar 
şərtsiz bütün digər üzv-dövlətlərə də göstərilməlidir.' 
Daha əlverişli rejim prinsipinin tətbiq olunması birtərəfli, ikitərəfli və 
çoxtərəfli  müqavilələrə  əsasən  həyata  keçirilə  bilər.  Birtərəfli  razılıq 
qarşılıqlılıq  prinsipinin  tətbiqi  mümkün  olmadıqda  tətbiq  edilir.  İkitərəfli 
razılıq  iki  dövlət  arasında  müqavilə  əsasında  tətbiq  edilir.  Azərbaycan 
Respublikası artıq bir neçə dövlətlə belə müqavilələr bağlamışdır. Bunlara 
misal olaraq Almaniya ilə 1995-ci ildə bağlanmış «İnvestisiyaların qarşılıqlı 
müdafiəsi  və  təşviqi  haqqında»  müqaviləni,  Moldova  ilə  1996-cı  ildə 
bağlanmış «Sərbəst ticarət haqqında» sazişi misal göstərmək olar. Sonuncu 
sənəddə  gömrük  rəsmiləşdirilməsində  daha  əlverişli  dövlət  prinsipi  çox 
aydın  şəkildə  əks  olunmuşdur.  Müqavilədə  göstərilir  ki,  bu  sazişin  təsir 
dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla daxili istehsal olunan, 
yaxud üçüncü ölkədən gətirilən analoji mallara tətbiq edilən daxili vergi və 
rüsumlardan  yüksək  vergi  və  rüsumlara  cəlb  etməmək,  bu  sazişin  təsir 
dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji halda eyni 
qəbildən  olan  daxili  istehsal  mallarına  və  ya  üçüncü  ölkədən  gətirilən 
mallara qarşı tətbiq edilməyən, hər hansı bir xüsusi məhdudlaşdırma və ya 
tələb tətbiq etməmək tərəflərdən tələb olunur.-' 
Çoxtərəfli müqavilələrə isə GATT-m 1994-cü il tarixli sənədini misal 
göstərmək olar. 
Preferensiya  prinsipi  beynəlxalq  iqtisadi  hüququn  prinsiplərindən 
biridir.  Preferensiya  sözü  ingilis  dilindən  tərcümədə  «to  prefer»-  üstün 
tutmaq mənasını daşıyır. Beynəlxalq hüquqda isə preferensiya- bir dövlət 
tərəfindən digər dövlətə və ya dövlətlər qrupuna göstərilən 
'  Генеральное  соглашение  по  тарифам  и  торгоиле  (ГАТТ)  //  Закон  и  бизнес. 
Серия международные документы. СГ1Б., 1994, е. 116 
http//customs.gov.az 
84 


OSıMƏR OUYEVA 
güzəştlərdir. Prcfcrcnsiya prinsipi YlJNKTAD-ın 1964-cü il prinsiplərində, 
GATT-ın  1994-cü  ildə,  1974-cü  ildə  Yeni  Beynəlxalq  İqtisadi  Qayda 
(YBİQ) ilə bağlı «sənədlər üçlüyündə», «l’icarət preferensiyalarının qlobal 
sistemi  haqqında»  1988-ci  il  Bclqrad  müqaviləsində  öz  əksini  tapıb.'  Bu 
prinsipi təklif edərkən YUNK- TAD katibliyi fikrini onunla əsaslandırırdı 
ki,  beynəlxalq  iqtisadi  hüquqda  ənənəvi  prinsip  olan  daha  əlverişli  rejim 
prinsipi bütün subyektlərə eyni şəraitin təklif edilməsini nəzərdə tutur və bu 
da  iqtisadi  cəhətdən  zəif  inkişaf  etmiş  ölkələr  üçün  çətinliklər  törədir. 
Beləliklə də, güclü dövlətlərlə rəqabətdə məğlub olan dövlətlərin mənafeləri 
tapdanır,  bu  da  formal  olaraq  bərabərlik  olsa  da,  faktiki  olaraq  əslində 
qeyri-bərabərlik  deməkdir.  Buna  görə  də  xarici  kapitala  ehtiyac  duyan 
dövlətlərə  münasibətdə  prcfcrcnsiya  prinsipi  tətbiq  edilməyə  başlandı. 
1979-cu il danışıqların Tokio mərhələsində isə tarif preferensiyalan prinsipi 
hüquqi cəhətdən daha əlverişli rejim prinsipindən ayrıldı.-’- 
1974-cü il BMT-nin YBİQ-mn yaradılması haqqında Bəyannaməsində 
əks olunan prinsiplərdən biri aşağıdakı kimidir: ...inkişafda olan dövlətlərə 
ixrac edilən malların qiymətləri ilə inkişafda olan dövlətlərdən idxal edilən 
məhsulların (xammal, hazır məmulatlar, ya- rımfabrikatlar və s.) qiymətləri 
arasında ədalətli və bərabərhüquqlu münasibətlərin yaradılması.■* 
Tarif preferensiyalan prinsipi GAri-ın sənədində də öz əksini tapmışdır. 
Sənədə əlavə olunmuş mətndə göstərilir ki, inkişaf etmiş 
' Sadıqov Ə.İ. Beynolxalq iqtisadi hüquq: Dorslik / Bakı: Bakı Universiteti noşriyyatı, 
2008, s. 88 

Т.И. Таможстиас платежи: Учебио-ирак-гичсское пособие. М.: 
Городец, 2007, с. 31 
■’ Sadıqov Ə.İ. IScynolxalq iqtisadi hüquq: Dorslik / Bakı: Bakı Universiteti noşriyyatı, 
2008, s. 89 
85 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə