Ræhbærlik üçün aylıq makroiqtisadi væ monetar icmal



Yüklə 285,94 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü285,94 Kb.
#70290


 

1

Azərbaycan Respublikası Milli Bankının 2007-ci il 



üçün pul siyasətinin əsas istiqamətləri barədə 

BƏYANATI 

 

 



Ölkənin tarixində son üç il keyfiyyətcə yeni inkişaf dövrünün başlaması ilə 

səciyyəvidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli 

sürülmüş yeni iqtisadi inkişaf doktrinası strateji dövrdə ölkənin dayanıqlı sosial-

iqtisadi inkişafının təmin olunmasına, milli iqtisadiyyatın diversifikasiyasına və bu 

əsasda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə hədəflənmişdir.  

Yeni inkişaf prioritetlərinin reallaşmasına başlanması və dinamik iqtisadi artım 

şəraitində Milli Bank 2006-cı ildə makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın 

rəqabət qabiliyyətinin qorunmasına, habelə büdcə-investisiya siyasətinin 

reallaşmasına dəstək verən pul-valyuta siyasəti yeritmişdir.  

Cari il ərzində yüksək makroiqtisadi dinamika, ölkənin valyuta gəlirlərinin 

əhəmiyyətli artması, dövlət büdcəsi üzrə irimiqyaslı investisiya və sosial 

proqramların realizasiyası makroiqtisadi vəziyyəti formalaşdıran  əsas amillər 

olmuşdur. Ölkənin ödəmə balansının böyük həcmli profisiti və bunun nəticəsində 

yaranan  əlavə maliyyə imkanları hesabına mühüm inkişaf layihələrinin həyata 

keçirilməsi iqtisadiyyatda pula, əmtəə  və xidmtələrə  tələbin  əhəmiyyətli 

genişlənməsini şərtləndirmişdir. 



 

 

I. 2006-cı ildə İqtisadi İnkişaf  

 

 

İqtisadi artım. 

2006-cı ilin on bir ayında ölkədə Ümumi Daxili Məhsul 

34.4% artmış, o cümlədən neft sektorunda artım 64.8% olmuşdur. Cari ilin sonuna 

adambaşına düşən Ümumi Daxili Məhsulun 2400$  (o cümlədən, qeyri-neft sektoru 

üzrə 1150$) təşkil edəcəyi gözlənilir. Qeyri-neft sektorunda artım 11.2% təşkil etmiş, 

o cümlədən qeyri-neft sənayesində istehsal 7,7% artmışdır.  

 

Daxili tarazlıq.

  Məcmu xərclərin (investisiya xərcləri və  fərdi istehlak) 

sürətlə artması iqtisadiyyatda yüksək məcmu tələb formalaşdırmışdır. Məcmu tələbin 

genişlənməsi iqtisadi artımın sürətlənməsində mühüm faktor olmuşdur. Məcmu təklif 

ikirəqəmli templə artsa da məcmu tələb təklifin artım parametrlərini  əhəmiyyətli 

üstələmişdir.   

     


Məcmu tələbin əsas kanalı olan son istehlak xərcləri qeyri-neft Ümumi Daxili 

Məhsulun 85%-ni təşkil etmişdir.  Əhalinin son istehlak xərcləri 34.4%, orta aylıq 

əmək haqqı isə 20% artmışdır. Pul gəlirlərinin 70%-i istehlaka yönəlmişdir. İstehlak 

xərclərinin təqribən ¼ hissəsi istehlak kreditləri hesabına maliyyələşmişdir. 

  



 

2

Məcmu tələbin mühüm kanalı  - daxili mənbələrdən maliyyələşən 

investisiyaların həcmində artım 47,6% olmuş, onun cəmi investisiyalarda payı 

42,7%-ə yüksəlmişdir. Bank kreditləri hesabına maliyyələşən investisiyaların daxili 

investisiyalarda payı 15%-ə çatmışdır. Daxili investisiyaların təqribən 90%-i qeyri-

neft sektoruna yönəldilmişdir. 

 

Dövlət büdcəsinin realizasiyası  cari ildə  məcmu tələbin genişlənməsində  və 

iqtisadi artımın sürətlənməsində mühüm faktor olmuşdur. Ötən ilin müvafiq dövrünə 

nisbətən 2006-ci ilin on bir ayı ərzində büdcə xərcləri 67% artmışdır.  

Xüsusilə büdcənin investisiya xərclərinin sürətlə artması ölkədə investisiya 

fəallığına əhəmiyyətli təsir edən mühüm amilə çevrilmişdir. Belə ki, dövlət büdcəsi 

hesabına maliyyələşən daxili investisiyaların 4.4 dəfə artması  nəticəsində bu 

investisiyaların ümumi həcmdə payı 11%-dən 31%-ə yüksəlmişdir.  

Digər tərəfdən, dövlət büdcəsinin sosial xərclərinin realizasiyası  əhalinin pul 

gəlirlərinin artmasında və fərdi istehlakın genişlənməsində mühüm rol oynamışdır.  

 

Məcmu tələbin ikirəqəmli artım tempi iqtisadiyyatda məşğulluğun artmasına 

gətirib çıxarır. Fərdi istehlak və investisiya xərclərinin yüksək templə artması əmtəə 

və xidmətlərə  əlavə  tələbat yaradır, bu tələbatı ödəmək üçün təklif genişlənir və 

nəticədə  əlavə  iş yerləri yaranır, iqtisadiyyat tədricən tam məşğulluq həddinə 

yaxınlaşır. Belə ki, il ərzində ölkədə 135 min yeni iş yeri açılmışdır ki, bunun da 

56%-i daimi iş yerləridir. Açılmış yeni iş yerlərinin 83%-i regionların payına düşür.   

 

Xarici tarazlıq.

 Cari ilin doqquz ayında tədiyə balansında ötən illərdən 

fərqli proseslər qeydə alınmışdır.  Əgər  əvvəlki illərdə cari hesabın kəsiri kapitalın 

hərəkəti hesabının müsbət saldosu hesabına örtülürdüsə,  2006-cı ildə cari hesabda 

böyük profisit yaranmışdır.  Sürətlə artan neft ixracı ilə bağlı yaranmış profisit 

hesabına ölkə iqtisadiyyatı neft sektoruna cəlb olunmuş birbaşa investisiyalar üzrə 

(Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) öhdəliklərini geri ödəməyə başlamış və 

yaxın bir-iki il ərzində bu öhdəliklərin tam yerinə yetirilməsi gözlənilir.  

 

Cari ilin doqquz ayında tədiyə balansının cari hesabının profisiti 2 mlrd.$-a 



çatmışdır. Bu həcmdə müsbət saldonun formalaşması  əsasən neft ixracının artımı 

hesabına mümkün olmuş, neft-qaz sektoru üzrə ixracın 2 dəfə artması  nəticəsində 

ticarət balansında 5,4 mlrd. $ müsbət saldo yaranmışdır. 

 

Cari hesabda yaranmış böyük profisit ölkənin strateji valyuta ehtiyatlarının 



əhəmiyyətli artımını təmin etmişdir. Belə ki, cari ilin on bir ayında ölkənin strateji 

valyuta ehtiyatlarının həcmi 1,7 dəfə artaraq 4 mlrd. $-ı ötmüşdür.     

 

Kapitalın hərəkəti hesabı üzrə  ölkənin xalis kreditor mövqeyi əhəmiyyətli 



güclənmişdir.  İlin  əvvəlindən ölkənin bütün kapital axınları üzrə xarici aləm 

qarşısında maliyyə  tələbləri (aktivlər) 2,5 mlrd.$ artdığı halda, öhdəlikləri cəmi 0.7 

mlrd. $ artmışdır.  



 

3

                                                



Kapital bazarı.

 Yüksək iqtisadi artım və  işgüzar fəallıq iqtisadiyyatda 

kreditə olan tələbatı artırmış, artan tələbata uyğun olaraq bank sistemi kredit 

resurslarının təklifini genişləndirmişdir. Kreditlər üzrə orta faiz dərəcələri ilin 

əvvəlindən  əhəmiyyətli dəyişməyərək sabit qalmışdır. Kreditlərin həcmi son bir il 

ərzində 65% artmışdır.    

 

Kredit bazarında uzunmüddətli resurslara artan tələbata adekvat olaraq  



uzunmüddətli kreditlərin həcmi 2.3 dəfə artmış və onun cəmi kredit portfelində payı 

14 faiz bəndi yüksəlmiş, kreditlərin yarıdan çoxu uzunmüddətli resursların payına 

düşmüşdür.  Uzunmüddətli kreditlərin yüksək templə artması  neft gəlirlərinin 

qeyri-neft sektorunun kapitalizasiyasına sürətlə transformasiya olunmasını nümayiş 

etdirir.  

 

Bankların yüksək kredit aktivliyi məcmu tələbin maliyyələşməsində bank 



sisteminin iştirakının getdikcə  fəallaşmasını nümayiş etdirir və bu proses bank 

sisteminə inamın daha da artması  şəraitində baş verir. Belə ki, əhalinin pul 



gəlirlərinin ikirəqəmli artımının davamlı olması  şəraitində bu gəlirlərin 

istehlaka yönələn hissəsinin sabitləşməyə başlaması  yığıma meylliliyin 

əhəmiyyətli artması ilə müşahidə olunur. Cari ilin on bir ayında  əhalinin pul 

gəlirlərinin istifadəsi strukturunda yığıma sərf olunan vəsaitlərin payı 18,3%-i 

ötmüşdür. Nəticədə əhalinin əmanətləri son bir ildə 55,5%, o cümlədən uzunmüddətli 

əmanətləri 36,5% artmışdır.               

 

Maliyyə vasitəçiliyinin inkişafının mühüm göstəricisi olan və bank sisteminin 



pul yaratmaq qabiliyyətini xarakterizə edən  pul multiplikatoru ilin əvvəli ilə 

müqayisədə 12.2% artaraq 1,3-ə çatmışdır. Beləliklə, bank sistemi Milli Bankın 

yaratdığı hər 1 manat pul kütləsi müqabilində 1,3 manat yeni pul yaratmışdır.         

 

Makroiqtisadi sabitlyin qorunması  məqsədilə Milli Bankın həyata keçirdiyi 



sterilizasiya  əməliyyatları maliyyə bazarının genişlənməsinə  əhəmiyyətli təsir 

göstərmiş, dövlət qiymətli kağızları bazarının ümumi həcminin 67%-i Milli Bankın 

notlarının payına düşmüşdür. Cari ildə Milli Bankın dövriyyədə olan notlarının həcmi 

ilin əvvəlinə nisbətən 3 dəfədən çox artmışdır. 

 

Yüksək iqtisadi fəallıq fond bazarının durumuna da müsbət təsir etmiş, cari ilin 



on bir ayında ilkin səhm bazarında buraxılmış səhmlərin həcmi ötən ilə nisbətən 29%, 

korporativ istiqrazların həcmi isə 11 dəfə artmışdır. Korporativ istiqrazların 

emissiyasının 84%-i kommersiya banklarının payına düşmüşdür.   

 

Daşınmaz  əmlak bazarında tələbin səviyyəsi kifayət qədər yüksək olmuşdur. 



Bazarın  əsas indikatoru olan Azeri-Rey indeksi

1

 il ərzində 3.3% yüksəlmişdir. 



İndeskin qalxması alternativ yığım forması kimi daşınmaz  əmlaka olan tələbatın 

 

1



 

Bu göstərici daşınmaz  əmlak bazarında qiymətlərin ümumi dəyişimini  əks etdirir və  “Əmlak Bazarı 

İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən hesablanır.  

 



 

4

yüksək olmasını göstərir. 2006-cı ildə ipoteka kreditləşməsi mexanizminin işə 



düşməsi daşınmaz əmlaka tələbin artmasına əlavə stimul vermişdir.     

 

Pula tələb.

 Ölkəyə daxil olan neft gəlirlərinin aktiv olaraq inkişaf məqsədləri 

üçün istifadəsi pula tələbi  əhəmiyyətli artırmışdır. Belə ki, pula tələbin göstəricisi 

olan M2 pul aqreqatı cari ilin on bir ay ərzində 2,3 dəfə artmış, pul kütləsinin orta 

illik artım tempi isə 58,6% olmuşdur. Nəticədə qeyri-neft iqtisadiyyatının 

monetizasiya səviyyəsi ötən ilə nisbətən 10% bəndi artaraq  21%-ə çatmışdır. 



 

 

II 2006-cı ildə Pul Siyasəti və Makroiqtisadi Sabitlik 

 

Pul siyasətinin  əsas hədəfləri və  nəticələri.

 Yüksək iqtisadi artım ilə 

əlaqədar pula tələbin sürətlə genişlənməsi  şəraitində 2006-cı ildə Milli Bankın 

qarşısında aşağıdakı vəzifələr dayanmışdır:  



 

Baza inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasıCari ildə ölkədə inflyasiya 

prosesləri aşağıdakı faktorların təsiri altında formalaşmışdır: 

 

Məcmu xərclərin, o cümlədən fiskal faktorların əhəmiyyətli təsir etdiyi istehlak 



və investisiyaların sürətlə artması; 

 

 Məcmu tələbin məcmu təklifi əhəmiyyətli üstələməsi; 



 

Tədiyə balansının profisitinin artması və bu amilin pula tələbin artımının əsas 

mənbəyinə çevrilməsi;  

 

Sənaye topdansatış qiymətlərinin  əhəmiyyətli artması  və bunun istehlak 



inflyasiyasına artırıcı təsiri;  

 

Partnyor ölkələrdən inflyasiya idxalı.  



 

Tələbin sürətlə ekspansiyası, valyuta təzyiqi, xarici və daxili struktur faktorların 

intensivləşməsinə baxmayaraq həyata keçirilmiş pul siyasəti inflyasiyanın Milli 

Bankın 2006-cı il üçün pul siyasətinin  əsas istiqamətləri barədə  bəyanatında elan 

edilmiş  təkrəqəmli səviyyədə saxlanmasına imkan vermişdir.   

Cari ilin on bir ayında makroiqtisadi siyasətin səmərəliliyinin  əsas göstəricisi 

sayılan orta illik inflyasiya tempi 8% təşkil etmişdir. Əhalinin pul gəlirlərinin artım 

tempi orta illik inflyasiyanı 2 dəfə üstələmişdir. Milli Bankın əsas hədəfi olan baza 

inflyasiya isə ilin əvvəlindən cəmi 7.5% təşkil etmişdir. 

 

       Ölkənin  əlverişli xarici ticarət  şəraitinin qorunması.  Ölkənin ödəmə 

balansında böyük profisitin yaranması  nəticəsində valyuta bazarına 1 mlrd. $ 

həcmində  əlavə valyuta təklifi manatın məzənnəsinə  təsir göstərən  əsas faktor 

olmuşdur. Xarici valyuta təklifinin tələbi üstələməsi  şəraitində manatın ABŞ 

dollarına qarşı  məzənnəsi cari ildə 5.1% möhkəmlənmişdir.  Milli Bankın valyuta 



bazarına aktiv müdaxilələri manatın məzənnəsinin kəskin möhkəmlənməsinin 

qarşısını almışdır.   


 

5

   Manatın bütün valyutalara nəzərən orta çəkili məzənnəsinin dəyişməsi nəzərə 



alınmaqla son 6 il ərzində partnyor ölkələrdə orta çəkili toplam inflyasiyanın 

Azərbaycandakı inflyasiyanı üstələməsi yerli məhsulların xarici bazarlar üçün bu 



dövr ərzində 22,8% ucuzlaşmasını təmin etmişdir.  Beləliklə, həm məzənnə, həm 

də inflyasiya templərindəki fərqlər nəzərə alınmaqla daxili qiymətlər ilə xarici 

qiymətlər arasında paritet milli istehsalçıların xeyrinə  dəyişmişdir.  Cari ilin doqquz 

ay ərzində ölkənin qeyri-neft ixracı 44% artmışdır.     

 

Manatın mövqeyinin güclənməsi milli valyutaya inamın artmasına  şərait 



yaradır. Belə ki, cari ildə ölkədə dollarlaşma səviyyəsi azalmış,  on bir ay ərzində 

cəmi depozitlərin həcmində xarici valyutada depozitlərin xüsusi çəkisi ilin əvvəli ilə 

müqayisədə 17.3%, cəmi kreditlərdə isə xarici valyuta verilmiş kreditlərin payı 7.2% 

aşağı düşmüşdür. 

 

İqtisadiyyatın pula olan tələbatının ödənilməsi.  Sosial-iqtisadi inkişaf 

proqramlarının realizasiyası, xüsusilə dövlət büdcəsinin sosial və investisiya 

xərclərinin artması pula tələbin artımının  əsas amili olmuşdur. Budcənin kassa 

icrasını fasiləsiz təmin etmək məqsədilə Milli Bank hökumətin valyuta gəlirlərinin 

manat örtüyünü mütəmadi təmin etmiş, valyuta bazarında yaranmış valyuta təklifinin 

əsas hissəsini sterilizasiya etmişdir. Cari ildə Milli Bank bu məqsəd üçün valyuta 

bazarından büdcəyə  məxsus 900 mln.$-an çox xarici valyutanı almışdır ki, bu da 

ümumi müdaxilə həcminin 100%-ni təşkil edir.  

Böyük həcmli müdaxilə  nəticəsində Milli Bankın valyuta ehtiyatları ilin 

əvvəlindən 2 dəfə artaraq 2 mlrd.$-a yaxınlaşmışdır.   

 

Bank-maliyyə sistemində maliyyə sabitliyinin qorunması.  Yüksək 

makroiqtisadi dinamika və bank sisteminin sıçrayışlı inkişafı maliyyə sabitliyinin 

diqqət mərkəzində saxlanmasını daha da aktuallaşdırmışdır. Milli Bankın baza 

inflyasiyanın təkrəqəmli səviyyəsinə nail olunmasına yönəlmiş pul və  məzənnə 

siyasəti ölkədə maliyyə sabitliyinin qorunmasına yardım etmişdir.  

 Bununla 

yanaşı, bankların kapitallaşması  və aktivlərin keyfiyyətinə dair 

tənzimləyici çərçivənin daha da ciddiləşdirilməsi bankların maliyyə dayanıqlığının 

artırılmasında mühüm amillər olmuşdur. Eyni zamanda, banklarda səmərəli 

korporativ idarəetmə standartlarının tətbiqi sistem üzrə risklərinin daha effektiv idarə 

edilməsinə şərait yaratmışdır. Bank sisteminin coğrafi əhatə dairəsinin genişlənməsi 

və  əhalinin bank sisteminə inamının artması iqtisadiyyatın maliyyə  dərinliyinin 

yüksəlməsinə  şərait yaratmış, cari ildə bank aktivlərinin qeyri-neft Ümumi Daxili 

Məhsulunda xüsusi çəkisi 7% bəndi artaraq 39%-ə çatmışdır.  

   

Beləliklə, cari  il ərzində Milli Bank tərəfindən yeridilmiş pul siyasəti “baza 

inflyasiya”nın təkrəqəmli səviyyədə saxlanmasına, iqtisadiyyatın pula olan 

tələbatının ödənilməsinə, ölkənin strateji xarici ticarət  şəraitinin  əlverişli 

qalmasına və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir. 

 

 



 

6

   III 2007-ci il üçün pul siyasətinin məqsədləri və istiqamətləri 

 

2007-ci il Azərbaycan Respublikası Prezidentinin ölkənin iqtisadi 



modernizasiyası doktrinasının həyata keçirilməsinin mühüm mərhələsi olacaqdır. 

Neft strategiyasının reallaşmasından  əldə edilən gəlirlərin qeyri-neft sektorunda 

dayanıqlı inkişaf potensialına transformasiyası  və bu əsasda rəqabətə davamlı 

alternativ iqtisadiyyatın yaradılması,  əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu 

doktrinanın  əsas məqsədini təşkil edir. Milli Bank 2007-ci ildə makroiqtisadi 

sabitliyin qorunub saxlanması  əsasında bu məqsədin həyata keçirilməsinə  dəstək 

verəcəkdir.      

   


2007-ci il üçün makroiqtisadi və fiskal çərçivə.

 Hökumətin bəyan 

etdiyi kimi, 2007-ci ildə ölkədə iqtisadi artım tempinin 26%, o cümlədən qeyri-neft 

sektorunda 9% təşkil edəcəyi gözlənilir.  

2006-cı ildə olduğu kimi, məcmu tələbin sürətlə genişlənməsi 

proqnozlaşdırılır. Belə ki, daxili investisiyaların 33%, əhalinin gəlirlərinin 25%, orta 

aylıq əmək haqqının isə 25% artması baş verəcəkdir.    



     

2007-ci ildə dövlət büdcəsi məcmu tələbin genişlənməsində mühüm amil 



olacaqdır. Büdcə xərclərinin 42% artımı, icmal büdcənin qeyri-neft kəsirinin qeyri-

neft Ümumi Daxili Məhsula nisbətinin isə 2006-cı ildəki 33%-dən 2007-ci ildə 37%-

dək artması proqnozlaşdırılır. 

 

Nəticədə 2007-ci ildə  də  əmtəə  və xidmətlərə  tələbin artım tempi əmtəə  və 



xidmətlərin təklifinin artım tempini üstələyəcəkdir.  

 

Proqnozlara görə 2007-ci ildə əsasən neft sektorunun ixracının artması ilə bağlı 



tədiyə balansının cari hesabı üzrə profisitin 2.3 dəfə böyüyərək 9 mlrd. $-a çatması 

proqnozlaşdırılır. 



 

Proqnozlaşdırılan makro-fiskal çərçivə  2007-ci ildə pula tələbin 50-60% 



həddində artmasını şərtləndirir. 

 

Beynəlxalq təşkilatlar və analitik mərkəzlər 2007-ci ildə  qlobal iqtisadiyyatın 

stabilliyinə  təsir edə biləcək  bır sıra risq faktorlarını proqnozlaşdırırlar. Dünya 

iqtisadiyyatına və  əmtəə bazarlarına  əhəmiyyətli inteqrasiya şəraitində  aşağıdakı 

qlobal risq faktorları milli iqtisadiyyata və pul-kredit sferasına təsir göstərir:   

 

Dünya iqtisadiyyatında mühüm rol oynayan əsas valyutaların məzənnələrinin 



və neftin qiymətinin dəyişkənliyi;  

 

İnkişaf etmiş ölkələrdə iqtisadi tsiklin qeyri-stabil dinamikası  və enerji 



daşıyıcıların bahalaşması ilə bağlı məsrəf inflyasiyası; 

 

Aparıcı ölkələrin daşınmaz əmlak bazarlarında qeyri-sabitlik və s.  



 


 

7

                                                



Pul siyasətinin məqsədləri.

 

2006-ci ildə olduğu kimi, 2007-ci il üçün də 

Milli Bankın pul siyasətinin  əsas məqsədini

 baza inflyasiyanın birrəqəmli

2

 (8-

9%) səviyyədə saxlanması 

təşkil edəcəkdir.



  

Bu məqsədin realizasiyası ilə yanaşı Milli Bank həm də qeyri-neft sektorunun 

strateji rəqabət üstünlüklərinin və ölkədə davamlı maliyyə sabitliyinin qorunması 

hədəflərini də dəstəkləyəcəkdir. 



 

 

2007-ci ildə valyuta bazarında proqnozlaşdırılan iri həcmli valyuta təzyiqi 



şəraitində  Milli Bank manatın məzənnəsinə  və ölkənin strateji xarici ticarət 

şəraitinə neqativ təsirini neytrallaşdırmaq üçün valyuta bazarında aktiv 

sterilizasiya siyasəti həyata keçirəcəkdir. 

 

 

Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi 

haqqında” fərmanından irəli gələn vəzifələrin realizasiyası pul siyasəti 

hədəflərinin həyata keçirilməsində mühüm faktor olacaqdır.  Belə ki, ölkədə 

iqtisadiyyatda maliyyə-fiskal intizamın gücləndirilməsi,  əmtəə bazarlarında rəqabət 

şəraitinin yaxşılaşması, qeyri-neft ticari

3

 sektorunun əhəmiyyətli genişlənməsi və 



maliyyə-kapital bazarlarının inkişafının sürətlənməsi makroiqtisadi sabitliyin 

qorunub saxlanmasında mühüm amillər olacaqdır. 

 

2007-ci ilin makroiqtisadi perspektivləri maliyyə sabitliyinin növbəti ildə də 



diqqət mərkəzində saxlanmasını  zəruri edir. Bununla bağlı yüksək dinamikliyi ilə 

seçilən makroiqtisadi şəraitdə bank sisteminin maliyyə sabitliyinin qorunması 

məqsədilə bankların kapital bazasının möhkəmləndirilməsinin davam etdirilməsi, 

bank sisteminin institusional bazasının, o cümlədən korporativ idarəetmə sisteminin, 

xüsusilə risk menecmentinin daha da təkmilləşdirilməsi təmin ediləcəkdir.  Əhalinin 

maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə maliyyə 

sisteminin institusional inkişafı istiqamətində  tədbirlər davam etdiriləcəkdir. Eyni 

zamanda keyfiyyətcə yeni Bazel-2 standartlarına mərhələli keçid ilə bağlı 

məsləhətləşmələr intensivləşdiriləcəkdir.   

Pul siyasətinin həyata keçirilməsi vasitələri.

 

Pul kütləsinin artım 

tempini məqbul səviyyədə saxlamaq üçün Mili Bank özünün əsas sterilizasiya aləti 

olan notların həcminin artırılmasını  təmin edəcəkdir. Milli Bankın sterilizasiya 

siyasətinin makroiqtisadi səmərəsinin artırılmasında dövlət qiymətli kağızlar 

bazarının da genişlənməsi mühüm faktor olacaqdır. 

Eyni zamanda neft gəlirlərinin artması  şəraitində ölkədən kapitalın çıxması 

rejiminin mərhələlər ilə sərbəstləşdirilməsi də makroiqtisadi sabitliyin qorunmasında 

mühüm rol oynaya bilər.  

 

 



2

 

Baza inflyasiya - mərkəzi bankın nəzarətində olmayan inzibati qaydada tənzimlənən qiymətlərin və 



mövsümi məhsulların qiymətlərinin istehlak səbətindən çıxılması yolu ilə hesablanan qiymət indeksidir.  

 

3



 Ticari sektor – əmtəə və xidmətləri beynəlxalq ticarət obyekti olan sektor nəzərdə tutulur.  


 

8

Milli Bank 2007-ci ildə beynəlxalq standartlara uyğun pul siyasətinin 



formalaşması  və realizasiyası mexanizmlərinin təkmilləşdirilməsini diqqətdə 

saxlayacaqdır. Monetar idarəetmənin təşkilinin səmərəsinin artırılması istiqamətində 

proqram tədbirlər həyata keçiriləcəkdir. 

     


Pul siyasətinin alət arsenalının genişləndirilməsi məqsədilə qeyri-ənənəvi 

sterilizasiya alətlərinin tətbiqi potensialı və zəruriliyi qiymətləndiriləcəkdir. 

 

Pul siyasətinin həyata keçirilməsinin iqtisadi təhlil bazası genişləndiriləcək, 



makro, mikro və institusional mühitin monitorinqi və risqlərin qiymətləndirilməsi 

sistemi inkişaf etdiriləcək, əldə olunan nəticələr operativ monetar idaretmədə nəzərə 

alınacaqdır. 

 

Milli Bank ortamüddətli pul siyasəti strategiyasının formalaşdırılması 



çərçivəsində orta müddətli dövr üçün optimal makro-fiskal çərçivənin hazırlanması 

məqsədilə aidiyyatı iqtisadi orqanlarda maliyyə proqramının tətbiqi işinin 

koordinasiyasında yaxından iştirak edəcəkdir. 

 

 



Beləliklə, 2007-ci ildə Milli Bank baza inflyasiyanın təkrəqəmli səviyyədə 

saxlanmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmiş pul-valyuta siyasət 

yeridəcək, eyni zamanda ölkədə  həyata keçirilən sosial-iqtisadi inkişaf 

proqramlarının realizasiyasına dəstək verəcək və makroiqtisadi siyasətin 

koordinasiyasında fəal iştirak edəcəkdir.       

Yüklə 285,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə