Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   2   3   4   5   6   7   8   9   ...   59

OSMOR OI.IYEVA 
dakılar göslorilir: ölkonin orazisindon bcynolxalq ticarət yollarının keçməsi 
daxili  və  xarici  ticarətin  inkişafına,  şəhərsalma  işinə  müsbət  təsir  edirdi. 
Ellin  dövlətini  birləşdirən  mühüm  ticarət  yolları  Atro-  paten  ərazisindən 
keçirdi.  Baktriya  (Orta  Asiya),  Hindistan  və  Çin  malları  P.kbatan  (indiki 
İran-İraq  sərhədindəki  ərazi)  şəhərinə,  ordan  Qazakaya  (indiki  Urmiya 
ətrafı)  gətirilir,  buradan  isə  Pont  (Qara)  dənizinə,  Kiçik  Asiya  vasitəsilə 
Aralıq dənizinə aparılırdı. Ekbatan- dan Qazakaya gələn ticarət yolunun bir 
şaxəsi Kaspi sahili ilə Alban ölkəsinə, ordan quzeyə doğru gedirdi. Müəllif 
Strabona  istinadən  qeyd  edir  ki,  bu  yolla  dəvə  karvanları  Hindistan  və 
Babilistan malları daşıyırdı.' 
l.
 
hə. 111 əsrin ortalarında yaranan Alban dövlətində də xarici ticarət 
əlaqələri  sürətlə  inkişaf  edirdi.  Tarixi  mənbələrdə  deyilir  ki,  İskəndərin 
yürüşündən  sonra  bu  ərazidə  beynəlxalq  ticarət  əlaqələri  görünməmiş 
ölçüdə  genişlənərək  dünyəvi  miqyas  almışdır.  Alban  ərazisindən  keçən 
beynəlxalq  ticarət  yollarından  biri  Xəzər  dənizi  sahili  boyunca  şimalla 
cənubu birləşdirirdi.'^- 
IX-X əsrlərdə Azərbaycan ərazisində ayrı-ayrı sülalələrin hakimiyyəti 
dövründə tətbiq olunan vergilərdən biri də «onda bir» vergisi idi. Amma bu, 
ərəb  dövlətindəki  onda  bir  vergisindən  fərqli  xarakter  daşıyırdı.  Belə  ki, 
mənbələrə  əsasən  həmin  dövrlərdə  Xəzər  sahillərində  ticarətlə  məşğul 
olmaq istəyən şəxslər Xəzər xaqanına «onda bir» vergisi verməli idilər. Bu 
da müasir dövrdəki gömrük rüsumlarına daha yaxın bir ödəmə növü idi.-’ 
' Azərbaycan larixi: uzaq keçmişdən 1870-ci illərə qədər / S.Əliyarlının redaktəsi ilə. 
Bakı; Bakı Universiletinin nəşriyyatı, 1996, s. 80 
Azərbaycan larixi: uzaq keçmişdən 1870-ci illərə qədər / S.Əliyarlının redaktəsi ilə. 
Bakı: Bakı Universitetinin nəşriyyatı, 1996, s. 99 
■’ Azərbaycan tarixi: uzaq keçmişdən 1870-ci illərə qədər / S.Əliyarlının redaktəsi ilə. 
Bakı: Bakı Universitetinin nəşriyyatı, 1996, s. 211 
14 


OSMƏR
 ƏLIYEVA
 
Gömrük  işinin  tarixindən  danışarkən  Qazan  xanın  islahatlarının  adını 
çəkməmək  olmaz.  Məlumdur  ki,  Ilülakülər  dövlətini  iqtisadi  və  siyasi 
böhrandan  qurtarmaq  üçün  Qazan  xan  öz  adı  ilə  tarixdə  qalan  ciddi 
islahatlar  apardı.  Bu  islahatlardan  biri  də  iqtisadi  və  ticarət  sahəsindəki 
islahatlar idi. Qazan xan bütün əsas yollarda hər 3 fərsəxdən bir (21 km) 
rabitə dayanacaqları-«yamlar» yaradılması barədə fərman verdi. Bu yanılar 
əslində müasir dövrdəki gömrük  məntəqələrinin bəsit fomıası idi. Hər bir 
yama  rəhbər  kimi  əmir  təyin  olunur  və  lazımi  qədər  qulluqçu  və  atlarla 
təmin  olunurdular.  Mühüm  dövlət  sənədləri  və  məktublar  bir  yamdan 
digərinə  ötürülməklə  ünvana  çatdırılırdı.  Hər  bir  clçi-müsafır  həmin  yam 
xidmətlərindən istifadə edərək lazımi məntəqəyə getməli idi.' 
Lakin  tarixçilər  monqol  əsarəti  dövrünü  bütün  sahələrdə  olduğu  kimi 
ticarət  sahəsində  də  tənəzzül  kimi  qiymətləndirirlər.  Sənətkarlıq  və 
ticarətdən  yığılan  tamğa  vergisi  bu  sahələrin  inkişafının  dayanmasına, 
faktiki  olaraq  tənəzzülünə  gətirib  çıxardı.  Yalnız  XV  əsrdə  Səlbvilər 
dövlətinin başçısı Uzun Həsənin dövıündə ölkə iqtisadiyyatı inkişaf edərək 
yenidən  güclənməyə  başlandı.  Onun  dövründə  ilk  vergi  məeəlləsi  olan 
qanunnamə hazırlandı. Bu qanun vergi və mükəlləfiyyətləri müəyyən edən, 
vergiləri  toplamaq  qaydasını  tənzimləyən,  mükəlləfiyyətlərin  icrasında 
qayda  yaradan  bir  akt  idi.  «Qanunnamə»  təkcə  Ağqoyunlular  dövlətində 
deyil,  bir  sıra  Şərq  ölkələrində  də  vergilərin  nizamlanması  işində  istifadə 
olunurdu.“ 
Gömrük  işinin  tarixindən  danışanda  Səfəvi  hökmdarı  I  Təhmasibin 
sənətkarlığı  və  tiearəti  inkişaf  etdirmək  üçün  1565-ei  ildə  vilayətlərdən 
alınan  tamğa  vergisini  ləğv  etməsi  barədə  verdiyi  fənnam  da  qeyd  etmək 
lazımdır.^ Bu, Azərbayeanın gömrük işi 
' Azərbaycan tarixi: Dorslik/Z.M.Bunyadovun və Y.B.Yusifovun redaktəsi ilə: Bakı: 
Azərnəşr, 1994, s. 343 
^ Mahmud İsmayıl. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1993, s. 148 ^ Mehrəliyev İ.I., 
Abdüləzimov Ə.V. Gömrük fəaliyyətinin iqtisadiyyatı: Ali məktəblər üçün dərslik. 
Bakı: Adiloğlu, 2008, s. 7 
15 


ƏSMOR
 ƏLIYEVA
 
tarixində çox əhəmiyyətli addımlardan biri idi. Belə ki, monqol istilasından 
sonra bu ərazidə tətbiq olunan tamğa vergisi xariei tiearət əlaqələrinə çox 
mənfi təsir edirdi. 
'l'ədqiqatçı  alim  N.Ii.  Cəfərli  Səfəvilər  dövlətinin  maliyyə  və  vergi 
sistemini  tədqiq  edərək  göstərir  ki,  Səfəvilər  kimi  böyük  bir  dövlətin 
ordusunun, şah sarayının, ölkənin müdafiəsi ilə məşğul olan ordunun maddi 
təminatı  külli  miqdarda  vəsait tələb  edirdi.  Bu  vəsaitin  əsas  hissəsi  məhz 
dövlətə və şaha məxsus toıqəaqlar- dan vergilər və digər rüsumlar şəklində 
toplanırdı.' Göründüyü kimi faktiki olaraq, Səfəvilər kimi nəhəng dövlətin 
büdeəsinin  formalaşmasında  vergilərlə  yanaşı  rüsumlar,  o  cümlədən, 
gömrük rüsumları əvəzsiz rol oynamışdır. 
Azərbaycan  XVIII  əsrin  sonu,  XIX  əsrin  əvvəllərinədək  gömmk  və 
vergi  siyasəti  müstəqil  olaraq  aparırdı.  Vergi  və  rüsumların  yığılması 
vəzifəcə  naibin  səlahiyyətlərinə  daxil  idi.  Lakin  Gülüstan  və  lurkmənçay 
müqavilələrindən sonra Azərbaycanda digər sahələrdə olduğu kimi gömrük 
sahəsində də Rusiya imperiyasının qanunları qüvvəyə mindi. 
Həmin dövrdə Rusiyada 1753-cü il tarifləri, daha sonra onu əvəz edən 
I822-Cİ ilTarifsənədi qüvvədə idi. Rus tədqiqatçıları 1822-ci ildən 1842-ci 
ilədək olan dövrü gömrük siyasətində «sərt mühafizə» dövrü adlandırırlar. 
K.ıM.  Lodijcnskiy  qeyd  edir  ki,  1841-ci  il  tarifi  dərc  olunanadək  ölkə 
ərazisinə  gətirilən  mallara  münasibətdə  aşağıdakı  mövqe  gözlənilirdi: 
xaricdən gətirilən mallara münasibətdə tətbiq edilən gömrük rüsumlarının 
dərəcəsi  elə  həddə  müəyyən  olunmalıdır  ki,  bu  malların  ölkə  bazarına 
buraxılması  milli  istehsalçıların  ziyanına  olmasın.  Bu  mövqe  hətta  ölkə 
ərazisində istehsal olun- 
'  Coforli  N.H.  Sofnvibrin  dövlol  quruluşunda  maliyyo  vo  vergi  sistemi  //Azərbaycan 
Milli  Elmlər  Akacmiyasının  xəbərləri.  Tarix,  fəlsəfə  və  hüquq  seriyası.  Bakı:  Elm, 
2001, 
J
Y
E
3,,
S
.
 
Ş6 
16 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə