Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

OS.MƏR Əl.IYKVA 
-
 
Azərbaycan 
Respublikası 
Mərkəzi 
Bankının 
aktivlərində 
yerləşdirilməsi  üçün  nəzərdə  tutulan  qızılın,  habelə  valyuta  sərvətlərinin, 
xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley 
sikkələrinin və bu qəbildən olan digər qiymətlilərin idxalı; 
-
 
Azərbaycan Respublikası Mərkəzi Bankının qanunvericiliklə nəzərdə 
tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı.' 
Bu  maddənin  təhlili  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  dövlət 
sifarişi ilə əlaqədar malların idxalı ƏDV-dən azad olunur. Bu isə tamamilə 
məntiqə  uyğundur,  çünki  tutulan  vergi  onsuz  da  son  nəticədə  dövlət 
büdcəsinə köçürülür. 
Bundan  başqa,  müəyyən  növ  malların  Azərbaycan  Respublikası 
ərazisinə  gətirilməsi  zamanı  onlardan  ƏDV  tutulmur.  Həmin  malların 
siyahısı  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 
müəyyənləşdirilir. 
ƏDV-dən  güzəştlərin  digər  bir  növü  verginin  «0»  dərəcə  ilə 
tutulmasıdır.  Bunun  mahiyyəti  ondan  ibarətdir  ki,  vergitutma  obyektində 
ƏDV adi qaydada alınır, sonradan qanunvericilikdə «0» dərəcə ilə alınması 
nəzərdə  tutulan  halların  olması  sübuta  yetirilərsə  qanunla  müəyyən 
olunmuş  müddətdə  və  qaydada  vergi  ödəyicisinə  geri  qaytarılır.  Vergini 
əvvəlcədən  almaqla  isə  dövlət  özünü  sığorta  etmiş  olur,  əgər  mallar 
istehsalat binasından çıxarıldıqdan və ya dövlət ərazisinə idxal edildikdən 
sonra təyinatına uyğun olaraq istifadə edilməzsə, tutulan verginin məbləği 
ona qaytarılmır. 
AR VM-nin 165-ci maddəsi «0» dərəcə ilə vergi tutulan əməliyyatların, 
mal və xidmətlərin siyahısını sadalayır: 
-
 
Azərbaycan  Respublikasında  akkreditə  edilmiş  beynəlxalq 
təşkilatların 
və 
xarici 
ölkələrin 
diplomatik 
və 
konsulluq 
nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin mü- 
' Azərbaycan Respublikasının Vergi Mocolbsi. Bakı: Hüquq odobiyyatı, 2009, 
s. 371-375 
107 


ƏSMƏR ƏUYEVA 
vafiq  statuslu  Azərbaycan Respublikasının  vətəndaşı olmayan  diplomatik 
və inzibati-texniki işçilərinin, o cümlədən onlarda yaşayan ailə üzvlərinin 
şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər
Bu  nonua,  1961-ci  il  Diplomatik  münasibətlər  haqqında  Vyana 
Konvensiyasında öz əksini tapmışdır və ona qoşulan üzv-dövlətlər onu öz 
milli vergi qanunvericiliklərinə daxil etmək öhdəliyi götürürlər.' 
-
 
xaricdən  alınan  əvəzsiz  maliyyə  yardımları  (qrantlar)  hesabına 
malların  idxalı,  qrant  üzrə  resipiyentlərə  (qrant  alan)  malların  təqdim 
edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi
-
 
malların və məeəllədə göstərilən xidmətlərin ixraeı; 
Malların ixraeı əksər ƏDV tətbiq edən dövlətlərdə «0» dərəeə ilə 
vergiyə cəlb olunan əməliyyatlar siyahısındadır. Bunun mahiyyəti aşağıdakı 
kimidir:  ölkə  ərazisində  istənilən  topdan  və  ya  pərakəndə  satış 
müəssisələrindən mal alqışını həyata keçirən hüquqi və ya fiziki şəxs, mah 
istehlak  etmədən  ölkə  ərazisindən  çıxararsa,  sərhəddə  gömrük 
məntəqələrində  onun  alarkən  ödəmiş  olduğu  ƏDV  geri  qaytarılır.  Bu, 
beynəlxalq  təcrübədə  «tax  free»  əməliyyatı  kimi  tanınır  (tax  frcc-ingilis 
dilindən təcrübədə «vergidən azad» mənasını verir). Bununla bağlı əsas şərt 
ondan  ibarətdir  ki,  alqı-satqı  zamanı  malın  ölkə  ərazisindən  istehlak 
olunmadan  çıxarılaeağı  barədə  sənəd-  tax  free  sənədi  tərtib  edilmiş 
olmalıdır.  Gömrük  məntəqələrində  ödənilən  vergi  bu  sənəd  əsasında  geri 
qaytarılır. 
-
 
165.1.4.  beynəlxalq  poçt  xidmətləri  istisna  olmaqla,  beynəlxalq  və 
tranzit yük və sərnişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə 
bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi.^ 
' Hüseynov L.11. Bcynolxalq hüquq. Dorslik. Bakı: Hüquq odobiyyatı, 2004, s. 162 ^ 
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2009, s. 375-377 
108 


ƏSMƏR ƏUYKVA 
ƏDV-nin  «0»  ib  alınmasının  mexanizmi  Azərbaycan  Respublikası 
Vergilər  Nazirliyinin  10  oktyabr  2001-ci  il  tarixli  «Əlavə  dəyər  vergisi 
ödəyicilərinin  qeydiyyatı,  ƏDV-nin  hesablanması  və  alınmasına  dair» 
metodik  göstərişləri  ilə  tənzimlənir.  1  ləmin  göstərişlərə  əsasən,  malları 
idxal  edən  şəxslər  qeydiyyatda  olduğu  vergi  orqanına  qanunvericiliklə 
müəyyən  edilən  «0»  dərəcədə  vergiyə  cəlb  olunmadığını  əsaslandıran 
sənədləri  təqdim  etdikdən  sonra  həmin  mallara  görə  alınmış  ƏDV-nin 
məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən geri qaytarılır. AR 
VM-nin  179-cu  maddəsinə  əsasən  isə  dövriyyəsinin  ən  azı  50  faizi  sıfır 
dərəcə ilə vergiyə cəlb olunan vergi ödəyicisinə verginin artıq hissəsi vergi 
və ya gömrük orqanları tərəfindən 45 gün ərzində, digər ödəyicilərə isə 3 ay 
ərzində qaytarılır.' 
Qeyd edək ki, AR VM-nin 164.2-ci maddəsində düzünə göstəriş vardır 
ki,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  konkret  sahənin  inkişafını 
təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli 
xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və 
müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə 
bilər.  Bu  müddəaya  əsaslanaraq  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 nömrəli qərarı ilə «Azərbaycan 
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olan malların 
siyahısı»  və  «Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  əlavə  dəyər 
vergisindən  azad  olunan  digər  malların  siyahısı»  təsbit  edilmişdir. 
Fikrimizcə, bu məsələ ilə bağlı qanunvericilikdə ziddiyyətli məqam vardır. 
Belə ki, vergi hüququna və AR VM-nə əsasən, vergilərin müəyyən edilməsi, 
dəyişdilinnəsi, ləğv edilməsi yalnız vergi qanunu vasitəsilə həyata keçirilə 
bilər. Bundan başqa, AR VM-də ƏDV- 
' Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2009, 
s. 405 
109 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə