Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə43/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

ƏSMƏR__ƏLIYEVA'>VƏSMƏR
 ƏLIYEVA
 
indi iso gömrük siyasətinin mahiyyəti, ona nəzəriyyəçilər tərəfindən verilən 
anlayışlar və onun istiqamətləri məsələsinə nəzər yetirək. 
Gömrük  siyasətinin  formalaşmasım  və  reallaşmasını  dövlətin  bütün 
hakimiyyət  qollarının  -  həm  qanunveriei,  həm  iera,  həm  də  məhkəmə 
orqanlarının iştirak etdiyi mürəkkəb bir proses kimi xarakterizə etmək olar. 
Gömılik siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bu məsələ 
əvvəlki  AR  GM-də  öz  əksini  tapsa  da  01  yanvar  2012-ci  ildə  qüvvəyə 
minən  AR  yeni  GM-də  gömrük  siyasəti  ilə  bağlı  müddəa  möveud  deyil. 
Əvvəlki  məeəllənin  tələblərinə  görə  dövlətin  daxili  və  xariei  siyasətinin 
tərkib  hissəsi  olan  vahid  gömrük  siyasəti  həyata  keçirilir.'  Faktiki  olaraq 
göm-  liik  siyasəti  dövlətin  gömrük  işinin  həyata  keçirilməsinin  əsas 
istiqamətlərini müəyyənləşdirən element kimi çıxış edir. 
Gömılik  siyasəti  dövlətin  xariei  ticarət  dövriyyəsinin  gömrük 
sərhədindən  mal  və  nəqliyyat  vasitələrinin  uyğun  gömrük  rejimləri 
müəyyən  edilməsi  vasitəsilə  keçirilməsinin  dövlət  tənzimlənməsi  üzrə 
məqsədyönlü fəaliyyət istiqamətlərini müəyyən edir. Hüquq ədəbiyyatında 
gömrük siyasətinə Azərbaycan Respublikasının gömrük ərazisində gömrük 
nəzarəti və mal dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın 
qorunması,  milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin 
iqtisadi  siyasətindən  irəli  gələn  vəzifələrin  həyata  keçirilməsi,  habelə 
beynəlxalq normalara uyğun gömrük işinin aparılması kimi anlayış verilir.^ 
Eyni  zamanda  gömrük  siyasəti  xarici  iqtisadi  fəaliyyətin  həyata 
keçirilməsində 
və 
dünya 
birliyi 
dövlətlərinin 
maraqlarının 
balanslaşdırılmasında mühüm vasitə kimi xarakterizə olunur.-’ 
' A/.orbaycan Respublikasının Gömrük Mocollosi. Bakı: Müquq odobiyyaü, 2010 ’ 
Nuriyev C.Q. Gömrük hüququ: Dorslik. Bakı: Torokkür NPM, 2002, s. 15 Eyvazov l.Z. 
Azərbaycan Respublikasının gömrük işi sferasında omokdaşlığın bcynolxalq-hüquqi 
formaları, llüq. clm. nam. diss. ... avtorcf Bakı, 2007, s. 4 
132 


ƏSMƏR
 ƏLIYEVA
 
Gömrük  siyasotinin  osasları  gömrük-tarif  qanunvericiliyində,  gömrük 
konvensiyalarında  azad  gömrük  zonalarında,  gömrük  birlikləri 
təşkilatlarında və s. realizə olunur. 
Gömrük  siyasətinin  əsas  məqsədi  ölkənin  gömrük  ərazisində  mal 
mübadiləsi zamanı gömrük tənzimlənməsi və nəzarəti üsullarının mümkün 
qədər  səmərəli  həyata  keçirilməsinə,  habelə  milli  iqtisadiyyatın 
stimullaşdırılması  və  ölkə  bazarının  mühafizə  olunması  üzrə  qarşıya 
qoyulmuş  iqtisadi-siyasi  məsələlərin  realizə  olunmasına  nail  olunmaqdır. 
Deməli, gömrük siyasəti gömrük tənzimlənməsi və gömrük nəzarətinin ölkə 
ərazisində əsas istiqamətlərini müəyyən edən bir mexanizmdir. 
Gömrük siyasətinin qarşısında duran əsas məsələlər kimi aşağıdakıları 
göstəmıək olar: 
-
 
xarici  iqtisadi  fəaliyyətin  inkişafı,  xarici  ticarət  əlaqələrinin 
genişlənməsi və ölkə iqtisadiyyatının dünyaya inteqrasiyası; 
-
 
iqtisadiyyatın inkişafının stimullaşdırılması; 
-
 
əlverişli  sahibkarlıq  və  investisiya  mühitinin  və  sağlam  rəqabət 
atmosferinin təmin olunması; 
-
 
iqtisadi, sosial, ekoloji təhlükəsizliyin təmin olunması. 
Beləliklə, ölkənin iqtisadi təhlükəsizliyi ilə birbaşa bağlı olan 
gömrük  siyasəti-  dövlətin  gömrük  ərazisində  gömrük  nəzarəti  və  mal 
dövriyyəsinin  səmərəli  şəkildə  tənzimlənməsi,  daxili  bazarın  qorunması, 
milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi 
siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi və beynəlxalq hüquq 
normalarına uyğun gömrük fəaliyyətinin həyata keçirilməsidir. 
133 


ƏSMOR ƏLİYEVA 
3.2.
 
Gömrük fcaliyyoti sahəsində beynəlxalq əməkdaşlıq və 
onun hüquqi tənzimlənməsi 
Müasir  dövrdo  istənilən  ölkənin  gömrük  tarif  tənzimlənməsini 
beynəlxalq  razılaşmalar  və  normalar  nəzərə  alınmadan,  onların  milli 
qanunvericiliyə implementasiyası olmadan təsəvvür etmək mümkün deyil. 
Məhz  bu  səbəbdən  beynəlxalq  gömrük  hüququnu  beynəlxalq  hüququn 
formalaşmış  bir  sahəsi  hesab  edən  gənc  tədqiqatçı  Ç.Z.  Eyvazov  onun 
müstəqil sahə kimi formalaşmasını zəruri hesab edir.‘ Beynəlxalq gömrük 
hüququnun  hüquq  sistemində  yeri  barədə  vahid  fikir  formalaşmamışdır. 
Hələ XX əsrin əvvəllərində rus alimləri belə hesab edirdilər ki, beynəlxalq 
hüquq sistemində beynəlxalq idarəetmə hüququnu, yəni beynəlxalq inzibati 
hüququ  ayırmaq  lazımdır.-  Müasir  dövrdə  də  bu  fikri  dəstəkləyən  bəzi 
müəlliflərdən  biri  kimi  V.M.Şumilov  qeyd  edir  ki,  beynəlxalq  gömrük 
hüququ,  beynəlxalq  vergi  hüququ-əslində  beynəlxalq  hüquqdan  ayrılmış 
beynəlxalq inzibati hüququn yarımsahələridir.^ 
Bəzi  alimlər  hesab  edirlər  ki,  beynəlxalq  gömrük  hüququ  beynəlxalq 
iqtisadi hüquqdan ayrı İmiş bir sahədir. Bu fikri dəstəkləyən A.V.Şornikov 
qeyd  edir  ki,  beynəlxalq  gömmk  tənzimlənməsinin  bəzi  normaları 
beynəlxalq iqtisadi hüquqa yox, beynəlxalq hüququn başqa institutlarına - 
dəniz hüququ, hava hüququ, humanitar hüquq və s. aiddir. Müəllif qeyd edir 
ki,  bu  hal  beynəlxalq  gömrük  hüququnun  xarakterik  xüsusiyyətlərini 
ğöstəıməyə imkan verir. Onun 
' Eyvazov İ.Z. Azərbaycan Respublikasının gömrük işi sferasında əməkdaşlığın 
beynəlxalq-hiiquqi formaları. Hüq. elm. nam. diss. ... avtoref Bakı, 2007, s. 5 - Мартенс 
Ф.Ф. Сопрсмеинос международное право цивилизованных народов. СПб. 
^  Шумилов  В.М.  Международное  эконо.мическое  право  в  контексте 
глобализации мировой экономикитроблемы теории и практики: Автореф.дис.... 
докт. юр.наук. М., 2001, с. 51 
134 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə