Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

ƏSMƏR ƏLİYEVA 
beynəlxalq ticarət əlaqələrinin müqavilə yolu ilə tənzimlənməyə başlanması 
ilə tətbiq olunmağa başlanmışdır. 
- prcfcrensial (güzəştli) rüsumlar çoxtərəfli razılaşma əsasında inkişaf 
etməkdə olan ölkələrin mallarına mövcud gömrük tarifləri ilə müqayisədə 
aşağı dərəcələrin tətbiq olunması.’ 
Nisbətən zəif inkişaf etmiş ölkələrə gömrük preferensiyalarmın tətbiq 
olunması  öz  əksini  GATT-m  (General  Agreement  Tariffs  and  Trade) 
mətnində tapır. 
Bundan  başqa  gömrük  rüsumlarının  dərəcələrin  tipindən  asılı  olaraq 
daimi və dəyişən gömrük rüsumları fərqləndirilir. Daimi gömrük rüsumları 
dövlət  orqanları  tərəfindən  müəyyənləşdirilən  və  şəraitdən  asılı  olaraq 
dəyişilməyə məruz qalmayan gömmk tarifidir. Dəyişkən gömrük tarifi isə 
şəraitdən  asılı  olaraq  hökumət  tərəfindən  dəyişdirilən  gömrük 
tarifidir.Tələb  edən  şərait  isə  müxtəlif  səbəblərdən  mövcud  ola  bilər. 
Buraya dünyada və ya ölkədə qiymətlərin səviyyəsinin dəyişilməsi və s. bu 
kimi səbəblər aiddir. Qeyd edək ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər 
üçün dəyişkən tariflər xarakterik deyildir. 
Hesablama  qaydasına  görə  -  nominal  və  effektiv  gömrük  rüsumları 
fərqləndirilir.  Nominal  gömrük  rüsumları  gömrük  tarifində  göstərilən 
gömrük  dərəcələridir.  Bu  tarif  dərəcələri  ölkədə  gömrük  rüsumlarının 
səviyyəsi haqqında ümumi təsəvvür almaq imkanı verir. Effektiv gömrük 
dərəcələri  isə  məhsula  gömrük  rüsumlarının  səviyyəsi  nəzərə  alınmaqla 
hesablanmış gömrük rüsumlarının real səviyyəsidir.^ 
' Ileydorov K.F., Əliyev Л.Э., Nuriyev C.Q., Mehdiyev S.M. Gömrük 
rosmiloşdirilmosi. ЛН moktobbr üçün dərslik. Bakı: Qanun, 2006, s. 33-34 - Meydorov 
K.F., Əliyev Л.Э., Nuriyev C.Q., Mehdiyev S.M. Gömrük rəsmiləşdirilməsi. ЛИ 
məktəblər üçün dərslik. Bakı: Qanun, 2006, s. 34-35 Cnııııyxon В.Г, 
'Гаможс
1
шо-тарифиое регулироиаиие висшнеэкономичеекой деятельности: 
Учебное пособие. М.: Экономисть, 2004, с. 35 
98 


ƏSMOR
 ƏLIYEVA
 
Mənşə ölkəsindən asılı olaraq gömrük rüsumlarının aşağıdakı növləri 
fərqləndirilir: 
-
 
baza; 
-
 
prefercnsial; 
-
 
maksimal  (artıq  bu  barədə  əvvəlki  paraqrafda  ətraflı  məlumat 
verilmişdir). 
Nəzəriyyədə  gömrük  rüsumlarının  başqa  növləri  də  fərqləndirilir. 
Məsələn,  bəzi  müəlliflər  onları  təsnifləşdirərkən  yuxarıda  göstərilən 
növlərdən  əlavə  fıskal  msumlar,  himayədarlıq  lüsumları,  difcrcnsial 
rüsumları da ayırır. İndi isə həmin rüsumları qısaca olaraq nəzərdən keçirək. 
Fislcal rüsumlar tarixi nöqteyi-nəzərdən ən ilkin gömmk rüsumlarıdır. 
Fiskal  gömrük  rüsumları  dedikdə  əsas  məqsədi  dövlət  xəzinəsinə  gəlir 
gətiraıək olan gömrük rüsumları başa düşülür. Məsələn, bəzi dövlətlərdə sırf 
dövlətə əlavə gəlir gətirmək üçün bəzi malların (məsələn, çay, kakao və s.) 
üzərinə əlavə ılisum qoyulması buna misal ola bilər. 
Himayədarlıq rüsumları əslində mahiyyət etibarilə xüsusi liisum- lardır. 
Bu  növ  rüsumlar  müasir  dövrdə  iqtisadiyyatda  beynəlxalq  əlaqələrin 
getdikcə  gücləndiyi  dövrdə  öz  tarixi  əhəmiyyətini  itirməyə  başlamışdır. 
Bəzi  müəlliflərin  fikrincə,  himayədarlıq  proteksionizmin  yüngül  forması 
kimi  başa  düşülməli,  himayədarlıq  rüsumları  da  proteksionist  və  ya 
müəllifin təbirincə desək, sonrakı dövrlərdə ifrat proteksionist və qadağan 
rüsumlarının sələfi kimi qəbul edilməlidir.' 
Diferensial rüsumlar ölkə daxilində bu və ya digər regionun inkişafına 
şərait  yaratmaq  məqsədilə  güzəştli  gömrük  rejimlərinin  yaradılması 
nəticəsində tətbiq edilən gömrük rüsumlarıdır. 
'  Mehrəliyev 
1.1., 
Abdülozimov  Ə.V.  Gömrük  fəaliyyətinin  iqtisadiyyatı:  Ali 
məktəblər üçün dərslik. Bakı: Adiloğlu, 2008, s. 77 
99 


OSMƏR OI.IYEVA 
O.B.Bakaeva  tətbiq  olunma  qaydasına  görə  gömrük  rüsumlarının 
aşağıdakı  2  növünü  do  fərqləndirir:  qanuni  və  partikulyar  gömrük 
rüsumları. Birinci növ rüsumlar xarici ticarət əlaqələrinin normal fəaliyyəti 
zamanı tətbiq olunan rüsumlardırsa, ikinci növ rüsumlar bazarda mövsümi 
laxlamalarm mövcudluğu zamanı tətbiq olunan rüsumlardır.' 
Gömrük  rüsumlarının  alınma  faizləri,  miqdarı  nə  AR  GM-də,  nə  də 
«Gömılik  tarifi  haqqında»  AR  qanununda  əks  olunmamışdır.  Həmin 
dərəcələr  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  müvafiq 
qərarına  əsasən  daim  təzələnən  Xarici  iqtisadi  fəaliyyətin  Əmtəə 
Nomenklatıırasına  əsasən  müəyyən  olunur.  Hal-hazırda  Azərbaycan 
Respublikasında  idxal-ixrac  rüsumları  Azərbaycan  Respublikasının 
Nazirlər 
Kabinetinin 
«Azərbaycan 
Respublikasında 
idxal-ixrac 
əməliyyatları üzrə gömrük dərəcələri haqqında» 22 aprel 1998-cü il tarixli 
91 nömrəli qərarı ilə tənzimlənir. 
Beləliklə,  gömrük  rüsumlarına  gömrük  orqanları  tərəfindən  malların 
idxalı  və  ya  ixracı  zamanı  tutulan  ödəniş  kimi  anlayış  verməklə  onun 
aşağıdakı əlamətlərini fərqləndirmək olar: qaytarılmamaq şərtilə yığılması; 
fərdi  xarakter  daşıması;  abstrakt  olması.  Məhz  bu  əlamətlər  baxımından 
onun hüquqi təbiətinə görə vergi təbiətli olmasını göstərmək olar. Hüquqi 
kateqoriya  kimi  gömrük  rüsumlarının  fiskal,  qoruyucu  və  balanslaşdırıcı 
funksiyalarını forqlondimək olar. 
2.3.
 
Gömrük ödomobrinin digər növləri 
Gömrük  ödənişlərinin  növbəti  növü  kimi  vergilər  çıxış  edir. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, iki növ vergi- Əlavə 
dəyər vergisi və aksiz vergisi üçün vergitutma obyektlərindən 
' Таможенное право: Учебник / Иод рсд. О.Ю.Бакаева. М.: Норма, 2009, с. 301 
100 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə