Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 76,71 Kb.

səhifə56/59
tarix14.09.2018
ölçüsü76,71 Kb.
1   ...   51   52   53   54   55   56   57   58   59

OSMOR OLİYKVA 
lomatik  poçtun  vo  konsul  valizinin,  həmçinin  xarici  şəxslərin  ayrı-  ayrı 
kateqoriyaları tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən 
güzəştli  qaydada  keçirilən  mal  və  nəqliyyat  vasitələrinin  gömrük 
rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti  Qaydaları»nm  təsdiq  edilməsi 
haqqında» Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1 may 
2007-ci  il  tarixli  039  saylı  əmrini,  Azərbayean  Respublikasının  Dövlət 
Gömrük Komitəsinin 22 noyabr 2005-ci il tarixli 113 saylı əmri ilə təsdiq 
edilmiş  «Azərbaycan  Respublikasının  gömrük  xidmətində  risklərin 
avtomatlaşdırılmış  idarəetmə  sisteminin  Konsepsiyası»nı  və  s.  göstərmək 
olar. AR DGK gömrük fəaliyyəti sahəsində zəruri olan bütün məsələlərinə 
dair demək olar ki, lazımi normativ aktları qəbul etmişdir. 
AR  DGK-nın  öz  səlahiyyətləri  çərçivəsində  gömrük  fəaliyyətinin 
hüquqi  tənzimlənməsi  sahəsində  qəbul  etdiyi  aktları  gömrük-tarif 
fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində Azərbayean Respublikasının 
qanunvericiliyinin mühüm hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, icra 
hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktları,  yerli  icra  hakimiyyəti 
orqanlarının,  yerli  özünüidarə  orqanlarının  VƏ  Azərbaycan  Respublikası 
Mərkəzi Bankının normativ aktları kimi AR DGK-nın aktları da Ədliyyə 
Nazirliyində qeydiyyatdan keçməlidir. 
Bundan başqa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aktları da 
gömrük  fəaliyyətinin  hüquqi  tənzimlənməsi  sahəsində  qanunvericiliyə 
daxildir. Azərbayean Respublikasının Maliyyə Nazirliyi belə aktlar qəbul 
etməklə  Azərbayean  Respublikasının  Nazirlər  Kabinetinin  14  oktyabr 
1996-cı  il  tarixli  141  saylı  Qərarının  5-ci  bəndinin  yerinə  yetirilməsi 
məqsədi ilə 17 fevral 1997-ci il tarixdə «Azərbayean Respublikası ərazisinə 
giriş-çıxış  vo  tranzit  gedişə  görə  beynəlxalq  icazə  üçün  ödəniş  təyin 
olunması və alınmış vəsaitlərin bölünməsi Qaydası»nı, 3 iyun 1997-ci 
171 


ƏSMƏR
 ƏLIYEVA
 
il tarixdə «Azərbaycan Respublikası ərazisinə giriş-çıxış və tranzit gedişə 
görə  beynəlxalq  icazə  üçün  ödəniş  təyin  olunması  və  alınmış  vəsaitlərin 
bölünməsi  Qaydasına  əlavələr  və  dəyişikliklər»!,  24  dekabr  1997-ci  il 
tarixdə  Azərbaycan  Respublikası  ərazisinə  giriş-çıxış  və  tranzit  gediş, 
yüklənmə, üçüncü ölkələrə yük daşınması və xüsusi hallarda tətbiq edilən 
beynəlxalq  «icazə»  üçün  ödəniş  təyin  olunması  1998-ci  ildə  bölünməsi 
Qaydası»nı təsdiq etmişdir. 
Beləliklə,  gömrük-tarif  fəaliyyətinin  hüquqi  tənzimlənməsi  sahəsində 
Azərbaycan  Respublikası  qanunvericiliyinin  təhlili  göstərir  ki,  bu 
qanunvericilik  sistemi  müxtəlif  hüquqi  qüvvələrə  malik  olan  və  müxtəlif 
dövlət  orqanları  tərəfindən  qəbul  edilən  aktlardan  ibarət  olmaqla  vahid 
sistemi təşkil edir. Bununla belə həmin qanunvericilik sistemində müəyyən 
problemlər  də  mövcuddur  ki,  onların  aradan  qaldırılması  həm 
qanunvericilik  texnikası  baxımından,  həm  də  hüquqtətbiqetmə  təcrübəsi 
baxımından məqsədəmüvafıq olardı. 
172 


NƏTICƏ
 
Xarici iqtisadi əlaqələrin və daxili iqtisadiyyatın tənzimlənməsinin ən 
əhəmiyyətli  təsir  vasitələrindən  biri  olan  dövlətin  gömrük  fəaliyyətinin 
tənzimlənməsinin  maliyyə-hüquqi  aspektləri  məsələsi  cəmiyyətin  müasir 
inkişaf mərhələsində özünün əhəmiyyəti və aktuallığı ilə seçilir. Bu mövzu 
üzrə aparılmış tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir: 
1.
 
Azərbaycanda  gömrük-tarif  qanunvericiliyinin  prinsipcə  yeni  elmi 
dövrləşdirilməsi  (tarixi  inkişaf  mərhələləri)  haqqında  müddəanın 
tarixi-hüquqi materiallara uyğun olaraq əsaslandırılmasını göstərmək olar. 
Azərbaycanın  gömrük-tarif  qanunvericiliyinin  inkişaf  tarixi  aşağıdakı 
dövrlər üzrə təsnifləşdirilə bilər: 
1)
 
Gömrük tarif qanunvericiliyinin inqilabaqədərki dövrü
2)
 
Azərbaycan 
Demokratik 
Respublikasının 
gömrük-tarif 
qanunvericiliyi; 
3)
 
Sovet dövrünün gömrük-tarif qanunvericiliyi
4)
 
Müstəqil Azərbaycan Respublikasının gömrük-tarif qanunvericiliyi. 
Gömrük  fəaliyyəti  ən  qədim  fəaliyyət  növlərindən  olmaqla  müasir 
dövrədək  geniş  inkişaf  yolu  keçmişdir.  Uzun  tarixi  dövr  ərzində  keçmiş 
SSRİ-nin  tərkibində  olan  Azərbaycanda  gömrük-tarif  tənzimlənməsi  ilə 
bağlı məsələlər ittifaq çərçivəsində həll edilmişdir. Bütün tarixi dövrlərdə 
gömrük-tarif  tənzimlənməsinin  əsasını  təşkil  edən  gömrük  tarifləri  və 
rüsumları dövlətin xarici iq 
173 


ƏSMOR OLIYKVA 
tisadi  foalıyyotinin  osas  vasitolori  kimi  çıxış  ctmişlor.  Gömrük-tarif 
tonzimlonmosi  dövlot  gömrük  işinin  mühüm  elementi  olmaqla  dövlətin 
gömrük siyasətinin həyata keçirilməsinin əsasını təşkil etmiş və hazırda da 
təşkil etməkdədir. Gömıdik siyasətinin fonnalaş- ması və reallaşdırılması isə 
dövlətin bütün hakimiyyət qollarmın- həm qanunvericilk, həm icra, həm də 
məhkəmə orqanlarının iştirak etdiyi mürəkkəb bir prosesdir. Hal - hazırda 
beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikası gömrük-tarif 
tənzimlənməsini beynəlxalq təşkilatların tövsiyələrini, inkişaf etmiş dünya 
dövlətlərinin  təcrübəsini  nəzərə  almaqla  onlarla  sıx  inteqrasiya  şəraitində 
inkişaf  etdirir.  Artıq  bazar  münasibətlərinə  keçid  dövrünü  başa  vunnuş 
respublikamızda  formalaşmış  olan  gömrük  sistemi  dövlətin  iqtisadi 
suverenliyi və təhlükəsizliyinin qorunması, daxili bazarın xarici rəqabətdən 
müdafiəsi və paralel olaraq Azərbaycan Respublikasının beynəlxalq iqtisadi 
inteqrasiyasına  köməklik  etmək  istiqamətində  inkişaf  edir.  Fikrimizcə, 
respublikamızın gömrük-tarif qanunvericiliyinin inkişaf tarixinin tədqiqi bu 
sahədə  qanunvericiliyin  bütün  hüquq  sisteminə  xas  olan  inkişaf 
xüsusiyyətlərini  özündə  əks  etdirdiyini  göstərir  və  o,  respublikamızda 
özünəməxsus  xüsusiyyətlər  və  tarixi  inkişaf  qanunauyğunluqlarına  malik 
olmuşdur. 
2.
 
Gömrük-tarif  tənzimlənməsinin  iki  metodu-tarif  və  qeyri-ta-  rif 
metodları  mövcuddur.  Tarif  metodu  iqtisadi  xarakterli,  qey-  ri-tarif 
metodları  isə  inzibati  xarakterli  tədbirləri  özündə  əks  etdirir.  Fikrimizcə, 
respublikamızda  gömrük-tarif  tənzimlənməsində  qeyri-tarif  metodları 
məhdudlaşdırılmalı, tarif metodları  isə  dünya  ölkələrinin  təcrübəsi  nəzərə 
alınmaqla daha geniş şəkildə tətbiq edilməlidir. 
3.
 
Beynəlxalq hüquqi aktların və milli gömrük qanunvericiliyinin təhlili 
əsasında gömrük tarifinə aşağıdakı kimi anlayış vermək 
174 




Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə