Рийазиййатчы алим


kirləri subyektivizimdən uzaq olduğu üçün daha qiymət-



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

20 



kirləri subyektivizimdən uzaq olduğu üçün daha qiymət-

lidir. 

P.C.Braun,  

Kalqari Universiteti (Kanada): 

«1970-ci  ildən  başlayaraq  çoxparametrli  spektral  nə-

zəriyyənin  tədqiqatı  sahəsində  böyük  fəallıq  duyulur.  Kana-

dada  mənimlə  P.Bindinqin  rəhbərliyi  altında  qrup  fəaliyyət 

göstərir.  Şotlandiyada  professor  B.D.Slemaanın  qrupu  da 

yaxşı nəticələr əldə edib. SSRİ-də isə Bakının Riyaziyyat və 

Mexanika İnstitutunda çox fəal və əzmkar qrup işləyir. Onun 

rəhbəri doktor H.İsayevdir. Neçə il idi ki, biz Bakı qrupu ilə 

əlaqə  yaratmaq  istəyirdik.  Son  bir  neçə  həftə  ərzində  ürək-

dən  sevinirik.  Doktor  H.İsayevi  Kalqariyə  dəvət  etmək, 

onunla  əməkdaşlığa  başlamaq  imkanı  tapmışıq.  H.İsayevin 

mühazirələrindən çox böyük fayda götürdük. Bir sözlə, onun 

qısa səfəri tədqiqat həyatımıza böyük töhfə bəxş etdi». 

 

F.V.Atkinson,  

professor, Toronto Universiteti: 

«Çoxparametrli spektral nəzəriyyənin ən qiymətli nəti-

cələrini son illər Hamlet İsayev və onun tələbələri almışlar. 

Qətiyyətlə  və  çəkinmədən  demək  olar  ki,  o,  müasitr  çoxpa-

rametrli spektral nəzəriyyənin yaradıcılarından biridir». 

 

B.M.Levitan, 

 professor, Lenin mükafatı laureatı: 

«H.A.İsayev Sovet İttifaqında birinci riyaziyyatçıdır ki, 

çoxparametrli  spektral  nəzəriyyə  sahəsində  sistemli  şəkildə 

tədqiqatlar aparmış və çox qiymətli nəticələr əldə etmişdir». 

 

V.B.Lidski,  

professor, Lenin mükafatı laureatı  


 

 

21 



(gənc Hamlet İsayevin namizədlik dissertasiyasına rəydən):  

«…Müəllif  bir  sinif  öz-özünə  qoşma  olmayan  opera-

torlar  nəzəriyyəsində  çox  gözəl  riyazi  metod  yaratmışdır… 

Dissertasiyadakı  üç  fəslə  ehtiyac  yoxdu,  tək  birinci  fəsil 

namizədlik üçün kifayət edəcək gücə malikdir… H.İsayev də-

rin elmi nəticələr əldə etmişdir və bunlar namizədlik disser-

tasiyasına qoyulan tələblərdən açıq-aşkar yuxarıda durur...» 

 

A.Q.Kostyuçenko, 

professor, M.Lomonosov mükafatı laureatı,  

Moskva Dövlət Universiteti:  

«H.A.İsayev ölkəmizdə birinci riyaziyyatçıdır ki, əsası 

hələ  klassiklər  tərəfindən  qoyulmuş  çoxparametrli  spektral 

nəzəriyyə  sahəsində  tədqiqatlar  aparır.  O,  bu  sahədə  çox 

böyük və çətin hesab olunan nəticələr əldə etmişdir. H.A.İsa-

yev bu sahənin bir çox bölmələrinin yaradıcısıdır». 

 

A.Sadovniçi,  

professor, M.Lomonosov mükafatı laureatı  

(indi Moskva Dövlət Universitetinin rektoru): 

«Çoxparametrli spektral nəzəriyyə funksional analizin 

maraqlı və çətin sahələrindən biridir. Mən bu sahəyə aid çox 

işlərə  rəylər  yazmışam  və  qeyd  etmək  istəyirəm  ki, 

H.A.İsayevin bir çox elmi nəticələri xarici alimlər tərəfindən 

aparılmış tədqiqatları çox-çox arxada qoymuşdur». 

 

A.A.Dezin,  

professor, Dövlət mükafatı laureatı: 

«H.A.İsayev çətinliklərin öhdəsindən çox ustalıqla gə-

lən, maraqlı  və  çətin problemləri  həll etməyi  bacaran  geniş 

erudisiyaya malik riyaziyyatçıdır». 

 


 

 

22 



N.A.Voznesenski adına  

Leninqrad Qırmızı Əmək Bayrağı ordenli Maliyyə-İqtisad 

İnstitutu Elmi Şurasının təqdimatından:  

«H.A.İsayev SSRİ-də və ölkəmizdən kənarda funksional 

analiz  sahəsində  böyük  bir  alim  kimi  hörmət  qazanmışdır. 

H.A.İsayev  operatorların  ədədi  oblastı  nəzəriyyəsinin  yara-

dıcılarındandır.  H.A.İsayevin  ixtiyari  tərtibli  çoxparametrli 

sinqulyar differensial operatorların məxsusi funksiyalar üzrə 

ayrılması haqqında teoremi artıq klassikləşmişdir. 

...H.A.İsayev operatorların müasir spektral nəzəriyyəsi 

sahəsində elmi məktəbin yaradıcısıdır».  

 

V.B.Lidski,  



professor, Lenin mükafatı laureatı: 

«Çoxparametrli  spektral  nəzəriyyə  sahəsində  məşhur 

alimlərin  (İsayevdən  əvvəl)  tədqiqatlar  aparmasına  baxma-

yaraq, H.A.İsayev  bu sahənin  ümumi nəzəriyyəsinə  və onun 

konkret  gerçəkləşməsinə  xüsusi  elmi  töhfələr  vermişdir. 

Qeyd etmək lazımdır ki, bu sahə bizim ölkəmizdə indiyə kimi 

öz layiqli əksini tapmamışdı...» 

 

S.M.Nikolski,  

akademik, SSRİ Elmlər Akademiyası: 

«Hamlet  Abdulla  oğlu  İsayev  riyazi  analiz  sahəsində 

çalışan məşhur riyaziyyatçı alimdir. O, funksional analiz və 

onun  tətbiqi  sahəsində  fundamental  tədqiqatlar  müəllifidir. 

Onun çoxparametrli spektral nəzəriyyəyə həsr olunmuş işləri 

xaricdə çox yüksək qiymətləndirilir». 

 

V.Q.Vladimirov,  

akademik, SSRİ EA-nın V.A.Steklov adına  

Riyaziyyat İnstitutunun direktoru: 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə