Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

ƏSMƏR_ƏLİYKVA'>ƏSMƏR ƏLİYKVA 
fikrincə,  beynəlxalq  gömrük  hüququ  yalnız  dövlət  siyasətinin  iqtisadi 
tərəflərini  deyil,  həm  də  digər  sahələri  tənzimləyən  normaları  özündə 
birləşdirir.' 
A.N.Kozırin  hüquq  nəzəriyyəsinə  uyğun  olaraq  gömrük  hüququnu 
daxili  (milli)  və  xarici  gömrük  hüququna  bölməyi  məqsədəuyğun  hesab 
edir.  Onun  fikrincə,  beynəlxalq  gömrük  hüququ  dedikdə  göm-  liik 
məsələlərinə  həsr  olunmuş,  bir  tərəfi  dövlət  olan,  beynəlxalq  gömrük 
müqavilələri  və  sazişləri  ilə  tənzimlənən  münasibətlərin  məcmusu  başa 
düşülür. A;N. Kozırinin fikrinə görə, bir hüquq sahəsinin sisteminə başqa 
hüquq sahələrinin hüquq institutları daxil ola bilməz.- Bu mövqe belə bir 
yalnış  nəticəyə  gəlməyə  əsas  verir  ki,  beynəlxalq  gömrük  hüququ  eyni 
zamanda həm də beynəlxalq ümumi hüququn predmetinə daxil ola bilməz. 
Bu  fikir  K.A.Bekyaşev,  E.Q.Moiseycvvə  digər  müəlliflər  tərəfindən  də 
dəstəklənir. Göstərilən müəllidər öz əsərlərində qeyd edirlər ki, beynəlxalq 
gömrük hüququ heynəlxalq ümumi hüququn tərkib hissəsi olub, onun bir 
institutu kimi çıxış edir.'’ Beynəlxalq gömrük hüququ üzrə ilk dərsliklərdən 
birinin  müəllifi  olan  K.Q.Borisov  qeyd  edir  ki,  beynəlxalq  gömrük 
hüququ-gömrük  sahəsində  beynəlxalq  əməkdaşlıq  sferasında  yaranan 
münasibətləri  tənzimləyən  norma  və  prinsiplərin,  dövlətlər  tərəfindən 
müqavilə  əsasında  müəyyən  olunan  ümumqəbul  olunmuş  qayda  və 
öhdəliklərin məcmusudur.'' 
' Таможенное право: Учебник / Под ред. 0.10.Бакаева. М.: Норма, 2009, с. 465-466 
-  Комменчарий  к  Таможснно.му  кодексу  Российской  Федерации  /  Под  ред. 
Л.Н.Козырина. М.: Проснекч; 2004, с. 30 
^  Беюипев  К.Л.,  Моисеев  И.Г.  'Гаможсннос  право:  Учебное  пособие.  М.: 
Проспект, 2005, с. 135 
■’ Борисов К.Г. Мсждупародпос таможенное право: Учебное пособие. М.: Норма, 
2001, с. 27 
135 


ƏSMƏR
 ƏLIYEVA
 
M.M.Rassolov vo N.D.Eriaşvilinin redaktəsi ilə nəşr olunmuş «Gömrük 
hüququ»  dərsliyində  isə  qeyd  olunur  ki,  gömrük  hüququ  özündə  fərqli 
hüquq  sahələrinin  hüquq  nonnalarmı  (inzibati  hüquq,  maliyyə  hüququ,  o 
cümlədən  beynəlxalq  ümumi  hüququ)  birləşdirən  kompleks  hüquq 
institutudur. Bu institutun predmetinə daxil olan münasibətləri tənzimləyən 
normalar çoxsaylı normativ aktlarda əks olunmuşdur, bu normaların böyük 
hissəsi isə blanket xarakterlidir. Kompleks hüquq institutu olduğu üçün isə 
beynəlxalq gömrük hüququ həm də beynəlxalq ümumi hüququn predmetinə 
daxil  olaraq  onun  da  yanmsahəsi  kimi  çıxış  edir.‘  Fikrimizcə,  bu  mövqe 
daha düzgün və həqiqətəuyğundur. 
Tədqiqatçıların beynəlxalq gömrük hüququnun hüquq sistemində yeri 
barədə  vahid  fikrə  gəlmədikləri  məsələlərdən  biri  də  onun  beynəlxalq 
ümumi  hüquq,  yoxsa  xüsusi  hüquqdan  ayrılması  məsələsidir.  Məsələn, 
V.M.Malinovskaya  qeyd  edir  ki,  beynəlxalq  gömrük  hüququ  beynəlxalq 
ümumi  hüququn  bir  yarımsahəsidir  və  beynəlxalq  iqtisadi  hüququn 
tərkibinə  daxil  deyildir.  Bu  mövqeni  K.Q.Borisov,  K.K.  Sandrovskiy  və 
digər alimlər də dəstəkləyirlər. Onların fikirlərini bölüşən O.Y.Bakayev isə 
beynəlxalq  gömrük  hüququna  belə  bir  anlayış  verir:  Beynəlxalq  gömrük 
hüququ-normaları və prinsipləri gömrük sahəsində beynəlxalq əməkdaşlıq 
məsələlərini  tənzimləməyə  yönələn  beynəlxalq  ümumi  hüququn 
fonnalaşmaqda olan sahəsidir.- 
Bu  anlayışdan  belə  məlum  olur  ki,  müəllif  beynəlxalq  gömrük 
hüququnun əhəmiyyətini azaltmasa da, onun hələlik ki, hüquq sistemində 
ayrıca bir sahə olmasının tez olduğunu göstərir, ona «formalaşmaqda olan 
hüquq sahəsi» kimi yanaşır. Eyni mövqe tərəfimizdən də dəstəklənir. 
'  Таможенное  право:  Учебник  /  Под  ред.  М.М.Рассолова,  П.Д.Эриашвили. 
М.:ЮИИТИ-ДЛИА, 2007, с. 317 
^ Таможенное право: Учебник / Под ред. 0,10.Бакаева. М.: Норма, 2009, с. 467 
136 


ƏSMƏR ƏLn'EVA 
Beynəlxalq  gömrük  hüququ  isə  öz  növbəsində  münasibətləri 
dövləllərarası  əməkdaşlıq  nəticəsində  qəbul  edlimiş  beynəlxalq  aktlar 
vasitəsilə tənzimləyir. 
AR GM-nin 9-cu maddəsinin 15-ci bəndinə əsasən gömrük orqanlarının 
əsas  funksiyalarından  biri  də  gömrük  məsələləri  ilə  bağlı  beynəlxalq 
təşkilatlarla  əməkdaşlıq  etməkdən  ibarətdir.  Beynəlxalq  gömrük  hüququ 
institutu  da  məhz  bu  sahədə  həyata  keçirilən  əməkdaşlıq  məsələlərinin 
hüquqi tənzimləməsini nəzərdə tutur. 
Beynəlxalq  əməkdaşlıq  gömrük  orqanlarının  mühüm  fəaliyyət 
istiqamətlərindən biridir. Onun əhəmiyyəti həmin fəaliyyətin xarakteri ilə 
əsaslandırılır. Gömrük fəaliyyəti elə fəaliyyətdir ki, o, heç vaxt bir ölkənin 
hüdudlarında  qalmır,  yüklərin  ölkəyə  gətirilmə  və  ya  ölkədən  çıxarılma 
prosesində qanunvericilik mütləq başqa dövlətin qanunvericiliyi ilə üst-üstə 
düşməlidir. Buna görə də bu sahədə qanunvericilik qəbul olunarkən mütləq 
beynəlxalq təcrübədən istifadə olunmalı, gömrük dərəcələri və bu sahədə 
fəaliyyətin həyata keçirilməsinin prosedur qaydaları uyğunlaşdırılmalıdır. 
Lakin bu unifıkasiya suverenlik və milli-iqtisadi maraqlar çərçivəsində 
həyata keçirilməlidir. Dövlətlər arasında razılaşma elə həyata keçirilməlidir 
ki, bu zaman hər bir dövlətin mənafeyi nəzərə alınmalı və rəhbər tutduğu 
iqtisadi siyasətin əsas müddəaları pozulmamalıdır. Bununla yanaşı, bir daha 
təkrar  edirik  ki,  gömrük  İbaliyyəti  heç  bir  digər  iqtisadi  fəaliyyətə 
bənzəməyən  dərəcədə  beynəlxalq  əməkdaşlığı  və  konsessusu  tələb  edən 
fəaliyyət növlərindən biridir. 
Gömrük  işi  sahəsində  beynəlxalq  əməkdaşlıq  müəyyən  prinsiplər 
əsasında  həyata  keçirilir.  Bu  prinsiplər  beynəlxalq  təşkilatların 
nizamnamələrində, beynəlxalq müqavilə və sazişlərdə öz əksini tapır. Ən 
əsas  prinsiplər  isə  Birləşmiş  Millətlər  Təşkilatının  (bundan  sonra  BMd') 
Nizamnaməsində təsbit olunmuşdur. 
137 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə