Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   2   3   4   5   6   7   8   9   ...   59

OSMOR
 ƏLIYEVA
 
dir  vo  homin  sonodlər  Rusiya  imperiyasının  lorkibino  daxil  olan 
Azərbaycanda da qüvvədə idilər. Yeni ərazilərin işğalı hesabına ru- siyanın 
iqtisadi  inkişaf  potensialı  artdığı  üçün  daha  təkmilləşdirilmiş  «Gömrük 
tarifi»  (1891)  və  Gömrük  Nizamnaməsi  (1892)  qəbul  olundu.  Həmin 
sənədlərdə  gömrük  işlərinin  tənzimlənməsində  vahid  qaydalar  təsbit 
olunduğu  və  dəniz  sahilində  3  dəniz  milində  yerləşən  sular  da  gömrük 
zonası elan edildi.' 
'farixdən  molum  olduğu  kimi  1918-1920-ci  illərdə  Azərbaycan 
Demokratik  Respublikası  mövcud  olmuşdur.  1918-ci  ildən  1920-ci 
ilədəkAzərbaycan  Demokratik  Respublikasının  yaradılması  ilə  bütün 
sahələrdə olduğu kimi gömrük və vergi sahəsində də müstəqil siyasət həyata 
keçirilməyə  başlanılır.  Azərbaycanın  dövlət  və  hüquq  tarixini  araşdıran 
X.C.İsmayılov ADR dövründə vergi sistemində 5 vergi növünün mövcud 
olmasını  və  onlardan  birinin  gömmk  rüsumları  və  gəlirləri  olduğunu 
göstərir.^  Müstəqil  Azərbaycan  Cümhuriyyətinin  gömrük  orqanlarının 
yaradılması  Milli  hökumətin  qarşısında  duran  ən  vacib  məsələlərdən  biri 
olmuşdur. Milli hökumətin 18 avqust 1918-ci il tarixli qərarı ilə Azərbaycan 
Gömrüyü təşkil edilir vo 99 gömrük məntəqəsi yaradılır.-’ ADR dövründə 
xarici  dövlətlərlə  ticarət  münasibətlərinin  tənzimlənməsində  parlament 
tərəfindən  qəbul  edilmiş  «Azərbaycan  Cümhuriyyətinin  hüdudlarından 
kənara xammal daşınmasının şərtləri haqqında» 11 dekabr 1919-cu il tarixli 
qanun mühüm rol oynamışdır. Həmin qanuna görə Azərbaycandan xaricə 
pambıq,  ipək,  barama,  emal  edilməmiş  və  ya  yarı  emal  edilmiş  dəri 
məhsulları kimi xammalları aparmaq istəyən fiziki və hüquqi şəxslər xam 
məhsulun qiymətinin 25 faizi miqdarında gömrtik rüsu- 
'  Nuriyev  C.Q.  Gömrük  hüququ:  Dorslik.  Bakı:  'l'ofokkür  NPM,  2002,  s.  20  ’ 
İ.srnayılov  X.C.  Azorbaycanın  dövlot  və  hüquq  larixi. Bakı:  Nurlan,  2006,  s. 411  ■’ 
Okborov  R.A.,  Səlimov  S.M.  Azərbaycanın  dövlot  vo  hüquq  tarixi.  Bakı:  Hüquq 
odobiyyalı, 2009, s. 295 
20 


ÖSMOR OI.IVEVA 
mu  ödomoli  idilor.  llomin  dövrdo  AXC  parlamenti  torofmdən  «Ölko 
sorhodlorindon kənara aparılan spirt vo spirtli içkibro tətbiq olunan gömrük 
rüsumunun tarifləri haqqında» 9 oktyabr 1919-cu il tarixli, «Xaricə aparılan 
balıq və balıq məhsullarına tətbiq edilən yeni gömrük rüsumları haqqında» 
9 oktyabr 1919-cu il tarixli və Azərbaycan hüdudlarından kənara çıxarılan 
mallara  müvəqqəti  gömilik  tarifinin  tətbiq  edilməsi  haqqında  9  fevral 
1920-ci il tarixli qanunlar qəbul edilmişdir. 9 fevral 1920-ci il tarixli qanuna 
görə  xaricə  aparılan  ma-  ■zut'VƏ  'xam  neftin  ixracı  üzərinə  ikiqat  aksiz 
vergisinin qoyulması müəyyən edilmişdi. 
Sovet  dövründə  Rusiyada  və  onun  tərkib  hissəsi  olan  Azərbaycanda 
gömrük  qanunvericiliyi  haqqında  danışarkən  qeyd  etmək  lazımdır  ki, 
1922-ci  ilədək  bu  ərazidə  inqilabaqədərki  qanunvericilik  qüvvədə 
olmuşdur.  14  fevral  1922-ci  ildə  ilk  dəfə  SSRİ  ərazisində  gömrük 
siyasətinin  həyata  keçirilməsi  barədə  qanunvericilik  aktı-  «Gömrük  tarif 
sənədi» qəbul edildi. Bu dövr SSRİ ərazisində Yeni İqtisadi Siyasətin (YİS) 
tətbiq olunması ilə eyni vaxta təsadüf edirdi. Göstərilən gömrük sənədində 
dövlətin xarici ticarət əlaqələrindəki inhisarçılığı öz təsdiqini tapdı. 1924-cü 
ildə SSRİ-də ilk Gömrük Nizamnaməsi qəbul edildi. 1964-cü ildə SSRİ Ali 
Sovetinin Rəyasət Heyətinin fənnanı ilə ilk dəfə Gömrük Məcəlləsi qəbul 
edildi.'  120  maddədən  ibarət  olan  həmin  məcəllə  1991-ci  ilədək  qüvvədə 
oldu. 1991-ci  il  26  mart tarixində  SSRİ  Ali  Soveti  1964-cü  il  məcəlləsini 
ləğv edən yeni Gömrük Məcəlləsi qəbul etdi." 
Sovet  imperiyasının  süqutundan  sonra  1991-ci  il  18  oktyabrda 
Azərbaycan Respublikasının Ali Soveti tərəfindən «Azərbaycan 
'  Таможенное  право:  Учебник  /  Под  ред.  ^4.M.PaccoJloпa,  Н.Д.Эрианшили. 
М.:ЮПИТИ-ДЛ11Л, 2007, с. 20-21 
-  Таможенное  право:  Учебник  /  Под  ред.  М.М.Рассолова,  IГД.Эриатвили. 
М.:10НИТИ-ДЛ11Л, 2007, с. 22 
21 


ƏSMƏR
 ƏLIYEVA
 
Respublikasının dövlət  müstəqilliyi  haqqında»  Konstitusiya  aktının  qəbul 
edilməsi ilə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edir. Öz dövlət 
müstəqilliyini  bərpa  etmiş  respublikamızda  ilk  növbədə  gömrük-tarif 
sisteminin formalaşması prosesi başlanılır. Belə ki, 18 oktyabr 1991-ci ildə 
«Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  yaradılması 
haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  561  saylı  fərmanı  ilə 
Dövlət  Gömrük  Komitəsi  yaradılır.  Həmin  fəraıana  uyğun  olaraq 
Komitənin  strukturu  ilə  bağlı  təşkilati  məsələlər  barəsində  Azərbaycan 
Respublikası  Nazirlər  Kabineti  1  iyun  1991-ci  ildə  «Azərbaycan 
Respublikası  Gömrük  Komitəsinin  məsələləri  haqqında»  müvafiq  qərar 
qəbul edir. 
X.C.İsmayılov haqlı olaraq göstərir ki, Azərbaycanda gömrük işi üzrə 
münasibətlər faktiki olaraq respublikada müstəqillik əldə olunduqdan sonra 
fomralaşmış  və  inkişaf  etdirilmişdir.'  Müstəqillik  əldə  etdikdən  sonra  ilk 
nomıativ  hüquqi  akt  kimi  «Gömilik  tarifi  haqqında»  20  iyun  1995-ci  il 
tarixli  qanun  qəbul  edildi.  Azərbaycan  Respublikasında  həyata  keçirilən 
gömrük siyasəti vasitəsilə dünya iqtisadiyyatına inteqrasiya prosesi başladı. 
Azərbaycan  MDB-nin  üzvü  kimi  bir  sıra  beynəlxalq  sənədlərə-10  fevral 
1995-ci  il  tarixli  «MDB  iştirakçı  dövlətlərin  gömrük  qanunvericiliyinin 
əsasları»na, (Azərbaycan Respublikası 12 mart 1991-ci il tarixli qanunla bu 
beynəlxalq  müqaviləni  ratifikasiya  etmişdir),  15  aprel  1994-cü  il  tarixli 
«Azad iqtisadi zonaların yaranması haqqında konvcnsiya»ya (Azərbaycan 
Respublikası 18 oktyabr 1996-cı il qanunu ilə bu konvensiyanı ratifikasiya 
etmişdir)  qoşulmuşdur.  1997-ci  ildə  isə  müstəqil  Azərbaycan 
Respublikasının ilk Gömrük Məcəlləsi (bundan sonra AR GM) qəbul edildi. 
14  bölmə,  61  fəsil  və  450  maddədən  ibarət  olan  AR  GM  malların  və 
nəqliyyat vasitələrinin respublika- 
' İsmayılov X.C. Azərbaycanın ciövlol vo hüquq tarixi. Bakı: Nurlan, 2006, s. 693 
22 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə