Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

47 



NƏSIL.  AILƏ 

 

Professor Hamlet İsayev (İsaxanlı) Qarayazıda məşhur 



olan Hacıbayramlılar nəslindəndir.  

Babası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan 20-ci illə-

rin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində 

sovet  rejiminə  qarşı  silahlı  üsyan  edib,  öz  şücaəti,  mərdliyi 

və  yenilməzliyi  ilə  nəsillərin  yaddaşına  yazılıb.  Qaçaq  İsa-

xan haqqında aşıqlar dastanlar  yaratmış, 100 illiyi Azərbay-

can  və  Gürcüstanda  böyük  təntənə  ilə  keçirilmişdir.  Xalq 

qəhrəmanının  mübarizə  ilə  dolu  həyatı  və  fəaliyyəti  bədii 

əsərlərdə və elmi tədqiqatlarda öz geniş əksini tapmışdır. 

Stalin və Beriyanın İsaxan hərəkatından çəkindikləri və 

ona  qarşı  güclü  ordu  və  gizli  casus  şəbəkəsi  tətbiq  etdikləri 

elmi mənbələrdən, arxiv materiallarından yaxşı məlumdur. 

Nənəsi  Zeynəb  uşaqları  və  qohum-əqrabaları  ilə  2  il 

Qazaxıstan və Qırğızıstana sürgün edilmişdir. 

Atası Abdulla İsayev uzun illər Kosalı kənd orta mək-

təbində  riyaziyyat  müəllimi  işləyib,  gəncliyindən  el-obanın 

hörmətini qazanmış ziyalı kimi tanınıb. 

Həyat  yoldaşı  Nailə  xanım  İsayeva  Qubada  anadan 

olub,  Rus  dili  və  Ədəbiyyatı  İnstitutunu  bitirib,  həmçinin 

musiqi  təhsili  var,  mahnılar  bəstələyir.  Hazırda  «Dünya» 

məktəbinin direktorudur.  

Dörd  övladı  var.  Onlar  savadlı,  beş-altı  dil  bilən,  və-

tənpərvər və təvazökar insan kimi tərbiyə alıblar. 

Böyük  qızı  Aygün  orta  məktəbi  Qızıl  medalla  bitirib, 

riyaziyyat və menecment üzrə magistr təhsili alıb. 

İkinci  qızı  Zeynəb  orta  məktəbi  Gümüş  medalla  biti-

rib, ali tibb təhsili alıb.  

Üçüncü  qızı  Aytən  iqtisadiyyat  və  menecment  üzrə 

magistr təhsili alıb. Şahmat üzrə Azərbaycan yığma koman-

dasının üzvü olub. 




 

 

48 



Kiçik qızı Ülkər isə psixoloq olmaq istəyir.  


 

 

49 



HAMLET  İSAYEV  (İSAXANLI)  

HAQQINDA  ƏSƏRLƏR 

 

Professor Hamlet İsayevin (İsaxanlının) çoxcəhətli fəa-



liyyəti  müxtəlif  müəlliflər  tərəfindən  yazılmış  bədii,  publi-

sistik və elmi məqalə və kitablarda öz geniş əksini tapmışdır.  

Fuad  Tanrıverdiyevin  1997-ci  ildə  nəşr  olunmuş 

«Hamlet  İsaxanlı:  Alim  və  qurucu  ömrü»  kitabında  alimin 

həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Bununla yanaşı 

Azərbaycanda,  Amerika  Birləşmiş  Ştatlarında,  Kanadada, 

Rusiyada,  Türkiyədə,  Gürcüstanda,  İranda  və  başqa  ölkə-

lərdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsay-

lı məqalələr yazıb dərc etdirmişlər. 

Ölkəmizdə  və  xaricdə  nəşr  olunmuş  bir  çox  monoq-

rafiya  və  elmi  məqalələrdə  professor  Hamlet  İsayevin  (İsa-

xanlının)  əsərlərinə  istinad  edilmiş  və  elmi  fəaliyyəti  layi-

qincə qiymətləndirilmişdir. Eyni zamanda Qərb və Şərq alə-

mində, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə onunla 

dəfələrlə müsahibələr aparılmış, alim çoxsaylı radio və televi-

ziya  verilişlərinin  qonağı  olmuşdur.  Onlardan  bu  kitabçada 

bəzi iqtibaslar aldıq… 

Şairlərdən  Nəriman  Həsənzadə,  Hüseyn  Kürdoğlu, 

Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Ham-

let İsayevə (İsaxanlıya) xüsusi şeirlər həsr etmişlər. 

Onun  bədii  yaradıcılığı  haqqında  Azərbaycanda  pro-

fessor  Camal Mustafayev,  Manaf Süleymanov,  Mövlud Sü-

leymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Hə-

sənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli və digər çoxsaylı 

müəlliflər,  Türkiyədə  Mətin  Turan,  Çində  Van  Dzen  Bo, 

İranda, Gürcüstanda, Rusiyada müxtəlif elm və sənət adam-

ları dəyərli məqalələr yazıb dərc etdirmişlər.  

Bununla  yanaşı  rəssamlıq,  xalçaçılıq  və  mozaikaya 




 

 

50 



dair sənət nümunələrində Hamlet İsayevin (İsaxanlının) par-

laq obrazı yaradılmışdır. 



Yazılanlardan  seçmələr 

 

Main Afza  

(Blumenborq, ABŞ): 

«Hamlet  İsayev  (İsaxanlı)  Azərbaycan  Respublikası, 

böyük  Azərbaycan  xalqı  üçün  çox  qiymətli  töhfələr  vermiş 

əvəzolunmaz  bir  şəxsiyyətdir.  O,  görkəmli  alim  və  maarif-

çidir. 

 

 Hamlet müəllim qeyri-adi uzaqgörən, yorulmaz və çox 

istedadlı qurub-yaradan bir insandır. O, dərin hörmət və eti-

bar qazanmış və çoxlu ardıcılları olan parlaq bir liderdir!» 

 

Nairə Tohidi,  

professor,  

(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):  

«Professor Hamlet İsayevin (İsaxanlının) adı Azərbay-

can  xalqının  islahatlar  dövrü  mərhələsində,  xüsusən  təhsil 

sisteminin inkişafında gənc və müstəqil Azərbaycanın tarixi-

nin müasirləşmə, tərəqqi və demokratiya pionerləri arasında 

olacaqdır». 

 

Raymond Mak Qi  

(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ): 

«Hamlet müəllim bənzərsiz alim-rektordur. O, bir də-

yərli alim kimi riyaziyyat elminə əvəzsiz töhfələr vermişdir. 

Dağılmış Sovet  İttifaqından  sonrakı  keçid dövründə o, oriji-

nal  bir  universitet  yaratmışdır.  Xəzər  Universitetini  yarat-

maqla  bu  regionda  Hamlet  müəllim  yeni  dəyişikliklər,  yeni 

fikirlər dövrünün pioneri oldu. 


 

 

51 



Hamlet  müəllimin  rəhbərlik  etdiyi  Xəzər  Universite-

tində yaratdığı abi-hava onu ali təhsil ocaqları içərisində ən 

yüksək pilləyə qaldırmışdır. Burada işləmək və oxumaq bö-

yük xoşbəxtlikdir». 

 

Van Dzen Bo,  

«Çin gəncliyi» qəzetinin xüsusi müxbiri: 

 «...Mən  Xəzər  Universitetinin  rektoru  və  yaradıcısı, 

fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Hamlet  İsayevə 

(İsaxanlıya) bir insan kimi, bir alim, bir elm fədaisi kimi bö-

yük rəğbət bəsləyirəm. O, olduqca qısa müddət ərzində son 

dərəcə ürəkaçan nailiyyətlər əldə edib». 

 

Uilyam Roy, 

 doktor (Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):  

«Yeni bir qurum yaratmaq üçün geniş qaynaqları hə-

rəkətə gətirən, tənzimləyən və cəmləşdirən bir şəxsiyyəti təs-

vir edərkən sosioloqlar «qurum yaradıcısı» terminini işlədir-

lər.  Mən  bəzi  cəmiyyətlərdəki  istedadlı  və  görkəmli  şəxsiy-

yətlər  haqqında  sinifdə,  yaxud  həmkarlarımla  müzakirə 

apardıqda qurum yaradıcısı misalı kimi həmişə Hamlet İsa-

yevi  (İsaxanlını) göstərirəm. O, Sovetlər Birliyi dağıldıqdan 

sonra  və  uzun  illər  sürən  müharibədən  sonra  zəifləmiş  bir 

cəmiyyətdə ali təhsil verən bir qurum yaratmağa nail oldu. 

Filosoflar  və  jurnalistlər  Xəzər  Universitetinə  təriflər 

yazmalıdırlar.  Çünki  bu  universitet,  həqiqətən,  insan  ruhu-

nun  yüksəkliyinin  əyani  təsdiqidir.  Sosioloqlar  isə  belə  bir 

qurumun  nədən  başqasında  deyil,  məhz  bu  cəmiyyətdə  ya-

randığını  araşdırmalıdır.  Bu  suala  cavabın  böyük  hissəsi, 

sözsüz ki, Hamlet İsayev (İsaxanlı) kimi qabiliyyətli bir şəx-

sin olmasıdır». 

 


 

 

52 



Yezdi Bhada,  

doktor, Corciya Dövlət Universiteti, Biznes idarəçiliyi 

proqramının direktoru (ABŞ):  

«Mənim şübhəm yoxdur ki, professor Hamlet İsayevin 

(İsaxanlının) rəhbərliyi altında «Xəzər» regionda ən yaxşı 

ali məktəbə çevriləcəkdir. Onun ətraf gerçəkliyi başa düş-

məyi, məharətli rəhbərliyi, iti mühakimələri uğur qazanmaq 

üçün əsas göstəricilərdir». 

 

Tomas Yanq,  

Böyük Britaniyanın Azərbaycandakı səfiri: 

«Rektor, professor Hamlet İsayevin (İsaxanlının) ağıllı 

rəhbərliyi altında kollektiv və tələbələr təhsildə təkmilləşmək 

üçün daim yeni yollar axtarırlar». 

 

Hafiz Paşayev 

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri: 

«Hamlet  müəllimin  fəaliyyəti  respublikamızın  icti-

maiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi baş-

layıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, 

elm,  təhsil,  humanitar  və  ictimai  sahələrdə  daha  geniş  fəa-

liyyətə  qoşulmuş  və  ölkəmizdə  keçirilən  islahatlar  üçün 

əhəmiyyətli konkret işlər görmüşdür.  

Professor  Hamlet  İsayev  (İsaxanlı)  elmin  və  təhsilin 

inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını 

hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xa-

ricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, 

yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin 

işlərində əvəzsizdir. 

Onun Amerika universitetləri ilə birgə proqramlar üz-

rə  müvəffəqiyyətlə  apardığı  işləri  qeyd  edərək,  məmnuniy-

yətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ höku-

mətinin  Azərbaycanda  maliyyələşdirdiyi  ilk  təhsil  layihəsi 


 

 

53 



məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universi-

tetlə bağlı olmuşdur». 

 

Rza Mahmudov,  

professor: 

«Tarixdə müdrik insanlarla bir dövrdə yaşamağın özü 

xöşbəxtlikdir. Lakin belə şəxslərlə, belə insanlarla lap uşaq 

çağlarından  bir  yerdə  olmaq,  bir  yerdə  böyümək,  həyatın 

paralel anlarını birgə yaşamaq, məncə, ikiqat xöşbəxtlikdir. 

Haqqında söhbət gedən görkəmli alimimiz, professor İsayev 

(İsaxanlı) Hamlet Abdulla oğludur». 

Zəlimxan Yaqub,  

xalq şairi, millət vəkili: 

«Hamlet İsaxanlı - gözəl insan və böyük alim! 

Bu  qün  varlığıyla  vətəninə  bağlı  əsil  Azərbaycan  vətən-

daşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad 

sahibi! 

Təkcə  Gürcüstan  azərbaycanlılarının  deyil,  təkcə  Azər-

baycan  Respublikasının  deyil,  dünya  azərbaycanlılarının ən 

şöhrətli nümayəndələrindən biri! 

Dünyanın bir çox ölkələrində Azərbaycan elminin şərəfini 

göylərə qaldıran, alın tərinə, əl qabarına, yuxusuz gecələrə 

arxalanan  sadə  və  səmimi,  ciddi  və  qayğıkeş,  tələbkar  və 

inadkar,  namuslu  elm  fədaisi!  Kökünə,  nəslinə,  torpağına, 

ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, öm-

rünü  elmi,  bədii,  siyasi,  psixoloji,  tarixi  axtarışlara  həsr 

edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müx-

təlif  millətlərə  və  ölkələrə  məxsus  olan  ən  böyük  alimlərini 

heyrətə gətirən Vətən oğlu! 

Borçalı azərbayçanlılarının qəhrəmanlıq tarixinə şanlı sə-

hifələr  yazmış  igid  və  məğlubedilməz  İsaxan  babanın  adına, 

tərcümeyi-halına layiq olan nəvə, nəslin nüfüzlu davamçısı! 


 

 

54 



Övladlarını da özü kimi elmin sonsuz və müqəddəs üfüqlə-

rində pərvazlandıran ata, gözəl ailə başçısı! 

«Xəzər» adlı dünya şöhrətli universitetin - elm məbədinin 

yaradıcısı, rəhbəri, təşkilatçısı! 

Uğurlar olsun Hamlet İsaxanlıya!!!» 

 

Marianna B.Veyrner,  

Los-Anceles, ABŞ: 

«...Mən çox yerlərdə olmuşam və çox görmüşəm. Lakin 

Hamlet  İsayevin  (İsaxanlının)  böyük  zəhmət  bahasına  əldə 

etdiyi  nailiyyətlər  heç  bir  şeylə  müqayisəyə  gəlməz.  Mən 

onunla tanışlığı həyatımın qismət payı hesab edirəm». 

 

Manaf Süleymanov, 

 xalq yazıçısı: 

«İlk görüşdən ondakı sadəlik, səmimiyyət və xoşniyyət mə-

ni valeh etdi. 

Onun  şəxsi  mədəni  keyfiyyəti,  bədnəzərdən  iraq  fəaliyyəti 

xalqın övladlarına təhsil vermək, mədəniyyətimizi yüksək zir-

vələrə qaldırmaq, görünür ki, onun anadangəlmə xasiyyətidir. 

Hamletin gələcəkdə də uzun illər belə yüksək səviyyədə 

vətən övladlarını yetişdirməsini ürəkdən arzu edir, ona uzun 

ömür, yaradıcılıq fəaliyyəti diləyirəm. Əbəs yerə deməyiblər 

ki:  

Ayinəsi işdir kişinin, lafə baxılmaz, 

Şəxsin görünür rütbeyi-əqli əsərindən». 

 

İsmət Əhmədov,  

dosent, Xəzər Universiteti:  

«Tanış  olduğum  az  bir  müddət  ərzində  Hamlet  müəl-

limdə iki mühüm keyfiyyət aşkar etdim. Bunlardan birincisi, 

onun  müstəqil  olmasıdır.  İkıncisi,  Hamlet  müəllimin  hamı-


 

 

55 



dan fərqli olaraq, ən çətin anlarda belə şikayət etməməsidir. 

Bu  keyfiyyət  də  məncə,  onun  müstəqilliyindən,  məsələni  öz 

gücü ilə həll etmək istədiyindən və inamından irəli gəlir».  

 

Mirabbas Qasımov,  



akademik: 

«Onun  müstəqilliyi,  təşəbbüskarlığı,  yeni  elm  sahələ-

rinə,  ehtiyat  etmədən,  cəsarətlə  girişməsi  Hamlet  İsayevdə 

(İsaxanlıda) tələbəlik vaxtından müşahidə etdiyim və xoşuma 

gələn cəhətlərdəndi. 

Ümumiyyətlə, Hamlet İsayev (İsaxanlı) ən geniş riyazi 

biliyə  sahib  olan  alimlərimizdəndir.  O,  müasir  riyaziyyatın 

inkişaf meyillərini, istiqamətlərini hiss edən, müxtəlif, bəzən 

bir-birindən  çox  uzaq  sahələrdə  dərin  biliyə  sahib  bir  riya-

ziyyatçıdır,  geniş  əhatəiliyi  ilə  diqqəti  cəlb  edir.  Hamletlə 

lap tələbəlik illərindən bir çox elmlərin çeşidli sahələrindən 

saatlarla müzakirə aparmaq olurdu.  

Eyni zamanda, onun tarix, təhsil siyasəti, siyasi və hu-

manitar elmlər sahəsində Hamlet İsaxanlı adı altında apar-

dığı  tədqiqatları,  elmi  və  elmi-publisistik  yazıları  tək-tək 

alimlərə xas olan hərtərəflilik nümunəsidir. 

Hamlet müəllimin təşkilatçılıq qabiliyyəti isə artıq ha-

mıya bəlli, hamını heyran edən bir cəhətdir.  

Hamlet  İsayev  (İsaxanlının)  təsis  etdiyi,  inkişaf  etdir-

diyi Xəzər Universiteti isə bənzərsizdir, Azərbaycanda və ya-

xın  ölkələrdə  ən  yüksək  səviyyəli  elm  və  təhsil  ocağı  kimi 

məşhurlaşmışdır. 

Enerjisi  aşıb-daşan,  yeni  addımlar  atmağı  özündə  bir 

adətə çevirən Hamlet İsayevdə (İsaxanlıda) dəyişməyən, hə-

mişəki  kimi  qalan  cəhət isə insanpərvərlik,  gülərüzlülükdür, 

yaradıb-qurmaq həvəsidir». 

 


 

 

56 



Camal Mustafayev,  

professor: 

«İdrak  fəallığı  insan  varlığını  ruhən  zənginləşdirən, 

nəcibləşdirən amildir. Belə batini yetkinlik öz həyatiliyini sə-

mərəli  fəaliyyətdə  bildirir.  Yaradıcı  alimlərin  əməyi  bu  cə-

hətdən  xüsusilə  yüksək  qiymətləndirilir.  Burda  Hamlet  İsa-

yev (İsaxanlı) özünəməxsus görkəmli yer tutur.  

Mən  onun  ömür  yoluna  dünyaya  gəldiyi  gündən  bə-

lədəm. Onda uşaqlıq dövründən bilmək, mütaliə eşqi müşa-

hidə edilirdi.  

Hamlet  riyaziyyatla  məhdudlaşmır;  onun  maraq  dai-

rəsi olduqca əhatəlidir. Rasional təfəkkürlə mənəvi mədəniy-

yəti özündə bir vəhdətdə birləşdirib. Avropa, Şərq, rus elmi, 

bədii  fikrindən  səmərəli  faydalanır.  Ancaq  bu  mənbələrdən 

əxz  etmək  onu  milli  kökümüzdən  ayırmır.  Əksinə,  mənəvi 

varlığımızı  müqayisəli  şəkildə  dərindən  anlamağı  şərtlən-

dirir.  Hamlet  musiqimizi,  şeirimizi,  folklorumuzu  müfəssəl 

bilən, duyan ziyalıdır. Bu xüsusda onunla zaman-zaman ma-

raqlı  söhbət  edirik.  Belə  söhbətlərdə  zəngin  estetik  zövqə 

malik olduğunu duyursan».  

 

Elimxan Mahmudov,  

professor: 

«Hamleti  hamımıza  sevdirən  xüsusiyyətlərdən  biri  də 

onun  olduğu  kimi  görün,  göründüyün  kimi  ol  prinsipi  ilə, 

haqsızlığa,  ədalətsizliyə  qarşı  mübarizə  etmək  prinsipi  ilə 

yaşamasıdır.  Məhz  bu  baxımdan  daxildən  gələn  bir  atəşlə, 

sevgiylə,  vətəndaşlıq  əzmiylə  yoruldum  demədən,  ruhdan 

düşmədən  çalışır  bu  Böyük  Dost.  Bu  nəcib  insan!  Böyük 

tədqiqatçı!  Sanki  tarixin  qara  küləklərinin,  qasırğalarının 

xalqımıza, yurdumuza gətirdiyi bəlalara, qanlara, qaranlıq-

lara maarif işığı yandırmaqla cavab vermək, etirazını bildir-

mək istəmişdir bu Böyük Qurucu!». 


 

 

57 



Nijad Mikayılzadə,  

dosent, Xəzər Universiteti,  

Azərbaycan Dövlət Tibb Universiteti:  

«Xəzər  Universitəsi  zəmanəmizin  tələbindən  yaranıb. 

Yeniliklərin uğur qazanmasında şəxsiyyət böyük rol oynayır 

desəm, Amerika kəşf etmərəm. «Xəzər»in gələcəyini mən bi-

lavasitə universitənin rektoru, professor Hamlet İsayev (İsa-

xanlı) ilə bağlayıram. O, erudisiyalı alim, qabiliyyətli təşki-

latçı, ən mühümü, fövqəladə dərəcədə təvazökar və sadə in-

san  xüsusiyyətlərini  özündə  birləşdirir.  Çox  sevindirici  hal-

dır ki, universitədə xeyirxahlıq və qayğıkeşlik, insanlara həs-

sas  münasibət,  insanın  yaradıcılıq  imkanlarının açılması  və 

çiçəklənməsi üçün əlverişli şərait hökm sürür». 

 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə