Rəyçilər: Yeganə Qəhrəmanova


Üslubların bir-birindən ayrılma və birləşmə xüsusiyyətləri. Fərdi və funksional üslub



Yüklə 1,52 Mb.
səhifə6/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   2   3   4   5   6   7   8   9   ...   113
R y il r Yegan Q hr manova

Üslubların bir-birindən ayrılma və birləşmə xüsusiyyətləri. Fərdi və funksional üslub
Azərbaycan ədəbi dilinin üslublarında diferensiasiya və inteqrasiya halları. Az­ər­­bay­can ədəbi dilinin ilk dövrlərində indiki qədər üslublar olmamışdır. Ümumiyyətlə, qədim dövrlərdə indi müstəqil elm sahələri kimi tanıdığımız elmlər (riyaziyyat, təbabət, dilçilik, estetika, tarix və s.) bir elmin, yəni fəlsəfə elminin tərkib hissələri olmuşdur. Deməli, müxtəlif ixtisas sahələrinə aid elmi məlumatlar fəlsəfi üslubda verilmişdir. İnsanların həyat haqqında, təbiət və cəmiyyət haqqında bilikləri dərinləşdikcə fəlsəfənin içərisində olan elmlər müstəqil şəkildə formalaşmışdır. Nəticədə elmi məlumatların, biliklərin, təbii ki, müxtəlif elmi məlumatların və müxtəlif məzmunlu biliklərin fərqli üslubları, ifadə üsulları meydana gəlmişdir. Elmlərin müxtəlif qolları yarandıqca elmi fikirlərin ifadə tərzində də rəngarənglik yaranmışdır. Elmlərin inkişafı onların müxtəlif qollarını yaratdığı kimi, elmlərin müxtəlif sahələrinin bir-birinə yanaşmasına da səbəb olmuşdur. Məsələn, biologiya və kimya elmlərinin əsasında biokimya, biologiya və fizika elmlərinin əsasında biofizika, dilçilik və riyaziyyat elmlərinin əsasında riyazi dilçilik elmləri yaranmışdır.
Göründüyü kimi, bir elmdən müxtəlif elm sahələrinin ayrılması (diferensiasiyası) və müxtəlif elm sahələrinin bir-birinə yaxınlaşması (inteqrasiyası) tarixin müxtəlif mərhələlərində təkrar olunan proseslər olmuşdur. Belə bir proseslə bağlı olaraq Azərbaycan ədəbi dilinin üslublarında da diferensiasiya və inteqrasiya halları baş vermişdir.
Son onilliklərdə elmi üslubun yeni bir qolu yaranmışdır. Bu qol elmi üslubun bir istiqaməti olmaqla, bədii və publisist üslubun (dilin) xüsusiyyətlərini özündə ehtiva edir. Bu, maariflənmənin kütləviləşməsi ilə bağlıdır. Orta təhsilli insanlar müasir elmin nailiyyətləri ilə maraqlanır, ancaq elmi anlayışları elmi üslubun verdiyi dərinliklə qavraya bilmirlər. Ona görə də çıxış yolu elmi məlumatı sadə, elm adamı olmayanın başa düşəcəyi aydın dillə ifadə etməkdən ibarət olur. Elmi məlumatın kütləvi dillə ifadə olunması elm adamlarının özləri üçün də gərəkli olur. Ona görə ki müxtəlif elm sahələrinin adamları başqa sahələrə aid elmi biliklərdən xəbər tutur, öz dünyagörüşlərini genişləndirirlər. Onu da qeyd edək ki, elmi biliklərin cəmiyyət üzvlərinə asan bir yolla çatdırılması dövrün zərurətinə çevrilmişdir. Belə olan təqdirdə müxtəlif elm sahələrinə aid biliklər ifadə tərzinə görə sadələşdirilir. Müxtəlif elm sahələrinə aid biliklər bir qədər obrazlılığa, bir qədər publisistik tərzə meyl edir, nəticədə yeni ifadə tərzi olan elmi kütləvi dil yaranır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə