Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   51   52   53   54   55   56   57   58   59

ƏSMOR
 ƏLIYEVA
 
dəqiq  anlayışını  verməli,  digər  ödəmələrdən  fərqləndirən  spesifik 
xüsusiyyətlərini aydın şəkildə əks etdirməlidir. 
9.
 
AR  VM-nin  164.2-ei  maddəsində  düzünə  göstəriş  vardır  ki, 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  konkret  sahənin  inkişafını 
təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli 
xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və 
müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ODV-dən azad edə 
bilər.  Hu  müddəaya  əsaslanaraq,  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabinetinin  31  yanvar  2005-  ci  il  tarixli  11  saylı  qərarı  ilə  «Azərbaycan 
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olan malların 
siyahısı»  və  «Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  əlavə  dəyər 
vergisindən  azad  olunan  digər  malların  siyahısı»  təsbit  edilmişdir. 
Fikrimizcə, bu məsələ ilə bağlı qanunvericilikdə ziddiyyətli məqam vardır. 
Belə  ki,  vergi  hüququna  və  AR  VM-nə  əsasən,  vergilərin  müəyyən 
edilməsi, dəyişdirilməsi, ləğv edilməsi yalnız vergi qanunu vasitəsilə həyata 
keçirilə  bilər.  Bundan  başqa,  AR  VM-də  ƏDV-dən  azad  olmalarla  bağlı 
xüsusi  bir  maddə  mövcuddur.  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  eyni  adlı  vergidən  azad  olmalar  təkrarən  yeni  bir  qərarının 
mövcud olmağındansa, qərarda göstərilən halların da AR VM-nin 164-cü 
maddəsinə daxil etmək daha məqsədəuyğun olardı. Bu, həm praktik işçilər 
və vergi ödəyiciləri üçün daha asan olardı, ikili yanaşma mövcud olmazdı, 
həm də elmi cəhətdən daha əsaslandırılmış olardı. 
Eyni  zamanda  hesab  edirik  ki,  xarici  ölkələrin  (Gürcüstanın, 
Qazaxıstanın,  Ukraynanın  və  s.)  təcrübəsi  nəzərə  alınmaqla  dənnan 
vasitələri strateji xarakterli məhsul olduğuna görə əlavə dəyər vergisindən 
azad olan mallar siyahısına daxil edilməlidir. 
10.
 
Ölkənin iqtisadi təhlükəsizliyi ilə birbaşa bağlı olan gömrük siyasəti 
- dövlətin gömmk ərazisində gömrük nəzarəti və mal 
178 


ƏSMƏR
 ƏLIYEVA
 
dövriyyəsinin  səmərəli  şəkildə  tənzimlənməsi,  daxili  bazarın  qo-  mnması, 
milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi 
siyasətindən irəli gələn vəzifələrin həyata • keçirilməsi və beynəlxalq hüquq 
normalarına uyğun gömrük fəaliyyətinin həyata keçirilməsidir. 
11.
 
Beynəlxalq  gömmk  hüququ  kompleks  hüquq  institutu  statusuna 
malik  olmaqla  beynəlxalq  ümumi  hüququn  predmetinə  daxil  olaraq  onun 
yarımsahəsi  kimi  çıxış  edir.  Beynəlxalq  əməkdaşlıq  gömrük  orqanlarının 
mühüm  fəaliyyət  istiqamətlərindən  biri  kimi  xarakterizə  olunur. 
Qanunverieiliyin  mövqeyini  rəhbər  tutaraq  və  gömrük  hüququ  sahəsində 
tədqiqatları təhlil edərək belə bir nəticəyə gəlmək olar: «Gömrük sahəsində 
beynəlxalq əməkdaşlıq dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada 
həyata keçirilən, gömrük sahəsində beynəlxalq müqavilələrin hazırlanması, 
cinayət  və  digər  işlərlə  bağlı  qarşılıqlı  hüquqi  yardım  alınması  ilə  bağlı 
beynəlxalq  müqavilələrin  realizəsi,  müxtəlif  dövlətlərin  gömrük  orqanları 
arasında  hüquqi  yardım  haqqında  müqavilələrin  bağlanması  və  həyata 
keçirilməsi,  gömrük  orqanlarının  xarici  siyasət  orqanları  vasitəsilə 
əməkdaşlığı  istiqamətində  gömıiik  orqanlarının  fəaliyyəti  başa  düşülür». 
Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın  aşağıdakı  formaları 
fərqləndirilə  bilər;  beynəlxalq  müqavilələrin  hazırlanmasında  iştirak; 
cinayət  və  digər  məsələlər  üzrə  qarşılıqlı  hüquqi  yardım  haqqında 
beynəlxalq  müqavilələrin  birbaşa  realizəsi;  ayrı-ayrı  dövlətlərin  gömrük 
orqanları  arasında  hüquqi  yardım  və  əməkdaşlıq  haqqında  sazişlərin 
bağlanması  və  həyata  keçirilməsi;  gömrük  orqanlarının  xarici  siyasət 
orqanları vasitəsilə əməkdaşlığı. 
Gömrük  fəaliyyəti  elə  fəaliyyətdir  ki,  o  heç  vaxt  bir  ölkənin 
hüdudlarında  qalmır,  yüklərin  ölkəyə  gətirilmə  və  ya  ölkədən  çıxarılma 
prosesində qanunvericilik mütləq başqa dövlətin qanunvericiliyi ilə üst-üstə 
düşməlidir. Buna görə də bu sahədə qanunvericilik 
179 


OSiVlƏR 
ƏLIYEVA
 
qobul olunarkən mülloq bcynolxalq praktikadan istifadə olunmalı, gömrük 
dorocolori  vo  bu  sahodo  foaliyyotin  boyata  keçirilməsinin  prosedur 
qaydaları  uyğunlaşdırılmalıdır.  Lnıkin  bu  unifıkasiya  suverenlik  vo 
milli-iqtisadi  maraqlar  çərçivəsində  həyata  keçirilməlidir.  Dövlətlər 
arasında razılaşma elə həyata keçirilməlidir ki, bu zaman hər bir dövlətin 
mənafeyi  nəzərə  alınmalı  və  rəhbər  tutduğu  iqtisadi  siyasətin  əsas 
müddəaları pozulmamalıdır. 
12.
 
Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın  hüquqi  tənzimlənmə 
prinsiplərini  iki  qrupa-ümumi  və  xüsusi  prinsiplərə  bölməklə 
təsnifləşdinnək  olar.  Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın  bütün 
sahələrinə şamil edilən ümumi prinsiplərə bərabərlik, ölkənin daxili işlərinə 
qarışmama,  güe  və  güe  tətbiq  etməklə  hədələməyin  yolverilməzliyi, 
beynəlxalq  öhdəliklərin  vicdanlı  icra  edilməsi,  ayrı-  seçkiliyin 
yolverilməzliyi  və  s.  aiddir.  Gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın 
müxtəlif  sferalarında  istifadə  olunan  xüsusi  prinsiplərə  isə  aşağıdakılar 
aiddir: tarif güzəştləri prinsipi; daha əlverişli rejim prinsipi; az inkişaf etmiş 
ölkələrə tarif preferensiyalarmm tətbiq edilməsi prinsipi. 
13.
 
Azərbaycan  Respublikasının  ÜTT-na  üzv  olmasına  dair 
respublikamızın qarşısında duran əsas vəzifələrdən biri kimi gömrük-tarif 
tənzimlənməsi 
çıxış 
edir. 
Tarif 
qanunvericiliyi 
tariflərin 
əlaqələndirilməsi-səmərəli  tariflə  (istehsalını  həvəsləndirmək  məqsədi 
daşıyan  mallara  aşağı  dərəcələrin  tətbiq  edilməsi)  tarif  es-  kalasiyasının 
(malın emal səviyyəsindən asılı olaraq gömrük rüsumlarının artması) birgə 
tətbiq olunması prinsipinə əsaslanmalıdır. 
14.
 
Azərbaycan Respublikasında gömrük münasibətlərini tənzimləyən 
sistemləşdirilmiş  akt,  yəni  GM  ilə  yanaşı  digər  qanunlar,  əsasən  də 
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikası qanunu da vardır. Bu 
isə hüquqtətbiqetmə təcrübəsini çətinləşdirməklə 
180 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə