Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   2   3   4   5   6   7   8   9   10   ...   59

OSMƏU ƏUYKVA 
nın  gömrük  sorhodinclən  kcçirilmosinin  osas  prinsiplərini,  gömrük 
rejimlərini,  gömrük  tarif  nizamlanmasını,  gömrük  ödənişlərini,  gömrük 
rəsmiləşdirilməsini,  gömrük  statistikasını,  qaçaqmalçılıq  və  gömılik  işi 
sahəsində  digər  cinayətləri,  gömrük  qaydalarının  pozulması  və  bu 
pozuntulara  görə  məsuliyyəti  və  s.  məsələləri  təsbit  etdi.  1999-cu  ildə 
«Gömrük  xidməti  haqqında»  Əsasnamə  təsdiq  edildi.'  Bundan  sonrakı 
dövrlərdə  milli  iqtisadiyyatın  inkişafına  tədricən  nail  olunduqca  və  bu 
sahədə mühüm irəliləyişlər əldə edildikcə gömrük-tarif sisteminə yenidən 
baxılmış  və  mövcud  qanunvericilik  aktları  mütəmadi  olaraq 
təkmilləşdirilmişdir.  Azərbaycan  Respublikası  dünya  iqtisadiyyatına  sıx 
surətdə inteqrasiya etdikcə öz gömrük-tarif sisteminin azad xarici ticarətə 
üstünlük  vcmıok  prinsipi  əsasında  qurmaq  istiqamətini  əsas  götürür.  Bu 
baxımdan respublikamızda 24 iyun 2011-ci il tarixdə qəbul edilmiş yeni AR 
GM  özünün  tənzimetmə  prinsipləri  və  tənzimlədiyi  ictimai  münasibətlər 
baxımından fərqli olmaqla gömrük-tarif tənzimlənməsi sahəsində mütərəqqi 
xarakterli müddəaları özündə əks etdirir. 
Beləliklə, Azərbaycanda gömrük-tarif qanunvericiliyinin prinsipcə yeni 
elmi  dövrləşdirilməsi  (tarixi  inkişaf  mərhələləri)  haqqında  müddəanın 
tarixi-hüquqi  materiallara uyğun  olaraq  əsaslandırılmasını  göstənnək  olar. 
Azərbaycanın  gömrük-tarif  qanunvericiliyinin  inkişaf  tarixi  aşağıdakı 
dövrlər üzrə təsnifləşdirilir: 
1.
 
Gömrük tarif qanunvericiliyinin inqilabaqədərki dövrü
2.
 
Azərbaycan 
Demokratik 
Respublikasının 
gömrük-tarif 
qanunvericiliyi; 
3.Sovet dövrünün gömrük-tarif qanunvericiliyi
4.Müstəqil Azərbaycan Respublikasının gömrük-tarif qanunvericiliyi. 
' Mehrəliyev I.İ., Abdülo/.imov Ə.V. Gömrük fəaliyyətinin iqtisadiyyatı: Ali məktəblər 
üçün dərslik. Bakı: Adilogkı, 2008, s. 6-15 
23 


ƏSMOK
 ƏLIYEVA
 
Gömrük  foaliyyoti  on  qədim  fəaliyyət  növlərindən  olmaqla  müasir 
dövrədək  geniş  inkişaf  yolu  keçmişdir.  Uzun  tarixi  dövr  ərzində  keçmiş 
SSRİ-nin  tərkibində  olan  Azərbaycanda  gömrük-ta-  rif  tənzimlənməsi  ilə 
bağlı məsələlər ittifaq çərçivəsində həll edilmişdir. Bütün tarixi dövrlərdə 
gömrük-tarif  tənzimlənməsinin  əsasım  təşkil  edən  gömrük  tarifləri  və 
rüsumları  dövlətin  xarici  iqtisadi  fəaliyyətinin  əsas  vasitələri  kimi  çıxış 
etmişlər.  Gömrük-tarif  tənzimlənməsi  dövlət  gömrük  işinin  mühüm 
elementi olmaqla dövlətin gömrük siyasətinin həyata keçirilməsinin əsasını 
təşkil  etmiş  və  hazırda  da  təşkil  etməkdədir.  Gömrük  siyasətinin 
formalaşması və reallaşdırılması isə dövlətin bütün hakimiyyət qollarmm- 
həm qanunvericilik, həm icra, həm də məhkəmə orqanlarının iştirak etdiyi 
mürəkkəb  bir  prosesdir.  Ilal-hazırda  beynəlxalq  hüququn  subyekti  kimi 
Azərbaycan  Respublikası  gömrük-tarif  tənzimlənməsini  beynəlxalq 
təşkilatların  tövsiyələrini,  inkişaf  etmiş  dünya  dövlətlərinin  təcrübəsini 
nəzərə almaqla onlarla sıx inteqrasiya şəraitində inkişaf etdirir. Artıq bazar 
münasibətlərinə keçid  dövrünü başa vurmuş respublikamızda fonnalaşmış 
olan  gömrük  sistemi  dövlətin  iqtisadi  suverenliyi  və  təhlükəsizliyinin 
qorunması,  daxili  bazarın  xarici  rəqabətdən  müdafiəsi  və  paralel  olaraq 
Azərbaycan  Respublikasının  beynəlxalq  iqtisadi  inteqrasiyasına  köməklik 
etmək istiqamətində inkişaf edir. Fikrimizcə, respublikamızın gömrük-tafif 
qanunvericiliyinin inkişaf tarixinin tədqiqi bu sahədə qanunvericiliyin bütün 
hüquq  sisteminə  xas  olan  inkişaf  xüsusiyyətlərim  özündə  əks  etdirdiyini 
göstərir və o, respublikamızda özünəməxsus xüsusiyyətlərə və tarixi inkişaf 
qanunauyğunluqlarına malik olmuşdur. 
24 


OSMOU OI.IYEVA 
1,2.
 
Tarif vo qeyri-tarif tədbirləri gömrük 
tənzimlonməsinin metodları kimi 
Gömrük fəaliyyəti - müasir dövrdə dövlətin strateji və iqtisadi cəhətdən 
inkişafından,  ölkənin  dövlət  quruluşundan,  onun  seçdiyi  siyasi-iqtisadi 
inkişaf  siyasətindən  asılı  olan  fəaliyyət  sahəsidir.  Gömrük  işi  gömrük 
fəaliyyətinin  iqtisadi  və  hüquqi  tənzimlənməsi  arasında  həlqə  rolunu 
oynayır. Belə ki, iqtisadiyyat gömrük işinin keyfiyyət və səmərəliliyindən 
bilavasitə asılıdır. Gömrük fəaliyyəti isə son nəticədə gömrük hüququnun 
məzmununu  təşkil  edən  hüquq  normalarında  əks  olunur.  Bu  baxımdan 
gömrük  fəaliyyəti  və  gömrük  işinin  hüquqi  tənzimlənməsi  məsələlərinin 
tədqiqi,  gömrük  qanunvericiliyinin  təkmilləşdirilməsi  ölkənin  gömrük 
siyasətinin  və  bütövlükdə  ümumi  iqtisadiyyatın  inkişafında  çox  böyük 
əhəmiyyət daşıyır. 
Ölkənin gömrük-tarif siyasətinin istiqamətləri bir sıra amillərdən asılı 
olaraq  müəyyənləşir.  Hər  bir  dövlət  öz  siyasi  quruluşundan,  iqtisadi 
maraqlarından, iqtisadi inkişaf səviyəsindən asılı olaraq özü üçün ən sərfəli 
gömrük siyasəti müəyyən edir. 
Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyinin 
təhlili  əsasında  respublikamızda  gömrük  taril'tənzimlənməsinin  aşağıdakı 
mühüm istiqamətlərini göstərmək olar: 
-
 
Azərbaycan  Respublikasında  bazar  iqtisadiyyatını  daha  da 
sürətləndirmək  məqsədilə  bütün  xarici  iqtisadi  əlaqələrin  reallaşdırılması 
üsullarından istifadə edilməsi
-
 
proteksionist azad ticarət siyasətinin düzgün əlaqələndirilməsi yolu ilə 
milli  iqtisadi  maraqların,  həmçinin  yerli  istehsal  və  istehlakçıların 
hüquqlarının müdafiəsi
-
 
xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətdə əlverişli rejim 
müəyyən edilməsi
25 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə