Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   2   3   4   5   6   7   8   9   ...   59

OSMOR
 ƏLIYEVA
 
XIV osrdon işlonmoyo başlansa da, müasir monada işbnon «ta-  mojnya» 
sözünə istər rəsmi sənədlərdə, istərsə də elmi tədqiqatlarda yalnız XIX əsrdə 
rast gəlinməyə başlanmışdır.' Monqol-tatarların Azərbaycana hücumundan 
sonra «tamğa» vergisi burada da tətbiq edilməyə başlanmışdır." 
Artıq  qeyd  edildiyi  kimi,  gömrük  fəaliyyəti  dövlət  yaranandan  bəri 
onun ən əhəmiyyətli və strateji fəaliyyət sferalarından biri olmuşdur. Hələ 
qədim  dövrlərdən  başlayaraq  sadə  şəkildə  olsa  da  dövlətin  gömrük 
fəaliyyətinin tənzimlənməsinə dair sənədlərinə rast gəlinir. Məsələn, artıq 
e.ə.  III  əsrdə  tərtib  olunmuş  «Artaşastra»da  gömrük  xəzinəsinin 
formalaşmasına dair göstərişlər nəzərdə tutulmuş, gömrük rüsumu hökmdar 
xəzinəsinin mənbələrindən biri kimi müəyyənləşdirilmişdir. Bundan başqa
bizim  eranın  əvvəllərinə  təsadüf  edən  Manu  qanunlarında  gömrük 
rüsumlarının hesablamasına dair normalar nəzərdə tutulmuşdur, 'larixdə ilk 
mükəmməl gömrük tarif sənədi qismində tədqiqatçılar eramızın 137-ci ilinə 
aid  olan  qədim  Suriya  ərazisində  tərtib  edilən  Palmir  Vergi  tarifini 
göstərirlər. ’ 
Rus  tədqiqatçılarının  bəzilərinin  fikrincə,  rus  gömrük  işinin  tarixi 
Yaroslav Mudrının «Russkaya pravda» ilə başlayır,'' lakin şübhə yoxdur ki, 
onun yaranması daha qədim zamanlara təsadüf edir. Dövlət idarəçiliyinin 
digər  üsulları  ilə  yanaşı,  adı  çəkilən  sənəddə  dövlətin  öz  xəzinəsini 
doldurmaq üçün əhalidən yığdığı vergi və rüsumların alınma qaydası və s. 
məsələlər də tənzimlənir. Bəzi mənbələrə əsaslanaraq qeyd edək ki, artıq 
VIII əsrdə Kiyev Rus dövlətində 
‘ Кислонский 10.Г. История таможенного дела России: Учебник. Книга 1 (начало 
XX п). М.: РУСИ11Л-МРНСС, 2004, с. 3 
^  Mehrəliyev  İ.İ.,  Abdülo/.imov  Ə.V.  Gömrük  foaliyyolinin  iqlisadiyyalı:  ЛИ 
mokloblor üçün dərslik. Bakı: Adiloğlu, 2008, s. 8 
^ Əliyev A.Ə. Gömrük işi vo dünya iqlisadiyyatmın inkişafı. Bakı: Çaşıoğlu, 2003, s. 
3-4 
'* Таможенное право: Учебник / Под ред. О.Ю.Вакасва. М.: Норма, 2009, с. 15-16 
11 


ƏSMƏR ƏLIYKVA 
çoxsaylı ödoraolərin içorisində «osmniçee» vo «mıt» adlanan iki rüsum da 
var idi. Bunlar malların daxili və ya xarici zastavalar vasitəsilə gətirilməsinə 
qoyulan ödəmələr idi. Bundan əlavə, «quru mıto» və «su mıto»su fərqlənirdi 
ki,  bunlar  da  müvafiq  olaraq  quru  yolu  və  ya  su  yolu  ilə  malların 
keçirilməsinə  görə  alman  rüsumları  fərqləndirirdi.  Gömrük  rüsumları 
«mıto», gömrük işçiləri isə «mıt- nik» adlanırdı. Müasir Ukraynada gömrük 
fəaliyyətinin «mıtnitsa» adlanması da məhz bununla bağlıdır.' 
K.N.lmdıjcnskinin  fikrincə,  ola  bilsin  ki,  ölkə  ərazisinə  bu  ödəmələr 
Bizansdan  xristianlığı  yaymaq  üçün  gələn  yunan  keşişləri  tərəfindən 
gətirilmişdir.  Müəllif  daha  sonra  qeyd  edir  ki,  bəzi  sənədlərə  əsaslanaraq 
Rusiya  ərazisində  bu  növ  ödəmələrin  xristianlığa  qədər  də  mövcud 
olduğunu iddia etmək olar. Belə ki, Ole- qin Bizanslılar ilə müqaviləsində 
«mıt» sözünə rast gəlinir, bu da artıq həmin dövrdə bu ödəmələrin onlara 
məlum  olduğunu  sübut  edir.^  «Mıt»  sözününün  etimologiyasına  gəldikdə 
isə, alimlər belə düşünür ki, bu, qədim alman sözü olan «mauth» sözünün 
rus  dilindəki  variantıdır.^  «Rus  həqiqətləri»ndə  dövlət  tərəfindən  alman 
ödəmələr iki yerə bölünür; qalib gələnə verilən hədiyyə kimi və ya ödəməni 
ödəyənə  göstərilən  xidmət,  himayədarlıq  və  s.  əvəzi  kimi.  «Mıt»  məhz 
ikinci qrupa daxil olan ödəmə kimi nəzərdən keçirilir. Lakin qeyd edək ki, 
bu dövrdə adı çəkilən yığımlar malın dəyərindən asılı olmadan toplanırdı. 
Yalnız XIII əsrdən başlayaraq ticarət yığımlarının hesablanmasında malın 
dəyəri rol oynamağa başladı.'' 
'  Тимошеко  И.В.  Таможенное  право  Росеии:  Учебник  для  вузов.  Ростов  н/Д.: 
Феникс, 2008, с. 7-8 
^ Лодыженсий К.11. История таможенного тарифа. Челябинск; Социум, 2005, с. 
10-11 
^ Лодыженсий К.Н. История таможенного тарифа. Челябинск: Социум, 2005, с. II 
'' Лодыженсий К.И. История таможенного тарифа. Челябинск: Социум, 
2005, с. 12 
12 


ƏSMƏR
 ƏLIYP
:
VA
 
Şərq  ölkələrində,  xüsusən  müsəlman  hüququnda  gömrük-tarif 
tənzimlənməsinin  tarixinə  gəldikdə  qeyd  edək  ki,  bu  ərazilərdə  ticarət 
münasibətlərinin  tarixin  çox  erkən  dövrlərində  başlaması  gömrük-  tarif 
fəaliyyətinin  də  inkişafına  zəmin  yaratmışdı.  Belə  ki,  mənbələrə  görə 
«gömrük  vergisi»  ilk  dəfə  Xəlifə  Ömərin  dövründə  tətbiq  olunmuşdur. 
Həmin  dövrdə  Ərəb  xilafəti  ilə  ticarət  münasibətlərində  olan  qonşu 
dövlətlərin  müsəlman  tacirlərdən  belə  bir  ödəmə  aldığını  öyrənən  xəlifə 
Ömər eyni verginin onlara münasibətdə tətbiq olunması qərarına gəlir. İlk 
əvvəl 10% alınan bu vergi, sonralar müsəlmanlardan 5% alınmağa başlandı.' 
Bu gün islam hüququnda müsəlmanlardan 1/40, qeyri-müsəlmanlardan 
1/10 gömrük vergisi alınır." 
Azərbaycanda gömrük işinin tarixi haqqında danışarkən qeyd etməliyik 
ki, ərazinin ticarət üçün əlverişli regionda yerləşməsi, Avropa və Asiyanın 
arasında  bir  köıpü  rolunu  oynaması  bu  yerlərdə  ölkələrarası  ticarət 
münasibətlərinə, tranzit daşımalarına çox erkən zamanlardan rast gəlməsini 
əsaslandırır. Doğrudur, bu ərazilərdə gömrük sənədləşmələrinə, idxal-ixrac 
rüsumları haqqında qeydlərə yalnız IX əsrdən sonra rast gəlinir. Belə ki, bu 
dövrədək olan sənədlər ərəb istilası dövründə yandırılmışdır.^ Lakin Strabon 
və başqalarının yazılarından Azərbaycan ərazisinin qədim dövrlərdən bəri 
həm  quru,  həm  də  su  yolu  vasitəsilə  beynəlxalq  ticarət  əlaqələri  zamanı 
tranzit  rolu  oynaması,  bu  ərazilərdə  çox  erkən  zamanlardan  neft,  duz 
yataqlarının  aşkar  olunması  ticarət  əlaqələrinin  inkişafından  xəbər  verir. 
Belə ki, prof. S.Əliyarhnın «Azərbaycan tarixi» dərsliyində e.ə. 1 minillikdə 
mövcud olmuş Atropatena dövləti haqqında aşağı- 
' http//www/davetci.com ^ 
http//www/islamekonomisi.org 
^ Mehrəliyev İ.İ., Abdülozimov Ə.V. Gömrük fəaliyyətinin iqtisadiyyatı: Ali məktəblər 
üçün dərslik. Bakı: Adiloğlu, 2008, s. 7 
13 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə