Rical Elmi Bid?tdir!



Yüklə 65,33 Kb.

tarix15.07.2018
ölçüsü65,33 Kb.


 

 

Rical Elmi Bidətdir!



 

Hazırladı: İmam Mehdinin (ə) Ənsarı

 

 




 

 



 

Rical elmi bidətdir! 

ical  elminin  yaranmasının  səbəbi  bizə  gəlib  çatan  hədislərin  səhihliyi  və 

doğruluğunu ölçməkdən ibarətdir. Bu mövzunu diqqətə aldıqlarında hədisi nəql 

edənlər haqqında araşdırmalar edib bu şəxslərin kim olduqlarına və bu şəxslərin 

yalançı olub-olmadığına baxarlar, yəni daha doğrusu qərar verərlər. Və bu şəxslər üçün bir 

kitab hazırlanar və hamısının adları o kitabda etibarlıdır yaxud etibarlı deyil deyə siyahı 

şəklində hazırlanar və filan şəxsin Rical kitabı deyilər (Ricalul-Nəccaşi, Ricalul-Tusi kimi). 

Yəni hədisi nəql edən  şəxs əgər etibarlı şəxsdirsə hədisi qəbul edərlər, və əgər bu hədisi 

nəql edən şəxsi tanımaq üçün  yetərincə məlumat toplaya bilməzlərsə və ya hədisi nəql edən 

şəxsin  etibarlı  olduğu  qənaətinə  gəlməzlərsə,  hədisi  rədd  edərlər.  Bu  şəkildə  yola 

çıxdığımızda hədis nəql edən ravilərin fasiq yaxud yalançı olduqları ortaya çıxarsa, hədisi 

bir kənara qoyarıq, və əgər sadiq və etibarlı biridirsə, hədis ələ alınar, təbii ki bunun doğru 

olub-olmadığına  isə  Quran,  Peyğəmbər  (s)  və  onun  əziz  Əhlibeytinin  (ə)  hədislərində 

baxacayıq. 

Ondan öncə bilməyimiz lazım olan bir xüsus da vardır ki, ravilərin Etibarlılığının ən önəmli 

maddəsinə nümunə bir Əhli Sünnət alimi ilk əvvəl hədis ravisinin sünni olmasına diqqət 

edər, halbuki Peyğəmbərimizin (s) dövründə məzhəb yox idi, yəni hədisi eşidən ilk ravinin 

məzhəbi olmaz, şiələr də eyni xətaya düşmüşlər. Hər məzhəbin dəyişilməz qanunu: 

1.

 



Ravi öz məzhəbindən olacaq 

2.

 



Ravi haqqında yaşadığına və yalançı olmadığına dair dəlil olacaq 

Hər  iki  şərtin  səbəbi  etibarlı  bir  ravi  tapmaqdan  gəlir,  yəni  sadiq.  Əhli  sünnət  şiə  olan 

raviləri sadiq saymaz, şiələr də əhli sünnət ravilərini sadiq saymaz və hər ikisi də bir-birini 

rədd edər. İndi özümüzün Peyğəmbərimizin (səas) dövründə olduğumuzu hesab etsək bu 

hökmün etibarlılığını məzhəblərə baxmadan, Qurandan baxacayıq: 

Ey iman edənlər! Sizə bir fasiq bir xəbər gətirərsə, bilməyərək bir insanlara zərər verib 

etdiyinizdən peşman olmamaq üçün o xəbərin doğruluğunu araşdırın. (Hucurat (49):6) 

Fasiq = Yalançı 

Burada  gördüyünüz  kimi,  Quran  ayəsi  buyurur  ki,  biri  sizə  bir  xəbər  gətirirsə,  bu  şəxs 

yalançı olsa belə, gətirmiş olduğu xəbərin mövzusunu və mətnini araşdırın, yəni bu şəxsin 

kimliyi haqqında bizi xəbərdar etməkdədir, çünki əgər sırf fasiq olaraq görüb inanmasaq, 

insanlara  zərər  verə  biləcəyimizi  anlatmaqdadır,  yəni  Rical  elminin  bəhs  etdiyi  mövzu 

tamamilə  insan  düşüncəsindən  meydana  gəlmiş  bir  baxış  məsələsidir,  çünki  Quran  və 

hədislər üzərindən çıxarılan bir hökm deyildir. Ancaq rical elminə inanan şəxslər bu üsula 

tək çarə olaraq baxdıqları üçün az qala Peyğəmbərimizin (s) tövsiyə etdiyi bir yol imiş kimi 






 

 



 

özlərini  zənnə  və  konkretlik  olmayan  bir  dənizin  içinə  atmış  vəziyyətdədirlər.  Halbuki 

bütün rical kitablarında ravilər haqqında müxtəlif qərarlar verilmişdir və rical elminin öndə 

gələn isimləri belə bir-birinin qərarlarına qarşı çıxmışlar. Məsələn, Buxari öz kitabında ələ 

aldığı ravilərinin 400-ə yaxınını Səhih Müslim sağlam ravi saymamışdır və digər raviləri 

etibarlı saymışdır. Buxari də səhih Müslimin 600 ravisinin etibarlı olmadığını demişdir, və 

ya Rical elminin ən öndə gələnlərindən Nəccaşi və Şeyx Tusi də bəzi ravilər barədə fərqli 

görüşlərə sahibdirlər. Məsələn, bir şəxsə Şeyx Tusi etibarlıdır deyər, ancaq Nəccaşi deyildir 

deyər,  və  ya  əksinə,  hətta  bəzən  bir  kitabında  etibarlıdır  deyər,  başqa  bir  kitabında  isə 

etibarsızdır deyər. Nümunə olaraq, Şeyx Tusi Rical kitabında birinə etibarlı demişdir, ancaq 

Kataloq (Fihristi) kitabında etibarlı deyil demişdir. 

Bu mövzunu Seyyid Əhməd Əl Həsən (ə) Quran yolu ilə açıqladığı zaman bizə kafi (yetərli) 

gəlmişdi, çünki Quran bütün inananların ortaq olaraq haqq saydıqları kitabdır, ancaq ayəni 

kafi saymayanlar üçün Nəccaşi və Şeyx Tusinin kitablarında ortaq olaraq səhih saydığı bir 

neçə hədisi gözdən keçirəcəyik ki, bu durumun önəmini başa düşək. Və əgər Nəccaşi və 

Tusinin  səhih  saydıqlarını  müdafiə  ediriksə,  bizim  üçün  etibarlı  olduğundan  deyil,  Rical 

elmini etibarlı sayanlar üçündür, çünki öz inandıqları kitablar üzərindən mövzunu davam 

etməyimiz lazımdır və bunun tövsiyəsini də İmam Riza (ə) bizlərə nəql etmişdir: 

İmam Riza (ə) buyurmuşdur: “Onların özləri üçün zəruri saydığı yöndən danışın.” Bunu bu 

şəkildə etdiyimizdə qarşımızdakı şəxs nə mövzudan kənara çıxa biləcək, nə də inkara gedə 

biləcək, hər nə qədər də Quran ayəsi verdiksə də, bu vəziyyəti Rical elminin təsdiq etdiyi 

hədislərlə dəqiqləşdirəcəyik inşallah. 

Əhli Beyt (ə) hədisləri inkar etməməyimiz üçün ciddi bir şəkildə xəbərdarlıq vermişlər.  

Ravi deyir: İmam Sadiqə (ə) ərz etdim ki, “sizin hədislərinizi bizə nəql edən bir şəxs var 



və bu şəxs yalançılıqla məşhurdur və sizdən hədis nəql etdiyində biz inanmırıq.” İmam 

Sadiq  (ə)  buyurdu:  “Görəsən  gecənin  gündüz  və  gündüzün  gecə  olduğunumu  iddia 

edir?” “Xeyr” dedim. Buyurdu: “Əgər bunu da desə onu inkar etməyin, çünki əgər inkar 

edib yalanlasan, məni rədd etmiş olarsan.”  

Müxtəsərul Dəracat, Həsən ibn Süleymani-Xəlil, səh.76; Və fi Tab’ağ Axri, səh.234 

Hədis ravilərinin Ricalı: 

Ravi:  Əhməd  ibn  Muhəmməd  ibn  İsa:  Xilasətul  Qavalul-Xəlil,  səh.61  Ravinin  etibarlı 

olduğunu deyir. 

Ravi: Hüseyn ibn Səid: Ricalul-Tusi, səh.355, No 5257 Ravinin etibarlı olduğunu deyir. 

Ravi:  Muhəmməd  ibn  Xalidul-Bərqi:  Ricalul-Tusi,  səh.363,  No  5391  Ravinin  etibarlı 

olduğunu deyir. 

Ravi:  Abdullah  ibn  Cundub:  Ricalul-Tusi,  səh.340,  No  5059  Ravinin  etibarlı  olduğunu 

deyir. 



 

 



 

Ravi: Süfyan ibn Səməd: Ricalul-Tusi, səh.220, No 2926 Ravinin etibarlı olduğunu deyir. 

 

İmam Sadiq (ə) buyurdu: Hədisləri inkar etməyin, əgər çoxunu və ya bir miqdarını, hətta 

bir kölgə və ya ruzigarını bizə nisbət edərlərsə, yenə inkar etməyin, çünki içində haqq ola 

biləcək  bir  şey  ola  bilər  və  siz  bilməyə  bilərsiniz  və  əgər  bunu  etsəniz,  Allahı  ərşi 

ucalığında yalanlamış olarsınız. 

 

Əl Məxasənəl Əhməd ibn Muhəmməd ibn Xalidul-Bərqi, cild 1, səh. 230; Ələl Şəraiq, cild 



2, səh.395  

Hədis ravilərinin Ricalı: 

Ravi: Əhməd ibn Xalidul-Bərqi: Ricalul-Nəccaşi, səh.76, No 182 Ravinin etibarlı olduğunu 

deyir. 


Ravi: Muhəmməd ibn İsmail: Ricalul-Nəccaşi, səh.330, No 893 Ravinin etibarlı olduğunu 

deyir. 


Ravi: Cəfər ibn Bəşir: Ricalul-Nəccaşi, səh.119, No 304 Ravinin etibarlı olduğunu deyir. 

Ravi: Əbul Hasin Zahar ibn Abdullahul-Əsədi: Ricalul-Nəccaşi, səh.176, No 465 Ravinin 

etibarlı olduğunu deyir. 

Ravi:  Əbu  Bəsir  Yəmi’əbni-Qasım:  Ricalul-Nəccaşi,  səh.441,  No  1187  Ravinin  etibarlı 

olduğunu deyir. 

 

Əbu Cəfər (ə) buyurdu: Allaha and olsun ki, nəzdimdə ən sevdiyim əshabım ən inanclı 

və ən fəqih olanı, hədislərimə ən gözəl şəkildə sarılandır, və əshabımın ən pisi və ən çox 

düşmənim  olmuş  olanı  o  kəsdir  ki,  bizə  bir  hədis  nisbət  etdiklərində  və  ya  rəvayət 

etdiklərində, onu pisləyər və inkar edərək rədd edər, və hər kim hədislərə inanarsa, onu 

kafir sayar, halbuki, o bilməz bəlkə o hədis bizim tərəfimizdən deyilmişdir, və etdiyi inkar 

üzündən bizim vilayətimizdən çıxmış olacaq.  

 

Əl-Kafi,  cild  2,  səh.223;  Müxtəsərul  Bəsairul-Dərəcat,  səh.98;  Vəsailul-Şiə  (Əhlil-beyt) 

cild 27, səh.87; Müstədəril Vəsail, cild 1, səh.80 

Hədis ravilərinin Ricalı: 

Ravi: Muhəmməd ibn Yəm’i: Ricalul-Nəccaşi, səh.353, No 946 Ravinin etibarlı olduğunu 

deyir. 


Ravi: Əhməd ibn Muhəmməd: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu 

deyir. 


Ravi: Həsən ibn Məhbub: Fihristul-Tusi, səh.96, No 162 Ravinin etibarlı olduğunu deyir. 

Ravi: Cəmil ibn Saleh: Ricalul-Nəccaşi, səh.127, No 329 Ravinin etibarlı olduğunu deyir. 

Ravi:  Əbu  Əbidə  Əl  Həza:  Ricalul-Nəccaşi,  səh.170,  No  449  Ravinin  etibarlı  olduğunu 

deyir. 


Aşağıdakı hədislər yuxarıdakı hədislərlə uyğun gəldiyindən artıq Rical sənədi qoymadıq. 


 

 



 

İmam  Sadiq  (ə)  buyurdu:  İnsanlarla  mənim  kəlamım  ilə  dəlil  verin,  əgər  sizi  inkar 

edərlərsə, doğrusu məni inkar etmiş olacaqlar. (Təshihul-Etiqad Mufid) 

Rəsulullah (s) buyurdu: Məndən sona yetişən bir hədisi inkar edən bir kimsənin Qiyamət 

günündə düşməni olacağam, o zaman əgər məndən sizə tanımadığınız bir hədis gələrsə, 

Allah bilir deyin (Allahu-Alim).  

- Biharul-Ənvar, cild 2, səh.21 

 

Ey Cabir, əgər bizdən sənə bir şey gələrsə və qəlbin onu qəbul etməzsə, Allah-Təalaya 

həmd et və onu bizə geri göndər, bu necə mümkün olar, necə gəldi, o necədir və s. demə. 

And olsun bu sözlər Allaha şübhə duymaq deməkdir.  

- İxtiyar Məğfirətul-Rical (Şeyx Tusi), cild 2, səh.439 



 

Həzrət Əbül Həsən (ə) buyurdu: Bizdən sənin əlinə yetişən və ya hətta bizə nisbət edənləri 

əsla batildir demə, hətta əgər ona qarşı hökmünü bilsən belə, çünki sən nə bilirsən ki, biz 

bunu nə üçün, hansı sifət və hansı səbəbdən ötrü söylədik.  

- Əl-Kafi cild 8, s.25; Biharul-Ənvar, cild 2, s.209 

 

Bu şəkildə Rical elmi özünü deşifrə edərək təkzib etmişdir. Yəni, önünüzə gələn hədisləri 



inkar  etməyin,  bəlkə  bizdəndir,  yəni  bir  açıq  qapı  qalmaqdadır.  Yaxşı,  bəs  biz  bu  bəlkə 

kəliməsi  ilə  necə  əminliyə  çata  bilərik?  Və  əmin  bir  şəkildə  bizə  gələn  hədislərin 

Əhlibeytdən (ə) və ya Peyğəmbərimiz (s) tərəfindən gəldiyinə necə inana bilərik? Bunları 

oxuduğumuzda ağlımıza bu sual da gələ bilər, madam ki, biz raviləri sorğulaya bilməsək, 

nə  edəcəyik?  Əslində  hər  iki  sualın  cavabı  eynidir,  amma  çox  önəmli  bir  mövzunu 

vurğulamaq lazımdır. Əgər biz Rical elmini irəli sürsək, Əhlibeyti (ə) və Peyğəmbərimizi 

(s)  təhqir  etmiş  olacağıq,  çünki  bizi  çıxılmaz  bir  yolun  ortasında  atmış  və  bizə  yol 

göstərməmiş olduları üçün çarəni Ricalda tapdıq ehtimalını söyləmiş olacağıq ki, bu əsla 

mümkün  deyildir.  Mütləq  bizə  yol  buraxmış  olmaları  gərəkdir,  çünki  Rical  elminin 

ardından  getsək,  ixtilafların  boğuşduğu  bir  çıxılmaz  yola  girərik  ki,  Allah-Təala  bizi 

ixtilafdan və ayrılığa düşməkdən çəkindirmişdir. Anladığımız kimi ravilik mövzusunda nə 

Əhlibeyt (ə) tərəfindən, nə də Peyğəmbərimiz (s) tərəfindən heç bir hədis yoxdur, şiə və 

sünni  inancına  görə  Peyğəmbərimizdən  (s)  sonra  dində  nə  əlavə  edilərsə,  bidət  sayılır, 

bidətin mənası isə özündən bir şey əlavə etməkdir və bu da iman edəni şirkə götürər.  

 

“Sonradan ortaya çıxan hər şey bidətdir, hər bidət pozğunluqdur və hər pozğunluq insanı 

atəşə sürükləyər.”  

Müslim, Cumua, 43; Əbu Davud, Sünnət 5; Nəsai, İydeyn, 22; İbn Macə, Müqəddimə, 7 

 

İmam Əli (ə): “Bir bidət çıxdığında mütləqdir ki, bir sünnət tərk edilmişdir. Bidətdən 

çəkinin. Açıq-aydın yoldan ayrılmayın. İşlərin ən pisi isə yeni çıxan şeylərdir.”  

Şərhi-Nəhcul Bəlağa-i İbn Əbil Hədid, 9/93 

 

Üstəlik bir bidətin sonunda alimlər belə fikir ayrılığına düşdüklərindən bu ayənin tərsinə 



hərəkət etmiş olurlar ki, bu da bu fikir ayrılığının İslamda yeri olmadığını açıqlayar. 


 

 



 

 

“Dini ayaqda tutun və onda 



ayrılığa düşməyin” 

deyə Allah Nuha tövsiyə etdiyini, sənə 

vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizə din seçdi. Lakin sənin 

dəvət  etdiyin  bu  (din)  müşriklərə  ağır  gəldi.  Allah  istədiyini  Özünə  seçər  və  (Ona) 

yönələni də doğru yola yetişdirər. (Şura (42):13) 

 

Bildiyimiz kimi bir insanın etibarlı olub olmadığına qərar vermək çox çətindir, çünki, Musa 



(ə)  70  nəfəri  etibarlı  bilərək  yanında  götürmüşdü,  ancaq  hamısı  dindən  çıxmışdılar,  yəni 

məsum bir peyğəmbər belə bunun qərarını verə bilməmişdi. 

 

Əhlibeyt (ə) buyurur: Gələn hədisin mətninə baxın, çox eşitdik deyə səhih qılmayın.  

Ğərrul Hökm, fəsil 30, hədis 11 



 

Hz.Əli (ə) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz (rical 

alimləri kimi), əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız.  

Şərh-i Nəhcul Bəlağa İbn Xəlil 

 

İndi keçək səhih hədisin səhihliyinə  necə  qərar  verəcəyimiz sualına.  Bəli,  bu  mövzu  ilə 



bağlı  həm  hədislərdə  keçmişdir,  həm  də  Quranda  onun  üçün  ən  etibarlı  olan  ayə  ilə 

başlayacağıq. Allah-Təala buyurdu:  

 

Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə  və  özünüzdən  olan  ixtiyar  (əmr) 

sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə 

inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə 

daha yaxşıdır. (Nisa (4):59) 

 

Yəni, bir hədisin doğru olub olmadığını anlaya bilməyimiz üçün Qurana müraciət edəcəyik 

və  Quran  ilə  uyğun  olub  olmadığına  baxacayıq,  bu  şəkildə  ixtilaflı  olduğumuz  hədisləri 

Quran  və  mütəvatir  hədislərlə  müqayisə  edəcəyik,  yəni  həm  Qurana  müraciət  etmiş 

olacağıq, həm də Allahın Rəsuluna (s). 

 

Xeyr!  Sənin  Rəbbinə  and  olsun  ki,  onlar  öz  aralarında  baş  verən  çəkişmələrdə  səni 

hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan 

tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa (4):65) 

 

İbn Əbi Yafur deyir: İki hədisin ixtilafı barədə (yəni bir mövzu ilə bağlı fərqli hökm verən 

iki hədis) hədis rəvayət edən ravilərdən əgər biri etibarlıdırsa və digəri etibarsızdırsa, nə 

etməyimiz lazım olduğunu İmam Sadiqdən (ə) soruşdum və belə cavab verdi: Əgər sizə 

bir  hədis  gəlsə  və  Allahın  kəlamında  və  Peyğəmbərin  (s)  kəlamında  bir  təsdiq  tapa 

bilsəniz, o hədisi saxlayın, əgər təsdiq edəcək hökm yoxdursa, günaha görə məsuliyyət 

daşıyan o hədisi gətirəndir.  

Təfsirul-Burhan, cild 1, s.72; Üsul Əl-Kafi, cild 1, s.88 

 



 

 



 

Peyğəmbərin (s) tutun dediyi bölüm 



İmam Sadiq (ə) buyurdu: Ey Muhəmməd, saleh və ya pis bir insandan Qurana uyğun 

olan  bir  hədis  gələrsə,  onu  qəbul  et  və  saleh  və  ya  pis  bir  insandan  Quranla  ziddiyyət 

təşkil edən bir hədis gələrsə onu burax.  

Burhan, cild 1, s.73; Biharul-Ənvar, cild 2, s.244 

 

Əhli Sünnət kitablarında da eyni ölçü üzərindən Peyğəmbərimizdən (s) nəql edilən hədislər 



mövcuddur. 

 

Rəsulullah (s) buyurdu: Əgər sizə bir hədis söylənilərsə, onu Allahın kitabına ərz edin, 



əgər onunla uyğun gəlirsə, qəbul edib əməl edin, əgər uyğun gəlmirsə, onu divara çırpın.  

Haşim Avalil lə’ali, cild 1, s.68 

 

Rəsulullah  (s)  buyurdu:  Məndən  sonra  sizə  bir  çox  hədis  nəql  ediləcək,  o  zaman  sizə 

gələn hədisləri Allahın kitabına ərz edin.  

Əl-Məsailul Fiqh, Seyyid Şərəful-Din, s.90 

 

İndi  isə  gəlin  bəzi  məşhur  fəqihlərimizin  rical  elmi  barədə  olan  fikirləri  ilə  tanış  olaq. 



Məsələn  Şeyx  Hürr  Amili  Şeyx  Tusini  rical  elmi  mövzusunda  tənqid  edərək  belə 

buyurmuşdur:  



“Şeyx (Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır... Ancaq, 

Şeyxin, hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-

həqiqi  bir  şeydir...  Məsələn,  (Tusi)  deyir  ki:  Bu  ravi  zəif  olduğuna  görə,  onun  rəvayət 

etdiyi hədis də zəifdir. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti 

ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi, 

Mürsəl olduğuna görə (yəni sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa 

bir  yerdə)  Mürsəl  hədisi  dəlil  gətirir.  Hətta  o,  çox  vaxt  sənədi  qırıq  (mürsəl)  və  zəif 

rəvayətləri  qəbul  edir,  amma  Müsnəd  (sənədi  tam)  və  raviləri  güclü  olan  hədisləri  isə 

rədd edir.” (Bax! “Vəsailuş-şiə: 20/111 və ya 30/279) 

 

Bundan  başqa  Tusinin  kitablarında,  "hədisi  zəif  sayaraq,  dəlilini  gətirməməsi",  "bəzi 



yerlərdə  hədis  araşdırarkən  sünnülərin  hədis  üsullarından  istifadə  etməsi"  kimi  hallar 

müşahidə  olunur.  Elə  bu  şeylər  bəzən  şiələrin  məzhəbdən  dönməsinə  və  imanlarının 

zəifləməsinə səbəb olmuşdur. Əlbəttə biz bu kitablarda yol verilən xətaların Şeyx Tusiyə 

aid olduğunu qəti şəkildə iddia edə bilmərik. Çünkü arada uzun bir zaman ötmüş və Hülakü 

xan bir dəfə Şeyxin kitabxanasını yandırmışdı. 

 

Şiənin ən məhşur mühəddislərindən biri olan Hürr Amili demişdir: “Yeni istilahlar (yəni 



hədisləri  “səhih”  və  “zəif”  kimi  növlərə  ayırmaq)  əhli-sünnətin  etiqadına  və  qaydalarına 

müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (Vəsailuş-şiə: 20/100 və 

ya 30/260) 



 

 



 

 

“Məlum olduğu kimi, bu istilahlar Əllamə Hillinin və ya onun şeyxi Əhməd ibn.Tavusun 



zamanında ortaya çıxmışdır.” (Vəsailuş-şiə: 20/102 və ya 30/262) 

 

Yusuf əl-Bəhrani də bunu təsdiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran 



ilk  şiə  alimləri  Əllamə  Hilli  və  onun  ustadı  ibn.Tavus  olmuşdur.  (“əl-Hədaiqun-

Nədira”1/53) 

Baqir  əl  İrəvani  yazır:  “Rical  alimi  Nəcaşinin  öz  kitabını  yazmasına  səbəb  müxaliflər 

tərəfindən Şiələrin kitablarının olmaması iradlarına cavab olmuşdur.”(“Durrus təmhidiyyə 

fi ulumul ər rical”səh 86) 

 

DİRAYƏ BARƏDƏ 



Hairi (öl.h.965) demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən 

Şəhidus-sənidən  qabaq  dirayətul-hədisə  (hədisdən  hökm  çıxarmağın  qaydalarından  bəhs 

edən 

bir  elmdir)  dair  kitab  yazan  olmayıb.  Bu  elm  də,  əhli-sünnətin 



elmlərindəndir.”(“Muqtəbisul-əsər” 3/73) 

Şeyx Hürr Amili yazır: “Şəhid Sani İmamilərdən ilk hədis elmi haqqında kitab yazan alim 

olmuşdur.Amma,O oğlu və digərlərinin dediyinə görə hədis terminalogiyasını əl əmmənin 

(Sünnilərin) kitablarından götürmüşdür. (Hürr Amili “Əməl əl amil” c.1,səh 86) 

 

Ümid  edirəm,  mövzu  ilə  bağlı  bütün  suallarınızı  cavablandıra  bilmişik,  sizə  son  bir 



xəbərdarlıq vermək istəyirəm ki, ümid edirəm heç hədisdəki kimi olmayacaqsınız: 

 

İmam  Sadiq  (ə)  buyurdu:  Bizim  Əhlibeytimizdən  (ə)  olan  ilk  Qaimimiz  qiyam  etdiyi 



zaman sizinlə elə hədislərlə danışacaq ki, siz ona təhəmmül etməyib onun əleyhinə qiyam 

edəcəksiniz. (Biharul Ənvar, cild 52, s.175) 

 

 



Vəl həmdulilləhi Rəbbil Aləmin, 

Və Sallallahu əla Muhəmmədin və Al-i Muhəmməd, 

Əl Əimmətə vəl Mehdiyyin və səllim təslimən kəsira, 

Vəssəlamun əleykum və rəhmətullahi və bərəkatuh. 



 

 

İmam Mehdinin və İmam Əhməd əl Həsənin (ə) Ənsarı 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə