Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə50/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

ƏSMƏR__ƏLIYEVA__3.3.__Müasii_dövrdə_Azərbaycan_Respublikasının_gömrük'>ƏSMƏR
 ƏLIYEVA
 
3.3.
 
Müasii' dövrdə Azərbaycan Respublikasının gömrük 
qanunvericiliyinin sistemi və təkmilləşdirilməsi istiqamətləri 
1991-ci  ilədək  ölkəmizdə  gömrük  fəaliyyəti,  digər  sahələrdə  olduğu 
kimi  tərkibində  olduğu  SSRİ  dövlətinin  qanunvericiliyi  ilə  tənzimlənirdi. 
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra digər 
sahələrdə olduğu kimi gömrük sahəsində də öz konsepsiyasını hazırlamaqla 
yanaşı bir sıra qanunvericilik xarakterli aktlar qəbul etməyə başladı. Artıq 
bu  dövrdən  sonra  gömrük-tarif  tənzimlənməsinin  əsas  istiqamətlərini 
müəyyən 
edərkən, 
dövlətimiz 
yalnız 
öz 
iqtisadi 
maraqları 
nöqteyi-nəzərindən çıxış edir. 
Gömrük  fəaliyyəti  maliyyə  fəaliyyətinin  digər  istiqamətləri  kimi 
kompleks  tənzimlənməni  nəzərdə  tutur.  Belə  ki,  gömrük-ta-  rif  fəaliyyəti 
maliyyə hüququ, vergi hüququ, inzibati hüquq, cinayət hüququ və əlbəttə ki, 
gömrük  hüququnun  normaları  vasitəsilə  tənzimlənir.  Buna  görə  də 
gömrük-tarif  sistemi  mürəkkəb  hüquqi  təsisat  kimi  çıxış  edir.  Məhz,  bu 
baxımdan  belə  fəaliyyət  kompleks  və  dəqiq  şəkildə  hüquqi  tənzimləmə 
tələb edir. 
Gömrük-tarif  fəaliyyətini  tənzimləyən  qanunvericiliyə  çoxlu  sayda 
müxtəlif  normativ-hüquqi  aktlar  daxildir.  Artıq  qeyd  edildiyi  kimi 
gömrük-tarif fəaliyyəti haqqında qanunvericilik müxtəlif hüquq sahələrinə 
aid olan hüquq nonnalarını birləşdirərək kompleks şəkildə formalaşmışdır. 
Azərbaycan  Respublikasının  bu  sahədə  mövcud  olan  cari 
qanunvericiliyinin  tərkibinə  gömrük-tarif  fəaliyyəti  ilə  bağlı  məsələləri 
tənzim  edən  maliyyə  hüququnun,  gömrük-tarif  qanunvericiliyinin 
pozulmasına  görə  məsuliyyət  müəyyən  edən  cinayət  hüququnun, 
gömrük-tarif  fəaliyyəti  ilə  bağlı  əmlak  və  qeyri-əmlak  münasibətlərini 
tənzimləyən mülki hüququn və Azərbaycan Respublikasında göm- 
153 


ƏSMƏR
 ƏLIYEVA
 
rük-tarif  foaliyyotinin  idaro  edilməsi  əsaslarını  müəyyən  edən  inzibati 
hüququn normaları daxildir. 
Gömrük  qanunverieiliyinin  sistemi  ilə  bağlı  qeyd  etmək  lazımdır  ki, 
gömrük-tarif  fəaliyyəti  sahəsində  yaranan  münasibətləri  tənzimləyən 
nomıalann sistemi aşağıdakılardan ibarətdir: 
-
 
Azərbaycan Respublikasının Konstitusiyası; 
-
 
beynəlxalq hüquqi aktlar
-
 
Qanunlar  (Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi, 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi,  «Gömrük  tarifi  haqqında» 
Azərbaycan Respublikasının Qanunu və s.); 
-
 
Qanun  qüvvəli  aktlar  (Azərbaycan  Respublikası  Prezidentinin 
fəmıanları,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarları, 
Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyinin  və  Azərbaycan 
Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  nonnativ-hüquqi  aktları  və 
s.). 
Gömrük-tarif 
fəaliyyətinin 
hüquqi 
tənzimlənməsi 
sahəsində 
qanunvericilik sisteminə daxil olan əsas nonnativ hüquqi aktların sistemli 
təhlilinin  aparılması  üçün  ilk  növbədə  həmin  nomıativ  hüquqi  aktların 
əsaslandırılmış  təsnifatının  aparılması  məqsədəraüvafıq  olardı.  İndi  isə 
həmin  normativ  hüquqi  aktların  təsnifatının  aparılmasının  əsası  olan 
meyarlara nəzər salaq. 
İlk  növbədə  gömrük-tarif  fəaliyyətinin  tənzimlənməsi  sahəsində 
qanunvericiliyin  beynəlxalq  və  milli  qanunvericilik  normalarından  təşkil 
edildiyini  göstərmək  lazımdır.  Bu  baxımdan  həmin  normaların 
fərqləndirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Respublikamızın  dünya 
iqtisadiyyatına  inteqrasiyası  gömrük-tarif  fəaliyyəti  sahəsində  də  özünü 
büruzə  verir.  Lakin  hələlik  bu  sahədə  beynəlxalq  qanunvericiliyin 
normalarının  milli  qanunvericiliyimizə  implementasi-  yasının  çox  ləng 
getdiyini göstərmək olar. Bunun bir sıra obyektiv səbəblərlə bağlı olduğunu 
qeyd etmək olar. Belə ki, bu sahədə 
154 


OSMvlR 
ƏLIYEVA
 
beynəlxalq  qanunvericiliyin  əsas  və  birbaşa  normaları  kimi  Avropa 
I3irliyinin  direktivlərini  göstərmək  olar.  Azərbaycan  Respublikasının  isə 
həmin  birliyin  üzvü  olmaması  bu  aktların  respublikamızda  ratifikasiya 
olunması  imkanlarını  məhdudlaşdırır.  Bununla  belə,  respublikamızda 
gömrük-tarif  fəaliyyətinin  inzibati-hüquqi  tənzimlənməsi  sahəsində 
müəyyən bcynəlxalq-hüquqi aktlara istinad edilməsi hallarına rast gəlmək 
olar.  Belə  ki,  «Gömrük  tarifi  haqqında»  Azərbaycan  Respublikası 
Qanununun  2-ci  maddəsində  göstərilir  ki,  Azərbaycan  Respublikasının 
xarici  iqtisadi  fəaliyyətinin  Əmtəə  No-  menklaturası  malların  beynəlxalq 
təcrübədə  qəbul  olunmuş  təsnifat  sisteminə  uyğun  olaraq  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunur.  Həmçinin 
göstərilən  qanunun  24-cü  maddəsinə  görə  malın  mənşə  ölkəsinin  təyin 
edilməsinin  bu  Qanunda  göstərilən  prinsipləri  mövcud  beynəlxalq 
təcrübəyə əsaslanır. Yaxud həmin qanunun 31-ci maddəsinin tələbinə görə 
Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından 
0
 vaxt 
imtina  edə  bilər  ki,  həmin  malın  Azərbaycan  Respublikasının  iştirakçısı 
olduğu  beynəlxalq  sazişlərə  və  ya  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  müvafiq  olaraq,  malları  buraxılmayan  ölkəyə  mənsub 
olmasını təsdiq etmək üçün kifayət qədər əsas olsun. Adı çəkilən qanunun 
37-ci  maddəsinin  tələbinə  görə  əgər  Azərbaycan  Respublikasının 
beynəlxalq müqavilələrində bu Qanundan fərqli başqa normalar müəyyən 
edilmişsə,  bu  zaman  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulan  nonndlar 
tətbiq edilir.' 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  148-ci  maddəsinin 
ikinci  hissəsinə  uyğun  olaraq  AR-nın  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələr AR-nın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 1. 
AR-nın qanunvericilik sisteminə daxil olan normativ hü- 
'  «Gömrük  tarifi  haqqında»  Azorbaycan  Respublikasının  Qanunu/Azərbaycan 
Respublikası qanunlar Külliyyalı (1993-1995) 11 kilab. Bakı; Qanun, 1997 
155 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə