Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

ƏSMƏR ƏLİYF.VA 
hocmindo  ailo  üçün  zomri  olan  nıoişot  əşyalarını  özləri  ilə  gömrük 
sərhədindən keçirərək, gömrük orqanlarına bəyan elməklə, müşayiət olunan 
baqajla və ya müşayiət olunmayan baqajla gətirildikdə (apa- rıldıqda); 
-
 
Zəruri ehtiyaelarm ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına 
əməl etməklə, müvəqqəti olaraq gətirildikdə (aparıldıqda); 
-
 
Açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş malları (gətirilməsi və 
aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirildikdə.' 
Beləliklə, gömrük hüquq nəzəriyyəsi baxımından gömrük yığımlarına 
aşağıdakı  kimi  anlayış  vermək  olar:  gömrük  yığımları  gömrük 
rəsmiləşdirilməsinə  görə  gömilik  orqanları  tərəfindən  tutularaq  büdcəyə 
köçürülən məcburi ödənişlərdir. 
«Gömrük tarifi haqqında» AR qanununa əsasən gömrük ödənişlərinin 
digər  növü  haqlardır.  Bu  da  gömrük  qanunvericiliyində  yol  verilən  çoxlu 
boşluqlardan  biridir.  Əgər  gömrük  yığımlarına  hüquq  nəzəriyyəsi 
nöqteyi-nəzərindən yanaşaraq müəyyən mənada aydınlıq gətirmək mümkün 
idisə, gömrük ödənişlərinin bir növü kimi  «haqq» anlayışına tərif vermək 
nəzəriyyəçilər üçün həddindən artıq çətindir. Bütövlükdə, qanunverici hansı 
meyarlara  əsasən  gömrük  orqanları  tərəfindən  göstərilən  bu  və  ya  digər 
xidmətin  əvəzi  kimi  müəyyən  etdiyi  ödənişlərin  bəzilərinin  rüsum, 
bəzilərinin  yığım,  bəzilərinin  isə  haqq  olaraq  təqdim  etməsini 
müəyyənləşdirə bilmir. Ümumiyyəflə «haqq» dedikdə, qanunvericinin nəyi 
nəzərdə tutması qeyri-müəyyən olaraq qalır. Hər bir halda, qanuna əsasən 
gömrük  rəsmiləşdirilməsi  zamanı  ödənilən  haqlar  dedikdə  əvvəlki 
məcəllədən fərqli olaraq yalnız bir ödəməni - gömrük auksionlarında iştirak 
etməyə görə haqqı nəzərdə tutur. 
'  Gömrük tarifi. Qanunvericilik toplusu/Tortib cdon A.Əliyev. Bakı:  Qanun, 2009, s. 
15-23 
119 


ƏSMƏR
 ƏLIYP
:
VA
 
Növbəti gömrük ödənişi kimi dövlət rüsümu çıxış edir. Qanunvericiliyə 
əsasən,  gömrük  rəsmiləşdirilməsi  zamanı  alman  dövlət  rüsumu  dedikdə 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  bəzi  fəaliyyət  növlərinə 
lisenziyaların verilməsinə görə və beynəlxalq avtomobil daşımalarını yerinə 
yetirən  nəqliyyat  vasitələrinə  sərhəddə  «İcazə  blankları»mm  verilməsinə 
görə alınan rüsumlar başa düşülür. «Dövlət rüsumu haqqında» Azərbaycan 
Respublikasının  28  dekabr  2001-ci  il  tarixli  Qanununun  1-ci  maddəsində 
dövlət rüsumuna belə bir anlayış verilir: «Dövlət rüsumu dövlət orqanları 
tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi 
nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə 
(sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır 
(ödənişdir)».' 
Qeyd edək ki, qanunvericilikdə, gömrük ödəmələrinin siyahısını «digər 
gömrük ödənişləri» termini tamamlayır. Bu, o nəticəyə gəlməyə əsas verir 
ki,  qanunverici  ödəmələrin  siyahısını  məhdudlaşdırmır,  Azərbaycan 
Respublikasının Dövlət Gömrük Komitəsinə və digər səlahiyyətli orqana öz 
səlahiyyətləri  çərçivəsində  gömrük  rəsmiləşdirilməsi  zamanı  əlavə 
ödənişlər  müəyyən  etmək  hüququ  verir.  Bu  isə,  hər  şeydən  əvvəl 
sahibkarların mənafeyinə ziyan vurur və qeyri-müəyyənliyə səbəb olur. 
Beləliklə,  gömrük  ödəmələrinin  digər  növləri  olan  vergilər  və  sair 
gömrük  ödəmələrini  tədqiq  edərək  belə  bir  nəticəyə  gəldik  ki,  dövlət 
büdcəsində payı kifayət qədər çox olan idxalda ƏDV, aksiz və yol vergisi 
gömrük  ödəmələri içərisində  gömrük  rüsumlarından heç  də  az əhəmiyyət 
daşımır. Filcı-imizcə, dövlətimiz dünyaya və Avropa Birliyinə inteqrasiya 
çərçivəsində gömrükdə ödənilən ödəmələrin unifıkasiya edilməsi məqsədilə 
ƏDV-nin dərəcəsinin əksər Avropa 
' «Dövbt rüsumu haqqında» Azorbaycan Respublikasının Qanunu / Dövlol maliyyosi 
haqqında normativ-hüquqi aktlar toplusu. Bakı: Qanun, 2010 
120 


ƏSMƏK ƏUYEVA 
Birliyi  ölkolorindo  olduğu  kimi  18%-don  17%-o  endirilməsi  daha 
məqsodəmüvafıq  olardı.  Ölkoyo  idxal  olunan  mobil telefonların  da aksiz 
vergisinə cəlb edilməsi ölkənin fıskal maraqları baxımından kifayət qədər 
müsbət  səmərə  verə  bilər.  Digər  gömrük  ödəmələrinə  gəldikdə  isə 
fıkrimizeə,  qanunverici  həmin  ödəmələrin  hər  birinin  dəqiq  anlayışını 
veıiTiəli,  digər  ödəmələrdən  fərqləndirən  spesifik  xüsusiyyətlərini  aydın 
şəkildə əks etdirməlidir. 
121 


III
 FƏSIL
 
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK-TARİF 
SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏIÜNİN HÜQUQİ 
TƏNZİMLƏNMƏSİ 
3.1. Dövlətin gömrük-tarif fəaliyyəti üzərində nəzarətinin 
gücləndirilməsi üsulları 
Artıq qeyd edildiyi kimi dövlətin gömrük fəaliyyəti istər onun xarici 
ticarət əlaqələrinin, istərsə də daxili iqtisadiyyatının tənzimlənməsində ən 
əhəmiyyətli təsir vasitələrindən biridir. Odur ki, gömrük siyasətinin düzgün 
qurulması,  dövlətin  gömrük-tarif  fəaliyyətinin  hüquqi  və  siyasi  mənada 
düzgün tənzimlənməsi istənilən dövlət üçün ən vacib məsələlərdən biridir. 
Bu paraqraf çərçivəsində gömrük siyasətinin nə olması, onun istiqamətləri
ölkəmizdə  gömrük  siyasətinin  inkişaf  perspektivləri  və  qüsurları  barədə 
araşdırmalar apamrağa çalışacağıq. 
İlk  öncə  qeyd  etmək  lazımdır  ki,  gömrük  siyasəti  bəlkə  də  yeganə 
istiqamətdir ki, onu dövlətin daxili və ya xarici siyasətinin tərkib hissəsinə 
aid  etmək  mümkün  deyil.  Gömrük  fəaliyyəti  xarici  siyasətin  ayrılmaz 
tərkib  hissəsidir,  çünki  onun  vasitəsilə  dövlət  xarici  iqtisadi  əlaqələrini 
istədiyi  kimi  istiqamətləndirir.  Gömi'ük  fəaliyyəti  daxili  siyasətin  tərkib 
hissəsidir, çünki dövlət onunla daxili bazarını, iqtisadiyyatını tənzimləyir. 
122 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə