Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə41/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

ƏwSMƏR 
ƏLIYEVA
 
primitiv  formada  da  olsa,  dövlolin  gömrük  fəaliyyətini  təsdiq  edən 
sənədlərə  rast  gəlmək  mümkündür.  Lakin  kapitalist münasibətləri inkişaf 
etdikcə  gömrük  işinin  həyala  keçirilməsi  artıq  kortəbii  deyil,  konkret 
istiqamətdə və prinsiplərlə həyata keçirilməyə başlandı. Bu /aman konkret 
dövlətin  maraqlarından  asılı  olaraq  gömrük  işində  iki  əsas 
konsepsiya-proteksioni/m  (himayədarlıq)  və  a/ad  ticarət  (frit-  rcdizm) 
konsepsiyaları  formalaşdı.  Gömrük  proteksionizmi  sırf  kapitalist 
münasibətlərinin,  xüsusilə  də  manufakturaların  yaranması  ilə  bağlı  idi. 
Dövlət  büdcəsi  milli  istehsalın  hesabına  gəlir  əldə  etməyə  başladı.  Onu 
xarici rəqabətdən qorumaq və inkişaf etdirmək, dövlətin qarşısında duran 
əsas məsələlərdən birinə çevrildi. Proteksionizm bu mənada dövlətin həmin 
sahədə ən güclü silahına çevrildi. 
Proteksionizm - dövlətin iqtisadi təhlükəsizliyini təmin etməyə yönələn 
iqtisadi  siyasət  istiqamətlərindən  biridir.  Ümumiyyətlə,  iqtisadiyyatda 
proteksionizm  sözü  iki  mənada  başa  düşülür:  dar  və  geniş  mənada.  Dar 
mənada  proteksionizm  dedikdə,  xarici  mənşəli  malların  daxili  bazara 
buraxılmasının  qarşısının  alınması  və  ya  məhdudlaşdırılması  məqsədilə 
həyata  keçirilən  gömrük  siyasəti  başa  düşülür.  Geniş  mənada  isə 
proteksionizm milli istehsalçıların maraqlarının qomnması, həmçinin milli 
istehsalın  genişləndirilməsi  və  stimullaşdırılması  istiqamətində  həyata 
keçirilən tədbirlər sistemi kimi xarakterizə olunur.’ Müasir dövrdə gömrük 
proteksionizmi  çoxməqsədli  xarakter  daşıyır.  Bir  tərəfdən  o,  milli 
iqtisadiyyatı qərəzli və qərəzsiz mənfi təsirlərdən qoruyur. T.N.Troşkinanm 
fikrincə,  proteksionizm  gömrük  fəaliyyətinin  «yatan»  funksiyası  rolunu 
oynayır. O, istənilən vaxt oyanmağa və dövlətin iqtisadi müstəqilliyini və 
qüdrətini təhlükə altına alan faktorlarla mübarizə aparmağa hazırdır. Digər 
tərəfdən bu, öz əksini qüvvədə olan göm 
‘ Трошкина T.Il. Таможенные платежи: Учебно-практическое поеобие. M.: 
Городец, 2007 
126 


ƏSMƏR ƏLİYEVA 
rük qanunvericiliyində tapır və ictimai münasibətlərin xüsusi bir növü kimi 
proteksionizm,  dünya  iqtisadiyyatına  inteqrasiya  və  beynəlxalq  iqtisadi 
münasibətlərin iştirakçısı olmaq istiqamətində mühüm vasitəçiyə çevrilir.’ 
Artıq qeyd edildiyi kimi proteksionizm milli iqtisadiyyatın kənar mənfi 
amillərdən qorunmasına yönələn tədbirlər sistemidir. Bununla bağlı belə bir 
sual  yaranır;  bu  faktorlar  hansılardır,  milli  iqtisadiyyatın  inkişafına  mənfi 
təsir  göstərən  faktorlar  dedikdə  nə  başa  düşülür?  Həmin  amillər  iki  yerə 
bölünür:  ekzogen  (xarici)  və  endogen  (daxili)  faktorlar.  Ekzogen  amillər 
dünya əmtəə bazarlarında, beynəlxalq valyuta-maliyyə sistemində və ümumi 
olaraq beynəlxalq iqtisadı münasibətlərdə böhranlı vəziyyətlə bağlı yarana 
bilər.  Göstərilən  hallarda  proteksionizm  özünü  əlavə  idxal  rüsumları, 
gömrük  tarifinin  maksimal  dərəcəsi,  antidempinq  və  kompensasiya 
rüsumlarını tətbiq etməkdə göstərir. 
Endogen  amillər  dövlətdaxili  amillər  kimi  çıxış  edirlər.  Belə  hallarla 
mübarizədə dövlət əsasən ixrac rüsumlarından istifadə edir. Təsadüfi deyil 
ki,  ixrae  rüsumlarını  sosial  rüsumlar  adlandırırlar,  bu  rüsumlar  inkişaf 
etməkdə olan dövlətlərdə daxili bazarlarda daha çox ehtiyae olan və qıtlıq 
təhlükəsi  olan  malların  üzərinə  qoyulmaqla,  bu  malların  ixracının 
azalmasına  xidmət  edir.  İxrac  rüsumlarının  çox  olması  dövlətə  başqa 
tərəfdən  də  gəlir  gətirir.  Xammalın  üzərinə  qoyulan  ixrac  msumları  ucuz 
materialın  ölkədən  çıxarılmasının  qarşısını  alır  və  eyni  zamanda  onların 
qiymətini  artırır.  Bu  isə  nəticə  etibarilə  milli  iqtisadiyyatın  inkişafını 
stimullaşdırır və xarici sahibkarların ucuz xammal deyil, yarımfabrikat və 
hazır məhsul almağa üstünlük verməsini təmin edir. 
' Трошкина T.H. Таможенные платежи: Учебно-практическое пособие. M.: 
Городец, 2007, с. 22-26 
127 


ƏSMƏR ƏLİYKV/V 
Proteksionizmin  bir  ideya,  nozoriyyo  kimi  meydana  golmosi 
XVI-XVII  osrloro  tosadüf  edir.  Onun  nozori  əsaslan  merkanti-  list 
alimlor-U.  Slafford,  Q.Skaffuri,  T.Men,  C.B.Kolber  tərəfindən  işlənib 
hazırlanmışdır. İlk dəfə iqtisadiyyatda metod kimi proteksionizm XVI əsrdə 
İngiltərədə sənaye çevrilişi dövründə tətbiq edilməyə başlandı. Yerli sənaye 
şirkətlərini xaricdən gələn mallarla (ilk növbədə holland və fransız malları) 
rəqabətdə  müdafiə  etmək  məqsədilə  həmin  mallar  üçün  daha  yüksək 
gömrük  dərəcələri  müəyyən  olundu.  Bundan  başqa,  İngiltərəyə  gətirilən 
mallara  kəmiyyət  məhdudiyyətləri  tətbiq  olundu.  Müəyyən  olunmuş 
qaydaya əsasən, xarici malları yalnız ingilis gəmilərində və ya malın mənşə 
ölkəsinə məxsus gəmilərdə gətirilməsinə icazə verilirdi, lakin ikinci halda 
buna görə əlavə haqq alınırdı. Koloniyalardan gətirilən mallar isə müstəsna 
olaraq  ingilis  gəmilərində  daşınmalı  və  öz  yolunda  heç  bir  limanda 
dayandırılaraq  rüsum  tələb  edilməməli  idi.  Bütün  bu  tədbirlərin  məqsədi 
Hollandiyanın  xarici  ticarət  sferasm-  dakı  gücünə  qalib  gəlmək  və  daxili 
istehsalı  stimullaşdırmaq  idi. Tez  bir  zamanda  bu  metodlar  digər  Avropa 
dövlətlərində-İspaniya, İsveç, Fransada da tətbiq edilməyə başlandı.' 
İngilis  proteksionizminin  400  ilə  yaxın  yaşı  vardır.  XIX  əsrin 
əvvəllərində  Böyük  Britaniya  özünün  inkişaf  səviyyəsinə  görə  dünyada 
birinci  yerə  çıxır,  ölkədə  sənaye  prosesləri  dünyada  ən  yüksək,  istehsal 
olunan malın maya dəyəri isə ən aşağı səviyyəyə düşür. Belə bir vəziyyətdə 
İngiltərə  proteksionist  siyasətdən  fritredizmə,  yəni  azad  ticarət  siyasətinə 
meyllənir. 
Mütəxəssislərin  fikrincə,  müasir  dövrdəki  proteksionizm  klassik 
himayədarlıq  konsepsiyasından  fərqlənir.  Neoproteksionizm  adlanan  bu 
konsepsiya artıq idxalın qarşısının alınmasına deyil, onun ar- 
'  Тимошско  И.В.  Таможенное  нрапо  Роесии:  Учебник  для  вузов.  Роетов  и/Д.: 
Фенике, 2008, е. 24 
128 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə