Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə28/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

ƏSMƏR ƏIJYEVA 
ÜZV 
dövlolior az inkişaf etmiş dövlotbrb ticarot olaqəlori qurarkon onlara 
göstordiklori gömrük tariflərinin azaldılması və ya aradan  qaldırılması ilə 
əlaqədar  bağlanan  müqavilələrdə  qarşı  tərəfdən  də  eyni  güzəştlərin tətbiq 
edilməsini gözləməli deyillər.' 
'farif  güzəştlərinin  milli  qanunvericiliklə  tənzimlənməsi  məsələsi  isə 
«Gömrük tarifi haqqında» AR Qanununun VI fəslində təsbit olunmuşdur. 
Bu  fəsildə  təsbit  edilən  maddələrin  təhlili  belə  bir  nəticəyə  gəlməyə  əsas 
verir  ki,  qanunvericilik  tarif  güzəştləri,  tarif  preferen-  siyaları  və  gömrük 
güzəştləri  anlayışlarını  bir-birindən  fərqləndirir.  Doğrudur,  bəzi  yerlərdə 
(məsələn,  33-ü  maddənin  1-ci  hissəsi)  «tarif  güzəştləri»  sözündən  sonra 
mötərizədə  «tarif  prefcrcnsiyaları»  anlayışının  verilməsi  bir  az  çaşqınlıq 
yaranmasına  gətirib  çıxarır,  çünki  belə  yanaşma,  bu  anlayışların 
eyniləşdirilməsinə  gətirib  çıxarır.  Bu  isə  həmin  qanunun  35-ci  və  36-cı 
maddələrinin ziddiyyət təşkil etdiyini göstərir. Qanundakı bu ziddiyyəti və 
anlaşılmazlığı  aradan  qaldırmaq  üçün  təklif  edirik  ki,  «Gömtdik  tarifi 
haqqında»  AR  qanununda  «gömrük  räsumtarmdan  azadetmə»,  «gömrük 
güzəştləri», «tarif güzəştləri» və «tarif preferensiyaları» tenninlərinə dəqiq 
anlayış  verilməli,  onları  bir-birindən  fərqləndirən  xüsusiyyətləri  bu 
anlayışlarda aydın şəkildə göstərilməlidir. Fikrimizcə, beynəlxalq təcrübəni 
və gömrük hüquq nəzəriyyəçilərinin fikirlərini nəzərə alaraq, bu məsələyə 
belə  bir  yanaşma  daha  məqsədəmüvafiq  olardı.  Gömrük  hüquq 
nəzəriyyəsində  də  tarif  güzəştləri  və  tarif  prefe-  rensiyaları  anlayışlarım 
təhlil edərkən məlum olur ki, bu anlayışlar mahiyyət etibarilə bir-birindən 
fərqlənir. Belə ki, gömrük preferen- siyaları gömrük sərhədindən keçirilən 
malın mənşə ölkəsindən asılı olaraq təqdim edilən gömrük güzəştləri kimi 
xarakterizə olunur.- 
'  'Грошкина  T.H.  Таможенные  платежи:  Учебно-практическое  пособие.  M.: 
Городец, 2007, с. 31 
’  Грошкина  'Г.И.  Таможенные  платежи:  Учебно-практическое  пособие.  М.: 
Городец, 2007, с. 76-77 
86 


OSMƏU ƏI.IYKVA 
Malın  monşo  ölkosinin  müoyyon  edilməsi  «Gömrük  tarifi  haqqında»  AR 
Qanununun  V  iosli  və  A/ərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin 
2007-ci  il  29  noyabr  tarixli  190  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  «Malın 
mənşə ölkəsinin təyin edilməsi Qaydaları»na uyğun aparılır. 
«Gömrük tarifi haqqında» AR Qanununa əsasən tarif güzəştləri dedikdə 
Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və 
ya  birtərəfli  qaydada  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilən  mallar  üzrə  əvvəl  ödənilmiş  rüsumun  qaytarılması,  rüsum 
ödənişlərindən  azad  etmə,  rüsum  dərəcələrinin  aşağı  salınması,  malın 
preferensial  gətirilməsi  (çıxarılması)  üçün  tarif  kvotaları  şəklində  verilən 
güzəştlər  başa  düşülür.'  Qanunda  verilmiş  bu  anlayışın  təhlili  belə  bir 
nəticəyə gəlməyə əsas verir ki, qanun gömrük (tarif) güzəştlərinin aşağıdakı 
formalarını təsbit edir; 
-
 
əvvəl ödənilmiş rüsumun qaytarılması; 
-
 
rüsum ödəməkdən azad etmə; 
-
 
rüsum dərəcələrinin aşağı salınması; 
-
 
malın preferensial gətirilməsi. 
Əvvəl  ödənilmiş  rüsumun  qaytarılması  yalnız  müəyyən  qrup  gömrük 
rejimlərində tətbiq olunur. 
«Gömrük  tarifi  haqqında»  AR  Qanununun  35-ci  və  36-cı  maddələrin 
təhlili  isə  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  tarif  pre-  fercnsiyaları 
dedikdə, beynəlxalq müqavilələr əsasında tətbiq edilən güzəştləri nəzərdə 
tutulursa, tarif güzəştləri dedikdə isə, birtərəfli qaydada milli qanunvericilik 
əsasında təqdim edilən güzəştlər başa düşülür. Belə ki, 35-ci maddə «tarif 
prefcrcnsiyalarınm  verilməsi»  adlanır  və  maddənin  mətnində  deyilir: 
«Azərbaycan 
Respublikasının 
xarici 
dövlətlərlə 
ticarət-siyasət 
münasibətləri həyata keçirilərkən 
'  «Gömrük  larifi  haqqında»  Azərbaycan  Respublikasının  Qanıınu/Azorbaycan 
Respublikası qanunlar Külliyyatı (1993-1995) 11 kilab. Bakı: Qanun, 1997, s. 499 
87 


ƏSMƏR ƏLİYEVA 
aşağıdakı  mallar  üzro  gömrük  rüsumlarından  azad  etmə,  gömrük 
dərocolorinın  aşağı  salınması,  yaxud  prefcrensial  idxal  üçün  kvotalar 
qoyulması kimi güzoştlor verilə bilər: 
-
 
mənşəcə, Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət 
zonası  yaratmış  və  ya  bu  cür  ittifaqın,  yaxud  zonanın  yaradılmasına  dair 
müqavilə imzalamış dövlətlərə mənsub olan mallar
-
 
mənşəcə,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 
beş ildə bir dəfədən az olmayaraq şərti ilə dövri olaraq yenidən baxılan milli 
preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub 
mallar.' 
«Gömrük  tarifi  haqqında»  AR  Qanununun  37-ci  maddəsi  isə  «tarif 
güzəştlərinin  verilməsi»  adlanır  və  həmin  maddəyə  görə  Azərbaycan 
Respublikasının  ticarət  siyasəti  həyata  keçirilərkən  Azərbaycan 
Respublikası  gömrük  ərazisi  hüdudlarında  aşağıdakı  mallar  üzrə  əvvəl 
ödənilmiş  gömrük  rüsumlarının  qaytarılması,  rüsum  dərəcələrinin 
azaldılması  və  müstəsna  hallarda  gömrük  rüsumlarından  azad  etmə  kimi 
güzəştlər verilə bilər,- 
Həmin  Qanunun  34-cü  maddəsində  isə  gömıirk  rüsumlarından 
tamamilə azad edilən malların siyahısı açıqlanır. 
Beləliklə, qanunun təhlili nəticəsində göstərə bilərik ki, «Gömrük tarifi 
haqqında» AR Qanununa əsasən gömrük güzəştlərinin 3 növü fərqləndirilə 
bilər:  gömrük  rüsumlarından  azad  etmə,  tarif  güzəştləri,  tarif 
preferensiyaları. 
Mövcud gömrük hüquq nəzəriyyəsi əsasında gömmlc güzəştlərinin bir 
neçə xüsusiyyətini göstərmək olar. Birincisi, tarif güzəştləri qanunla tətbiq 
olunur. «Gömrük tarifi haqqında» AR qanununun 33- 
'  «Gömrük  tarifi  haqqında»  Azorbaycan  Respublikasının  Qanunu/Azorbaycan 
Respublikası  qanunlar  Külliyyalı  (1993-1995)  II  kitab.  Bakı:  Qanun,  1997,  s.  499  ^ 
«Gömrük  tarifi  haqqında»  Azorbaycan  Respublikasının  Qanunu/Azorbaycan 
Respublikası qanunlar Külliyyatı (1993-1995) II kitab. Bakı: Qanun, 1997, s. 502 
88 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə