Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

ƏSMƏR ƏUYKVA 
Gömrük  işi  sahosindo  beynəlxalq  əməkdaşlığın  prinsipləri  ümumi  və 
xüsusi prinsiplərə bölünməklə təsnifləşdirilə bilər. Ümumi prinsiplər əsasən 
beynəlxalq əməkdaşlığın bütün sferalarına şamil olunan prinsiplər aid edilir. 
Həmin  prinsiplərə  bir  qayda  olaraq  bərabərlik,  ölkənin  daxili  işlərinə 
qarışmama,  güc  və  güc  tətbiq  etməklə  hədələməyin  yolverilməzliyi, 
beynəlxalq 
öhdəliklərin 
vicdanlı 
icra 
edilməsi, 
ayrı-seçkiliyin 
yolverilməzliyi və s. prinsiplər aiddir. 
Bununla  yanaşı,  sırf  beynəlxalq  ticarət  əlaqələrində  istifadə  olunan 
xüsusi  prinsiplər  də  mövcuddur  ki,  onlardan  aşağıdakıları  misal  göstərə 
bilərik: 
-
 
tarif güzəştləri prinsipi; 
-
 
daha əlverişli rejim prinsipi; 
-
 
az  inkişaf  etmiş  ölkələrə  tarif  preferensiyalarmm  tətbiq  edilməsi 
prinsipi.' 
beynəlxalq 
təşkilatlarının 
rolu 
əvəzedilməzdir. 
Bu 
təşkilatlar 
aşağıdakılardır: 
1.
 
universal təşkilatlar: 
-
 
BM'f  və  UNCl’AD  (United  Nations  Committee  of  Trade  and 
Development)  -  Birləşmiş  Millətlər  Təşkilatının  Ticarət  və  İnkişaf 
Komitəsi; 
-
 
Ümumdünya'ficarət Təşkilatı (WTO); 
-
 
Ümumdünya GömrükTəşkilatı (WCO). 
2.
 
regional təşkilatlar: 
-
 
Avropa Birliyi; 
-
 
Müstəqil Dövlətlər Birliyi. 
'  'Грошкииа  T.l  l.  '1'с1можс1шыс  платежи:  Учсбио-ирактическое  пособие.  M.: 
Городец, 2007, с. 29-30 
138 


ƏSMOR
 ƏLIYEVA
 
Beynəlxalq omokdaşhğın rohbor prinsipləri BM'l'-nin Nizamnaməsində 
əks  olunmuşdur  və  bütün  dövlətlər  üçün  məcburcdici  xarakterə  malikdir. 
Bu,  həm  də  gömrük  sahəsində  dövlətlərarası  münasibətlərə  də  aiddir. 
Nizamnamədə göstərilir ki, heç bir üzv-dövlət burada göstərilən qaydaları 
nə birtərəlli, nə də qarşılıqlı razılaşma yolu ilə dəyişdirmək hüququna malik 
deyildir. 
Ümumdünya  Ticarət  Təşkilatı  1994-cü  ildə  QATT-m  əvəzinə 
yaradılmışdır.  Hazırda  130-dan  çox  üzvü  vardır,  'l'oşkilata  daxil  olmaq 
istəyən  dövlətlər  öz  qanunvericiliklərini  bu  təşkilatın  konvensiyalarına 
uyğunlaşdınnahdır. 
QATT (General Agrecmcnt on Tariffs and Tradc-larillər və 'l'icarət üzrə 
Baş  Saziş)  -  Ümumdünya  Ticarət  'Fəşkilatmın  yaradılmasına  qədər 
müvəqqəti  razılaşma  kimi  nəzərdə  tutulmuşdur  və  1948-ci  ildən  1994-cü 
ilədək  beynəlxalq  ticarət  münasibətlərinin  tənzimlənməsində  əsas  hüquqi 
vasitə  rolunu  oynamışdır.  İkinci  dünya  müharibəsindən  sonra  dünyada 
mövcud  olan  maliyyə  böhranını  aradan  qaldırmaq  məqsədi  ilə  dövlətlər 
Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankından sonra dünya iqtisadi 
sisteminin  3-cü  sütunu  olan  Beynəlxalq  Ticarət  Təşkilatını  yaratmaq 
istədilər.  Lakin  dövlətlər  əsas  şərtlərdə  razılığa  gələ  bilmədikləri  üçün 
təşkilatın  Nizamnaməsi  təsdiq  oluna  bilmədi.  Lakin  23-dən  çox  dövlət 
müharibəyə qədərki dövrün tarif dərəcələrinin aşağı salınması barədə razılıq 
əldə edirlər və bu tarif güzəştləri ilə birlikdə ticarətin liberallaşması barədə 
qaydalar General Agrecmcnt on Ta- rifs and Tradc-Tariflər və Ticarət üzrə 
Baş Saziş adı ilə 1948-ci il yanvarın 1-də qüvvəyə mindi.' 
QATT qüvvədə olduğu müddətdə çoxtərəfli saziş roluna malik olmaqla 
Beynəlxalq 'ficarət Məcəlləsi funksiyasını yerinə yetirmişdir. 
' Sadıqov Ə.l. Beynəlxalq iqtisadi hüquq: Dərslik / Bakı: Bakı Universiteti nəşriyyatı, 
2008, s. 124-125 
139 


ƏSMOR ƏLİYEVA 
Tariflor  vo  Ticarət  üzrə  Baş  Saziş  38  maddədən  ibarətdir  və  həmin 
maddələrin  böyük  əksəriyyəti  beynəlxalq  gömrük  münasibətlərinin 
tənzimlənməsinə  həsr  olunmuşdur.  Məsələn,  Baş  Sazişin  birinci  maddəsi 
daha əlverişli rejim prinsipinə həsr olunmuşdur. Burada gömrük rüsum və 
yığımlarının  tətbiq  olunmasında  daha  əlverişli  rejim  prinsipinin  tətbiq 
olunması  məsələləri  tənzimlənir.  Üçüncü  maddə  yenidən  gömrük 
məsələlərinə  həsr  olunub  və  burada  idxal  olunan  mallara  ölkə  daxilində 
tətbiq  olunan  vergi  və  rüsumlardan  bəhs  olunur.  Dördüncü  maddə 
Antidempinq  Məcəlləsi  adlanır  və  antidempinq  və  kompensasiya  gömrük 
rüsumlarının  tətbiqi  məsələlərindən  bəhs  edir.  Sazişin  13-eü  maddəsi 
idxal-ixraem  qadağan  olunmasına  münasibətdə  ayrı-seçkiliyə  yol 
verilməməsi prinsipini təsbit edir, on dördüncü maddəsi bəzi malların idxalı 
zamanı fövqəladə tədbirlərin tətbiq olunmasını, 26-cı maddəsi azad ticarət 
zonalarının  və  gömrük  ittifaqlarının  yaradılınası  qaydalarını  təsbit  edir.' 
Göründüyü kimi gömrük məsələləri QATT-m sənədlərində əhəmiyyətli yer 
tutan məsələlərdəndir. 
Qeyd edək ki, QATT-1947 və QATT-1994 fərqli sənədlərdir. Sonuncu 
QATT-1947-nin  daha  təkmilləşdirilmiş  variantıdır.  Belə  ki,  əvvəllər 
danışıqların  əsas  predmetini  gömrük  tariflərinin  aşağı  salınması  təşkil 
edirdisə,  hazırda  bu  məsələlər  ikinci  plana  keçmişdir.  Bu  sənəddə  əsas 
məsələ kimi dünya ticarət bazarında qeyri-tarif maneələrinin tarif maneələri 
ilə əvəz olunması çıxış edir. 
GAri-ın inkişaf mərhələlərindən danışanda onun raundlarından mütləq 
danışmaq  lazımdır.  Bu  raundlar  müxtəlif  dövrlərdə  dövlətlərarası  ticarət 
münasibətlərini  tənzimləmək  üçün  keçirilən  ticarət  danışıqlarını  və  bu 
danışıqlar  nəticəsində  əldə  olunan  razılaşmaları  nəzərdə  tutur.  GATT-m 
raundları aşağıdakılardır: 
'  Дюмулен  И.И.  Международная  торговля.  Тарифное  и  нетарифное 
регулирование: Учебник. М.: ВЛВТ, 2009, е. 567 
140 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə