Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

ƏSMƏR ƏLİYEVA 
xın  üzvü  vardır.  Milli  iqtisadiyyatın,  ınodoni  vo  monovi  dəyəri  olan 
əşyaların  mühafizə  olunması  üçün  üzv-dövlətlərin  gömrük  orqanları 
vasitəsilə  ikitərəfli  və  çoxtərəfli  qaydada  əməkdaşlığını  nəzərdə  tutur. 
Konvensiya  əsas  hissə  və  iki  əlavədən  ibarətdir.  Hər  bir  əlavə  ayrıca 
müqavilə  statusuna  malikdir.  Əlavələr  aşağıdakı  məsələlərə  həsr 
olunmuşdur:  xüsusi  infonuasiyanm  toplanması  qarşılıqlı  mübadiləsi; 
gömrük  xidməti  vasitəsilə  hüquqi  hərəkətlərin  edilməsi;  gömrük 
hüquqpozmaları  ilə  mübarizədə  qarşılıqlı  fəaliyyət.  Konvensiyaya  üzv 
olmaq üçün ən azı əlavələrdən birinə qoşulmaq lazımdır. 
Konvensiya bəyan edir ki, gömrük hüquqpozmaları dövlətlərin iqtisadi, 
sosial və vergi maraqlarına zərər vurur, bu hüquqpozmalarla mübarizə isə 
ayrı-ayrı  dövlətlərin  gömrük  orqanlarının  əməkdaşlığı  vasitəsilə  daha 
səmərəli nəticə verə bilər. 
Gömrük  sahəsində  keçmiş  postsovet  məkanında  həyata  keçirilən 
beynəlxalq əməkdaşlıq da xarici iqtisadi əlaqələrin inkişafında mühüm rol 
oynayır və MDB ölkələri çərçivəsində bununla bağlı çoxlu sənədlər qəbul 
edilmişdir. 
1995-ci  ildə  MDB  çərçivəsində  gömrük  ittifaqı  formalaşmış,  13  mart 
1992-ci  ildən  MDB-nin  gömrük  siyasətinin  prinsipləri  haqqında  saziş 
imzalanmışdır.  Həmin  sazişə  uyğun  olaraq  Gömrük  Şurası  yaradılmış  və 
fəaliyyətə başlamışdır. 
MDB çərçivəsində bu istiqamətdə digər sənədlər də qəbul edilmişdir. 
Məsələn,  «Tranzit  qaydaları  haqqında»  8  fevral  1992-ci  il  Razılaşması, 
«Tranzit  yüklərinin  rəsmiləşdirilməsi  haqqında»  2  aprel  1992-ci  il 
Razılaşması, «Gömrük sərhədlərində gömrük qaydalarının sadələşdirilməsi 
və  unifıkasiyası  haqqında»  8  iyul  1994-cü  il  Razılaşması,  MDB 
iştirakçı-dövlətlərinin gömrük qanunvericiliyinin əsasları, 10 fevral 1993-cü 
il tarixli MDB ölkələri iştirakçı- dövlətlərində gömrük işi təşkilinin ümumi 
razılaşdırılmış prinsipləri. 
150 


OSMƏR OMYEVA 
1993-cü il tarixli malın monşo ölkosinin müoyyon cdilmo qaydaları vo s. 
Azərbaycan  da  MDB  çorçivosindo  qobul  edilmiş  bir  sıra  beynəlxalq 
sənədlərin  iştirakçısıdır.  Məsələn,  10  fevral  1995-ci  il  tarixli  «MDB 
iştirakçı-dövlətlərin  gömrük  qanunvericiliyinin  əsasları»  (Azərbaycan 
Respublikası  12  mart  1995-ci  il  tarixli  qanunla  göstərilən  müqaviləyə 
qoşulmuşdur),  15  aprel  1994-cü  il  tarixli  «Azad  iqtisadi  zonaların 
yaradılması haqqında» Konvensiya (AR-nm həmin Konvensiyaya 8 oktyabr 
1996-cı il tarixdə qoşulmuşdur) və s. 
Beləliklə,  beynəlxalq  gömrük  hüququ  kompleks  hüquq  institutu 
statusuna  malik  olmaqla  beynəlxalq  ümumi  hüququn  predmetinə  daxil 
olaraq onun yarımsahəsi kimi çıxış edir. Qanunvericiliyin mövqeyini rəhbər 
tutaraq  və  gömrük  hüququ  sahəsində  tədqiqatları  təhlil  edərək  belə  bir 
nəticəyə  gəlmək  olar:  Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlıq  dedikdə 
qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  həyata  keçirilən,  gömrük 
sahəsində  beynəlxalq  müqavilələrin  hazırlanması,  cinayət  və  digər  işlərlə 
bağlı qarşılıqlı hüquqi yardım alınması ilə bağlı beynəlxalq müqavilələrin 
realizəsi,  müxtəlif  dövlətlərin  gömrük  orqanları  arasında  hüquqi  yardım 
haqqında  müqavilələrin  bağlanması  və  həyata  keçirilməsi,  gömrük 
orqanlarının  xarici  siyasət  orqanları  vasitəsilə  əməkdaşlığı  istiqamətində 
gömrük  orqanlarının  fəaliyyəti  başa  düşülür.  Beləliklə,  bu  əməkdaşlığın 
aşağıdakı fonua- ları fərqləndirilir: 
1.
 
beynəlxalq müqavilələrin hazırlanmasında iştirak; 
2.
 
cinayət  və  digər  məsələlər  üzrə  qarşılıqlı  hüquqi  yardım  haqqında 
beynəlxalq müqavilələrin birbaşa realizəsi
3.
 
ayrı-ayrı  dövlətlərin  gömrük  orqanları  arasında  hüquqi  yardım  və 
əməkdaşlıq haqqında sazişlərin bağlanması və həyata keçirilməsi
4.
 
gömrük orqanlarının xarici siyasət orqanları vasitəsilə əməkdaşlığı. 
151 


ƏSMv^R ƏLİYKVA 
Gömrük  sahosindo  beynəlxalq  omokdaşlığın  hüquqi  tənzimlonmo 
prinsiplərini  iki  qrupa-ümumi  və  xüsusi  prinsiplərə  bölməklə 
təsnifləşdimrək  olar.  Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın  bütün 
sahələrinə şamil edilən ümumi prinsiplərə bərabərlik, ölkənin daxili işlərinə 
qarışmama,  güc  və  güc  tətbiq  etməklə  hədələməyin  yolverilməzliyi, 
beynəlxalq  öhdəliklərin  vicdanlı  icra  edilməsi,  ayrı-  seçkiliyin 
yolverilməzliyi  və  s.  aiddir.  Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın 
müxtəlif  sferalarında  istifadə  olunan  xüsusi  prinsiplərə  isə  aşağıdakılar 
aiddir: tarif güzəştləri prinsipi; daha əlverişli rejim prinsipi; az inkişaf etmiş 
ölkələrə tarif preferensiyalarımn tətbiq edilməsi prinsipi. 
Azərbaycan 
Respublikasının 
ÜTT-na 
üzv 
olmasına 
dair 
respublikamızın qarşısında duran əsas vəzifələrdən biri kimi gömrük-tarif 
tənzimlənməsi 
çıxış 
edir. 
Tarif 
qanunvericiliyi 
tariflərin 
əlaqələndirilməsi-səmərəli  tariflə  (istehsalını  həvəsləndinnək  məqsədi 
daşıyan  mallara  aşağı  dərəcələrin  tətbiq  edilməsi)  tarif  eskalasi-  yasmın 
(malın emal səviyyəsindən asılı olaraq gömrük rüsumlarının artması) birgə 
tətbiq olunması prinsipinə əsaslanmalıdır. Eynicinsli mallara münasibətdə 
vahid  dərəcə  tətbiq  edilir.  24  iyun  2011-ci  il  tarixli  AR  Gömrük 
Məcəlləsinin qəbul olunması ilə qanunverici ölkə ərazisində xarici ticarət 
əlaqələrinin  dünya  təcrübəsində  tətbiq  edilən  bütün  demək  olar  ki,  bütün 
tarif və qeyri-tarif metodlarının tətbiqini mümkün etmişdir. Iləmin məcƏllə 
AB-nin  gömıdik  qanunvericiliyi  və  QATT-m  sənədləri  əsasında 
hazırlanmışdır. 
152 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə