Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

ƏSMƏR
 ƏLIYEVA
 
nm  əsas  məqsədi  beynəlxalq  avtomobil  yollan  vasitəsilə  beynəlxalq 
daşımalar  zamanı  inzibati  formallıqları  harmonizasiya  etmək  və 
sadələşdimıəkdən  ibarətdir.  Konvensiya  BMT-nin  Avropa  İqtisadi 
Komissiyasının  rəhbərliyi  altında  işlənib  hazırlanmışdır.  Üzv  dövlətlərin 
təsərrüfat  fəaliyyətinin  iştirakçıları  bilməlidirlər  ki,  av-  ropa  ölkələrində 
sərhədi  avtonəqliyyat  vasitələri  ilə  keçərkən  göstərilən  konvensiyanın 
qaydalarına  uyğun  olaraq  IIR  (MDP)  kitabçasına  malik  olmalıdırlar 
(TIR-Transpoıts  International  Routi-  ers,  MDP-meedünarodnıe  dorocnıe 
perevozki).  TIR-müvəqqəti  idxala  icazə  verən  gömrük  sənədi  statusuna 
malikdir.  Buna  görə  də  bəzən  bu  konvensiyaya  TIR  konvensiyası  da 
deyirlər. 
Konvensiyanın 
əsas 
məqsədi 
gömrük 
prosedularmm 
sadələşdirilməsidir.  56-dan  çox  üzvü  olan  Konvensiya  istənilən  nəqliyyat 
vasitəsilə  daşımalara  münasibətdə  tətbiq  edilə  bilər,  burada  əsas  şərt 
daşımaların bir hissəsinin mütləq avtonəqliyyat vasitələri ilə daşınması çıxış 
edir. 
Karnet TIR sənədinin olması sərhəddə rəsmiləşdirilmə əməliyyatlarının 
asanlaşdırılmasna əsas verir ki, bu da öz növbəsində nəqliyyat xərclərinin 
süni şəkildə artmasının və yolda ləngimələrin qarşısını alır. 
Konvensiyaya  qoşulmuş  bütün  dövlətlər  daxili  qaydada  TIR  vermək 
səlahiyyəti olan bir və ya bir neçə orqan müəyyən edir. 
TIR  konvensiyası  bu  güzəştdən  istifadə  etmək  istəyən  daşıyıcıların 
qarşısında aşağıdakı şərtləri qoyur: 
1.
 
Yüklər  təhlükəsiz  nəqliyyat  vasitələrində  və  ya  konteynerlərdə 
daşınmalıdır; 
2.
 
Ödənilməmiş gömrük rüsumlarının və digər ödəmələrin ödənilməsi 
beynəlxalq təminatla təmin edilməlidir
3.
 
Yüklər bütün üzv-dövlətlər tərəfindən qəbul edilmiş gömıük sənədi 
olan  TIR  kitabçası  ilə  daşınmalıdır,  nəqliyyat  vasitəsinin  qabaq  hissəsinə 
TIR yazısı olan düzbucaqlı lövhəcik bərkidilir, digər bu 
147 


ƏSMƏR
 ƏLIYEVA
 
cür lövhəcik nəqliyyat vasitəsinin areasına bərkidilir, bu lövhəciklər aydın 
görünməli və çıxanla bilən olmalıdır; 
4.
 
Yükün göndərildiyi dövlətdə tətbiq edilən gömrük nəzarəti vasitələri 
bütün tranzit dövlətləri tərəfindən qəbul edilən vasitələr olmalıdır; 
5.
 
Ölkə ərazisində hüquqi və fiziki şəxslərə verilən TIR kitabçası hər bir 
dövlət tərəfindən səlahiyyətləndirilən dövlət orqanı tərəfindən verilməlidir.' 
İnternet  mənbələrinə  əsasən,  ofpshrs  statistikada  dünya  üzrə  TIR 
kitabçası  ilə  daşımalar  həyata  keçirən  40000  daşıyıcı  qeydiyyatdan 
keçmişdir və onlar hər il 3,2 milyon dəfə bu imtiyazdan istifadə edirlər." 
Azərbaycan  Respublikası  da  göstərilən  konvensiyanın  üzvüdür. 
Beynəlxalq  Yük  Daşımaları  (BYD)  kitabçası  tətbiq  edilməklə  yük 
daşımaları  barədə  gömrük  konvensiyası  respublikamızın  ərazisində 
Azərbaycan Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı 
sərəncəmı  ilə  tətbiq  edilməyə  başlanılmışdır.  Konvensiyanın  tələblərinə 
cavab  vennək  və  TIR  kitabçasının  rəsmiləşdiraıə  qayadalarmı  müəyyən 
etmək  üçün  Azərbaycan  Respublikası  Gömrük  Komitəsinin  BYD-da 
yüklərə  gömrük  nəzarəti  və  BYD  kitabçasının  rəsmıləşdinnə  qaydaları 
mövcuddur.  «BYD  kitabçası  tətbiq  edilməklə  yük  daşımaları  barədə 
gömrük  konvensiyasının  Azərbaycan  Respublikası  ərazisində  tətbiqi 
qaydaları  haqqında»  Əsasnamə  Azərbaycan  Respublikasının  Dövlət 
Gömük  Komitəsinin  25  may  1998-ci  il  tarixli  024  saylı  əmri  ilə  təsdiq 
edilmiş,  26  may  1998-ci  il  tarixində  Azərbayean  Beynəlxalq  Avtomobil 
Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq 3 may 1998-cil il 
tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat- 
' http//cusloms.gov.az - 
htlp//wikipcdia.org/TlR 
148 


ƏSMvOR ƏLIYHVA 
dan  keçmişdir.  BYD  kitabçaları  vermok  solahiyyoti  moh/.  ЛВЛОЛ-  ya 
məxsusdur.' 
Beynəlxalq gömrük aktları içərisində 1961-ei il müvəqqəti idxal zamanı 
Karnet  ЛТА  haqqında  və  1990-cı  il  müvəqqəti  idxal  haqqında  İstanbul 
gömrük konvensiyası da mühüm rol oynayır. ATA Kar- neti də müvəqqəti 
idxal zamanı təqdim olunan gömrük sənədi kimi çıxış edir. Lakin burada 
nəqliyyat  vasitələrinin  idxal  olunması  istisna  edilir.  Bundan  başqa  ATA 
Kametinin  mövcudluğu  müvəqqəti  idxal  qaydalarına  riayət  cdilmədikdə 
gömrük ödəmələrinin alınmasını təminatlı edir. 
Karnet ATA-ingilis və fransız dilində ATA-Admission Tempo- raire / 
Temporary Admission (müvəqqəti idxal haqqı) ifadələrinin birləşməsidir. 
Konvensiyanın  üzvlərinin  siyahısı  genişdir  və  müasir  dövrdə  bu 
konvensiyaya qoşulanların sayı artıq 65-ə çatmışdır. Buraya Avropa Birliyi 
ölkələrindən  tutmuş,  xırda ada  dövləti  olan  dahitiyə  qədər  dünya  ölkələri 
aiddir. 
Konvensiyaya əsasən Karnet AfA vasitəsilə gömrük rəsmiləşdirilməsi 
aşağıdakı malların müvəqqəti idxalı zamanı bütün növ vergi və rüsumlardan 
azad olmasını nəzərdə tutur: 
-
 
Yarmarka, konfrans, sərgi üçün gətirilən mallar
-
 
Nümunə, qablaşdırma, konteyner və s
-
 
Təlim, elmi və mədəni məqsədlər üçün gətirilən mallar. 
Gömrük  hüquq'pozuntularının  araşdırılması  və  qarşısmm  alınması 
sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Nayrobi Konvensiyası 1977-ci il 9 
iyunda  Keniyanın  Nayrobi  şəhərində  keçirilən  Ümum-  dünya  Gömrük 
'fəşkilatının sessiyasında qəbul olunmuşdur. Həmin Konvensiya 1980-ci il 
mayın 21-də qüvvəyə minmişdir və 40-a ya- 
' Heydərov K.F., Əliyev Л.О., Nuriyev C.Q., Mehdiyev S.M. Gömrük rəsmiləşdirilməsi. 
Ali məktəblər üçün dərslik. Bakı: Qanun, 2006, s. 92-95 
149 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə