Ycno do Yelizavctpol qubernatoru 1915-ci il 11 may tarixli 1238 №li
moxfı moktubunda Qafqaz canişinliyi xüsusi şöbosinə müsolman- larm
Türkiyo xarabalıqlarında ermənilor üçün əlverişli şorait yaradılmasını
istomədiklərini yazdı. Moktubda göstorilirdi ki, bu nifrot ermənilərin
tatarlara münasibətdə törətdikləri hərəkətlərdən, Kars vilayətində
ermənilərin tatarlar üzərində etdikləri qanlı vəhşiliklərdən və hakimiyyət
dairələri tərəfindən müsəlmanlara olan inamın qırılması üçün ermənilərin
etdikləri bir sıra cəhdlərdən sonra xeyli artmışdır. Lakin tatarlar
hakimiyyətə olan inamlarını itirmirlər. Onlar bunu müharibə ehtiyaclarına
yönəltdikləri gen-bol ianələrlə, könüllü insan və ordu göndərməklə sübut
edirlər'“.
Tiflis quberniya jandarma axtarış idarəsinin rəisi, polkovnik Pastr-
yulin 1915-ci il 21 iyul tarixli 1948 №li məxfi məktubunda Qafqaz
canişinliyi xüsusi şöbəsinə yazırdı ki, müsəlmanlar erməniləri aşağı kasta
sayırlar. Əhalisi əsasən azərbaycanlılardan ibarət olan Borçalı qəzası
hüdudlarında torpaqlar tədricən ermənilərin əlinə keçir, ticarət də onların
əlində cəmlənir və ermənilər azərbaycanlıların hesabına varlanırlar, bu da
təbii olaraq müsəlmanları ermənilərə qarşı hiddətləndirir. Bundan başqa son
zamanlar qəza Türkiyədən və İrandan qovulan ermənilərlə daha çox
doldurulur. Qaçqın axını dayanmır. Türk ordusu qələbə qazansa, gənclərin
böyük əksəriyyəti türklərin tərəfinə keçəcəkdir'"
Qafqaz canişinliyi xüsusi şöbəsinin rəisi Pisarski 1915-ci il 28 avqust
tarixli 3720 №li məxfi məktubunda Rusiyanın İranla sərhəd komissarına
yazırdı ki, Borçalı qəzasında erməni və müsəlmanların bir- birinə nifrət
etməsinə səbəb qəzaya erməni qaçqınlarının yerləşdiril- məsidir'“.
Kutaisi quberniya jandarma idarəsinin rəisi Qafqaz canişinliyinin
mülki işlər üzrə köməkçisinə 1915-ci il 30 sentyabr tarixli 303 №li tam
məxfi məlumatında yazırdı ki, ermənilərlə gürcülər arasında gələcəkdə
qırğın olacağını göstərən faktlar yoxdur. Lakin ermənilər və gürcülər
arasında münasibətlər xüsusən hər iki xalqın milli əlamətləri ucbatından
həmişə düşmənçilik xarakteri daşıyır. Ona görə ki, gürcülər erməni millətini
digər Qafqaz xalqları üzərində hakim mövqe tutmaq istəyən kimi görürlər.
Ermənilərin çox olduğu vilayətlərdə münasibətlər daha kəskindir.
Gürcülər
ermənilərə dəhşətli dərəcədə nifrət edirlər. Ermənilər açarların torpağına
sahib olmaq istəyirlər'*’.
Bakı qubernatoru Ahşevski 1916-cı il 1 mart tarixli 1200 №li mək
238
tubla Qafqaz canişininə yazdığı hesabatda göstərirdi ki, müsəlmanlarla
ermənilər arasında münasibətlərə Qafqaz cəbhəsindəki vəziyyət təsir edir.
Münasibətlərin gərgin olmasına səbəb baş verən hadisələrə bu xalqların
müxtəlif baxışlı olması və qarşılıqlı yadlığıdır. Bununla belə, nüfuzlu
müsəlmanlar və ermənilər nifrəti yumşaltmaq üçün səylər göstərirlər'™
Yelizavetpol quberniyası polis departamentinin 1916-eı il 9 fevral
tarixli 355 №li məxfi məktubunda deyilirdi ki, yerli türkpərəst azər-
bayeanlılar Türkiyənin məğlub edilməsini istəmirlər. Azərbaycanlılar nifrət
etdikləri ermənilər üçün Türkiyə xarabalıqlarında əlverişli şərait
yaradılmasını istəmirlər. Bu nifrət ermənilərin Kars vilayətində
azərbaycanlılar üzərində etdikləri vəhşiliklərdən sonra daha da artmışdır'^'.
Çarizm hakimiyyət orqanlarının erməni-azərbayeanlı münasibətlərini
izləməsi 1917-ei ildə də davam etdirilirdi.
Təhlil göstərir ki, erməni-azərbaycanlı münasibətlərinin gərgin
olmasının başlıca səbəbləri müharibənin başlanmasına və gedişində baş
verən hadisələrə bu iki xalqın fərqli baxışlarının olması, ermənilərin xəyanət
edərək türklərə və digər müsəlmanlara qarşı törətdikləri soyqırım,
ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi, müsəlmanların
hesabına varlanmaları, hakimiyyətin müsəlmanlara inamsızlığı və s. ilə
bağlı idi. Ermənilərlə gürcülər arasında da münasibətlər gərgin idi.
Ermənilər türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı ört-basdır
etmək üçün “erməni soyqırımı” haqqında haray-həşir qoparmağa başladılar.
Amma əslində “erməni soyqırımı” baş vermişdi rm i?
“Erməni soyqırımı” olmuşdurmu?
Birinci dünya müharibəsi illərində guya “türklərin erməniləri kütləvi
surətdə qırması” faktının olduğu bir sıra erməni, rus və başqa tarixçilərin
yazılarında hələ də yanlış olaraq özünə yer tutmaqdadır. Çox vaxt bu
məsələdən hətta siyasi məqsədlər üçün istifadə edilir. Lakin həqiqət
necədir? Tarixi mənbələrin araşdırılması qəti şəkildə göstərir ki, “erməni
soyqırımı” haqqında hətta erməni siyasi və ictimai xadimlərinin, dövri
mətbuatının özləri əvvəllər heç bir şey söyləməmiş, yalnız müəyyən müddət
keçdikdən sonra düşünülmüş şəkildə siyasi məqsədlər naminə guya
soyqırımın
baş verdiyini yaymağa baş
239