Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə37/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

ƏSMƏR ƏLIYKVA 
fıkrinco, aksizo ilk dəfo Qodim Romada rast golinir.' Əlbotto, o dövrbrdoki 
ödomolor  fonnaca  hazırkı  dövrdəki  aksizdon  fərqlənsələr  də,  mahiyyət 
etibarilə  eyni  xarakterlərə  malikdirlər.  Məsələn,  xalq  tribunları  Tiberi  və 
Qay  Qrakxın  dövründə  (e.ə.161-133  və  153-121-  ei  illər)  şəxsi  istehlak 
məqsədli olmayan malların Romaya dəniz vasitəsilə gətirilməsi və qulların 
azadlığa buraxılması üçün dövlət xəzinəsinə vergi verilirdi ki, müəllinərin 
fikrincə  bu,  aksiz  vergisinin  ilkin  forması  idi.^  Qədim  Misirdə  e.ə.II 
minillikdə  pivənin  satışından  vergi  tutulurdu.  Bazar  münasibətlərinin 
inkişaf  etməsi  ilə  aksiz  vergisi  öz  əhəmiyyətini  artırmağa  başladı.  Aksiz 
vergisi  bir  qayda  olaraq  yüksək  tələbatlı  istehlak  mallarının  üzərinə 
qoyulmağa  başlandı  ki,  bu  da  bu  verginin  fiskal  əhəmiyyətini  artırdı. 
Məsələn,  1341-ci  ildən  duza,  bir  qədər  sonra  isə  şərab  və  arağa  da  aksiz 
tətbiq  olunmağa  başlandı.  Aksiz  vergisinin  şərq  ölkələrində  də  mövcud 
olduğu  göstərilir.  Buna  nümunə  olaraq,  qədim  Çində  duza  görə  verginin 
tətbiq edildiyi göstərilir.^ 
1930-cu  ildə  vergi  islahatları  nəticəsində  SSRİ-də  aksiz  vergisi  ləğv 
olundu. Müstəqillik əldə etdikdən sonra isə bütün postsovet ölkələrində bu 
vergi  yenidən  tətbiq  olunmağa  başlandı.  Azərbaycanda  aksiz  vergisi  31 
dekabr  1991-ci  il  tarixli  «Aksizlər  haqqında»  AR  qanunu  ilə  tətbiq 
olunmağa  başlanmışdır.  Hazırkı  dövrdə  bu  verginin  alınması  AR  VM  ilə 
tənzimlənir. Əvvəlki, yəni 1991-ci il tarixli qanuna əsasən aksizli malların 
siyahısı  və  dərəcələri  hər  il  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 
tərəfindən təsdiq olunurdu. 2001-ci il yanvarın 1-dən isə AR-nın yeni Vergi 
Məcəlləsinin qüvvəyə minməsi ilə bu malların siyahısı qəti şəkildə həmin 
məcəllə ilə müəyyən edildi. 
' Финансы: Учебник / Под ред. В.В. Коиалсва. М 
'■ Финансы: Учебник / Под рсд. В.15. Коналсиа. М 
Финансы: Учебник / Под рсд. В.В. Ковалева. М 
113 

IpocncKT, 
2006, с. 117 1 
IpocncKT, 
2006.  с.  118 
Проспект, 2006 


ƏSMOR
 ƏLIYEVA
 
Müasir dövrdo aksizli vergilərin siyahısı hər bir dövlətdə müxtəlifdir. 
Bu,  ilk  öncə  dövlətin  rəhbər  tutduğu  vergi  siyasətindən,  ölkənin 
tarixi-ənənəvi  dəyərlərindən  və  əsasən  bu  və  ya  digər  dövlətin  iqtisadi 
cəhətdən inkişaf səviyyəsindən asılıdır. Məsələn, ABŞ-da qumar oyunları 
oynadılan  obyektlərin  fəaliyyətinə,  bəzi  av-  ropa  dövlətlərində  zinət 
əşyalarına,  bəzilərində  xəz  məhsullarına  ak-  siz  vergisi  tətbiq  olunur. 
Aksizli  malların  siyahısını  tərtib  etmək  isə  hər  bir  dövlətin  suveren 
hüququdur. Lakin burada ümumi qəbul edilmiş norma ondan ibarətdir ki, 
geniş istehlak mallarına aksiz qoyulması yolverilməzdir. Təsadüfi deyil ki, 
bəzən aksizə (ABŞ-da) «günaha qoyulan», yaxud «varlıların ödədiyi» vergi 
də  deyirlər.'  Hər  bir  halda  dövlət  bu  siyahını  tərtib  edərkən  elə  mallar 
seçməlidir ki, onsuz yaşamaq mümkün olsun və yaxud onun tətbiqi hansısa 
ictimai  marağa  xidmət  etmiş  olsun  (məsələn,  spirtli  içkilərə  və  ya  tütün 
məhsullarına aksiz vergisinin qoyulması onların qiymətlərinin qalxmasına 
səbəb olur). 
AR  VM-nin  XII  fəsli  aksiz  vergisinə  həsr  olunmuşdur.  Həmin 
məcəllənin  190-cü  maddəsində  aksizli  malların  siyahısı  aşağıdakı  kimi 
göstərilir: 
-
 
spirt, pivə və spirtli içkilərin bütün növləri
-
 
tütün məhsulları; 
-
 
neft məhsulları; 
-
 
minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş 
xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); 
-
 
istirahət və idman üçün nəzərdə tutulmuş yaxtalar.^ 
Aksiz də ƏDV kimi həm ölkə ərazisində istehsal olunmuş mallardan, 
həm də idxal olunmuş mallardan alman vergidir. AR VM- 
' Финансы: Учебник / Под ред. В.В. Когшлена. М.: Проспект, 2006, с. 118-119 " 
Azərbaycan Respublikasının Vergi Mocollosi. Bakı: Hüquq ədəbiyyatı, 2009, s. 91 
114 


ƏSİVIv^R 
ƏLIYEVA
 
nin  182.2-ci  maddəsindo  göstorilir  ki,  Azorbaycan  Respublikasının 
ərazisindo istehsal edilən, yaxud idxal olunan mallardan, vergidən azad olan 
mallar  istisna  olunmaqla  aksiz  tutulur.'  İdxal  malları  üçün  Azərbayean 
Respublikasının Vergi Məeəlləsinə uyğun olaraq ak- sizli malların gömrük 
xidmətinin  nəzarətindən  çıxması  vergitutma  obyekti  hesab  olunur.  AR 
VM-nin  185.2-ei  maddəsinə  əsasən  idxal  malları  üçün  vergi  tutulan 
əməliyyatların  məbləği  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə 
uyğun  olaraq  müəyyən  edilən,  lakin  topdansatış  bazar  qiymətindən  aşağı 
olmayan malların gömrük dəyəridir.^ AR VM-nin 191.3-cü maddəsində isə 
göstərilir ki, aksizli mallar idxal edildikdə aksiz gömrük orqanları tərəfindən 
gömrük rüsumlarının tutulduğu qaydada tutulur.^ 
Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən alınan 
vergilərdən  biri  də  yol  vergisidir.  AR  GM-nin  230-cu  maddəsinə  uyğun 
olaraq  xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrindən  yol  vergisinin 
tutulması  həmin  avtonəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının 
gömrük  ərazisinə  daxil  olan  zaman  məcəlləyə  və  vergi  qanunvericiliyinə 
uyğun həyata keçirilir. 
Yol  vergisi  haqqında  müddəalar  AR  VM-nin  XV  fəslində  təsbit 
olunmuşdur.  Həmin  məcəllənin  210-cu  maddəsinə  görə  Azərbaycan 
Respublikasına  daxil  olan  xarici  dövlətlərin,  habelə  Azərbaycan 
Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan 
avtonəqliyyat  vasitələri  vergitutma  obyektidir.''AR  VM-nin  212-  ci 
maddəsinə görə xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini 
həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikası- 
' Azorbaycan Respublikasının Vergi Mocollosi. Bakı: Hüquq odobiyyaü, 2009, s. 93 ^ 
Azərbaycan Respublikasının Vergi Mocollosi. Bakı: t-lüquq odobiyyatı, 2009, s. 95 ^ 
Azorbaycan  Respublikasının  Vergi  Mocollosi.  Bakı:  Hüquq  odobiyyatı,  2009,  s.  417 
Azorbaycan Respublikasının Vergi Mocollosi. Bakı: Hüquq odobiyyatı, 2009, s. 97 
115 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə