verirdi'”. Belo şəraitdo Almaniya müvəqqoti hökumətlə barışıq və sülh
müqaviləsi imzalayıb Rusiyanı müharibədən kənarlaşdırmaqla ingilislər
üçün çətinliklər yaratmaq istəyirdi. Almaniyanın 1917-ci ilin martında
Rusiyaya sülh müqaviləsi bağlamaq üçün edilmiş
müraciətində deyilirdi ki,
azad, yeniləşmiş Rusiya xristian bayramı günlərində bizimlə danışıqlarına
girəcokmi? Almaniya nə qədər güclü olsa da Şərq cəbhəsində hücuma
keçmək üçün sizin daxili mübarizənizdən heç vaxt istifadə etməyəcəkdir'”.
Antanta dövlətlərinin planları
Müharibə başlayanda Antanta ölkələri aşağıdakıları özlərinin başlıca
hərbi məqsədləri elan etdilər: 1. Beynəlxalq hüququ ədalət silahından deyil,
təkəbbürlük, hiyləgərlik və milli zülm aləti olan tirançı- hqdan mühafizə
etmək. 2. Belçika və Serbistanın tam milli müstəqilliyini və bütövlüyünü
qorumaq; 3. Ümumi sülh üçün təhlükə olan pruss militarizmini məhv və
darmadağın etmək; 4. Beynəlxalq hüquq prinsiplərini clo möhkəm əsasda
təsdiq etməli ki, kiçik və daha zəif millətlər güclülərin təcavüzkarlığından
və qəddarlığından qorunmaqda təminat qazansınlar. 5. İtirilmiş Elzas və
Lotaringiyanı Fransaya qaytarmaq. Bu məqsədləri 1908-ci ilin aprelindən
1916-cı ilin dekabrınadək Böyük Britaniyanın baş naziri olan H. H. Askvit
və Fransanın baş naziri Rcne Viviani (1863-1925) formalaşdırdılar'”.
Rusiyanın planları
Müharibədə Rusiyanın ümumi planları hərbi əməliyyatlar başlan-
mazdan xeyli əvvəl hazırlanmışdı. Hələ müharibəyə girməmişdən əvvəl
Rusiya hakimiyyət orqanları müstəmləkə zülmü altında olan Quzey
Azərbaycan türklərinə və digər müsəlmanlara inanmadıqlarından onların
üzərində ciddi nəzarət qoydular. Bu nəzarət Rusiyanın Azərbaycanda
yeritdiyi ümumi siyasətinin tərkib hissəsi idi.
Rusiya Azərbaycana müharibənin gedişində xammal mənbəyi, iqtisadi
baza və Türkiyəyə hücum üçün hərbi-strateji məntəqə kimi baxırdı.
Rusiyanın Azərbaycan siyasəti başlıca olaraq iqtisadi, hərbi-siyasi, dini və
mədəni-ideoloji motivlərlə bağlı idi.
1914-cü il iyulun 28-də Qafqaz gömrük inspektorluğu idarəsi 64 Nüli
məxfi və sirkulyar məktubu ilə gömrük müəssisələrinə aşağıdakı məsələlər
haqqında məlumat toplamaq barədə göstəriş verdi: 1). Türkiyə və İranla
sərhəddə yaşayan
əhalinin əhval-ruhiyyəsi; 2). Türkiyə